Neft yataqlarının istismarı zamanı yaranan tullantı sularının təmizlənməsi
DOI:
https://doi.org/10.32010/QTOJ7312Keywords:
neft yataqlarının çirkab suları; suda çirkləndiricilərin qatılığı; suyun keyfiyyətinə olan normativ tələblər; çirkab suların təmizlənmə üsulları: öntəmizlənmə, emal, təmizlənmə və son təmizlənməAbstract
Bu məqalədə neft hasilatı müəssisələrində yaranan çirkab sularının təmizlənmə üsullarının təsnifatı və effektivliyi nəzərdən keçirilmiş, çirkab sularının xüsusiyyətləri və tərkibinin təhlili də daxil olmaqla, mexaniki, fiziki-kimyəvi, kimyəvi, biokimyəvi, elektrokimyəvi təmizləmə (ağır metal ionlarının çıxarılması) və membran təmizləmə üsulları da daxil olmaqla sənaye çirkab sularının təmizlənməsi üsulları barədə geniş məlumatlar şərh edilmiş, çirkab sularının neft və neft məhsullarından təmizlənməsi üçün ən effektiv təmizlənmə üsulları müəyyən olunmuşdur. Optimum təmizləmə qurğusunun seçilməsi üçün mövcud tullantı suların təmizlənmə texnologiyaları analiz edilmiş və çökmə prosesi üzrə tədqiqatlar aparılmışdır. Tullantı sularının analizi, hesablamalar və bir sıra texniki-iqtisadi göstəricilər əsasında çirkab sularının təmizlənməsi mərhələlərinin təhlili apa-rılmışdır. Müəyyən edilmişdir ki, təmizlənmə prosesləri aşağıdakı mərhələləri əhatə edir: öntəmizlənmə, emal, təmizlənmə və son təmizlənmə. Əvvəlcədən təmizlənmə mərhələsinin olmaması qurğuların ümumi səmərəliliyini azaldır. Çirkab sularının təmizlənməsi mərhələləri üçün tövsiyə olu-nan təmizlənmə prosesi əvvəlcədən təmizlənmə, emal, təmizlənmə və son təmizlənməni əhatə edir.
Downloads
Published
Issue
Section
License
Copyright (c) 2026 Azerbaijan State Oil and Industry University, Baku, Azerbaijan

This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License .
