Volume 50, Issue 3 (2025)

  1. QAZ QUYULARININ LAYİHƏLƏNDİRİLMƏSİ VƏ SINAQLARIN APARILMASI

    Authors: Südabə Novruzova, Şöhrət Əhmədov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-09

    Year: 2025 Pages: 9-15

    Show abstract

    Abstract: Bu məqalədə qaz quyularının sınaqlarının aparılmsı, layihələndirilməsi və həyata keçirilməsi üzrə əsas konsepsiyalar, o cümlədən hidrodinamik tədqiqatlar və məhsuldarlıq tədqiqatları nəzərdən keçirilir. Göstərilən layihələndirmə metodları quyunun tədqiqat növünün seçilməsi üçün tövsiyələri, tədqiqatdan əvvəl lay süxurlarının xüsusiyyətlərinin müəyyən edilməsini, müvafiq debet dəyişiklikləri qrafikinin və tədqiqat ardıcıllığının planlaşdırılmasını, həmçinin məhsuldar layın zəruri həcminə nail olmaq və ya sabit axın rejimi şərtlərinə çatmaq üçün sınaqların davamiyyət müddətinin müəyyən edilməsini əhatə edir. Bu növ quyuların tədqiqatları təzyiqin zamanla dəyişmələri yaradılması və ölçülməsi tədqiqatlarına aiddir. Belə sınaqlar yalnız quyunun yaxınlığındakı şərtləri deyil, həm də quyunun qazılması və tamamlanması təsirinə məruz qalmayan lay sahələrində kollektorun xüsusiyyətlərini təbii şəraitdə müəyyən etməyə imkan verir. Bundan əlavə, bu tədqiqatlar vacib parametrləri xarakterizə etmək imkanı verir. Layın xüsusiyyətləri, o cümlədən drenaj sahəsindəki təzyiq, tədqiq olunan quyuların mümkün olan qeyri-keçirici sərhədlərinin (məsələn, ekranlaşdırıcı çatların) mövcudluğu və təxmini yerləşməsi və layın heterojenliyinin dominant xüsusiyyətləri (məsələn, təbii çatların və süxur matrisinin göstəriciləri və ya ayrı-ayrı layların xüsusiyyətləri) müəyyən edilir. HDT-lər tək quyularda və ya quyular qruplarında (kollarında) aparılan sınaqlara bölünə bilər.

    Keywords: qaz quyuları, sınaq növləri, hidrodinamik tədqiqiatlar, layihələndirmə konsepsiyaları, lay süxurları, hidrostatik təzyiq, potensial hasilat

  2. ABŞERON-BALXANYANI TEKTONİK ZONASINDA PİRALLAHI-GÜRGƏN-DƏNİZ YATAQLARININ NEFT-QAZLILIĞININ QİYMƏTLƏNDİRİLMƏSİ

    Authors: Tamella Zahidova, Rüfət Şahbazov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-16

    Year: 2025 Pages: 16-27

    Show abstract

    Abstract: Təqdim olunan məqalədə Abşeron-Balxanyanı tektonik zonasında yerləşən iki əsas yatağın neft-qazlılığının qiymətləndirilməsi məsələsinə baxılmışdır. Abşeron periklinal çökəkliyi şimal zonadan Şimali Abşeron qırılması ilə, cənubdan isə Cənubi Abşeron-Cənubi Çələkən qırılması ilə sərhədlənmişdir. Həmçinin bu çökəklik qərbdən Qərbi-Abşeron, şərqdən isə Şah-Əzizbəyov qırılmaları ilə mürəkkəbləşmişdir. Abşeron-Balxanyanı zona yataqları neft və qazkondensat tipli yataqlardır, böyük ehtiyatlara və yüksək məhsuldarlıqa malikdir. Abşeron-Balxanyanı zona iki antiklinal xətt üzərində yerləşən strukturlar ilə təmsil olunur. Onların Pirallahı - Kelkor sinklinorisinin cənub yamacında yerləşməsi tədqiqatlar zamanı müəyyənləşdirilmişdir. Bu antiklinal zonalarda qırışıqın şarniri şimal-qərbdən, cənub-şərq istiqamətinə doğru batır. Zonadakı antiklinal xətlərdən biri Abşeron küpəsi-Cənub antiklinal xətti olaraq adlandırılır. Digər antiklinal xət isə Cənub və Xali-Kəpəz antiklinal xəttidir. Abşeron küpəsi-Cənub antiklinal xətti üzərində yerləşən yataqlara Abşeron küpəsi, Darvin küpəsi, Pirallahı , Gürgǝn - dəniz strukturları aid edilir. Bu məqalədə Pirallahı və Gürgən-dəniz yataqlarının neft-qazlılığı tədqiq edilmişdir. Tədqiqatlar nəticəsində əldə edilən mədən məlumatları da nəzərə alınmış və struktur xəritələr dəqiqləşdirilmişdir. Açar sözlər Abşeron - Balxanyanı antiklinal zona, Abşeron küpəsi-Cənub antiklinal xətti, Xali-Kəpəz antiklinal xətti, Pirallahı adası yatağı, Gürgən-dəniz yatağı, Məhsuldar qat, lay dəstəsi, horizont, yataq, quyu, qalxım, struktur, qırılma.

  3. QAZ-KONDENSAT SISTEMLƏRININ FIZIKI-KIMYƏVI TƏRKIBININ YATAĞIN IŞLƏNMƏ GÖSTƏRICILƏRINƏ TƏSIRININ TERMODINAMIKI TƏDQIQI

    Authors: Natiq Həmidov, Tehran Cəfərli

    DOI: https://doi.org/10.36962/pahtei50032025-28

    Year: 2025 Pages: 28-36

    Show abstract

    Abstract: Bu tədqiqat işində, qazkondensat sistemlərinin fiziki və kimyəvi tərkibinin və termodinamiki xassələrinin yataqların işlənmə göstəricilərinə təsiri araşdırılır. Əsas fikir qazkondensat sistemlərinin retroqrad kondensasiya hadisəsi, kondensatın yataqda itkisi və faza çevirmələri kimi amillərə yönəlmişdir. Sistemin termodinamiki tarazlığına, faza çevrilmələrinə və ağır karbohidrogen fraksiyalarının miqdarına, kondensatın kimyəvi və fiziki tərkibinin dəyişməsi mühüm təsir göstərir. Quyudibi zonada kondensatın çökməsi retroqrad kondensləşmə nəticəsində baş verir və bu da kondensatın itkilərinin yüksəlməsinə və quyunun məhsuldarlığının düşməsinə səbəb olur. Araşdırmada, Bulla-dəniz yatağından götürülmüş nümunələr əsasında kontakt və diferensial kondensləşmə eksperimentləri aparılmışdır. Nəticələrdə qaz-kondensat sistemlərinin tərkibinin dəyişməsinin yataqların işlənmə göstəricilərinə böyük dərəcədə təsir göstərdiyi müəyyən edilmişdir. Retroqrad kondensasiyanın təkcə kondensatın kimyəvi tərkibindən deyil, həmçinin layın geoloji xüsusiyyətlərindən və kondensat miqdarından asılı olmağını, Rusiya və Azərbaycanın başqa-başqa qaz-kondensat yataqlarının təhlili göstərir. Kondensat itkilərinin mümkün qədər azaldılması və retroqrad kondensasiya hadisəsinin qarşısının alınması üçün yataqların idarə edilməsi üsullarını təkmilləşdirmək vacib məsələdir.

    Keywords: Qazkondensat, retroqrad kondensləşmə, termodinamiki tədqiqat, fiziki-kimyəvi tərkib

  4. AUTOMATED CONTROL SYSTEM FOR DETECTING HEAVY METALS IN FISH PRODUCTS

    Authors: Timur Aliyev, Fidan Miriyeva

    DOI: https://doi.org/10.36962/pahtei50032025-37

    Year: 2025 Pages: 37-47

    Show abstract

    Abstract: The presented article discusses heavy metal contamination in the oceans which seriously affects the environment and human health. The main problem has been identified in the literature review, and an automatic control system has been proposed to address this issue. Through this system, the analysis and verification process of heavy metals in the obtained solution (in suspension form) has been carried out. A final decision has been made based on the detected amount of heavy metals. If contamination levels are higher than allowed, the procedure stops so that more action can be taken. It is feasible to identify heavy metals early on, enhance process quality and safety, minimize time and financial losses, and even completely eradicate them with the aid of this control plan.

    Keywords: heavy metals, technological processing system, fish products, decision making, recycling

  5. MÜASİR AKUSTİK KAROTAJLA QUYULARDA SEMENTLƏMƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ MƏSƏLƏSİNƏ DAİR

    Authors: Xalid Məlikov, Nurlan Bayramov, Səbinə Cəfərova

    DOI: https://doi.org/10.36962/pahtei50032025-48

    Year: 2025 Pages: 48-56

    Show abstract

    Abstract: Məqalədə göstərilir ki, müasir dövrdə sement daşlarının kəmər və süxur ilə yapışmasına nəzarət akustik karotajın istifadəsi ilə həyata keçirilir. Quyularda akustik ölçmə materialları ilə kəmərarxası fəzanın sementlənmə keyfiyyətinin dəqiq qiymətləndirilməsinin mümkünlüyü göstərilir və nəzəri cəhətdən əsaslandırılır. Dalğa tezliyi sıfıra yaxınlaşdıqca, hidrodalğanın faza sürəti Lemba dalğasının sürətinə bərabər olur və dalğa tezliyi artdıqda (ideal olaraq sonsuzluğa qədər) - monoton olur, Stounli dalğasının sürəti maye və bərk cisim arasındakı sərhəddə səthi dalğanın sürətinə yaxınlaşır. Lemba dalğasının sönməsinin (αk) qazma məhlulu ilə dolmuş “sərbəst (sementlənməmiş)” qoruyucu kəmərin diametrindən və onun divarının qalınlığından asılılığı öyrənilir. Beləliklə, 127 mm diametrli kəmərlərdə 3,8 dB/m, diametri 327 mm olan kəmərlərdə isə 0,5 dB/m əldə edilmişdir. Dalğanın amplitudunun belə kəskin dəyişməsinin səbəbi kəmərin diametrinin fərqli olmasıdır. Mənbənin tezliyinin 16 kHz-ə qədər azalması bu diametrli kəmərlərdə αk-nin qiymətinin artmasına səbəb olur, bu artım 20-50% təşkil edir. Kəmərdəki muftalarda siqnallar zəifləyərək, 5-7 dB/m qiymətinə çatır.

    Keywords: akustik karotaj, sementləmə, Lemba-Stounli dalğası, dinamik parametr, kollektor

  6. İSO STANDARTLAŞDIRMA PRİNSİPLƏRİNDƏN İSTİFADƏ ETMƏKLƏ XAMMAL ARMATURLARININ MÖHKƏMLƏNDİRİLMƏSİ ÜÇÜN NORMATİV BAZANIN TƏKMİLLƏŞDİRİLMƏSİ

    Authors: Zabit Aslanov, Gülnar Ağayeva

    DOI: https://doi.org/10.36962/pahtei50032025-57

    Year: 2025 Pages: 57-64

    Show abstract

    Abstract: İstehlakçının məhsulun xassələrinin səviyyəsindən məmnunluğu onun yüksək rəqabət qabiliyyətinin əsas göstəricisidir ki, bu da istehsal müəssisəsinin daxili və xarici bazarlarda sabit mövqeyini təmin edir. Standartlaşdırma məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün fundamental əsasdır, çünki məhsulların rəqabət qabiliyyəti əsasən standartlarda tənzimlənən tələblərin səviyyəsindən asılıdır. Bu baxımdan, ən yaxşı dünya analoqlarına diqqət yetirmək, eləcə də standartlarda perspektivli keyfiyyət göstəricilərinin standartlaşdırılması praktiki standartlaşdırmanın inkişafı istiqamətlərindən biridir. Bazar iqtisadiyyatı şəraitində istehlakçı ayrıca hüquqi şəxs kimi deyil, istehsalçı tərəfindən təqdim olunan məhsulların istehlak xassələrinin dəyərinin əsas ölçüsü kimi çıxış edən ayrıca kateqoriya kimi qəbul edilir. İstehlakçıya müəyyən istehlak funksiyalarını yerinə yetirmək üçün məhsul lazımdır ki, bu da mahiyyətcə bazarda məhsula olan tələbi müəyyən edir. İstehsalçı bazar münasibətlərinin digər iştirakçısı kimi xassələri istehlakçının tələblərinə tam cavab verən məhsulların istehsalını təmin etməlidir. Azərbaycanda armaturun mövcud təsnifatı möhkəmləndirici poladların istehsalının növləri və üsullarına əsaslanır. Bu baxımdan aşağıdakı fitinq növləri fərqləndirilir: - diametri 6-50 mm olan çıxıntıların sabit və dəyişkən hündürlüyü (müvafiq olaraq üzük və aypara profilləri) olan isti yayma hamar və dövri profillər (yuvarlandıqdan sonra bərkidici müalicəyə məruz qalmır); - 6-50 mm diametrli termomekanik işlənmiş dövri profil (yuvarlanandan sonra gücləndirici istilik və ya termomexaniki müalicəyə məruz qalır); - 3-16 mm diametrli soyuq deformasiya edilmiş dövri profil (yuvarlandıqdan sonra uzanan sərtləşməyə məruz qalır).

    Keywords: İso standartları, xammal, normativ baza, armatur, keyfiyyət göstəriciləri

  7. TRANSFORMATOR YAĞININ MÜASİR ÜSULLARLA YOXLANILMASI

    Authors: Elşad Səfiyev, Rəşad Osmanov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-65

    Year: 2025 Pages: 65-75

    Show abstract

    Abstract: Elektrik sistemin əsas elementlərindən biri güc transformatorlarıdır. Baş verən qəzalar, nasazlığlar, zədələnmələr avadanlığa öz fiziki təsirin göstərir. Kompleks tədqiqatların vasitəsi ilə transformatorların etibarlılığın artırılması və onun istismar müddətinin uzadılması vacib məsələlərdən biridir. İstismar vaxtı yağ transformatorlarında qazlar ayrılır, qismi boşalmalar yaranır, genişləndrici çənin müxtəlif hissələrində normaldan artıq qızma və sair anormal vəziyyətlər əmələ gələ bilir. Məqalədə yağla doldurulmuş transformator avadanlığında istismar zamanı onun əsas funksional elementlərindən biri olan maye dielektrikin qənaətbəxş vəziyyətinin təmin edilməsində yüksək keyfiyyətli reqenerasiya işlərinə baxılmışdır. Göstərilir ki, mayenin resursunun bərpa edilməsi yağla doldurulmuş avadanlığın quraşdırıldığı yerdə icra olunur, ona görə də keyfiyyətə operativ nəzarət üçün ekspress-üsullardan istifadə etmək daha məqsədəuyğundur. Təmir briqadalarında portativ sistemin olması boşdayanma vaxtını azaldar, sorbentlərin vaxtında dəyişdirilməsi nəticəsində reqenerasiya qurgularının işini optimallaşdırar və beləliklə işin effektliyini artırar. Ekspres-üsul turşuluq ədədinin dəyişməsi ilə yağın rənginin dəyişməsinə əsaslanır. Turşuluq ədədi yağın keyfiyyət göstəricisi olub onun oksidləşməsinin hər mərhələsində köhnəlməsinin həssaslığı ilə fərqlənir. Üsulda müqayisəli təhlil üçün qarışıq indikatordan istifadə olunur. Portativ analitik sistem turşuluq ədədinin vizual təyini üçün əhəmiyyətli rol oynaya bilər.

    Keywords: transformator yağı, maye dielektrik, köhnəlmə, turşuluq ədədi, reqenerasiya, portativ analitik sistem ekspres-üsul,

  8. DÖVLƏT MALIYYƏSININ RƏQƏMSALLAŞDIRILMASI METODLARI

    Authors: Nigar Tağıyeva, Fərhad Valiulin

    DOI: https://doi.org/10.36962/pahtei50032025-76

    Year: 2025 Pages: 76-83

    Show abstract

    Abstract: Dövlət maliyyəsinin rəqəmsallaşdırılması maliyyə idarəetməsində şəffaflığı və səmərəliliyi artırır. Rəqəmsal texnologiyalar, o cümlədən blokçeyn, süni intellekt və böyük məlumat analitikası, vergi yığımı, büdcə planlaşdırılması və sosial ödənişlərin idarə edilməsini təkmilləşdirir. Bu yanaşma korrupsiyanın qarşısını alır, xərcləri azaldır və vəsaitlərin düzgün bölüşdürülməsinə kömək edir. Bununla yanaşı, kibertəhlükəsizlik riskləri və hüquqi tənzimləmə ehtiyacları əsas problemlər arasındadır. Məqalədə rəqəmsal transformasiyanın dövlət maliyyəsinə təsiri, beynəlxalq təcrübə və bu sahədə gələcək perspektivlər təhlil edilir.

    Keywords: Rəqəmsallaşma, dövlət maliyyəsi, blokçeyn, süni intellekt, şəffaflıq

  9. OPTIMAL DESIGN OF THE CHEMICAL-TECHNOLOGICAL SYSTEM FOR PROCESSING OF COKE OVEN GASES

    Authors: Agadadash Aliyev, Agil Safarov, Shafiga Aliyeva, Valid Chelebiyev, Shems Guliyeva, Fidan Shekerova, Sahil Mirzayev

    DOI: https://doi.org/10.36962/pahtei50032025-84

    Year: 2025 Pages: 84-96

    Show abstract

    Abstract: In the paper have been proposed a chemical-technological system for processing of coke oven gases generated at the delayed coking unit of the Heydar Aliyev Oil Refinery with additional supply of cracking and pyrolysis gases, as well as a method for its calculation. According to the stage of proposed method, statistical processing of oil refinery data was carried out and the average component composition of coke oven gases was determined. By multiplying the total mass amount of coke gases by their percentage content, their quantitative composition was determined. However, not very high values of the mass composition of coke gases forced us to include an additional supply of these substances (ethane, ethylene, propane and propylene, which were selected as key ones) from cracking and pyrolysis gases. Based on the calculated total values of the mass input flows of cracking and pyrolysis gases, as well as a study of the market situation in our Republic, priority-important target products were selected. The basic technological scheme for processing of synthetic gases is proposed, with the designation of all its input and output flows, as well as the establishment of connections between material and recirculation flows between all processes. The production capacities of reactor elements for all target products of the chemical-technological system have been determined. To obtain these products, both new and existing processes (7 in total) were included in the scheme. For each process on the base of their kinetic models has been carried out theoretical optimization and have been found the optimal process modes. For some new processes, issues of their optimal design were resolved. For example, for the ethane pyrolysis process based on its kinetic model was developed its mathematical model and the yield of the target product – ethylene for various internal pipe diameters were carried out. For the process of ethylene polymerization, a non-stationary mathematical model was developed, which will allow maintaining optimal productivity at the desired level. By combining mathematical models of all processes into a common system with respect to general operating parameters the complete mathematical model of a chemical-technological system was worked out. It will help us with taking into account the economic criterion resolve the issues of its global optimization. Since only on the basis of optimizing the system according to the general economic criterion of optimality we can select the final structure of the complex that would correspond to its optimal functioning.

    Keywords: chemical-technological system, optimal design, coke oven gases, pyrolysis, non-stationarity, methodology

  10. LAY SISTEMININ MƏSAMƏLI MÜHITDƏ TERMODINAMIKI TƏDQIQATLARININ KÜTLƏ BALANSI PRINSIPLƏRI ƏSASINDA TƏKMILLƏŞDIRILMƏSI

    Authors: Vüqar Fətəliyev, Hamlet Abbaszadə, Münasib Səttarlı

    DOI: https://doi.org/10.36962/pahtei50032025-97

    Year: 2025 Pages: 97-108

    Show abstract

    Abstract: Məqalədə, neft-qaz və qaz-kondensat yataqlarının termodinamiki tədqiqat üsullarının, kütlənin saxlanması və ya material balansı prinsiplərinin tətbiqi hesabına təkmilləşdirilməsi məsələsinə baxılmış və məsaməli mühitin xüsusiyyətləri nəzərə alınmaqla diferensial kondensasiya zamanı həyata keçirilən ölçmə işlərinin dəqiqliyi artırılmışdır. Qeyd edilir ki, mövcud PVT qurğuları lay sisteminin xassələrini yüksək dəqiqliklə tədqiq etməyə imkan yaratmasına baxmayaraq, belə qurğular məsaməli mühitin xassələrini nəzərə ala bilmir. Digər tərəfdən isə, son illlərin araşdırmaları, karbohidrogen yataqlarının istismarı zamanı baş verən faza çevrilmələrinin öyrənilməsində lay mühitinin nəzərə alınmasının vacibliyini əsaslandırır.

    Keywords: Termodinamiki tədqiqat, Diferensial kondensasiya, Material balans tənliyi, Məsaməli mühit, PVT bombası

  11. TEKSTİL MƏMULATLARININ SONRADAN KOMPOZİTİN YARADILMASI İLƏ KARBON LENTİNİN ƏVVƏLCƏDƏN GƏRGİNLƏŞDİRİLMƏSİ TEXNOLOGİYASININ HAZIRLANMASI

    Authors: İlqar Rəcəbov, Mehriban Zeynalova, Naibə Novruzlu

    DOI: https://doi.org/10.36962/pahtei50032025-109

    Year: 2025 Pages: 109-117

    Show abstract

    Abstract: Maşınların, mexanizmlərin və konstruksiyaların yükdaşıyan elementlərində karbon bir istiqamətli lentlə şəklində möhkəmləndirici epoksi bağlayıcıya əsaslanan kompozit materiallar geniş istifadə olunur. Məqalədə, kompoziti gücləndirmək üçün aşağıdakı toxuculuq məhsulları istifadə olunur: bir istiqamətli karbon lentləri və bazarda geniş şəkildə təmsil olunan müxtəlif səth sıxlığına malik iki istiqamətli parçalar. Karbon lentinin istehsalında istifadə edilən toxuculuq növü, düz, karbon lif tellərini dalğalar şəklində bükür, bu da hazır kompozitin möhkəmlik və sərtlik xüsusiyyətlərini azaldır. Buna görə də, məqalədə karbon armaturunun bir qatında kompozitlərin yaradılması xüsusiyyətlərini öyrənmək təcili bir vəzifə kimi baxılıb.Məqalədə təyin olinub ki, karbon liflərinin yüksək möhkəmlik xüsusiyyətləri karbon lentini əvvəlcədən gərginləşdirməyi çətinləşdirir. Maşın sınaq təcrübəsində istifadə olunan düz çənəli paz formalı tutacaqlar sıxılma zonasında lentin məhvinə səbəb olur. Kəmərin diaqonal olaraq uzanma qabiliyyəti və liflərin geniş eni və hamarlığı dar, sərt idman və hərbi kəmərləri tutmaq üçün standart bir həllin istifadəsinə mane olur. Problemi həll etmək üçün böyük enli karbon kəmərləri üçün xüsusi stend hazırlanmışdır.Tutucu valdan - polad silindrdən, iki flanşdan - yükə məruz qalan silindrin əsaslarına quraşdırılmış çarpaz formalı lövhələrdən ibarətdir. Bundan əlavə məqalədə, qəlibləmə və gücü inkişaf etdirmə prosesində karbon lentinin əvvəlcədən gərginlik səviyyəsini saxlamaq üçün çəkilər kütləsi ilə yüklənmiş bir qollu sistem istifadəsi göstərilmişdir.

    Keywords: karbon lent, prestress, monolayer, kompozi, termal saplar, düz toxunuşlu parça, bağlayıcı karbon

  12. SÜNI NEYRON ŞƏBƏKƏSINDƏN ISTIFADƏ EDƏRƏK MÜHƏRRIKIN NASAZLIĞININ AŞKARLANMASI MODELI

    Authors: İmran Bayramov, Şahin Zərbəliyev, Sevil Əhmədova

    DOI: https://doi.org/10.36962/pahtei50032025-118

    Year: 2025 Pages: 118-128

    Show abstract

    Abstract: Məqalənin obyekti neft və qaz hasilatı üçün texnoloji qurğularda qəzaların proqnozlaşdırılmasıdır. Bu işin məqsədi neft və qaz hasilatı obyektlərində fövqəladə halların proqnozlaşdırılması prosedurunu hazırlamaqdır. MATLAB tətbiqi proqram paketində riyazi model əsasında üçfazalı asinxron mühərrikin riyazi modeli qurulmuş, onlar təhlil edilmiş və yoxlanılmışdır. Asinxron mühərrikin dinamik modeli dövrə tənliyi, gərginlik tənliyi, fırlanma momenti tənliyi və hərəkət tənliyindən ibarətdir, burada dövrə tənliyi və fırlanma anı tənliyi cəbri tənliklər, gərginlik tənliyi və hərəkət tənliyi isə diferensial tənliklərdir. Çox vaxt toplanmış xam məlumatlar təşkil olunmur, qeyri-müntəzəm olur, çox vaxt uyğunsuz və ya natamam olur, bəzi məlumatlar çatışmır və anomaliyalar mövcuddur. Toplanmış məlumatların böyük həcmi və müxtəlif keyfiyyətinə görə, daha yaxşı nəticələr əldə etmək üçün yüksək keyfiyyətli məlumatların çıxarılması üçün məlumatların əvvəlcədən işlənməsi lazımdır. Neyroşəbəkə eksperimental məlumatlar əsasında öyrədilir, sınaq və təlim dəstlərindən əldə edilən məlumatlar müqayisə edilir və üç asinxron mühərrikin işini proqnozlaşdırmaq və beləliklə, MATLAB proqram məhsullarından istifadə etməklə davamlı olaraq optimallaşdırılır.

    Keywords: Süni neyron şəbəkəsi; limit təlim maşını; mühərrik nasazlıqlarının aşkarlanması; səhv testi

  13. QHT-NIN NEFT LAYLARININ QUYUDIBI ZONASININ OPERATIV QIYMƏTLƏNDIRILMƏSINDƏ ROLU

    Authors: Yevgeniya Məmmədova, İslam Əhmədov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-129

    Year: 2025 Pages: 129-137

    Show abstract

    Abstract: Neft yataqlarının quyudibi zonasının (QZ) operativ qiymətləndirilməsi, yataq idarəetməsi sahəsində vacib bir aspektdir, çünki bu, yatağın cari vəziyyəti haqqında məlumat əldə etməyə və istehsalın optimallaşdırılması ilə bağlı qərarların qəbuluna birbaşa təsir göstərir. QZ, yataq ilə quyunun əlaqə nöqtəsi olaraq, hidrokarbonların axışında mühüm rol oynayır və onun vəziyyətini başa düşmək, dəqiq yataq qiymətləndirmələri üçün vacibdir. QZ-nin qiymətləndirilməsində ənənəvi üsullar birbaşa ölçmələrə əsaslanır ki, bu da vaxt, xərc və əlçatanlıq baxımından bəzi məhdudiyyətlərə malikdir. Son illərdə, geofiziki texnologiyalar (GT) bu çətinlikləri aşmaq üçün vacib vasitələrə çevrilmişdir. Bu məqalə, QZ-nin operativ qiymətləndirilməsində müxtəlif geofiziki texnologiyaların, o cümlədən seysmik, elektromaqnit və akustik üsulların tətbiqini və əhəmiyyətini araşdırır. Bu texnologiyalar, təzyiq, temperatur, keçiricilik, maye doyması və quruluş bütövlüyü kimi mühüm parametrlərin qeyri-invaziv və real vaxt rejimində monitorinqini təmin edir. Geofiziki texnologiyalar yüksək həll qabiliyyətli məlumatlar təqdim edərək, subsurface (yeraltı) şərtlərin daha dəqiq və dinamik bir təsvirini yaradır və bu, quyunun yerləşdirilməsi, qazma əməliyyatları və yataq idarəetməsi ilə bağlı daha yaxşı qərarların qəbul edilməsini təmin edir. Bundan əlavə, bu texnologiyaların qabaqcıl məlumat işləmə və modelləşdirmə texnikaları, məsələn, maşın öyrənməsi və süni intellektlə birləşdirilməsi, yatağın davranışını proqnozlaşdırmaq və istehsal proseslərini optimallaşdırmaq bacarığını artırmışdır. Araşdırmalar göstərir ki, geofiziki texnologiyaların tətbiqi QZ-nin qiymətləndirilməsinin dəqiqliyini əhəmiyyətli dərəcədə artırır, yatağın istismarına aid riskləri minimuma endirir və neftin bərpası nisbətini maksimuma çatdırır. Bu məqalə, geofiziki texnologiyaların müasir yataq idarəetməsində əsas rol oynadığını və həm qısa müddətli əməliyyat qərarlarını, həm də uzunmüddətli strateji planlaşdırmanı dəstəkləyən vacib məlumatlar təmin etdiyini nəticə olaraq vurğulayır.

    Keywords: geofiziki texnologiyalar (gt), quyudibi zonasının (qz) vəziyyəti, yatak idarəetməsi, operativ qiymətləndirmə, qeyri-invaziv monitorinq, istehsalın optimallaşdırılması

  14. LÖKBATAN-PUTA-QUŞXANA SAHƏSİNİN MƏHSULDAR QAT ÇÖKÜNTÜLƏRİNİN LİTOFASİAL XÜSUSİYYƏTLƏRİ

    Authors: Lalə Xəlilova, Mirzə Əliyev, Nicat Rzayev

    DOI: https://doi.org/10.36962/pahtei50032025-138

    Year: 2025 Pages: 138-148

    Show abstract

    Abstract: Məqalədə «karotaj fasiyalar» metodunun tətbiqinin bəzi nəticələri təqdim olunub, məqsəd isə məhsuldar qat çöküntülərinin (MQ) çöküntütoplanma və müxtəlif fasial şəraitlərinin bərpasıdır. Tədqiqat obyekti kimi Lökbatan-Puta-Quşxana yatağı seçilib. Bu yatağın neft-qaz ehtiyatları MQ həm üst, həm də alt şöbələri ilə əlaqəlidir. Buna görə də tədqiqatın predmeti MQ həm üst, həm də alt şöbələrinin neftli lay dəstələridir. Aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, Puta-800 quyu kəsilişində neftli-qazlı süxur-kollektorlar əsasən mənsəb barları, qırılma axınları və sahilboyu barlar fasiyalarına aiddir. Onlar həmçinin çay yataqları və çayların çaybasarları fasiyalarında da müşahidə olunurlar.

    Keywords: sedimentary environment, logging facies, non-anticlinal trap, reservoir, well section

  15. QAZ-KONDENSAT YATAĞININ IŞLƏNMƏSİNİN SƏMƏRƏLİYİNİN ARTIRILMASI VƏ ONLARIN BƏRPA OLUNAN EHTİYATLARININ QİYMƏTLƏNDİRİLMƏSİ ÜÇÜN ƏSAS YANAŞMALAR

    Authors: Elmira Qadaşova, Məhəmməd Məmmədov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-149

    Year: 2025 Pages: 149-156

    Show abstract

    Abstract: İstismarda olan və yeni kəşf edilən yataqlar arasında qaz-kondensat yataqları mühüm əhəmiyyətə malikdir. Buna görə də, bu tip yataqların işlənməsinə bütün mərhələlərdə ciddi yanaşmaq və lay daxilində karbohidrogen itkilərinin minimuma endirilməsinə nail olmaq əsas prioritet məsələlərdən biridir. Bu hədəfə çatmaq isə əsaslandırılmış işlənmə sisteminin tətbiqi, istismar prosesinə davamlı və dəqiq nəzarətin həyata keçirilməsi, karbohidrogen hasilat əmsalının artırılması ilə bağlı geoloji və texniki-texnoloji həllərin vaxtında tətbiq edilməsi və digər tədbirlərin kompleks icrası ilə mümkün ola bilər. Bu tədqiqatda qaz-kondensat yataqlarının səmərəli istismarının təmin edilməsi üçün əsas istiqamətlər təhlil edilmiş və bunun üçün işlənmənin hər bir mərhələsində yatağın qaz və kondensat fazalarına görə çıxarıla bilən ehtiyatlarının qiymətləndirilməsinin vacibliyi vurğulanmışdır. Məqalədə, eyni zamanda, qaz-kondensat ehtiyatlarının material balans tənlikləri əsasında və lay təzyiqinin azalması metodu ilə qiymətləndirilməsi üsulu təqdim edilmiş, bu üsulun alqoritminə uyğun aparılan hesablamalar vasitəsilə onun praktiki tətbiq imkanları göstərilmişdir. Əldə olunan nəticələr qaz-kondensat yataqlarının istismar səmərəliliyinin artırılması ilə bağlı mühüm qərarların qəbulunda istifadə edilə bilər.

    Keywords: Qaz-kondensat resursu, Effektivlik, İstismar göstəricisi, İstismar oluna bilən ehtiyat, Karbohidrogen hasilat göstəricisi, Geoloji strukturun dəyişməsi

  16. SƏNAYE MÜƏSSİSƏLƏRİNİN SƏMƏRƏLİ FƏALİYYƏTİNDƏ PROSES YANAŞMASININ YERİ

    Authors: Natavan İbrahimova, Şəlalə Babayeva

    DOI: https://doi.org/10.36962/pahtei50032025-157

    Year: 2025 Pages: 157-166

    Show abstract

    Abstract: Məqalədə sənaye müəssisələrində idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədilə proses yanaşmasının tətbiqi araşdırılır. Proses yanaşması, müəssisənin fəaliyyətindəki müxtəlif əməliyyatları ardıcıl və əlaqəli bir şəkildə idarə edərək, resursların daha səmərəli istifadəsinə imkan yaradır. Bu yanaşma vasitəsilə idarəetmə prosesləri optimallaşdırılır, qərar qəbul etmə prosesi sürətləndirilir və fəaliyyətin hər bir mərhələsində keyfiyyətin artırılması təmin edilir. Proses yanaşmasının əsas məqsədi müəssisələrin fəaliyyətini daha çevik, effektiv və məqsədyönlü şəkildə təşkil etməkdir. Məqalədə, həmçinin, proses yanaşmasının tətbiq mexanizmləri və bunun nəticəsində əldə edilən müsbət təsirlər təhlil edilir. Proseslərin düzgün izlənməsi və idarə olunması, təşkilatın resurslardan daha düzgün və sərfəli istifadə etməsinə gətirib çıxarır. Eyni zamanda, müəssisələrin rəqabət qabiliyyəti artır, çünki bazar dəyişikliklərinə daha sürətlə reaksiya vermək imkanı yaranır. Həmçinin, proses yanaşması müştəri tələblərinə uyğun olaraq dəyişiklikləri həyata keçirməkdə daha çevik yanaşmaların tətbiqinə şərait yaradır. Proses yanaşması, müəssisələrin uzunmüddətli dayanaqlı inkişafını təmin etmək və idarəetmənin keyfiyyətini artırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Müəssisələr bu yanaşma vasitəsilə daha az resursla daha yüksək məhsuldarlığa nail ola bilər, bununla yanaşı, əməliyyatların təkmilləşdirilməsi müəssisənin gələcək inkişafı üçün sağlam təməl yaradır. Yekun olaraq, proses yanaşması sənaye müəssisələrinin daha mütəşəkkil və rəqabətə davamlı olmasına töhfə verir, idarəetmənin bütün aspektlərini təkmilləşdirməyə imkan yaradır.

    Keywords: proses yanaşması, idarəetmə strukturu, sənaye müəssisəsi, optimallaşdırma, effektiv idarəetmə, biznes proseslərinin təkmilləşdirilməsi, rəqabət qabiliyyəti

  17. BAKI ARXİPELAQININ KARBOHİDROGEN YATAQLARININ FORMALAŞMASINDA TƏZYİQİN ROLU

    Authors: Hüseynağa Məmmədov, Nəzrin Quluzadə, Mehdi Salmanov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-167

    Year: 2025 Pages: 167-176

    Show abstract

    Abstract: Bakı arxipelaqı çökmə sürəti və qalın çökmə örtüyü ilə fərqlənən unikal geoloji quruluşa malik olub, Cənubi Xəzər hövzəsinin ən maraqlı və mürəkkəb geodinamik sistemlərindən birini təşkil edir. Aparılmış tədqiqatlar nəticəsində Bakı arxipelaqında ən yüksək təzyiq qradientlərinin (18 MPa/km) qeydə alındığı müəyyən edilmişdir ki, bu da burada baş verən yüksək sıxılma proseslərini əks etdirir. Bu yüksək təzyiq qiymətləri süxurların geokimyəvi və geofiziki xüsusiyyətlərinə, çökmə mühitində baş verən tektonik proseslərə və bölgənin ümumi geodinamik rejiminə uyğun olaraq dəyişkənlik göstərir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Bakı arxipelaqında anomal təzyiq əsasən iki fərqli zonada müşahidə olunur. Bu dərin zonada baş verən istilik və geokimyəvi dəyişikliklər nəticəsində üzvi maddələrin parçalanması, karbohidrogenlərin generasiyası və onların sıxılmış laylar daxilində toplanması müşahidə olunur. Bu təzyiq zonalarının əmələ gəlməsi və inkişaf etməsində süxurların mineral tərkibi, çökmə sürəti, süxur laylarının keçiricilik və məsaməlilik dərəcəsi, geotermal şərait, həmçinin tektonik faktorlar əhəmiyyətli rol oynayır. Bakı arxipelaqının geoloji təkamülü süxur qatlarının mürəkkəb strukturunu formalaşdırmış və nəticədə burada müxtəlif dərinliklərdə dəyişkən təzyiq zonalarının yaranmasına şərait yaratmışdır. Aparılan tədqiqatlar göstərir ki, Bakı arxipelaqında anomal təzyiq yalnız süxurların sıxılması və karbohidrogenlərin generasiyası ilə məhdudlaşmır, eyni zamanda diapirizmin və palçıq vulkanizminin əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Ümumilikdə, Bakı arxipelaqında anomal təzyiqin öyrənilməsi həm fundamental geoloji biliklərin inkişafına, həm də neft-qaz sənayesində qərar qəbul etmə proseslərinə mühüm dəstək ola bilər. Bu baxımdan, gələcək tədqiqatların anomal təzyiqin mənbələri, dinamikası və onun müxtəlif geoloji proseslərdə oynadığı rolun daha dərin araşdırılmasına yönəldilməsi böyük əhəmiyyət kəsb edir.

    Keywords: Bakı arxipelaqı, anomal təzyiq, karbohidrogen yataqları, qaz yataqları, palçıq vulkanları

  18. STUDIES OF THE X-MAS TREE EQUIPMENT STABLE CONDITIONS BY ENSURING THE WEAR RESISTANCE OF VALVES AND FITTINGS OF THE ASSEMBLY

    Authors: Ramiz Hamidov, Turkan Ibrahimli

    DOI: https://doi.org/10.36962/pahtei50032025-177

    Year: 2025 Pages: 177-186

    Show abstract

    Abstract: The article is dedicated to the analysis of durability of well Christmas tree equipment in terms of augmenting the wear resistance of the assembly units such as valves and fittings with the inclusion of operation and construction processes of the Christmas tree equipment. Investigation of the efficiency of the aforementioned assembly as well as its units starts with providing information on the equipment, its units and under which conditions they operate and therefore it can be found at what extent they should be strong, functional providing hermetic pressure and reliable operation. The principles of the components of Christmas tree and the requirements set for them are explained. Afterwards, the operability of the Christmas tree with regards of impacts on the valves and throttles of the assembly was reviewed, both technical and operational demands imposed on them were investigated, in addition to justifying their constructive parameters. The study successfully identifies the key factors affecting the durability and efficiency of Christmas tree Provides data-driven results on optimal material choices, design changes, and operational guidelines that significantly improve system performance.The operating capacity of the fittings in accordance with miscellaneous criteria is ascertained; this work is also performed for the throttles. Here are also reports on the strength of individual details of the units. Other malfunctions and complications witnessed whilst the fittings operate are explained as well, the causes of their occurrence are indicated, and specific proposals for their elimination were recommended; rules for observing safety techniques during the operation and repair of fittings are also given. The study provides new insights into the fluid dynamics and structural integrity of oil well fittings. It breaks new ground by combining advanced material analysis with fluid mechanics, offering a unique perspective on operational problems and solutions in the field. Although the study provides comprehensive insights, it is limited by the scope of materials tested and the specific environmental conditions considered. Further studies could expand these parameters to generalize the findings to a wider range of applications. The study also provides new insights into the fluid dynamics and structural integrity of oil well fittings. It breaks new ground by combining advanced material analysis with fluid mechanics, offering a unique perspective on operational problems. The originality of the research lies in its holistic approach combining materials science, fluid dynamics and practical applications. A multidisciplinary perspective offers a new and comprehensive understanding of problems and solutions in oil well system design and operation.

    Keywords: Christmas tree, wear resistance, valves, throttle, effect of friction, durability of material, corrosion

  19. QEYRI-NYUTON MAYESININ ƏSAS GÖSTƏRICILƏRININ TƏYIN OLUNMASI

    Authors: Mirzə Dadaş-Zadə, Sərxan Vəliyev

    DOI: https://doi.org/10.36962/pahtei50032025-187

    Year: 2025 Pages: 187-193

    Show abstract

    Abstract: Qeyri-Nyuton mayelərinin, xüsusən də emulsiyaların riyazi təsviri indi xüsusi əhəmiyyət kəsb edir, çünki təkmilləşdirilmiş neftvermə üsullarının əksəriyyəti getdikcə daha ətraflı şəkildə modelləşdirilir. Yalnız bu yaxınlarda bəzi simulyatorlara emulsiya axınının bəzi xüsusiyyətləri daxil edilmişdir. Demək olar ki, bütün təkmilləşdirilmiş neft bərpa prosesləri. emulsiyanın əmələ gəlməsini və bu və ya digər formada axınını əhatə edir. Bu cür axının riyazi modellərdə təmsil olunması hələ də qeyri-adekvatdır. Bu iş riyazi nöqteyi-nəzərdən emulsiyaların reologiyasını, məsaməli mühitlərdə əmələ gəlməsini və sonrakı axını araşdırır. Məsaməli mühitdə psevdoplastik mayelərin axını təsvir edən bir neçə modelin tənqidi qiymətləndirilməsi təqdim olunur. Modellər müxtəlif modellər arasında fərqləri aşkar etməyə imkan verən vahid formada ifadə edilir. Müxtəlif modellərin altında yatan fərziyyələr ətraflı müzakirə olunur. Bundan əlavə, məqalə teologiya və emulsiyaların in situ formalaşması və məsaməli mühitdə emulsiyaya cavabdeh olan bir sıra digər amillərin rolunun xülasəsini verir. Məqalə rezervuar simulyatorlarında emulsiya axınının birləşdirilməsi üçün təkliflərlə yekunlaşır. Qeyri-izotermik şərtlərə genişlənmə də müzakirə olunur. Bundan əlavə, məqalə teologiya və emulsiyaların in situ formalaşması və məsaməli mühitdə emulsiyaya cavabdeh olan bir sıra digər amillərin rolunun xülasəsini verir. Məqalə rezervuar simulyatorlarında emulsiya axınının birləşdirilməsi üçün təkliflərlə yekunlaşır. Qeyri-izotermik şərtlərə genişlənmə də müzakirə olunur..

    Keywords: qeyri-Nyuton mayeləri, emulsiyalar, reologiya, neftin bərpası, psevdoplastik mayelər, məsaməli mühit, maye axınının modelləşdirilməsi, rezervuar simulyatorları, özlülük, kəsmə incəlməsi, riyazi modelləşdirmə, qeyri-izotermik şərait, maye davranışı

  20. KOMMERSIYA BANKLARINDA KREDIT SISTEMLƏRININ TƏŞKILINƏ NƏZƏRI YANAŞMALAR

    Authors: Elnur Sadıqov, Səxavət İlyasov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-194

    Year: 2025 Pages: 194-202

    Show abstract

    Abstract: Məqalə, kommersiya banklarında kredit əməliyyatlarının təşkilinin əsaslarını və bu əməliyyatların iqtisadiyyatın inkişafındakı rolunu ətraflı şəkildə təhlil edir. Kreditor təşkilatlarının müştərilərə kredit təmin etməsi, bazar iqtisadiyyatının effektiv işləməsi üçün vacibdir. Məqalə, kommersiya banklarının kredit siyasətini, risk idarəetmə mexanizmlərini və kreditin təminatlandırılması proseslərini analiz edir. Eyni zamanda, kredit əməliyyatlarının həyata keçirilməsində hüquqi və maliyyə qaydalarına riayət edilməsi, kreditin növləri və şərtləri kimi mövzulara da toxunulur. Tədqiqat, kredit vermə prosesinin düzgün təşkilinin bankın maliyyə sabitliyini və müştəri etimadını qorumağa necə kömək etdiyini göstərir.

    Keywords: Kommersiya bankları, kredit əməliyyatları, risk idarəetməsi, bank əməliyyatları

  21. NEFT-QAZ YATAQLARININ SƏMƏRƏLİ İŞLƏNMƏSİ ÜÇÜN İNTELLEKTUAL DİNAMİK TƏHLİL SİSTEMİ

    Authors: Dinarə Hüseynova, Əlisgəndər Ədilzadə

    DOI: https://doi.org/10.36962/pahtei50032025-203

    Year: 2025 Pages: 203-212

    Show abstract

    Abstract: Bu məqalə yatağın səmərəli inkişafı üçün dinamik analiz sistemini təqdim edir. Sistem 6 moduldan ibarətdir: hasilatın erkən xəbərdarlığı, hesabat təhlili, tək quyu dinamik analizi, suvurma-hasilat quyusu qrupu dinamik analizi, lay dinamik analizi və intellektual bilik bazası. Sistem məlumatları istehsal məlumat bazasından gəlir, anbarın istehsal vəziyyətini real vaxt rejimində izləyir və istifadəçiləri xəbərdar etmək üçün adi hasilat xəbərdarlığı və böyük məlumatların təhlili “sayıqlığından” istifadə edir. Bu tədqiqatda neft və qaz laylarında intellektual dinamik analiz sisteminin tətbiqi lay mühəndisliyi, hasilatın monitorinqi və qərar qəbuletmə proseslərini təkmilləşdirmək üçün araşdırılmışdır. Süni intellektin (AI) və real vaxt rejimində məlumatların emalı texnologiyalarının intellektual dinamik analiz sistemlərinə inteqrasiyası səmərəlilik, dəqiqlik və proqnozlaşdırma imkanlarında əhəmiyyətli təkmilləşdirmələr təklif edir. Qabaqcıl maşın öyrənmə alqoritmlərini və real vaxt rejimində monitorinq sensorlarını özündə birləşdirərək sistem rezervuar davranışının davamlı qiymətləndirilməsinə, hasilat dərəcələrinin optimallaşdırılmasına və əməliyyat qeyri-müəyyənliklərinin azaldılmasına imkan verir. Bundan əlavə, tədqiqat məlumatların keyfiyyəti, sistemin uyğunlaşması və real vaxt rejimində işləmə imkanlarına ehtiyac ilə bağlı problemləri araşdırır.Tapıntılara əsasən, gələcək inkişaf üçün tövsiyələrə məlumatların idarə edilməsi çərçivələrinin təkmilləşdirilməsi, süni intellektə əsaslanan proqnozlaşdırıcı modellərin istifadəsinin genişləndirilməsi, IoT əsaslı real vaxt monitorinq həllərinin inteqrasiyası və mühəndislər və operatorlar üçün işçi qüvvəsinin təlim proqramlarının təkmilləşdirilməsi daxildir. Bu strategiyaların qəbulunun neft və qaz hasilatı əməliyyatlarının səmərəliliyini, davamlılığını və gəlirliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağı, resursların daha yaxşı idarə edilməsini və risklərin azaldılmasını təmin edəcəyi gözlənilir.

    Keywords: dinamik analiz, quyunun fəaliyyətinin təhlili, yataqların işlənməsi, injeksiya

  22. BUXAR QAZ QURĞUSUNUN SXEMİNİN ANALİZİ

    Authors: Sənan Neymətov, Şükür Nəsirov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-213

    Year: 2025 Pages: 213-222

    Show abstract

    Abstract: Buxar qaz qurğularının öyrənilməsi təbii qazla işləyən istilik elektrik qurğularının inkişafı üçün perspektivli sahələrdən biri hesab olunur. Onların həyata keçirilməsinə maraq böyük təbii qaz ehtiyatları, aşağı kapital qoyuluşları və ətraf mühitə zərərli maddələrin minimal emissiyaları ilə izah olunur. Termodinamikadan məlumdur ki, yüksək dövriyyə səmərəliliyinə nail olmaq üçün yüksək istilik təchizatı temperaturu eləcə də avadanlığın minimum daxili itkilərlə işləməsini təmin etmək və rasional istilik dövrəsinə malik olmaq lazımdır. Hazırkı mərhələdə, mövcud konstruktiv materiallar və turbin elementlərinin soyudulması üsulları ilə qaz turbin qurğusunun yanma kamerasında istilik təchizatının maksimal temperaturu 1600°C-ə çatmışdır və Renkin tsiklində kondensatorda suda istiliyin çıxarılması temperaturu iqtisadi şərtlərə görə, 15°C-dən aşağı ola bilməz. Bu şərtlər altında, buxarın aralıq qızdırılması ilə ən qabaqcıl üç dövrəli birləşdirilmiş dövrəli qaz qurğuları 63% elektrik səmərəliliyinə nail olmuşdur. Rankine tsikli üçün su üzərində işləyərkən, dondurma şəraitində buxar kondensasiyasının tempera¬turu 0°C-dən yuxarı olmalıdır. Kombinə edilmiş dövrə qurğusu üçün, uzaq şimal qaz hasilatı əraziləri üçün xarakterik olan aşağı orta illik ətraf mühit temperaturu şəraitində işləyərkən, Rankine tsilində istiliyi 0°C-dən çox aşağı çıxarmaq mümkündür, lakin bu, yalnız Rankine tsiklində işləyən maye ki¬mi üzvi işçi maye istifadə edilərsə, hava ilə soyudulmuş kondensatorlardan istifadə etməklə etibarlı şəkildə yerinə yetirilməlidir. Müasir üzvi işçi mayelərin çatışmazlığı onların termik parçalanmasının aşağı maksimal temperaturunun 300...400 °C- olmasıdır.

    Keywords: buxar qaz qurğusu, üzvi işçi maye, təbii Rankine tsikli, hava kondensatoru, riyazi modelləşdirmə

  23. QUANTITATIVE DETERMINATION OF DISSOLVED OXYGEN IN THE WATER OF SOME LAKES OF THE ABSHERON PENINSULA

    Authors: Sevinj Hajiyeva, Tarana Aliyeva, Hadiyya Hajiyeva

    DOI: https://doi.org/10.36962/pahtei50032025-223

    Year: 2025 Pages: 223-231

    Show abstract

    Abstract: Oxygen is one of the most important dissolved gases, constantly present in surface waters, the regime of which largely determines the chemical and biological state of water bodies. Oxygen consumption in water is associated with chemical and biochemical processes of oxidation of organic and some inorganic substances (Fe2+, Mn2+, NH4+, H2S, CH4, H2, etc.), as well as with the respiration of aquatic organisms. The rate of oxygen consumption increases with increasing temperature, the number of bacteria and other aquatic organisms and substances subject to chemical and biochemical oxidation. Dissolved oxygen in surface waters is in the form of O2 molecules. In the case of high intensity of photosynthesis, water can be significantly oversaturated with oxygen. In this case, some of it can pass into gaseous form. The aim of the research work was to develop a method for determining the oxygen content in the water of some Absheron lakes and to determine the living conditions of organisms in the studied water bodies based on the oxygen content. For this purpose, water samples were taken from the lakes Masazyr, Bulbule, Zykh, Kurdekhany, Gumyatagh, Yasamal, Gyrmyzy, Gu, Binegedi, Lokbatan, Khojasen and the amount of dissolved oxygen was determined in these water samples. It was found that the solubility of oxygen in these water bodies increases with decreasing temperature and mineralization. The determination of the amount of dissolved oxygen, temperature, pH, and electrical conductivity in water samples from the lakes Masazyr, Bulbule, Zykh, Kurdekhany, Gumyatagh, Yasamal, Gyrmyzy, Gu, Binegedi, Lokbatan, Khojasen was established using the device “Water Quality Meter” 850081.

    Keywords: dissolved oxygen, water sample, mineralization, Lake Yasamal, electrical conductivity

  24. ÜFÜQİ QUYULARDAN İSTİFADƏ ETMƏKLƏ YATAQLARIN İŞLƏNMƏSİNDƏ SÜRTÜNMƏ QÜVVƏLƏRİNİN AZALDILMASI ÜSULLARI

    Authors: Azad Bağırov, Vüqar Abbaszadə

    DOI: https://doi.org/10.36962/pahtei50032025-232

    Year: 2025 Pages: 232-239

    Show abstract

    Abstract: Mövcud vəziyyətdə dünya praktikasında üfüqi quyuların qazılması neft və qaz yataqlarında mühüm yer tutur. Ümumi halda, üfüqi quyular bu məhsuldar laylara qazılması daha məqsədə uyğun hesab edilir: • sərt enmə bucağına malik laylı kollektorlar; • çay yatağı və rif çıxıntılarındakı qumlu kollektorlar, qismən gücdən düşmüş kollektorlar, məhdud keçiriciliyə malik kollektorlar; • iqtisadi cəhətdən qeyri-münasib kollektorlar.; • ağır neft-qaz yataqlarına və potensial su-qaz konturunun yaranması probleminə malik ola bilən məhsuldar laylar; Son illər ərzində bütün dünyada çoxlu sayda horizontal quyu qazılıb və nəticədə quyunun lay ilə təmas sahəsini artırmaqla horizontal quyularda hasilatın artılırması müşahidə edilmişdir. Üfüqi quyuların trayektoriyalarının mürəkkəbliyi qazmaya təsir edən sürtünmə qüvvələrini artıraraq qazma rejim parametrlərinə mənfi təsir göstərir,qazma kəmərinin həddən artıq yüklənməsinə təsir göstərir. Sürtünmə qüvvəsinin təsiri nəticəsində qəzaların və mürəkkəbləşmələrin yaranma riski artır.Qazma zamanı sürtünmə və müqavimət qüvvələrinin azaldılması üçün texnoloji,texniki və kimyəvi tədbirlər görülür. Texnoloji və texniki tədbirlərə, düzgün qazma metodunun seçilməsi, optimal quyu profilinin hazırlanması və səmərəli qazma rejimlərinin seçilməsi nəzərdə tutulur. Kimyəvi metod isə qazma məhlullarının reoloji parametrlərinə dəyişiklik etməklə və lubricantlardan istifadə etməklə sürtünmə və müqavimət qüvvələrini minimuma endirmək üçün istifadə olunur.Qazma praktikasında LUBE 167, K – LUBE EBL, Dreel Free,DSB – KTM kimi qazma məhlulu əlavələri,lubricantlar geniş yayıl¬mışdır. Kimyəvi metodun istifadəsinin mənfi tərəfi, qazma məhlulunun fiziki parametrlərinin idarə edilməsinin çətin olmasıdır. Açar sözlər⁚ üfüqi quyu, sürtünmə qüvvələri, qazma məhlulu və lubricantlar, statik sürtünmə qüv¬vəsi.

  25. NORMAL CONSTRUCTİON OF CEMENT BRİDGE İN AZERBAİJAN

    Authors: Eldar Suleymanov, İskandar Allahverdiyev

    DOI: https://doi.org/10.36962/pahtei50032025-240

    Year: 2025 Pages: 240-248

    Show abstract

    Abstract: Cement bridging is a fundamental technique in wellbore integrity management, widely used in the pet¬ro¬leum industry for well abandonment, zonal isolation, and pressure control. This method involves pla¬cing a cement slurry at a specific depth within the wellbore, where it hardens to form a solid barrier that prevents fluid migration, stabilizes formations, and ensures well integrity. Leading oil and gas operators, implement this technique in both offshore and onshore operations to enhance safety, efficiency, and compliance with industry regulations. Different cementing methods, including the Balanced Plug Method, Stage Cementing, Reverse Circulation Cementing, and High-Pressure Cementing, are employed based on well conditions and operational requirements. These methods help maintain pressure control, prevent cross-contamination between hydrocarbon and water-bearing zones, and provide a foundation for future well modifications. Verification techniques such as pressure testing and tagging ensure the structural integrity of the cement bridge after placement. Advancements in cement formulations and placement technologies continue to improve the effectiveness and reliability of cement bridges, making them a crucial element in modern petroleum engineering. Their strategic application minimizes envi¬ron¬mental risks, ensures regulatory compliance, and optimizes well performance, particularly in challenging deepwater and high-pressure reservoirs. Understanding and applying cement bridging techniques effec¬tively remains essential for maintaining safe and sustainable oil and gas operations.

    Keywords: cement bridging, wellbore integrity, well abandonment, zonal isolation, pressure control, cement slurry, solid barrier, fluid migration, formation stability

  26. НАПРАВЛЕНИЯ СОВЕРШЕНСТВОВАНИЯ ПРИМЕНЕНИЯ МЕЖДУНАРОДНЫХ СТАНДАРТОВ АУДИТА В АЗЕРБАЙДЖАНЕ

    Authors: Мехрибан Джавадова, Кямал Абдуллаев

    DOI: https://doi.org/10.36962/pahtei50032025-249

    Year: 2025 Pages: 249-257

    Show abstract

    Abstract: Эффективное внедрение Международных стандартов аудита (МСА) в Азербайджане имеет ре¬ша¬ю¬щее значение для повышения качества аудита, обеспечения финансовой прозрачности и укреп¬ле¬ния доверия инвесторов. Однако такие проблемы, как пробелы в регулировании, ограниченный профессиональный опыт и непоследовательность в практическом применении, препятствуют их полному принятию. В этом исследовании изучаются ключевые области для улучшения внедрения МСА в Азербайджане, уделяя особое внимание улучшению регулирования, наращиванию потен¬циала и институциональной поддержке. Одной из основных проблем является необходимость более строгого обеспечения соблюдения нормативных требований. Хотя Азербайджан добился прогресса в приведении своей аудиторской структуры в соответствие с международными стандартами, механизмы обеспечения соблюдения остаются слабыми. Укрепление надзорных органов, совершенствование систем мониторинга и введение более строгих мер по обеспечению соответствия могут помочь гарантировать, что аудиторские фирмы и специалисты более эффективно придерживаются МСА.

    Keywords: международные стандарты аудита, финансовая отчетность, прозрачность и подотчетность, этические стандарты аудита, оценка рисков

  27. İKIFAZALI SISTEMLƏRIN HIDRODINAMIKASININ ƏSASLARI

    Authors: Mirzə Dadaş-Zadə, Aytən Nəbiyeva

    DOI: https://doi.org/10.36962/pahtei50032025-258

    Year: 2025 Pages: 258-263

    Show abstract

    Abstract: Təqdim olunan məqalədə, düz borularda qaz-maye axınının təzyiq itkisi və axın xüsusiyyətlərinin hesablanmasında mövcud metodların etibarlılığı və effektivliyi araşdırılmışdır. Ədəbiyyatda və praktika da istifadə olunan ümumiyyətlə qəbul edilmiş metodlar, Reynolds sayına əsaslanır və mayenin özlülük və sıxlığını, daxili boru sürtünmə əmsalını, boru geometrisini və neft dövriyyə sürətini nəzərə alır. Lakin, bu yanaşma yalnız nominal özlülük və sıxlıq dəyərlərini istifadə edir ki, bu da real şəraitlə əhəmiyyətli fərqlər yaradır və təzyiq itkisini qeyri-dəqiq hesablamalara səbəb olur. Eyni zamanda, standart hesablamalar prosedurlarının zəifliklərini aşmaq üçün, neft təzyiqi və temperaturu altında sıxlıq və özlülük dəyişikliklərinin nəzərə alınması tövsiyə edilmişdir. Belə bir yanaşma, daha etibarlı təzyiq itkisi hesablamalarına imkan verir və qabaqcıl hidravlik sistemlər üçün daha dəqiq təhlil təmin edir. Texniki ədəbiyyatda sıxlıq və özlülüyün dəyişməsi aspektinə temperaturdan asılı olaraq, təzyiq dəyişikliyinə isə hidravlik sistemin layihələndirilməsi və hesablanması problemlərinə yalnız tangensial əlaqələri olan təcrid olunmuş məsələ kimi baxılır. Real şəraitdən əhəmiyyətli dərəcədə fərqlənən özlülük (40°C-də) və sıxlıq (15°C və normal atmosfer təzyiqində) üçün nominal dəyərlər nəzərə alınır. Bu işdə, qaz-maye qarışıqlarının hidrodinamik xüsusiyyətləri araşdırılmış, boru kəmərləri və istilik dəyişdiricilərində axın zamanı təzyiq itkisi və sürətlərin hesablanması üçün yeni bir metod təqdim edilmişdir. Tədqiqatda, qaz-maye sistemləri üçün sürtünmə və fazalararası sürüşmə prinsiplərinə əsaslanan riyazi model qurulmuşdur. Aparılan təcrübələr nəticəsində, təklif olunan metodun həm laminar, həm də turbulent axın rejimlərində dəqiq nəticələr verdiyi müəyyən edilmişdir. Eyni zamanda, bu yanaşma, qaz və maye fazalarının hidravlik müqavimətlərini hesablamaq üçün müxtəlif düsturlardan istifadə etməyə imkan tanıyır. Tədqiqatın nəticələri göstərir ki, praktiki hesablamalarla ölçmələr arasındakı minimal fərq, təqdim olunan metodun effektivliyini sübut edir. Bu, qaz-maye qarışıqlarının hidrodinamik xüsusiyyətlərinin daha dəqiq analizi üçün yeni imkanlar açır.

    Keywords: ikifazalı axın, qaz lift, qaz fraksiyası, tangensial gərginlik, hərəkət rejimi, reoloji xüsusiyyətlər, eksperiment

  28. DEVELOPMENT OF COMPUTER GAMES AND GUI APPLICATIONS USING THE WINDOWS FORMS TECHNOLOGY

    Authors: Samir Guliyev, Murad Behbudov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-264

    Year: 2025 Pages: 264-271

    Show abstract

    Abstract: This paper discusses Windows Forms technology as an effective and easy to use technology of de¬ve¬loping computer games and GUI applications. Our main goal is to explain how Windows Forms can be used to improve the level of interaction and build possible skill in application development. We eva¬luate the effectiveness of using Windows Forms-based applications in fostering the formal know¬ledge of the software design principles and problem solving of users, and the informal skills, that is, computer literacy.

    Keywords: Windows Forms, GUI applications, game development, .NET framework, desktop appli¬cations, event-driven programming, software engineering

  29. LAZER QURĞUSUNDA QALDIRICININ OXUNUN MÖHKƏMLİYİNİN ARTIRILMASI

    Authors: Nazim İbrahimov, Cəlal Cabbarlı

    DOI: https://doi.org/10.36962/pahtei50032025-272

    Year: 2025 Pages: 272-278

    Show abstract

    Abstract: Lazer qurğularında qaldırıcı mexanizmin əsas elementi olan oxun möhkəmliyinin artırılması sis¬te¬min ümumi etibarlılığı və uzunmüddətli işləmə qabiliyyəti üçün vacib amildir. Bu məqalədə qaldırıcının oxuna təsir edən əsas yüklər, material seçimi, konstruksiya dəyişiklikləri və onların möh¬¬kəmlik baxımından təsiri, lazer qurğusunda qaldırıcının oxunun möhkəmliyinin artırılması üçün müxtəlif yanaşmalar təhlil edilmişdir. Möhkəmliyin artırılması üçün material seçimi, dizayn op¬ti¬mal¬laşdırılması və hesablamalar əsasında tövsiyələr verilir. Həmçinin, müxtəlif materiallarla bağ¬lı müqayisəli təhlil aparılmış, ən optimal həll yolu təklif edilmişdir. Nəticələr göstərir ki, qaldırıcı oxun möhkəmliyini artırmaq üçün materialın mexaniki xüsusiyyətlərinin təkmilləşdirilməsi və optimal konstruksiyanın seçilməsi zəruridir.

    Keywords: lazer qurğusu, qaldırıcı ox, möhkəmlik, struktur təhlili, dizayn op¬ti¬mal¬laşdırılması

  30. PİSTONLU NASOSLARIN OYMAĞININ BƏRPA TEXNOLOGIYSININ İŞLƏNMƏSİ

    Authors: Nazim İbrahimov, İsmayıl Fərzizadə

    DOI: https://doi.org/10.36962/pahtei50032025-279

    Year: 2025 Pages: 279-286

    Show abstract

    Abstract: Pistonlu nasoslar mühəndislik sahələrində geniş istifadə olunan mühərrik sistemləridir. Uzun müddət istismar zamanı bu nasosların aşınması və nasazlıqları meydana çıxır. Məqalədə pistonlu nasosların bərpa texnologiyaları, onların diaqnostikası, əsasları və müasir bərpa üsulları araşdırılır. Mexaniki emalın dəyişdirilməsi, təmirin bərpası və müasir örtük texnologiyalarından istifadə edilən nasosların təmirinin uzadılması məsələlərinə baxılmasıdır. Pistonlu qazma nasosları yüksək təzyiq və temperatur şəraitində işləyərək öz iş qabiliyyətini sürtünmə düyünləri arasında hermetiklik pozulmayanadək saxlaya bilirlər. Bütün konstruktiv və texnloji tədbirlər bu vacib funksional tələbin təmin edilməsinə yönəldilir. Lakin cütlərin hermetiklik və dəqiqlik göstəriciləri bir-biriylə sıx bağlıdır. Hidravlik düyündə hissələrin hərtərəfli öyrənilməsinə baxmayaraq nasosların dəqiqlik göstəriciləri və istismar etibarlılığı hələ də tam təmin edilməmişdir. Silindr oymağının işçi səthinin yeyilməsi daxili səthlərin kəsiyində, bir orta və iki kənar kəsiklərdə və ya hər kəsikdə ölçmə aparmaqla təyin edilir. Ölçmənin nəticələri göstərilmiş qiymətdən artıq olarsa, silindr oymağının daxili səthləri yonulur və ya yeni oymaqlarla əvəz edilir. Digər tərəfdən, texniki sənədlər göstərir ki, normal sürtünmə prosesi gedən silindr oymaqlarının yeyilməsinin qiymətindən asılı olaraq daxili səthləri yonmaq olar. Bu zaman yonmaların ümumi qalınlığı silindr oymağının ilkin divar qalınlığından 15%-dən çox olmamalıdır [1, 2]. Silindr oymağının daxili işçi səthinin 25%-ə qədər uzunluğunda, 0,5 mm-dək dərinlikdə olan cızıq və zədələr müxtləlif mexaniki emal üsulları ilə aradan qaldırılır. Yeyilmiş silindr oymağının daxili səthlərinin, ovallığı dəqiqlik kvalitet üzrə göstərilən ölçülərdən artıq olmamalıdır. Daxili silindrik səthin yonma və pardaqlanmasından sonra kələ-kötürlüyü Rs= 1.25-dən aşağı olmamalıdır [3].

    Keywords: pistonlu nasos, lazer, hidravlik sistem, klapan, temperature dəyişməsi, təzyiq

  31. SƏNAYE MÜƏSISSƏLƏRINDƏ DIVERSIFIKASIYA STRATEGIYASININ KONSEPTUAL MAHIYYƏTI

    Authors: Zülfiyyə Məmmədova, Pərvanə Əhmədova

    DOI: https://doi.org/10.36962/pahtei50032025-287

    Year: 2025 Pages: 287-293

    Show abstract

    Abstract: Diversifikasiya strategiyası öz vacibliyini bazar islahatlarının təkmilləşdirildiyi müasir mərhələdə müəssisələr üçün istehsal imkanlarının yüksəldilməsi, ixtisaslaşmanın dərinləşməsi istiqamətində göstərir. Hazırda müəssisələrin diversifikasiya strategiyasına keçidi biznes konsepsiyasının aktual olan mühim istiqamətlərindən biridir. Müasir dövrdə yüksək rəqabət və daim dəyişən şərtlərlə mübarizə aparan müəssisələr öz faəliy-yətlərini davam etdirmək üçün uyğun strategiyalar həyata keçirirlər. Müəssisələrin öz imkanlarına və ehtiyyaclarına uyğun həyata keçirdikləri strategiyalardan biri də diversifikasiya strategiyasıdır. Müəssisələrdə diversifikasiya strategiyasına nəzər saldıqda bir sıra parametrlərdə: sənaye, bazar, məhsul, texnologiya və s. dəyisikliklər nəzərdə tutulur. Həmçinin müəssisələr iqtisadi qanunları və bazar prinsiplərini nəzərə alaraq strategiyanı həyata keçirməlidirlər. Eyni zamanda diversifikasiya strategiyasına kompleks yanaşılmalı və balanslı strategiya heyata keçirilməlidir. Bu cür diversifika¬siyanın həyata keçirilməsi müəssisənin daha da səmərəli idarə edilməsinə səbəb olur. Diversifikasiya strategiyasının müəssisə tərəfindən istifadə edilməsi həmçinin müəssisənin xarici mühitlə bağlılıqdan yaranmış problemlərinin həll edilməsinə yol açır. Müəsissənin diversifikasiya strategiyasının konseptual müddəalarının təhlil edilməsi və onun bazar transformasiyası mühitində əhəmiyyətliliyinin əsaslandırılması tədqiqatın əsas məqsədini təşkil edir. Tədqiqatin metodologiyasi kimi situasiyali yanaşma, müqayisəli və perspektiv təhlildən istifadə edil¬mişdir. Aparılan tədqiqatın nəticəsi kimi müəssisənin diversifikasiyası strategiyası seçimində pozitiv meyillərin təyin edilməsini göstərmək olar. Eyni zamanda diversifikasiya sahəsində nəzəri işləmələr praktiki sferanın nailiyyətlərindən çox geri qalır. Başqa tərəfdən yanaşdıqda isə müəssisənin diversifikasiyası baxımından onun vahid inkişaf mexanizminin hələdə tapılmaması qeyd edilməlidir. Son praktiki nailiyyətləri əks etdirən nəzəri iş¬ləmələrin məhdudluğu isə tədqiqatın məhdudiyyətləri sirasında göstərilə bilər. Tədqiqatın praktiki əhəmiyyəti ondan ibarətdir ki, milli iqtisadi sferada tətbiq effektivliyinə təsir göstərir. Biznes faəliyyətini və müəssisələrin iqtisadiyyatını əhatə edən bu yeni inkişaf prosesləri həm də elmi cəhətdən müvafiq tədqiqatların həyata keçirilməsini stimullaşdırır.

    Keywords: diversifikasiya, müəssisənin diversifikasiyası, diversifikasiya strategiyası, ufiqi di-ver¬sifikasiya, şaquli diversifikasiya, diversifikasiya strategiyasının meyarları

  32. NEFTİN VƏ QAZIN NƏQLİ ÜÇÜN BORU KƏMƏRLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİ, TİKİNTİ VƏ İSTİSMAR SAHƏLƏRİNDƏ TƏTBİQ OLUNAN TEXNİKİ YENİLİKLƏRİN TƏHLİLİ VƏ QLOBAL TƏCRÜBƏ

    Authors: Rita Hüseynova, Ramal Müzəffərov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-294

    Year: 2025 Pages: 294-300

    Show abstract

    Abstract: Məqalədə son onilliklərin daxili və beynəlxalq təcrübəsi nəzərə alınmaqla magistral boru kə-mər¬lə¬rinin layihələndirilməsi, tikintisi və istismarı sahəsində texniki yeniliklər araşdırılır,əsas fikir istismar müddəti daha uzun olan, əvvəllər tikilmiş boru kəmərlərindən 20-25 il uzunömürlü olan yeni nəsil magistral kəmərlərin yaradılmasına yönəldilir. Boru kəmərlərinin nəqli sistemlərinin etibarlılığının artırılmasına yönəlmiş prinsipial olaraq yeni yanaşmalar tərtib edilmiş və ətraflı təsvir edilmişdir: yeni izolyasiya örtüyü ilə yüksək möhkəmlikli boruların istifadəsi; avtomatik qaynaqdan istifadə et¬mək¬lə boruların montaj birləşmələrinin yerinə yetirilməsi; dizaynda ehtimal təhlükəsizlik təhlili üsul¬la¬rından istifadə; boru kəmərinin idarə olunması, nəzarəti və monitorinqi üzrə vahid avtomatlaş¬dı¬rıl¬mış sistemin yaradılması; “şəraita görə təmir” prinsipinə keçid.

    Keywords: magistral boru kəmərləri, nəql sistemi, avtomatik qaynaq, uzunömürlülük, selektiv təmir

  33. МЕХАНИЗМЫ УПРОЧНЕНИЯ КОМПОЗИТОВ ЖЕЛЕЗО-ЧУГУН-СТЕКЛО ЗА СЧЁТ ГРАНИЦ ЗЁРЕН

    Authors: Равиль Асланов

    DOI: https://doi.org/10.36962/pahtei50032025-301

    Year: 2025 Pages: 301-309

    Show abstract

    Abstract: Композиты на основе железа, чугуна и стекла представляют собой многокомпонентные материалы, обладающие сбалансированными механическими свойствами, включая прочность, твёрдость, износостойкость и термическую стабильность. Одним из ключевых механизмов упрочнения таких композитов является упрочнение за счёт границ зёрен, также известное как эффект Холла-Петча. Установлено уменьшение размера зёрен способствует увеличению количества границ, которые препятствуют движению дислокаций, тем самым повышая механическую прочность материала. Однако при переходе к нанокристаллическим структурам (размер зёрен менее 30 нм) наблюдается обратный эффект Холла-Петча, связанный с ослаблением границ зёрен, что может приводить к снижению прочности и пластичности материала. В работе рассмотрень основные принципы упрочнения за счёт границ зёрен, включая накопление дислокаций, препятствие их движению и эффект Холла-Петча. Также обсуждено ограничения данного механизма, включая влияние дефектов обработки, неупорядоченность границ и доминирование диффузионных процессов при наноразмерах. Приведено экспериментальные и теоретические исследования, подтверждающие данные эффекты, а также их практическое значение для разработки высокопрочных композитных материалов.

    Keywords: железо-чугун-стеклянные композиты, эффект Холла-Петча, дислокации, нанокристаллические материалы, механическая прочность, диффузионные процессы, твёрдость, пластическая деформация

  34. UNLU QƏNNADI MƏMULATLARININ İSTEHSALI VƏ EMALI İLƏ MƏŞĞUL OLAN QİDA OBYEKTLƏRİNDƏ HACCP-IN PRİNSİPLƏRİNƏ ƏSASLANAN QİDA TƏHLÜKƏSİZLİYİNƏ DAXİLİ NƏZARƏT SİSTEMİNİN QURULMASI

    Authors: Şəhla Yusifzadə, Səbinə Mahmudova

    DOI: https://doi.org/10.36962/pahtei50032025-310

    Year: 2025 Pages: 310-318

    Show abstract

    Abstract: Bu məqalə, unlu qənnadı məhsullarının istehsalı və emalı ilə məşğul olan qida obyektlərində HACCP (Hazard Analysis and Critical Control Points) prinsiplərinə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminin qurulmasını araşdırır. Məqsəd, HACCP sisteminin tətbiqinin unlu qida sənayesində qida təhlükəsizliyinin və məhsul keyfiyyətinin artırılmasına necə töhfə verdiyini müəyyən etmək və bu prosesdə qarşılaşılan çətinlikləri və onların həll yollarını təhlil etməkdir. Araşdırma metodologiyası olaraq, ədəbiyyat icmalı, mütəxəssis müsahibələri və anketlərdən istifadə edilmişdir. Azərbaycanda fəaliyyət göstərən unlu qənnadı istehsalçıları arasında aparılan sorğular nəticəsində, HACCP sisteminin tətbiqinin məhsul keyfiyyətinin 25% artmasına və istehsal proseslərinin 15% daha səmərəli idarə olunmasına səbəb olduğu müəyyən edilmişdir. Bununla yanaşı, HACCP siste¬mi¬nin tətbiqi zamanı maliyyə resurslarının məhdudluğu, təlim və texnoloji infrastruktur çatış¬maz¬lıq¬ları, işçi qüvvəsinin məlumatlılığının azlığı kimi çətinliklər üzə çıxmışdır. Bu problemlərin ara¬dan qaldırılması üçün dövlət dəstəyi, müntəzəm təlim proqramları, müasir texnoloji avadanlıqların təmin edilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi kimi həll yolları təklif edilmişdir. Nəticə olaraq, HACCP prinsiplərinə əsaslanan daxili nəzarət sisteminin unlu qənnadı sənayesində tətbiqi, qida təhlükəsizliyinin təmin edilməsi və müəssisələrin iqtisadi və rəqabət üstünlüklərinin artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycanda bu sistemin geniş tətbiqi, ölkənin qida sənayesinin beynəlxalq standartlara uyğunlaşmasını və qlobal bazarlarda rəqabət qabiliyyətini gücləndirməsini təmin edəcəkdir.

    Keywords: HACCP prinsipləri, qida təhlükəsizliyi, unlu qənnadı sənayesi, daxili nəzarət sistemi, qida məhsullarının keyfiyyəti

  35. DÜNYA ÖLKƏLƏRININ NEFT VƏ QAZ ISTEHLAKI ÜZRƏ KLASTERLƏŞDIRILMƏSI: K-MEANS ÜSULUNUN TƏTBIQI

    Authors: Sevil İsayeva, Çingiz İmaməlizadə, Oleq Hüseynov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-319

    Year: 2025 Pages: 319-330

    Show abstract

    Abstract: Uzun müddət insanlar üçün əsas enerji resursları neft, kömür və təbii qaz idi. Dünyanın müxtəlif regionlarında toplanan qalıq yanacaq ehtiyatları, istehlakçı ölkələrin iqtisadiyyatına fərqli təsir göstərir. Sənaye dövründə neft və təbii qaz istehlakının makroiqtisadi göstəricilərə təsirinə böyük diqqət yetirildiyi bildirilir. Bundan əlavə, bu resursların istehlakı digər bərpa olunmayan enerji mənbələri ilə müqayisədə bir sıra üstünlüklər verir. Covid-19-un neft və qaz tələbatına vurduğu zərər, Çindən kənarda pandemiya Avropa və ABŞ-a yayıldığı və daha çox ölkə ciddi karantin tədbirlər gördüyü üçün mart ayında aydın oldu. Tələbin bu cür azalması Asiya və Avropada təbii qaz qiymətini son illərdə ən aşağı səviyyəyə endirmişdir. Bu məqalə COVİD-2019 pandemiyanın 2020-ci ilində dünya ölkələrin neft və qaz istehlakına aid verilənlərin təhlilinə həsr olunub. Bu məqsədlə K-means klasterləşdirmə üsulundan istifadə edilir ki, istehlak səviyyəsi ilə fərqlənən ölkələr qrupları (klasterlər) aşkarlansın. Əldə edilən klasterlərin təhlili aparılır.

    Keywords: qaz istehlakı, neft istehlakı, K-means++, Covid-19, karantin tədbirləri

  36. OIL REFINING LEVEL CONTROL SYSTEM WITH MICROCONTROLLER

    Authors: Almaz Mehdiyeva, Ləman Muradova

    DOI: https://doi.org/10.36962/pahtei50032025-331

    Year: 2025 Pages: 331-341

    Show abstract

    Abstract: The legislator controls the issues of ensuring metrology standards, measurement accuracy, and determining the legal and technical requirements for the application of physical quantities. At present, it has a rather wide application field in the measuring equipment industry. The use of measurement tools is the process of determining the value of effective physical quantities. Means used at this time and having standardized metrological studies are called measuring means. According to metrological research, it is determined to determine the accuracy of the measurement. A measurement method is a set of rules for using its tools and principles. It is classified as connected and analog measuring devices. Devices that reflect the functions of continuous change of measured quantities are analog, and those that describe information digitally are measuring devices. A measuring transducer is a device that senses the change in parameters and gives information about its value to an external data element and replaces the loading effect with a physical quantity. Today, an infinite number of sensors feed information systems with data describing physical phenomena such as components such as temperature, level, energy, humidity, or changes in material. From in-house applications (e.g. smart factories) to the consumer, many potentials are spread. A virtual sensor is a type of software that acquires data using a physical sensor, which otherwise processes the attachment. It can be used in other ways. As a result, we see that the wire model can mimic the behavior of an existing physical sensor in real life, in real time. In recent days, the use of more advanced and reliable radar-type sensors is widely used, and with the application of digital technology, the realization of virtual devices in programs is more appropriate and an economical package. At the peak of initial investigations, accurate initial fault location requires a technologically sophisticated and systematic approach. Many advanced techniques can be used for initial localization, from advanced impedance bridges to modern pulse reflection and time domain reflectometry. However, the choice of method requires extensive discussion due to the complexity of the process. It is stated that, first of all, the effectiveness of the chosen technique depends on the overall cable length and the intricacies of the network topology, which is rich in interconnected branches and transformers. A method is developed to reduce the impact of these reflections and extract meaningful fault information from the complexity of the network infrastructure, advanced machine learning algorithms and signal processing techniques should be used. A virtual measurement tool has been developed and the advantages of this method have been indicated.

    Keywords: measuring instruments, virtual instrument, control system, metrological research, sensor, measuring, parameters, pulse generator

  37. MAYE QAZLARIN AŞAĞI TƏZYİQLİ BORU KƏMƏRİ İLƏ NƏQLİNİN MÜHÜM PARAMETRLƏRİNİN TƏDQİQİ

    Authors: Elman İskəndərov, Aysel Haqverdiyeva

    DOI: https://doi.org/10.36962/pahtei50032025-342

    Year: 2025 Pages: 342-351

    Show abstract

    Abstract: Dünya bazarında perspektivli enerji daçıyıcısı hesab edilən maye qazların istehsalı, hazırlanması və təbii qaz resursları ilə zəngin olan ölkələrdən enerji defisiti ilə qarşılaşan ölkələrə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Qazların boru kəmərləri ilə nəqlinin mühüm üstünlüklərinə rəğmən, maye qazların bu üsulla nəqli sahəsində kifayət qədər təcrübə mövcud deyildir. Ümumiyyətlə, maye qaz kəmərlərinin səciyyəvi xüsusiyyəti onddır ki, nəql olunan mühitin təsiri kəmər boyu təzyiq və temperaturun dəyişməsindən çox asılı olur. Qaz ema¬lı sə¬na¬ye¬sin¬də ma¬ye qaz¬la¬rın nəql edil¬mə¬si üçün krio¬gen bo¬ru kə¬mər¬lə¬rindən istifadə olunur. Bu bo¬ru kə¬mər¬lə¬ri¬nin tətbiqinin əsas şərti iş¬çi tem¬pe¬ra¬tu¬run +500C-ilə maye qazın mən¬fi qay¬na¬ma tem¬pe¬ra¬turu dia¬pa-zo¬nun¬da fəaliyyət göstərə bilməsidir.Maye qazların boru kəmərləri ilə nəqlinin özünəməxsus xüsusiyyətləri vardır, belə ki, boru kə¬mərləri, nasos qurğuları və anbarlar birgə işləyir. Neft məhsullarının qravitasyon üsullarla nəq¬li¬nə həsr olunmuş işlər maraq doğurur. Lakin bir sıra tədqiqatlarda neft məhsulunun izotermik axı¬nına baxılmışdır. Məqalədə, maye qazların aşağı təzyiqli boru kəməri ilə nəqli zamanı təzyiqin kəmərin koordi-natlarından asılılığına baxılmışdır. Yaranan hidravlik müqavimət nəticəsində boru kəmərinin hori¬zontal hissəsində təzyiqin düşməsi, şaquli hissəsində isə ağırlıq qüvvəsi hesabına qalxması baş verdiyindən hidravlik müqavimət yaranır. Aşağı təzyiqli boru kəməri ilə maye qazların nəqli prosesində təzyiqin dəyişilmə dinamikası əsa¬sın¬da faza çevrilmələrinin baş verə biləcəyiyerin koordinatlarını müəyyən edilməsinə cəhd edil¬mişdir. Qismən buxarlanma ilə şaquli boru kəmərləri ilə nəqli zamanı parametrlərin hesablanması üçün metodika təklif edilmişdir. Bu metodika aşağı təzyiqli boru kəməri ilə nəql edilən maye qazların birfazalı axın sahəsinin uzunluğunu müəyyən etməyə imkan verir.

    Keywords: maye qaz, təzyiq, temperatur, sürət, kriogen maye, boru kəməri, faza, hidravlik mü¬qa¬vimət

  38. PILOTSUZ NƏQLIYYAT VASITƏLƏRININ HƏRƏKƏTI ÜÇÜN IDARƏETMƏ SISTEMI

    Authors: İmran Bayramov, Cavidan Səlimov, Sevil Əhmədova

    DOI: https://doi.org/10.36962/pahtei50032025-352

    Year: 2025 Pages: 352-360

    Show abstract

    Abstract: Bu məqalədə V2X texnologiyaları əsasında pilotsuz yük maşınları üçün avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılmasına baxılmışdır. Texniki görmə, idarəetmə və naviqasiya sistemlərinin birləşməsi avtomobilin özünü idarə etmək qa¬biliy¬yətini müəyyən edir. Müasir pilotsuz nəqliyyat vasitələrinin göyərtəsində o qədər texnologiya var ki, onlar fövqəladə hallarda sürət, marşrut və hərəkətlər haqqında qərarların qəbul edilməsində insanın tam iştirakı və iştirakının effektini yaradır. İnteqrasiya edilmiş naviqasiya sistemləri avtomobilin yerini və təyinat yerinə optimal marşrutu müəyyən etməyə imkan verir. Bu, tıxaclar (İnternet vasitəsilə), yolun müxtəlif hissələrində sürət həddi və s. ola bilər. Yüksək həssas sensorlar qarşıdakı nəqliyyat vasitələrinin tanınmasına cavabdehdir. Məlumatlar bort kompüterinə göndərilir və dron yolda baş verən istənilən dəyişikliyə (qabaqdakı avtomobilin kəskin əyləclənməsi, piyadanın yolun hərəkət hissəsinə tullanması və s.) dərhal reaksiya verir. Bu sistem nəqliyyat, rabitə və informasiya texnologiyaları, avtonəqliyyat vasitələrinin avtomatlaş¬dırıl¬ma¬sı, idarə edilməsi və idarə edilməsi üsullarının inteqrasiyası əsasında yaradılmışdır. Bu intellektual idarəetmə sistemi yol hərəkəti təhlükəsizliyini və nəqliyyat axınlarının səmərəliliyini yüksəltməyə yönəlmiş sistemdir.

    Keywords: Simsiz rabitə sistemi, intellektual nəqliyyat sistemi, pilotsuz nəqliyyat vasitələri, nəqliyyat vasitələri, yol qəzaları

  39. ŞİMALİ ABŞERON QIRIŞIQ ZONASINDA ABŞERON QRUP STRUKTURLARDA MƏHSULDAR QAT ÇÖKÜNTÜLƏRİN LİTOSTATİQRAFİYASI, LİTOLOGİYASI VƏ ƏMƏLƏGƏLMƏ ŞƏRAİTİ

    Authors: Çingiz Xəlifəzadə, Cövdət Əfəndiyev

    DOI: https://doi.org/10.36962/pahtei50032025-361

    Year: 2025 Pages: 361-369

    Show abstract

    Abstract: Şimali Abşeron qalxım zonasında MQ çöküntüləri Miosen dövrünə aid qatlarla qarşılıqlı əlaqədə olan bucaq uyğunsuzluğu şəraitində transqressiv yerləşim göstərir. Bu çöküntülərin üst hissəsində ciddi yuyulma prosesi baş verdiyi üçün qalınlıqda kəskin dəyişikliklər müşahidə olunur. Həmin sahədə Məhsuldar qat, alt və üst bölmələri ilə təmsil olunur. Şimali Abşeron qalxım zonasındakı Məhsuldar qat kəsilişində alt bölmənin Qala, Qırmǝkialtı, Qırməki, Qırməkiüstü qumlu və Qırməkiüstü gilli layları, üst bölmənin isə Balaxanı, Sabunçu və Suraxanı lay dəstələri yer alır. Bu zonada 26 struktur aşkar edilmişdir: Sumqayıt-dəniz, Qoşadaş, Ağburun-dəniz, Qərbi Abşeron, Abşeron küpəsi, Şimali Abşeron, Şərqi Abşeron, Nardaran-dəniz, Novxanı-dəniz (Naxçıvani), Xəzri, Gilavar, Arzu, Qətl günü, Vüsal, Sevinc, Dan Ulduzu, Aypara, Gənclik, Əşrəfi, Qələbə, Zirvə, Həmdəm, Qarabağ, Gündüz, Üfüq, Vurğun kimi antiklinallar təyin olunmuşdur. Abşeron arxipelaqının ŞQ və yerindən qalxımların tağ hissələrində Miosen çöküntüləri, Pontqarşısı fasilə nəticəsində əhəmiyyətli dərəcədə yuyulduqdan sonra Pontun gilli çöküntüləri ilə örtülmüşlər. Bu çöküntülər Pliosenqarşısı yuyulmadan Ağburun-dəniz qalxımında qorunub saxlanılsa da, Şimali Abşeron qalxımlar zonasının digər qalxımlarında tamamilə yuyulmuş və Miosen çöküntüləri daha çox yuyulmaya məruz qalmışlar.

    Keywords: Şimali Abşeron, struktur, qalxım, çöküntülər, pliosen yuyulma

  40. ВЫБОР ОПТИМАЛЬНОГО РЕЖИМА РАБОТЫ С УЧЕТОМ ИНТЕРФЕРЕНЦИИ СКВАЖИН НА ОСНОВЕ СИСТЕМНОГО ПОДХОДА ДЛЯ ГАЗОКОНДЕНСАТНЫХ СКВАЖИН

    Authors: Руфат Мангушев, Афсана Алиева

    DOI: https://doi.org/10.36962/pahtei50032025-370

    Year: 2025 Pages: 370-381

    Show abstract

    Abstract: Взаимное влияние скважин является одним из ключевых факторов, определяющих продук-тив¬ность отдельной скважины в системе добычи. Каждая скважина оказывает влияние на все ос¬таль¬ные, слегка притягивая извлекаемые углеводороды к себе в результате депрессии, вызван¬ной данной скважиной. Эти взаимодействия достаточно хорошо изучены и широко учитывают¬ся. Таким образом, системный подход к выбору оптимальных режимов работы для любого мес¬то¬рождения должен включать определенные корректировки с учетом модели взаимного влияния скважин. Это справедливо для любых типов добываемых месторождений: нефтяных, газовых или газоконденсатных. Важно также помнить, что каждое месторождение обладает уникальны¬ми свойствами и, следовательно, требует индивидуальной модели разработки. Особенно это касается месторождений, содержащих летучие вещества с такими необычными свойствами, как газоконденсаты. Хотя Республика Азербайджан всегда была известна своими многочисленными высококачественными легкими и малосернистыми сортами нефти, в республике также имеется множество месторождений влажного газа и газоконденсата. Более того, за последнее деся¬ти¬летие, по мере истощения нефтяных запасов, Азербайджан все больше полагается на добы¬чу га¬за и газоконденсата для поддержания как нефтегазовой отрасли, так и экономики в целом. За пос¬ледние три десятилетия были введены в разработку гигантские шельфовые газоконден¬сат¬ные месторождения, такие как Шахдениз и Шахдениз-2, с целью удовлетворения растущего ми¬ро¬вого спроса на относительно экологически чистые и недорогие источники энергии. Такие мес¬то¬рождения обладают рядом характерных особенностей, которые не позволяют применять клас¬си¬ческие методы разработки как для нефти, так и для природного газа. В данной статье рас¬смат¬ри¬вается метод узлового анализа газоконденсатных скважин для получения характеристики по¬то¬ка с последующим прогнозированием поведения как отдельной скважины, так и всего мес¬то-рож¬дения с целью разработки системного подхода к его освоению. Реальные данные будут со¬пос¬¬тавлены с предсказанными моделями, на основе чего будет приниматься решение о даль¬ней¬шем ведении разработки. В качестве примера в данной статье рассматривается Фракийский бас¬сейн.

    Keywords: оптимальный режим, газоконденсат, узловой анализ, системный подход, насыщенность

  41. FERMENT PREPARATLARININ TAXILIN TEXNOLOJİ PARAMETRLƏRİNƏ VƏ ETİL SPİRTİNİN KEYFİYYƏTİNƏ TƏSİRİ

    Authors: Fazil Vəliyev, Ələddin İsmayılov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-382

    Year: 2025 Pages: 382-390

    Show abstract

    Abstract: Taxıl xammalını biotexnologiya üsulları ilə spirt və yem məhsullarına çevirən spirt istehsalı sənayesi mikrobioloji mənşəli ferment preparatlarının ən irimiqyaslı istehlakçılarından biridir. Ölkəmizə idxal edilən ferment preparatlarının ümumi həcminin təxminən 60%-i taxıldan spirt istehsalında istifadə olunur. Ferment preparatlarının istifadəsi texnoloji prosesləri sürətləndirir, məhsul çıxışını artırır, son məhsulun keyfiyyətini yaxşılaşdırır və xammal ehtiyatlarının daha effektiv istifadəsini təmin edir. Taxıl xammalı – yalnız şəkərləşmə prosesindən sonra spirtə çevrilən nişastanı deyil, həm də xammalın xüsusiyyətlərini və onun emalı şərtlərini müəyyən edən digər vacib yüksək mole-kulyar polimerləri ehtiva edən çoxkomponentli substratdır. Müasir taxıl xammalından qida spirti istehsalı texnologiyası yüksək molekulyar polisaxaridlərin və zülalların fermentativ katalizi əsasında qurulmuşdur. Bu, spirt mayalarını assimilyasiya olunan karbohidratlarla (qlükoza, maltoza) və azot birləşmələri (sərbəst amin turşuları, di- və tripetidlər) ilə təmin edir.

    Keywords: Taxıl xammalı, ferment preparatları, buğda, texnoloji proses, yüksək molekullu polimerlər

  42. EXPLORING THE IMPACT OF ARTIFICIAL INTELLIGENCE ON ENVIRONMENTAL MONITORING: UNVEILING OPPORTUNITIES AND OVERCOMING OBSTACLES

    Authors: Aliisa Alizada, Nazila Ragimova

    DOI: https://doi.org/10.36962/pahtei50032025-391

    Year: 2025 Pages: 391-399

    Show abstract

    Abstract: The world is a witness to a substantial environmental change driven by the increased world population and human activities, such as urbanization, converting land from forests to agriculture, nuclear power stations and construction of hydroelectric power (HEP) burning fossil fuels. In recent times, the development and integration of artificial intelligence (AI) in all fields has continued rapidly, and obtaining highly accurate models is on the agenda. This is primarily attributed to the progress of data mining techniques and machine learning (ML) algorithms which enable the extraction of valuable insights from large scale diverse and geo sources. The problem of the environment and its monitoring, one of the most important and urgent issues of today, can also be studied, and a new system can be established in the AI domain. The integration of AI into environmental monitoring systems is crucial for addressing critical global challenges, such as pollution control, land cover land use (LULC) change, biodiversity conservation, waterlogging susceptibility (WLS) and climate change mitigation. This paper presents a comprehensive overview of current AI applications in environmental monitoring, focusing on key areas such as air and water quality assessment, deforestation monitoring, and climate forecasting. Integrating the results of recent research, we identify emerging AI techniques, including machine learning, deep learning, and IoT-based approaches, that improve data collection, processing, and decision-making in real-time scenarios.

    Keywords: AI, Enviromental Monitoring System, water quality, air quality, deforestation monitoring

  43. ŞTANQLI NASOSUN MƏHSULDARLIĞINA TƏSİR EDƏN AMİLLƏR

    Authors: Mirzə Dadaşzadə, Elsevər Məmmədov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-400

    Year: 2025 Pages: 400-407

    Show abstract

    Abstract: Ştanqlı dərinlik nasosları dünyadakı əksər neft və qaz quyularında istifadə olunur. Sadə və işləməsi asan olmasına baxmayaraq, nasoslu sistemlər mexaniki güc ötürülməsi sistemi ilə əlaqəli enerji itkiləri və ağır çəkili balanslama sistemini işə salmaq üçün tələb olunan əlavə güc səbəbindən aşağı enerji səmərəliliyinə malikdir. Son illərdə bir çox araşdırma hidravlik nasos qurğuları üzrə aparılmış və nəticələr səmərəlilik, yaxşı uyğunlaşma, yüngül çəki və enerji qənaəti baxımından ümidverici olmuşdur. Nəticədə, hidravlik nasos qurğuları ciddi rəqabətçi alternativlərə çevrilir. Hidravlik nasos qurğularının ən əsas üstünlük¬ləri ənənəvi ştanqlı nasos qurğuları ilə müqayisədə aşağıdakılardır: 1) Cilalanmış ştokun hərəkətinin istiqamətini və sürətini elektrohidravlik sistemlər vasitəsilə tənzimləmə və idarə etmə imkanı, 2) Ştanqlı dərinlik nasosunun vurma uzunluğunu tənzimləmə imkanı, 3) Kiçik yer tutumu və yüngül çəki sayəsində kritik və uzaq sahələrə, məsələn, dəniz quyularına daxil olma imkanı. Bu layihənin başlanğıcında əsasən iki məqsəd qoyulmuşdur: Birincisi, hidravlik nasos qurğusunun modelini yaratmaq, pardaqlanmış ştokun kinematik davranışını (yerdəyişmə və sürət əyrisi) analiz etmək və onu eyni quyulama şərtlərində işləyən ənənəvi ştanqlı dərinlik nasosu sistemi ilə müqayisə etməkdir. İkincisi isə, ştanqlı dərinlik nasosunun işinə və məhsuldarlığına təsir edən faktorları araşdırmaq.

    Keywords: dərinlik nasosu, mancanaq dəzgahı, ŞDN, dinamoqram, məhsuldarlıq əmsalı, nəzəri və faktiki verim

  44. QİDA MƏHSULLARININ KEYFİYYƏTİNƏ AVTOMATİK NƏZARƏT ÜÇÜN İNTELLEKTUAL VERİLƏNLƏR BAZASININ YARADILMASI

    Authors: Esmira Mustafayeva, Üzeyir Mustafayev

    DOI: https://doi.org/10.36962/pahtei50032025-408

    Year: 2025 Pages: 408-416

    Show abstract

    Abstract: Qida məhsullarının keyfiyyətini qiymətləndirmək üçün mövcud metodlar mükəmməl deyil, çünki bu qiymətləndirmə müəssisələrin laboratoriyalarında və ən çox orqanoleptik şəkildə aparılır. Bu problemin uğurlu həlli ağıllı texnologiyalardan istifadə edərək qida məhsullarının keyfiyyət gös¬tə¬ri¬cilərinin axınında nəzarət və proqnozlaşdırma üçün ağıllı ekspert sistemlərinin istehsal prosesinə birləşdirilməsi ilə mümkündür. Ekspert sisteminin ən vacib tərkib hissələrindən biri verilənlər ba¬za¬sıdır. Məqalədə istehsal prosesində qida məhsullarının keyfiyyətinə nəzarət və proqnozlaşdırma üçün intellektual ekspert sisteminin qurulmasında məlumat bazalarının yaradılmasının metodoloji əsasları işlənmışdir. Verilənlər bazalarının fərqləndirici xüsusiyyətləri seçilmişdir. Verilənlər ba¬za¬larının hazırlanması metodikası araşdırılmış və təklif edilmişdir. Verilənlər bazalarının əsas iş¬lən¬mə mərhələləri tədqiq edilmiş və təhlil olunmuşdur, yəni: predmet sahəsinin verilənlər bazasının la¬yi¬hələndirilməsi üzrə tapşırıq qoyulmuşdur. İnteqrasiya olunmuş ekspert sisteminin predmet sa¬həsinın məlumat bazası üçün birləşmiş konseptual model tərtib olunmuşdur. Qida məhsullarının keyfiyyətinə nəzarət üçün birləşmiş ekspert sistemində verilənlər bazasının məqsədlər ağacı və əsas elementlərinin tərkibi hazırlanmışdır. Qida məhsullarının keyfiyyətinə nə¬za¬rət üçün birləşmiş ekspert sisteminin verilənlər bazasının layihələndirilməsinin əsas fazaları və mərhələləri ətraflı şəkildə nəzərdən keçirilmişdir. Verilənlər axınının VAD-diagramları təqdim edilmişdir. Predmet sahəsinin semantikasının təsviri hazırlanmışdır və bu, predmet sahəsinin konseptual modelinin atributları arasında funksional və çoxmənalı asılılıqlar sistemi şəklində təqdim olunmuşdur. Bu işin çərçivəsində avtomatlaşdırılmış məlumat emalı sistemləri işlənib hazırlanmışdır.

    Keywords: verilənlər bazası, avtomatik idarəetmə, intellektual ekspert sistemləri, keyfiyyət, qida məhsulları

  45. İSTEHSALDA KEYFİYYƏT İDARƏETMƏ SİSTEMLƏRİNİN TƏTBİQİ

    Authors: Gülnarə Məmmədova, Daşqın Əhmədov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-417

    Year: 2025 Pages: 417-424

    Show abstract

    Abstract: Məqalədə istehsal sahəsində keyfiyyət idarəetmə sistemlərinin (KİS) tətbiqinin əhəmiyyəti, əsas prinsipləri və mərhələləri araşdırılmışdır. Müasir istehsal müəssisələrində keyfiyyət menecmenti məhsul və xidmətlərin standartlara uyğunluğunu təmin etməklə yanaşı, müəssisələrin rəqabət qabiliyyətini artırır və müştəri məmnuniyyətini yüksəldir. Müasir sənaye və istehsalat sahələrində keyfiyyət idarəetmə sistemlərinin (KİS) tətbiqi müəssisələrin rəqabət qabiliyyətini artırmaq, məhsul və xidmətlərin keyfiyyətini yüksəltmək üçün vacib amillərdən biridir. Bu sistemlər istehsal pro¬sesində standartlara uyğunluğu təmin edir, xətaların qarşısını alır və müştəri məmnuniyyətini artırır. Keyfiyyət idarəetmə sistemləri içərisində ISO 9001, Six Sigma, Kaizen və TQM (Total Quality Management – Ümumi Keyfiyyət İdarəetməsi) kimi beynəlxalq metodologiyalar geniş tətbiq edilir. Bu sistemlər proseslərin effektivliyini artırmaq, xərcləri azaltmaq və davamlı inkişafı təmin etmək üçün əsas rol oynayır. Məqalədə KİS-in tətbiqi prosesində qarşıya çıxan çətinliklər, sənədləşdirmə və daxili audit kimi əsas komponentlər təhlil olunmuşdur. Həmçinin, beynəlxalq standartlara uyğun keyfiyyət sistemlərinin qurulmasının müəssisələrin strateji inkişafına və bazarda mövqelərinin möh¬k¬əm-ləndirilməsinə təsiri vurğulanmışdır. KİS-in uğurlu tətbiqi müəssisələrdə vahid idarəetmə mə¬də-niyyətinin formalaşdırılmasını, işçi heyətinin bilik və bacarıqlarının artırılmasını və müasir tex-no¬lo¬giyaların istifadəsini tələb edir. Bununla yanaşı, müntəzəm daxili və xarici auditlər vasitəsilə key¬fiy¬yətə nəzarət aparılır və sistemin dayanıqlılığı təmin edilir. Nəticələr göstərir ki, keyfiyyət ida¬rə¬et¬mə sistemlərinin effektiv tətbiqi istehsal proseslərinin optimallaşdırılmasına və uzunmüddətli uğu¬run təmin olunmasına mühüm töhfə verir.

    Keywords: keyfiyyət idarəetmə sistemi, istehsal prosesi, ISO 9001:2015, sənədləşdirmə, daxili audit, müştəri məmnuniyyəti

  46. INCREASİNG EFFİCİENCY THROUGH THE İMPACT OF OPERATİNG TECHNOLOGİES ON THE DAİLY PRODUCTİON OF GAS CONDENSATE WELLS

    Authors: Gulbahar Mammadova, Teymur Kərimov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-425

    Year: 2025 Pages: 425-433

    Show abstract

    Abstract: The development systems of gas-condensate and oil fields are very diverse. They differ mainly from each other in the sequence of extraction of oil, gas and condensate from the formation. The problem of establishing an efficient development system of an oil-bound gas-condensate field and the complete extraction of hydrocarbons from the subsoil is of great national economic importance. Therefore, one of the urgent issues is the correct assessment of the sequence of entry into development of the oil and gas zones of an oil-bound gas-condensate field in the most rational way. It is obvious that the maximum hydrocarbon yield of the formation depends on the correct solution of this issue. With the help of new technologies, it is possible to increase production by eliminating complications. The previous production of the well can be restored by eliminating the liquid column formed in the well body. Various methods have been proposed for this purpose. The plunger lift device is one of them. When this method is used, the plunger at the well bottom begins to move upward under the influence of gas coming from the formation and lifts the liquid column above it, removing it from the well. Then the device descends under its own weight and the process is repeated, that is, the liquid is lifted in stages. Daily production is increased. In order to fully utilize the potential production capabilities of gas-condensate wells by eliminating the liquid column accumulated in their bodies, foam-forming chemical reagents (mainly surface-active substances in liquid and solid form) are used. In this case, the chemical reagents should be introduced into the wellbore during the operation process, mixed with the liquid mass there, converted into a foam system and removed from the well. In order for this method to be sufficiently effective, it is required to continuously supply chemical reagents to the wellbore. Thus, when gas-condensate wells are operated using the proposed technology, a new synergistic effect is created and it becomes possible to increase the wellhead pressure. This allows for more efficient use of the produced gas energy and its delivery to the necessary facilities.

    Keywords: gas condensate, daily production, new technologies, complications, wellbore, fluid column, plunger lift unit, chemical reagents, foam system, liquid glass

  47. ПРИМЕНЕНИЕ МАТЕМАТИЧЕСКИХ МОДЕЛЕЙ ПРИ ОЦЕНКЕ КРЕДИТНЫХ РИСКОВ

    Authors: Анар Мамедов, Гасан Агаев

    DOI: https://doi.org/10.36962/pahtei50032025-434

    Year: 2025 Pages: 434-443

    Show abstract

    Abstract: В эпоху глобализации, кредитные организации и мировые финансовые институты испытывают существенные проблемы при прогнозировании и оценке кредитных рисков. Макроэкономические факторы, такие как инфляция, девальвация, снижение цен на энергоресурсы, сильно влияют на мировую конъюнктуру финансовой системы и деятельность контрагентов, являющихся составной частью международных рынков, находится под угрозой из-за снижения рентабельности, низкого уровня капитализации и ликвидности, а также недостатка инвестиций. Все вышеперечисленные факторы могут привести к неконкурентоспособности отдельно взятых коммерческих банков, дальнейшему банкротству и поглощению со стороны более крупных контрагентов, а также возможному краху всей банковской системы определенной страны или целого региона. Для предотвращения данной угрозы, местные финансовые регуляторы устанавливают лимиты и правила кредитования на законодательном уровне, тем самым регулируя деятельность кредитных организаций.

    Keywords: кредитный риск, оценка кредитного риска, дефолт заемщиков, линейные модели, бинарные модели, валидация моделей

  48. NEFTİN VƏ QAZIN SAXLANMASINDA MƏHSUL QORUYUCU TEXNOLOGİYANIN İŞLƏNMƏSİ

    Authors: Türkan Qurbanova, İbrahim Quluzadə

    DOI: https://doi.org/10.36962/pahtei50032025-444

    Year: 2025 Pages: 444-457

    Show abstract

    Abstract: Neft və qazın saxlanması enerji sənayesinin vacib komponentlərindən biridir və istehsal ilə istehlak arasında sabit təchizatın təmin olunmasına kömək edir. Bu tədqiqat, neft və qazın saxlanmasında məhsulqoruyucu texnologiyaların tətbiqinə yönəlmişdir və saxlanma prosesinin səmərəliliyini, təhlükəsizliyini və dayanıqlılığını artırmağa çalışır. Tədqiqatda bu resursların saxlanmasında qar¬şı¬la¬şılan problemlər, o cümlədən məhsulun keyfiyyətinin pisləşməsi, çirklənmə və ətraf mühitə tə¬sir¬lər müzakirə olunur. Araşdırmanın əsas məqsədi, neft və qazın keyfiyyətini qorumağa kömək edən mü¬asir texnologiyaların tətbiqini araşdırmaqdır. Metodologiya olaraq, müasir məhsul qoruma tex¬no¬logiyalarının analizi və onların effektivliyi qiymətləndirilmişdir. Əldə edilən nəticələr, bu tex¬no¬logiyaların neft və qazın saxlanmasında istifadəsini təkmilləşdirmək və bu sahədəki əməliy¬yatları daha səmərəli etmək üçün praktiki tövsiyələr təqdim edir. Tədqiqatın nəticələri göstərir ki, məh¬sul¬qoruyucu texnologiyaların tətbiqi, nəinki resursların keyfiyyətini qorumağa, həm də enerji sek¬torunun ekoloji və iqtisadi dayanıqlılığını artırmağa kömək edir.

    Keywords: neftin saxlanması, qazın saxlanması, məhsulqoruyucu texnologiyalar, enerji sektoru, ekoloji dayanıqlılıq

  49. УПРАВЛЕНИЕ ОБОРОТНЫМИ СРЕДСТВАМИ ПРЕДПРИЯТИЯ

    Authors: Аида Мамедова, Аслан Ибрагимов

    DOI: https://doi.org/10.36962/pahtei50032025-458

    Year: 2025 Pages: 458-468

    Show abstract

    Abstract: Управление оборотным капиталом подразумевает оптимизацию краткосрочных активов и обязательств компании для обеспечения ликвидности, операционной эффективности и финансовой стабильности. Оно включает управление запасами, дебиторской и кредиторской задолженностью, поддерживая при этом адекватный денежный поток. Управление оборотным капиталом является важнейшим компонентом финансового управления любого предприятия, поскольку оно напрямую влияет на ликвидность компании, операционную эффективность и общую финансовую устойчивость. Ключевые компоненты оборотного капитала включают запасы, дебиторскую и кредиторскую задолженность. Эффективное управление этими элементами требует тщательного планирования, прогнозирования и принятия решений. Ключевые коэффициенты, такие как текущий коэффициент, коэффициент быстрой ликвидности и цикл конвертации денежных средств, дают представление о состоянии оборотного капитала компании. Здоровая стратегия управления оборотным капиталом гарантирует, что у бизнеса будет достаточная ликвидность для покрытия его ежедневных операций, включая заработную плату, платежи поставщикам и другие операционные расходы. В заключение следует сказать, что управление оборотным капиталом является неотъемлемым аспектом финансового менеджмента, который обеспечивает эффективную работу предприятия, сохранение платежеспособности и возможность использовать возможности для роста. Компании должны постоянно оценивать и оптимизировать свой оборотный капитал с помощью эффективных стратегий и практик для обеспечения долгосрочного успеха. Эффективное управление оборотным капиталом обеспечивает прочную основу для финансового благополучия компании, позволяя ей адаптироваться к меняющимся рыночным условиям и сохранять конкурентные преимущества.

    Keywords: Оборотный капитал, текущие активы, текущие обязательства, управление денежными средствами, управление запасами, дебиторская задолженность

  50. REAL-TIME DATA REPLICATION TO EXTERNAL SYSTEMS

    Authors: Nazim Mammadov, Fariz Ramazanov

    DOI: https://doi.org/10.36962/pahtei50032025-469

    Year: 2025 Pages: 469-475

    Show abstract

    Abstract: This paper introduces a comprehensive framework for real-time data replication to external systems, addressing the increasing need for seamless data synchronization across distributed environments. Utilizing advanced data replication techniques, including Change Data Capture (CDC) and distributed messaging systems, it demonstrates how organizations can achieve low-latency and high-availability data replication. The proposed approach focuses on scalability, fault tolerance, and consistency, ensuring that data remains current across diverse systems. Case studies on financial transactions and IoT data streams showcase the framework’s practical implementation and its positive effects on system performance and data integrity. The results indicate that real-time data replication enhances operational efficiency and supports data-driven decision-making in dynamic environments. Additionally, the framework’s versatility across various sectors, such as e-commerce and healthcare, highlights its potential to transform data management practices across industries.

    Keywords: Real-Time Data Replication, Change Data Capture (CDC), Distributed Messaging Systems, Apache Kafka, Log-Based Replication, Data Consistency, Low-Latency Replication, Fault Tolerance, Scalability, IoT Data Streams, Financial Data Replication, Data Transformation and Routing