Azərbaycan iqtisadiyyatında investisiya fəaliyyətinin təhlili və xarici investisiya cəlbi problemləri
DOI:
https://doi.org/10.32010/GSOV8060Keywords:
investisiya fəaliyyəti, xarici investisiyalar, iqtisadi inkişaf, qeyri-neft sektoru, emal sənayesi, institusio-nal mühit, makroiqtisadi təşviqlərAbstract
Məqalənin əsas məqsədi Azərbaycan iqtisadiyyatında investisiya fəaliyyətinin mövcud vəziyyətinin və dina-mik inkişaf meyllərinin kompleks şəkildə təhlil edilməsi, eyni zamanda xarici investisiyaların cəlb edilməsi sahəsində mövcud olan əsas problemlərin müəyyənləşdirilməsidir. Tədqiqat çərçivəsində müqayisəli təhlil, statistik analiz, sistemli yanaşma və ümumiləşdirmə metodlarından istifadə edilmişdir. Təhlil və qiymətləndi-rilmələr əsasən Dövlət Statistika Komitəsinin illik hesablatlarının məlumatları əsasında aparılmışdır. Aparılan təhlil göstərir ki, ölkədə investisiya axınları uzun müddət əsasən enerji sektorunda cəmləşmişdir. Qeyri-neft sektoruna yönələn investisiyaların payı son illərdə artım dinamikası nümayiş etdirsə də, hələ də iqtisadiyyatın şaxələndirilməsi baxımından yetərli səviyyəyə çatmamışdır. Bununla yanaşı, institusional mühitin keyfiyyəti, hüquqi çərçivənin effektivliyi, infrastruktur təminatı və regionlararası inkişaf fərqləri xarici investorların qərarlarına təsir edən əsas amillər kimi çıxış edir. Tədqiqatın nəticələri əsasında müəyyən edilmişdir ki, inves-tisiya mühitinin təkmilləşdirilməsi üçün institusional islahatların dərinləşdirilməsi, maliyyə bazarlarının inki-şaf etdirilməsi, qeyri-neft sektorunda məqsədli təşviq mexanizmlərinin genişləndirilməsi zəruridir. Məqalənin tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, irəli sürülən təklif və tövsiyələr dövlət investisiya siyasətinin formalaş-dırılması və xarici investisiyaların cəlb edilməsi mexanizmlərinin optimallaşdırılması baxımından istifadə oluna bilər. Məqalənin elmi yeniliyi investisiya fəaliyyətinin struktur təhlilinin sistemli şəkildə aparılması, Azərbaycan üçün uyğunlaşdırılmış makroiqtisadi təşviq alətlərinin əsaslandırılması ilə bağlıdır. Bununla bərabər, tədqiqat mövcud elmi ədəbiyyata töhfə verərək bu sahədə gələcək araşdırmalar üçün nəzəri-metodoloji baza rolunu oynaya bilər.
Downloads
Downloads
Published
Issue
Section
License
Copyright (c) 2026 Azerbaijan State Oil and Industry University, Baku, Azerbaijan

This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License .
