SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ TƏHLÜKƏSİZ ƏMƏK ŞƏRAİTİNİN İQTİSADİ ASPEKTLƏRİ
DOI:
https://doi.org/10.32010/GVJE1620Keywords:
əməyin təhlükəsizliyi, əmək məhsuldarlığı, gəlir, xərc, sağlamlıq, iş yerləri, iqtisadi aspektlər, əmək şəraitiAbstract
Məqalədə sənaye müəssisələrində iş yerlərində əməyin təhlükəsizliyi və sağlamlıq problemlərinin iqtisadi aspektləri ilə bağlı müxtəlif yanaşmalar müqayisəli təhlil edilib. Müəllif belə nəticəyə gəlir ki, bu problemə müəssisələrin gəlir və xərci, həmçinin əmək məhsuldarlığı kontekstindən yanaşılmalıdır. Nəzərə çatdırılır ki, əməyin mühafizəsi və sağlamlığın qorunması müxtəlif elm sahələrinin, o cümlədən, iqtisad elminin predmetidir. İş yerlərində əməyin təhlükəsizliyi və sağlamlığın iqtisadi aspektləri, məsələn, müəssisənin istehsal həcminin və gəlirlərinin hesablanması zamanı hər hansı səbəbdən iş yerini tərk etmiş işçinin dərhal və ya bir müddətdən sonra əvəz edilməsi halları nəzərə alınmalıdır. Müəssisə təhlükəsiz əmək şəraiti yaratmaq üçün zəruri tədbirləri görməlidir.
Downloads
Downloads
Published
Issue
Section
License
Copyright (c) 2026 Azerbaijan State Oil and Industry University, Baku, Azerbaijan

This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License .
