Qeyri-neft sektorunun inkişafında neft gəlirlərin rolu: postkovid dövrünün keyfiyyət metodu ilə təhlili

Authors

  • İbrahim Müslüm Niftiyev Author

DOI:

https://doi.org/10.32010/QBNM9145

Keywords:

Azərbaycan iqtisadiyyatı, keyfiyyət metodları, neft sektoru, postkovid dövrü, qeyri-neft sektoru

Abstract

Son illərdə Azərbaycanın qeyri-neft sektorunun inkişafında neft amilinin sabitləşdirici və inkişaf etdirici rolu yüksəkdir. Milli diversifikasiya siyasətində və xarici şoklardan qorunmaq məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) xərcləri mühüm əhəmiyyət kəsb edir. Tədqiqat ARDNF-nin son beş ildə dərc olunmuş rəsmi illik hesabatlarının təhlili əsasında postkovid dövründə qeyri-neft sektorunun inkişafı üçün neft gəlirlərindən istifadənin istiqamətlərini araşdırır. Bu məqsədlə rəsmi sənədlərin təhlili kimi tanınan keyfiyyət metodu tətbiq edilib. Nəticələr göstərir ki, neft gəlirləri dövlət büdcəsini gücləndirməklə və insan kapitalının maliyyələşdirilməsi ilə qeyri-neft sektorunun uzunmüddətli inkişafında mühüm rol oynayır. Bütün bu proseslər fonunda ARDNF-nin fiskal effektivliyi yüksək uyğunlaşma qabiliyyəti nümayiş etdirib və fəaliyyətini üç fərqli xronoloji mərhələdə təşkil edib: müdafiə və qoruma mərhələsi (2020), dövri bərpa və canlanma mərhələsi (2021–2022) vəstruktur transformasiya mərhələsi (2023–2024). Cari məqalənin nəticələri Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı ilə makroiqtisadi trendlərin bir-biri ilə necə uzlaşdığını anlamaq üçün sistemli elmi töhvələr verir.

Downloads

Download data is not yet available.

Downloads

Published

2026-04-30

Issue

Section

Articles

How to Cite

Qeyri-neft sektorunun inkişafında neft gəlirlərin rolu: postkovid dövrünün keyfiyyət metodu ilə təhlili. (2026). Proceedings of Azerbaijan High Technical Educational Institutions, 28(2). https://doi.org/10.32010/QBNM9145

Similar Articles

1-10 of 39

You may also start an advanced similarity search for this article.