TURİZM BAZARINDA DAVAMLILIQ İNDİKATORLARININ QİYMƏT DİFERENSİYASINA TƏSİRİ

Authors

  • Nilufər Usman Muradova Author
  • Nihad Ağahüseyn Hüseynov Author

DOI:

https://doi.org/10.32010/RMXT7317

Keywords:

davamlı turizm, qiymət diferensiasiyası, davamlılıq indikatorları, turizm bazarı, istehlakçı davranışı, ekoloji dayanıqlıq, qiymət strategiyası

Abstract

Bu tədqiqatın məqsədi turizm bazarında davamlılıq indikatorlarının qiymət formalaşmasına təsir mexanizmlərini dərin şəkildə araşdırmaqdır. Araşdırma çərçivəsində davamlılıq göstəricilərinin turizm xidmətlərinin iqtisadi dəyərinə necə təsir etdiyi, həmçinin istehlakçıların bu göstəricilərə əsaslanaraq qiymətə münasibətinin necə dəyişdiyi müəyyənləşdirilir. Bundan əlavə, tədqiqat davamlılıq faktorlarının müəssisələrin qiymət diferensiasiyası strategiyalarına inteqrasiya imkanlarını qiymətləndirməyə yönəlib. Tədqiqatın metodologiyası – Tədqiqat prosesində həm kəmiyyət, həm də keyfiyyət metodlarından istifadə olunmuşdur. Kəmiyyət yanaşması çərçivəsində müxtəlif turizm obyektlərinin qiymət göstəriciləri ilə onların davamlılıq səviyyəsi arasında statistik əlaqə müəyyən edilmişdir. Bu məqsədlə çoxamilli regresiya modeli tətbiq edilmişdir. Keyfiyyət mərhələsində isə istehlakçıların davamlı turizmə münasibətini öyrənmək üçün sorğu və müsahibə üsullarından istifadə edilmişdir. Toplanmış məlumatlar müqayisəli və analitik metodlarla emal olunaraq nəticələr formalaşdırılmışdır. Tədqiqatın tətbiqi əhəmiyyəti- Araşdırmanın nəticələri turizm sektorunda fəaliyyət göstərən subyektlər üçün praktik əhəmiyyət daşıyır. Davamlılıq indikatorlarının nəzərə alınması müəssisələrə bazarda fərqlənmə imkanı yaradır və onların qiymət strategiyalarını daha effektiv qurmasına şərait yaradır. Eyni zamanda, bu nəticələr dövlət səviyyəsində turizm siyasətinin formalaşdırılmasında və davamlı inkişaf strategiyalarının hazırlanmasında istifadə edilə bilər. Bundan əlavə, əldə olunan nəticələr biznes idarəetmə sistemlərində qiymət mexanizmlərinin optimallaşdırılması üçün tətbiq oluna bilər. Tədqiqatın nəticələri – Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, davamlılıq indikatorları ilə turizm xidmətlərinin qiyməti arasında müsbət əlaqə mövcuddur. Yüksək davamlılıq səviyyəsinə malik obyektlər bazarda daha yüksək qiymət tətbiq edə bilir və bu, istehlakçıların dəyər qavrayışı ilə izah olunur. Eyni zamanda, aparılmış analizlər göstərir ki, ek və sosial məsuliyyət prinsiplərinə üstünlük verən müştərilər bu tip xidmətlər üçün əlavə ödəniş etməyə daha meyillidir. Bu isə davamlılığın iqtisadi baxımdan da əsaslı faktor olduğunu sübut edir. Tədqiqatın elmi yeniliyi- Bu tədqiqatın elmi yeniliyi davamlılıq indikatorları ilə qiymət diferensiasiyası arasındakı əlaqənin sistemli və inteqrativ model vasitəsilə izah edilməsidir. Araşdırma çərçivəsində bu mövzu ilk dəfə yerli turizm bazarı kontekstində kompleks şəkildə təhlil edilmişdir. Bundan əlavə, davamlılıq faktorlarının istehlakçı davranışı və qiymət strategiyaları ilə qarşılıqlı əlaqəsini izah edən yeni yanaşma təqdim olunmuşdur.

Downloads

Download data is not yet available.

Downloads

Published

2026-03-31

Issue

Section

Articles

How to Cite

TURİZM BAZARINDA DAVAMLILIQ İNDİKATORLARININ QİYMƏT DİFERENSİYASINA TƏSİRİ. (2026). Proceedings of Azerbaijan High Technical Educational Institutions, 28(1). https://doi.org/10.32010/RMXT7317

Similar Articles

11-20 of 23

You may also start an advanced similarity search for this article.