SOCAR-da daxili maliyyə nəzarəti sistemlərinin instıtusional əsasları və effektivlik analizi

Authors

  • Vüsalə Yavər Nağıyeva Author
  • Valeh Taleh İsayev Author

DOI:

https://doi.org/10.32010/KJTF4951

Keywords:

daxili maliyyə nəzarəti, SOCAR, daxili audit, risklərin idarə olunması, rəqəmsallaşma

Abstract

Bu məqalədə State Oil Company of the Azerbaijan Republic-da daxili maliyyə nəzarəti sistemlərinin mövcud vəziyyəti və onların səmərəliliyinin artırılması məsələləri araşdırılmışdır. Müasir dövrdə iri dövlət şirkətlərində maliyyə resurslarının düzgün idarə olunması, şəffaflığın təmin edilməsi və risklərin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan daxili maliyyə nəzarəti sistemləri yalnız yoxlama funksiyası ilə məhdudlaşmır, həm də idarəetmənin keyfiyyətini yüksəldən mühüm vasitə kimi çıxış edir. Araşdırma za-manı müəyyən edilmişdir ki, SOCAR-da daxili maliyyə nəzarəti sistemləri mövcud olsa da, onların tətbiqində bəzi çatışmazlıqlar qalmaqdadır. Xüsusilə risklərin sistemli qiymətləndirilməməsi, bəzi nəzarət mexanizmləri-nin formal xarakter daşıması və rəqəmsal alətlərin məhdud istifadəsi sistemin effektivliyini azaldır. Bununla yanaşı, daxili audit fəaliyyətinin potensialından tam istifadə olunmaması da diqqət çəkən məqamlardandır. Məqalədə bu problemlərin aradan qaldırılması üçün praktiki istiqamətlər təklif edilmişdir. Bunlara daxili audi-tin gücləndirilməsi, risk əsaslı yanaşmanın tətbiqi, nəzarət proseslərinin rəqəmsallaşdırılması və kadr poten-sialının inkişafı daxildir. Bu tədbirlər həyata keçirildiyi təqdirdə, maliyyə nəzarəti daha operativ, şəffaf və effektiv şəkildə təşkil oluna bilər. Nəticə etibarilə, daxili maliyyə nəzarəti sistemlərinin təkmilləşdirilməsi SOCAR-ın maliyyə dayanıqlılığını gücləndirəcək, idarəetmə qərarlarının keyfiyyətini artıracaq və şirkətin ümumi fəaliyyət effektivliyinə müsbət təsir göstərəcəkdir.

Downloads

Download data is not yet available.

Downloads

Published

2026-03-31

Issue

Section

Articles

How to Cite

SOCAR-da daxili maliyyə nəzarəti sistemlərinin instıtusional əsasları və effektivlik analizi. (2026). Proceedings of Azerbaijan High Technical Educational Institutions, 28(1), 229-235. https://doi.org/10.32010/KJTF4951

Similar Articles

11-20 of 24

You may also start an advanced similarity search for this article.