Sətəm sistemlərində süni intellekt əsaslı risk qiymətləndirilməsi metodlarının tətbiqi

Authors

  • Ziya Vüqar Hüseynzadə Author
  • Ağaşirin Simran Quliyev Author

DOI:

https://doi.org/10.32010/IFTA7182

Keywords:

SƏTƏM, süni intellekt, risk qiymətləndirilməsi, maşın öyrənməsi, neyron şəbəkələr, təhlükəsizlik monitorinqi, sənaye təhlükəsizliyi, risklərin proqnozlaşdırılması

Abstract

İstehsalat mühitində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və peşə risklərinin minimuma endirilməsi SƏTƏM sistemlərinin əsas prioritet istiqamətlərindən hesab olunur. Müasir texnoloji inkişaf şəraitində sənaye müəssisələrində yaranan risklərin mürəkkəbləşməsi klassik qiymətləndirmə metodlarının imkanlarını məhdudlaşdırır və yeni yanaşmaların tətbiqini aktuallaşdırır. Məqalədə süni intellekt texnologiyalarının SƏTƏM sahəsində risklərin müəyyənləşdirilməsi və idarə olunmasında istifadəsi araşdırılmışdır. Təhlükəli halların aşkar edilməsi və mümkün qəzaların əvvəlcədən proqnozlaşdırılması məqsədilə maşın öyrənməsi alqoritmləri, neyron şəbəkə modelləri və məlumatların intellektual emalı üsullarının tətbiq imkanları təhlil edilmişdir. Sensor sistemlərindən, müşahidə kameralarından və istehsalat göstəricilərindən əldə edilən məlumatların analizi nəticəsində təhlükə yarada biləcək vəziyyətlərin əvvəlcədən müəyyən edilməsinin mümkün olduğu göstərilmişdir. Süni intellekt əsaslı sistemlərin insan amili ilə bağlı səhvlərin azaldılmasına, təhlükəsizlik üzrə qərarların daha operativ qəbul edilməsinə və qəza risklərinin qiymətləndirilməsinə müsbət təsir göstərdiyi qeyd olunmuşdur. Tədqiqat çərçivəsində ənənəvi risk analiz üsulları ilə intellektual modellərin müqayisəsi aparılmış və süni intellekt yanaşmalarının daha yüksək dəqiqlik və çeviklik təmin etdiyi vurğulanmışdır. Eyni zamanda sənaye obyektlərində təhlükəsizlik nəzarətinin avtomatlaşdırılması, riskli davranışların aşkarlanması və fövqəladə halların erkən müəyyənləşdirilməsi istiqamətində bu texnologiyaların geniş tətbiq perspektivləri göstərilmişdir.

Downloads

Download data is not yet available.

Downloads

Published

2026-04-30

Issue

Section

Articles

How to Cite

Sətəm sistemlərində süni intellekt əsaslı risk qiymətləndirilməsi metodlarının tətbiqi. (2026). Proceedings of Azerbaijan High Technical Educational Institutions, 28(2). https://doi.org/10.32010/IFTA7182

Similar Articles

1-10 of 39

You may also start an advanced similarity search for this article.