FÖVQƏLADƏ HALLARDA DƏYƏN ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİNİN METODOLOJİ ƏSASLARI
DOI:
https://doi.org/10.32010/BQNB8801Keywords:
ekoloji risk, fövqəladə hallar, faktorial zərər, resipiyent zərəri, ümumi zərərAbstract
Fövqəladə hallardan dəyən zərəri qiymətləndirərkən təsərrufat fəaliyyətinin mənfi təsirindən dəyən iqtisadi itkilərin analizi üçün mövcud normativ bazalara etibar etmək lazımdır. Müxtəlif növ fövqəladə halların ərazi resipiyentlərinə və əhalinin sağlamlığına təsirinin hərtərəfli başa düşülməsi vacibdir. Beləliklə, hər hansı bir fövqəladə hal, su və hava hövzələrinin çirklənməsi, kənd təsərrüfatı torpaqlarının və meşə təsərrüfatı sahələrinin istifadədən çıxarılması və ya keyfiyyətinin pisləşməsi, istirahət obyektlərinə və ətraf mühit Fondunun obyektlərinə təsir, əsas vəsaitlərin dəyərinin itirilməsi, həyat üçün təhlükə və əhalinin sağlamlığının itirilməsi ehtimalını nəzərdə tutur. Fövqəladə halların sosial-iqtisadi tədqiqi faktiki xərclər əsasında iqtisadi zərərin hərtərəfli qiymətləndirilməsinə imkan verməlidir. Müvafiq metodologiya həmçinin iqtisadi səmərəliliyin hesablanmasını, büdcə və büdcədənkənar fondların fövqəladə halların qarşısının alınması tədbirlərinə zəruri investisiyaların ayrılmasının əsaslandırılmasını, habelə sadələşdirilmiş prosedurlardan istifadə etməklə dəymiş ziyanı operativ qiymətləndirmək imkanlarını özündə əks etdirməlidir. Bu məqalədə mövcud hüquqi çərçivələrə əsaslanaraq təbii və texnogen fövqəladə halların qiymətləndirilməsi üçün metodoloji yanaşmalar araşdırılmışdır. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə məşğul olan nazirlik və idarələrin mütəxəssislərinə yönəlmiş, faktorial və resipient zərərlərinə əsaslanan fövqəladə halların kompleks analizi sistemi təklif olunmuşdur.
Downloads
Downloads
Published
Issue
Section
License
Copyright (c) 2026 Azerbaijan State Oil and Industry University, Baku, Azerbaijan

This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License .
