Neft kəşfiyyatında quyu sayının seçilməsi ilə bağlı z-prospect nəzəriyyəsinə əsaslanan qərar qəbuletmə

Authors

  • Günel Elbrus İmanova Author

DOI:

https://doi.org/10.32010/OVIX3033

Keywords:

Prospect nəzəriyyəsi, Z-Prospect nəzəriyyəsi, Z-ədədləri, qeyri-səlis məntiq, neft quyuları

Abstract

Neft quyularının optimal sayının müəyyən edilməsi enerji sektorunda strateji və iqtisadi baxımdan mühüm qərarlardan biridir. Bu qərarın düzgün verilməsi həm hasilatın səmərəliliyinə, həm də investisiya risklərinin minimuma endirilməsinə birbaşa təsir göstərir. Lakin bu proses adətən mümkün nəticələr və ehtimal haqqında qeyri-dəqiq məlumatlarla xarakterizə olunur. Geoloji quruluşun mürəkkəbliyi, geofiziki məlumatların məhdud dəqiqliyi və texniki amillər səbəbindən neft hasilatının dəqiq həcmini və buna uyğun ehtimalları əvvəlcədən müəyyən etmək olduqca çətindir. Belə qeyri-müəyyən şəraitdə ənənəvi qərar qəbuletmə üsulları hər zaman effektiv nəticə verməyə bilər. Bu tədqiqatda təklif olunan seçim problemini həll etmək üçün Z-Prospect nəzəriyyəsindən istifadə edirik. Z-Prospect nəzəriyyəsi ənənəvi Prospect nəzəriyyəsini qeyri-səlis məntiq və Z-ədədlər konsepsiyası ilə birləşdirərək həm nəticələrin dəyərləndirilməsini, həm də həmin nəticələrə dair etibarlılıq səviyyəsini nəzərə alır. Bu nəzəriyyə alternativləri (alternativ quyu sayı) qiymətləndirərkən həm qərarla əlaqəli məlumatların dəqiqliyini, həm də qərar qəbuletmə probleminin qeyri-müəyyənliyini nəzərə almağa imkan verir. Bu tədqiqatda tətbiq olunan Z-Prospect nəzəriyyəsinin tətbiqini və etibarlılığını göstərmək üçün iki alternativli qərar qəbuletmə vəziyyəti istifadə olunur.

Downloads

Download data is not yet available.

Downloads

Published

2026-04-30

Issue

Section

Articles

How to Cite

Neft kəşfiyyatında quyu sayının seçilməsi ilə bağlı z-prospect nəzəriyyəsinə əsaslanan qərar qəbuletmə. (2026). Proceedings of Azerbaijan High Technical Educational Institutions, 28(2). https://doi.org/10.32010/OVIX3033

Similar Articles

1-10 of 26

You may also start an advanced similarity search for this article.