1609-1620 (Print)
Volume 48, Issue 1 (2025)
-
ОЦЕНКА ВОЗМОЖНЫХ ОСЛОЖНЕНИЙ ПРИ ОТБОРЕ УГЛЕВОДОРОДОВ НА ПРОТЯЖЕНИИ ВСЕГО ПЕРИОДА ЭКСПЛУАТАЦИИ СКВАЖИН
Authors: Абидин Мустафаев, Ильхам Мухтаров
DOI: https://doi.org/10.36962/pahtei48012025-06
Year: 2025 Pages: 6-17
Show abstract
Abstract: An important issue in the functioning of a production system, including a productive formation, a wellbore zone, a well and wellhead equipment, is the preservation of the natural filtration-capacity properties (FCP) of the productive formation. During well drilling, under the influence of a pressure drop in the "well-formation" system, the filtrate of the drilling fluid used in drilling enters the bottomhole zone of the well (BHZ) and the FCP deteriorates. Deterioration of the formation permeability even at an insignificant distance from the well wall leads to a noticeable decrease in production. The issue of the optimal choice of process fluids used in drilling is of great importance. The drilling fluids used, in addition to solving the problems of preventing fountaining, removal of cuttings, elimination of absorption, must prevent damage to the wellbore zone of the formation. Foam systems and hydrocarbon-based solutions (HBS) have found their application in industrial practice to solve these problems. To assess the ability of solutions, including HBS, to retain weighting agent, the Sag Factor (SF) is used. At values , it is considered that the solution is capable of retaining the weighting agent. Absorption is caused by the influence of a large number of factors, which makes it difficult to identify patterns and select effective measures for prevention and elimination. The determining approach is to reduce the density of the drilling fluid. To reduce the time for eliminating absorption, temporary isolation of productive horizons is used when washing in fillers, such as: viscoelastic compositions, non-hardening cement mixtures, quick-setting compositions. Opening and inducing an inflow into a well is an important stage of well construction, determining the flow rate and service life of the well. Well development is often accompanied by complications, both geological (low values of the reservoir properties, high viscosity of oil) and technological (pollution of the productive formation during the initial opening by components of the drilling mud, solid phase and filtrate, cementing, perforation) reasons. Traditional methods of inducing an inflow are based on reducing the pressure in the well by reducing the density of the liquid or its level; if no inflow is observed, then methods of development in difficult conditions are used. In carbonate rocks, hydrochloric acid treatment (HAT) is recommended to clean the bottomhole formation from clay crusts, mechanical particles and filtrate of the drilling fluid. Hydraulic fracturing is used to create highly conductive fractures that ensure the flow of produced fluid to the well bottom. In recent years, hydraulic fracturing has been carried out in both low-permeability and high-permeability formations. One of the complications in the development of late-stage deposits is the water cut of well production. A possible cause may be the presence of behind-the-casing flows, which are caused by poor well casing. Measures to isolate aquifers are carried out in three directions: selective isolation of water inflows during repair and isolation work, improving the quality of well casing, and temporary blocking of the formation. Development of an oil reservoir composed of weakly cemented sandstones is often accompanied by sand removal into the well. The reasons for sand removal are: the presence of unconsolidated sand, exceeding the maximum permissible depression, migration of small particles. Research conducted by academician A.Kh. Mirzadzhanzade showed that the destruction of sand arches in the formation also occurs at depressions below critical in the presence of fluctuations in the filtration rate. The fight against sand production is carried out in two directions: preventing (chemical, combined, mechanical) and reducing sand removal (technological and preventive). Preventive measures include washing the sand plug. The issue of deciding on the need to wash the sand plug is relevant. The sand plug in the well can be in a suspended (pseudo-liquefied) state or in conditions of predominant sand sedimentation at the bottomhole. In the first case, there is no significant impact on the flow rate. The use of dynamic systems methods allows diagnosing the condition of the sand in the well and making an informed decision on the current repair of wells.
Keywords: drilling of wells, filtration and capacity properties, productive reservoir, operational complications, well repair
-
THE ROLE OF MUD VOLCANOES IN THE FORMATION OF OIL AND GAS STRUCTURES OF THE SOUTHERN CASPIAN BASIN
Authors: Gurban Yetirmishli, Afag Samadzade
DOI: https://doi.org/10.36962/pahtei48012025-18
Year: 2025 Pages: 18-26
Show abstract
Abstract: The research work considered the issue of the formation of oil and gas structures of mud volcanoes, and also analyzed the geological structure of the South Caspian Basin. In addition, the presented article characterized the South Caspian depression as being covered by a sedimentary cover with a thickness of more than 30 km, along with the widespread manifestation of mud volcanism. Therefore, the issue of studying the area, taking into account the regularity of the distribution, number and activity of mud volcanoes within the framework of the research, is considered relevant. Based on the research conducted, it should be noted that the movement of plates moving horizontally and vertically and mud volcanism form the morphological structure of the seabed. The activity of volcanoes in marine conditions leads to the formation of some relief forms. It should be noted that mud volcanoes are considered to be one of the factors that played a major role in the history of the geological development of the Caspian Sea. Underwater and island-type mud volcanoes located in the sea, like volcanoes located on land, are attributed to transverse and longitudinal faults and are located in different parts of anticlinal uplifts. The article provides a general analysis of mud volcanoes, both on land and at sea, and as a result, the geological characteristics of the eruption products, geochemical properties, as well as the differences and similarities between the morphologies of the volcanoes were determined.
Keywords: South Caspian Depression, mud volcanoes, seismicity, eruption products
-
QIZIL BÖLGÜ QAYDASI İLƏ ÇANTA MƏSƏLƏSİNİN SUBOPTİMAL HƏLLİNİN TAPILMASI ALQORİTMİ
Authors: Nazim Məmmədov, Aytac Hüseynova
DOI: https://doi.org/10.36962/pahtei48012025-27
Year: 2025 Pages: 27-37
Show abstract
Abstract: Məqalədə çanta probleminin xüsusi halının həlli üsulu nəzərdən keçirilir. Məsələnin riyazi modeli qurulmuş, həll metodunda qızıl nisbət qaydasından istifadə edilmişdir. Nəticə olaraq, problemin suboptimal həlli və bu həllin tapılması alqoritmi ilə əldə edilən nəticələr aydın şəkildə təqdim edilmişdir. Çanta problemi 19-cu əsrin əvvəllərində ən çox həll edilən problemlərdən biri idi. Çünki inkişaf mərhələlərinə uyğun olaraq fabrik və fabriklər cəmiyyətdə aktuallaşırdı. Buna görə də real vaxtda fabriklər qarşısında bəzi problemlər yaranmış, bu problemlərin həlli əsnasında riyazi model əldə edilmiş torba məsələsinə əsaslanmışdır. Yəni fabrik böyük bir sualla üzləşdi: hansı məhsulu istehsal etmək üçün hansı xammaldan və nə qədər istifadə edilməlidir ki, satışdan gələn gəlir maksimum olsun.
Keywords: çanta məsələsi, qızıl bölgü qaydası, iqtisadi məsələnin riyazi interpretasiyası, optimal həll, suboptimal və ya təqribi həll, çanta məsələsinin sağ tərəfinə görə zəmanətli suboptimal həll
-
GEOFİZİKİ MƏLUMATLARA GÖRƏ AŞAĞI KÜR ÇÖKƏKLİYİNİN DƏRİN TEKTONİK ƏLAMƏTLƏRİ
Authors: Bəylər Aslanov, Güllü Əhmədzadə
DOI: https://doi.org/10.36962/pahtei48012025-38
Year: 2025 Pages: 38-45
Show abstract
Abstract: Məqalə, regional profillərin keçdiyi Aşağı Kür çökəkliyinin ŞmŞq yamacında Paleogen-Miosen çöküntüləri güman olunan Mezozoy (?) kompleksinə pazlaşdığı ərazidədir. Eyni zamanda, Pliosen və altda yatan çöküntülərə görə bir sıra antiklinal qurşaqlar və bu qurşaqlara pazlaşma xətləri qeyd olunur. Məlum olduğu kimi, Mezozoy çöküntülərinin geoloji quruluşu barədə Saatlı sahəsində qazılmış ÇD-1 quyusunda 4070 m dərinlikdə vulkanogen çöküntüləri açılmış, bu səbəbdən, tədqiqatçılar tərəfindən fərz olunmuşdur ki, ərazidə Mezozoyun Yura yaşlı vulkanogen çöküntüləri ola bilər ki, kristallik təməlin bilavasitə üzərində yatması da güman olunur. Profillərin zaman və dinamik kəsilişlərinə görə, Mezozoy kompleksinin dalğa mənzərəsi çox mürəkkəbdir. Bəzi yerlərdə qısa, lakin intensiv, bəzi yerlərdə isə zəif, lakin davamlı əksolunmalarla xarakterizə olunur. R1801 saylı profilin qərb hissəsində Kaynozoy çöküntülərinin tektonikası dəyişir və Neogen çöküntüləri az qalınlıqla özündən altda yatan kompleksi örtür.
Keywords: Kür ovalığı, geomorfologiya, seysmik kəşfiyyatı, regional profillər, zaman və dinamik kəsilişləri
-
LAMİNAR AXINLARIN XÜSUSİ HALLARININ HİDRAVLIK MEYARLARI
Authors: Elman İskəndərov, Fidan İsmayılova, Məhəmməd Şükürlü, Məhəbbət Həsənova, Ramin Ağasənli
DOI: https://doi.org/10.36962/pahtei48012025-46
Year: 2025 Pages: 46-58
Show abstract
Abstract: Hidravlik məsələlərin öyrənilməsi üçün real obyektlərdə təcrübə-sınaq işlərinin həyata keçirilməsi çox baha başa gəldiyindən əksər hallarda mümkün olmur. Ona görə də, ayrı-ayrı sahələrin modelləri üzərində labaratoriya şəraitində təcrübələr aparılır, tədqiqat işləri yerinə yetirilir. Modellər, bir qayda olaraq, real sahələrin və ya axınların kiçik təsvirləri olduğundan modelin qurulması elə yerinə yetirilməlidir ki, onu konkret sahəyə və ya prosesə aid etmək mümkün olsun. Yəni, modellər üzərində əldə edilmiş nəticələri ümumiləşdirmək naturaya keçirmək çətinlik yaratmasın. Bunun üçün, natura və modeldə həndəsi ölçülərin, axınların əsas xarakteristikalarının nisbətlərini təyin etmək üçün oxşarlıq nəzəriyyəsinə əsaslanan qanunlardan istifadə olunur. Məqalədə mayenin laminar axını zamanı, rast gəlinən xüsusi halların hidrodinamik araşdırılması məsələlərinə baxılmışdır. Boruda hərəkəti zamanı sürətin paylanması dinamikası araşdırılmış, ona təsir edən amillər tədqiq edilmişdir. Mayenin laminar axını üçün xarakterik olan sürətin parabolik profilinin formalaşdığı yerin koordinatlarının təyin edilməsi ilə xüsusi axın formalı zona (başlanğıc zona) sayılan laminar hərəkət zonasının uzunluğu tapılmışdır. İstilik dəyişilməsi ilə baş verən axınlar zamanı özlülüyün dəyişilməsi və onun mayenin sərfinə təsiri tədqiq edilmişdir.
Keywords: laminar axın, sürətin paylanması, özlülük, başlanğıc zonanın uzunluğu, stabilləşmə zonası, istilik dəyişməsi, mayenin sərfi
-
AZƏRBAYCANDA RƏQABƏT MÜNASIBƏTLƏRININ SƏMƏRƏLI TƏNZIMLƏNMƏSI: IQTISADI MEXANIZMIN INKIŞAFI VƏ TƏTBIQI
Authors: Zülfüqar İbrahimli, Elşən Fərzəliyev
DOI: https://doi.org/10.36962/pahtei48012025-59
Year: 2025 Pages: 59-68
Show abstract
Abstract: Bu məqalə, Azərbaycanın rəqabət münasibətlərinin səmərəli tənzimlənməsi məsələsini və ölkə iqtisadiyyatının xüsusi ehtiyac və çağırışlarına uyğun iqtisadi mexanizmin inkişafı və tətbiqini araşdırır. Əlavə olaraq, məqalə rəqabət münasibətlərinin tənzimlənməsi üçün təklif olunan iqtisadi mexanizmin əsas komponentlərini, o cümlədən siyasət tədbirləri, institusional təşkilatlanmalar və icra mexanizmlərini müzakirə edir. Rəqabət siyasətinin daha geniş iqtisadi məqsədlərlə, məsələn, iqtisadi artımı təşviq etmək, xarici investisiyaları cəlb etmək və davamlı inkişafı təmin etmək məqsədilə uyğunlaşdırılmasının vacibliyini vurğulayır. Məqalə, Azərbaycanın bu siyasətləri tətbiq etməkdə qarşılaşdığı çətinlikləri araşdırır, yerli bazarın ölçüsü, dövlət müəssisələrinin rolu və qloballaşmanın təsiri kimi amilləri nəzərə alır. Mövcud ədəbiyyat və digər ölkələrdən əldə edilən təcrübə nümunələri üzərində ətraflı təhlil apararaq, məqalə Azərbaycanın spesifik iqtisadi şərtlərinə uyğun və uzunmüddətli sabitlik və inkişaf təmin edə bilən rəqabət tənzimlənməsi üçün bir model təklif edir. Tədqiqat, rəqabətli mühitin yaxşılaşdırılması, institusional qabiliyyətlərin gücləndirilməsi və bazar əməliyyatlarında şəffaflığın təşviqinə yönəlmiş siyasət təklifləri irəli sürür. Nəticə olaraq, bu tədqiqat, rəqabət tənzimləməsinin Azərbaycanın daha dinamik və davamlı bazar iqtisadiyyatını necə təşviq edə biləcəyini anlamağa kömək edir. Rəqabət münasibətlərinin tənzimlənməsi üçün aydın iqtisadi mexanizm inkişaf etdirərək, bu tədqiqat, Azərbaycan iqtisadiyyatının səmərəliliyini, ədalətini və rəqabətliliyini artırmaq istəyən siyasətçilər və maraqlı tərəflər üçün dəyərli fikirlər təqdim edir.
Keywords: rəqabət tənzimləməsi, iqtisadi mexanizm, bazar səmərəliliyi, monopoliya nəzarəti, istehlakçı rifahı, rəqabət siyasəti
-
SÜNİ İNTELLEKTLƏ TƏKMİLLƏŞDİRİLMİŞ TİBBİ DİAQNOSTİKA AVADANLIQLARI
Authors: Elvina Quliyeva, Vüqar Məmmədov
DOI: https://doi.org/10.36962/pahtei48012025-69
Year: 2025 Pages: 69-77
Show abstract
Abstract: Bu məqalə süni intellektin tibbi diaqnostika cihazlarına inteqrasiyasının klinik praktikada necə böyük əhəmiyyət daşıdığını və bu cihazların beynəlxalq standartlara uyğun olaraq sertifikatlaşdırılmasının vacibliyini araşdırır. Süni intellektlə təkmilləşdirilmiş tibbi cihazlar, xüsusilə görüntü təhlili və avtomatlaşdırılmış diaqnostik proseslərdə, həkimlərə daha dəqiq və sürətli qərarlar verməyə kömək edir. GI Genius cihazı bu texnologiyanın uğurlu nümunəsidir və kolonoskopiya zamanı poliplərin daha tez aşkarlanmasına və düzgün xarakterizə edilməsinə kömək edir. Bu cihazın beynəlxalq tənzimləyici qurumlar tərəfindən sertifikatlaşdırılması onun etibarlılığını və təhlükəsizliyini təsdiqləmişdir. Tibbi cihazların beynəlxalq standartlara uyğun tənzimlənməsi və sertifikatlaşdırılması, onların xəstə təhlükəsizliyini qorumaq və diaqnostik dəqiqliyi təmin etmək üçün vacibdir. Beynəlxalq tənzimləyici qurumlar, məsələn, CE və FDA, tibbi cihazların təhlükəsiz və effektiv işləməsini təmin etmək üçün müəyyən standartlar təyin etmişlər. Tibbi cihazlar beynəlxalq sertifikatlar aldıqdan sonra klinik praktikada etibarlı və təhlükəsiz şəkildə istifadə oluna bilər. Bununla yanaşı, tibbi cihazların müntəzəm kalibrlənməsi və tənzimlənməsi onların dəqiqliyini qorumaq üçün mühüm bir addımdır. Məqalədə süni intellektin tibbi cihazlara inteqrasiyasının diaqnostik proseslərdə yaratdığı inqilabi irəliləyişlər vurğulanır. Bu texnologiya həkimlərə xəstəlikləri erkən mərhələdə aşkar etmək və daha dəqiq müalicə planları qurmaq imkanı yaradır. Gələcəkdə süni intellektin tibbi cihazlarda daha geniş istifadəsi, səhiyyə sistemlərində xəstə müalicəsinin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaqdır. Nəticə etibarilə, süni intellekt tibbi texnologiyalarda diaqnostik dəqiqliyi artırmaqla yanaşı, xəstə təhlükəsizliyini qorumaq üçün əsas vasitədir və tibbi cihazların beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması ilə bu proses daha da güclənir.
Keywords: süni intellekt, tibbi diaqnostika, tibbi cihazların sertifikatlaşdırılması, kalibrləmə, beynəlxalq standartlar
-
HİDROGEN İSTEHSAL XƏTTİ ÜÇÜN TƏZYİQƏ NƏZARƏT SİSTEMİ
Authors: Fərid Ağayev, Mahir Quliyev
DOI: https://doi.org/10.36962/pahtei48012025-78
Year: 2025 Pages: 78-86
Show abstract
Abstract: Xalq təsərrüfatının bir çox sahələrində texniki məhsul kimi istifadə olunan hidrogenin alınması üsulları, bu üsulların üstünlükləri və çatışmazlıqları təhlil edilir, xüsusən də adsorbsiya üsulu ilə hidrogenin alınması prosesində yaranan problemlər, onların həll yolları təhlil edilmiş, adsorbsiya üsulunun izahı verilmiş, hidrogen istehsalının texnoloji sxemi və onun təsviri verilmiş, hidrogen istehsalı qurğusunu məhsuldarlıq baxımından optimal istehsal rejiminə gətirmək üçün tənzimləmə zamanı nəzarət edilməli olan əsas parametrlər müəyyən edilmişdir. Qeyd edilmişdir ki, təbii qazın emalını təmin edən bütün bloklar qazın nəqli və istehlakçıların istifadəsi üçün ümumi təmizlənməsi üçün istifadə olunan texnoloji bloklarla demək olar ki, eynidir. Alınmış hidrogenin keyfiyyəti və miqdarı müxtəlif dəyişənlərdən - təbii qazın tərkibindən, temperaturundan, sürətindən və təzyiqindən, eləcə də absorbentin keyfiyyətindən, onun udma qabiliyyətindən asılıdır. Qaz axınının sərfinin təshih edilməsi üçün daraldıcı qurğuda təzyiq və temperaturun ölçülməsinə əsaslanan alqoritmər və ifadələr təqdim olunur ki, bu da axının sürətini daraldıcı qurğunun giriş və çıxışındakı təzyiqlər fərqinə əsasən təyin etmək üçün istifadə olunmuşdur. Bundan əlavə, adsorbsiya qurğusunun girişinə verilən qaz axınının sıxlığa əsasən təshih edilməsi üçün alqoritm verilmişdir. İstehsalat xətlərində təzyiqin avtomatik tənzimlənməsi sistemi işlənib hazırlanarkən nəzərə alınmalı olan məsələlər müəyyən edilmiş, tullantı qazının, texnoloji xətdəki qazın və məşələ buraxılan qazın optimal təzyiqlərinə nəzarət üçün həlli vacib olan problemlər müəyyən edilmiş, həmin problemlərin aradan qaldırılması yolları araşdırılmışdır. Proqramlaşdırılan məntiq kontroller əsasında göstərilən xətlərin hər birində təzyiqin avtomatik tənzimlənməsi sistemlərinin (alt sistemlərin) ümumiləşdirilmiş strukturları təklif olunur.
Keywords: təbii qaz, hidrogen, adsorbsiya, təzyiq, nəzarət sistemi
-
ОЦЕНКА ТЕХНИЧЕСКОГО СОСТОЯНИЯ ТЯГОВЫХ АСИНХРОННЫХ ДВИГАТЕЛЕЙ С ИСПОЛЬЗОВАНИЕМ АНАЛИЗА СИГНАЛОВ И КОМПЛЕКСНОГО ИССЛЕДОВАНИЯ НЕИСПРАВНОСТЕЙ
Authors: Фарид Гусейнов
DOI: https://doi.org/10.36962/pahtei48012025-87
Year: 2025 Pages: 87-105
Show abstract
Abstract: Асинхронные двигатели переменного тока, благодаря своему простому дизайну, доступности, универсальности применения и относительной легкости управления, играют важную роль в транспорте, промышленности и быту. Для обеспечения их бесперебойной работы было проведено множество исследований, посвященных мониторингу, обнаружению и диагностике неисправностей. В частности, создание комплексной системы мониторинга для тяговых асинхронных двигателей, используемых в транспорте, еще не решено полностью. В настоящее время техническое состояние двигателей определяется на основе анализа сигналов выбранных информативных параметров. В данной статье рассмотрены методы описания и обработки различных координатных сигналов, а также проведено исследование анализа сигналов, получаемых от датчиков, с целью создания интеллектуальной модели для определения и классификации неисправностей тяговых асинхронных двигателей. Результаты анализа сигналов позволяют обнаруживать неисправности в статоре, роторе и подшипниках двигателя, выявлять причины этих неисправностей и предотвращать их развитие. Этот подход может быть использован для создания интеллектуальных систем диагностики и защиты в реальном времени в будущем.
Keywords: электрические двигатели, анализ сигналов, оценка технического состояния, диагностический мониторинг, комплексные неисправности
-
SƏNAYE MÜƏSSISƏLƏRI ÜÇÜN BIZNES PROSESLƏRININ IDARƏ EDILMƏSI SISTEMININ INKIŞAFI VƏ TƏTBIQI
Authors: Ülviyyə Hüseynova, Fuad Qaçaylı
DOI: https://doi.org/10.36962/pahtei48012025-106
Year: 2025 Pages: 106-115
Show abstract
Abstract: Biznes proseslərinin səmərəli idarə edilməsi sənaye müəssisələrinin rəqabət qabiliyyətinin, uyğunlaşma bacarığının və əməliyyat səmərəliliyinin artırılmasında mühüm rol oynayır. Bu tədqiqat sənaye sektorunun spesifik çətinlikləri və tələblərini nəzərə alaraq innovativ biznes proseslərinin idarə edilməsi (BPM) sistemlərinin inkişafı və tətbiqinə yönəlmişdir. Təklif olunan yanaşma müasir idarəetmə strategiyaları və qabaqcıl rəqəmsal texnologiyalardan istifadə edərək əməliyyatların təkmilləşdirilməsinə, iş axınlarının optimallaşdırılmasına və əməliyyat xərclərinin azaldılmasına, eyni zamanda məhsuldarlıq və dayanıqlılığın artırılmasına xidmət edir. Tədqiqat mövcud proseslərin sistematik təhlili, səmərəsizliklərin müəyyən edilməsi və təşkilati məqsədlərə uyğunlaşdırılmış təkmilləşdirilmiş iş axınlarının dizaynına dair yanaşmanı vurğulayır. Xüsusilə, müəssisələrə məlumat əsasında qərarlar qəbul etməyə və dəyişən bazar tələblərinə çevik şəkildə reaksiya verməyə imkan verən real vaxt rejimində monitorinq və məlumat analitikası alətlərinin inteqrasiyasına xüsusi diqqət yetirilir. Bundan əlavə, məqalədə BPM sistemlərinin uğurlu tətbiqi ilə bağlı təşkilati müqavimət, texnoloji məhdudiyyətlər və işçilərin yenidən təlim keçməsi kimi problemlər araşdırılır. Bu tədqiqatın nəticələri həmin problemlərin həlli üçün praktik həllər təqdim edir və sənaye müəssisələrinə BPM sistemlərinin problemsiz inteqrasiyasına dair yol xəritəsi təklif edir. Həm strateji, həm də əməliyyat ölçülərini əhatə etməklə, bu tədqiqat proseslərin optimallaşdırılması sahəsində artan elmi biliklərə töhfə verir və müəssisələrin qlobal biznes mühitinin mürəkkəb və dinamik şəraitində səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq istəyən menecerlər və siyasətçilər üçün dəyərli bir resurs kimi çıxış edir.
Keywords: biznes proseslərinin idarə edilməsi (bpm), sənaye müəssisələri, proseslərin optimallaşdırılması, əməliyyat səmərəliliyi, rəqəmsal transformasiya, iş axınının avtomatlaşdırılması
-
TEKSTİL MÜƏSSİSƏLƏRİNDƏ METROLOJİ TƏMİNATA MÜASİR YANAŞMALARIN TƏTBİQİNİN BEYNƏLXALQ TƏCRÜBƏSİ VƏ İQTİSADİ SƏMƏRƏLİLİYİ
Authors: Mehriban Zeynalova, Gülnarə Məmmədova
DOI: https://doi.org/10.36962/pahtei48012025-116
Year: 2025 Pages: 116-126
Show abstract
Abstract: Metrologiya müddəaları eksperimental, ölçmə və nəzarət avadanlıqlarının idarə edilməsi ilə bağlı fəaliyyətlərin həyata keçirilməsinə kömək edir. Metrologiya keyfiyyət idarəetmə sistemini hazırlayarkən ISO 9001-in bütün prinsipləri tətbiq edilməlidir, lakin bu standartları müəssisədə tətbiq etməzdən əvvəl onlar metroloji dəstəyə uyğun olaraq şərh edilməlidir.Metroloji təminat keyfiyyətin idarə edilməsində mühüm rol oynayır, hazır məhsulların müxtəlif parametrlərinin, eləcə də ümumilikdə istehsal fəaliyyətinin dəqiq ölçülməsi təmin edilir. Bunun nəticəsidir ki, məhsullar istehlakçıların tələblərinə tam cavab verir və müəssisə səmərəli istehsalat həyata keçirir, yüksək iqtisadi göstəricilərə nail olur. Bu, yüksək rəqabət mühitində ölçmə dəqiqliyinə, əməliyyat performansına və ümumi biznesin dayanıqlığına birbaşa təsir göstərir. Son illərdə texnologiyanın və innovativ ölçmə üsullarının inkişafı məhsulun keyfiyyətinin yüksəldilməsi, istehsal proseslərinin optimallaşdırılması və xərclərin azaldılması üçün yeni imkanlar yaradıb. Qloballaşma şəraitində tekstil sənayesi məhsulun keyfiyyətinə artan tələblərlə üzləşir ki, bu da müasir texnologiyaların, o cümlədən avtomatlaşdırma, rəqəmsallaşdırma və innovativ ölçmə üsullarının tətbiqini tələb edir. Məqalədə tekstil sənayesində metroloji təminata müasir yanaşmaların tətbiqi üzrə beynəlxalq təcrübəni araşdırır və onların iqtisadi səmərəliliyini təhlil edilir. Avtomatlaşdırma, rəqəmsal texnologiyaların istifadəsi və metrologiya sistemlərinin qlobal təchizat zəncirlərinə inteqrasiyası üsulları müzakirə olunur. Təhlil əsasında yerli müəssisələrdə istifadə üçün uyğunlaşdırıla bilən qabaqcıl təcrübələr haqqında nəticələr çıxarılır.
Keywords: metroloji təminat, müəssisə, istehsal, səmərəlilik, texnologiya, avtomatlaşdırma, innovasiya
-
LABORATORİYA ŞƏRAİTİNDƏ YENİ KA SERİYALI KOMPOZİSİYALARIN XASSƏLƏRİNİN TƏDQİQİ
Authors: Hüseyn Qurbanov, Aysel Qasımzadə, Zeynəb Abdullayeva
DOI: https://doi.org/10.36962/pahtei48012025-127
Year: 2025 Pages: 127-140
Show abstract
Abstract: Hal-hazırda neft sənayesində günün tələblərindən irəli gələn və həlli vacib sayılan məsələlərdən biri də məhz anomal xassəli neftlərin quyudan hasili zaman lay suyu ilə birgə əmələ gətirdiyi aqreqativ və kinetik davamlılığa malik su-neft emulsiyasının dərindən deemulsasiyasını həyata keçirtməkdir. Mədən təcrübəsi göstərmişdir ki, məhz bu tip emulsiyalarının parçalanmasında fərdi deemulqatorların tətbiq edilməsi gözlənilən nəticəni vermir. Ona görə də dayanıqlı emulsioyaların parçalanması üçün daha çox səthi aktibvlik xassəsinə malik reagentlərin axtarışı, hazırlanması və laboratoriya şəraitində xassələrinin tədqiqi olduqca vacib məsələdir. Bu baxımdan qeyd olunan problemin həlli üçün reagentlərin qarışığından istifadəsi elmi cəhətdən məqsədəuyğundur. Belə ki, müxtəlif reagentlərin müxtəlif mol nisbətində qarışması zamanı müsbət sinergetik effektin yaranması ilə müşahidə olunur. Qeyd olunanlara əsaslanaraq çapa təqdim olunan bu məqalədə məhz laboratoriya şəraitində hazırlanmış KA seriyalı yeni kompozisiyalardan KA-1, KA-2 və KA-3 kompozisiyalarının anomal xassəli neftlərdə formalaşan su-neft emulsiyasının deemulsasiyasına təsirinin nəticələri öz əksini tapmışdır. KA seriyalı yeni kompozisiyalarının iştirakı ilə aqreqativ və kinetik dayanıqlığa malik su-neft emulsiyaların deemulsasiya prosesi müxtəlif temperaturlarda və iki saat müddətində yerinə yetirilmişdir. Proses zamanı Abşeronneft, Sanqaçal və Daşgil yatağı neft nümunələrindən istifadə edilmişdir. Onlarında sulaşma dərəcəsi uyğun olaraq 35%, 32%, 30% təşkil etmişdir. KA-1, KA-2 və KA-3 kompozisiyalarının optimal qatılığı çox saylı təcrübələr əsasında təyin edilmişdir. Müəyyən edilmişdir ki, hər üç kompozisiyasının Abşeronneft, Sanqaçal və Daşgil yatağı neft nümunələri üçün optimal qatılığı uyğun olaraq 500q/t, 150q/t və 300q/t-dur.
Keywords: deemulsasiya, anomal neftlər, kompozisiya, emulsiya, təsir effekti, reagent, deemulqator
-
BORU KƏMƏRLƏRİ İLƏ NƏQL OLUNAN NEFTİN BİRBAŞA AXININDA SIXLIQ VƏ ÖZLÜLÜYÜN ÖLÇÜLMƏSİ
Authors: Nuray Əliyeva, Ulduz Məmmədov
DOI: https://doi.org/10.36962/pahtei48012025-141
Year: 2025 Pages: 141-147
Show abstract
Abstract: Məqalədə neft və qaz sənayesində özlülük və sıxlıq ölçmələrinin texnoloji və əməliyyat baxımından əhəmiyyəti və çətinlikləri tədqiq edilir. Bu ölçmələr neftin çıxarılması, istehsalı, emalı və nəqli proseslərinin optimallaşdırılmasında mühüm rol oynayır. Neft və qaz sektorunda özlülük və sıxlığın dəqiq ölçülməsi mürəkkəb şəraitdə həyata keçirilir; yüksək təzyiq və temperatur, vibrasiya, məkan məhdudiyyətləri və enerji mənbələrinin məhdudluğu bu proseslərin səmərəliliyinə təsir edir. Məqalədə, təzyiq, təzyiqlər fərqi və ultrasəs sensorlarının tətbiqi ilə bu ölçmələrin necə həyata keçirildiyi ətraflı təhlil edilir. Xüsusilə, ultrasəs texnologiyası axın sürətini və təzyiq fərqlərini dəqiq müəyyən etmək üçün effektiv vasitə kimi təqdim edilir. Sıxlıq və özlülük ölçmələrinin nəticələri, neft məhsullarının keyfiyyət göstəricilərini müəyyən etmək, istehsal proseslərini təkmilləşdirmək və enerji sərfiyyatını azaltmaq üçün istifadə edilir. Məqalədə təqdim olunan məlumatlar, bu ölçmələrin sənayedə nə qədər böyük təsirə malik olduğunu və müasir texnologiyaların bu sahədə səmərəliliyi artırdığını göstərir.
Keywords: sıxlıq, özlülük, boru kəməri, axın sürəti, təzyiq, ultrasəs vericiləri
-
QAZ RESURSLARININ DİNAMİKASINA UYĞUN MULTİFAZALI SUALTI BORU KƏMƏRLƏRİNDƏ NƏQL TEXNOLOGİYALARININ ƏSASLANDIRILMASI
Authors: Qafar Ismayılov, Fidan Ismayılova, Anar Nağızadə, Pünhanə Həbibli
DOI: https://doi.org/10.36962/pahtei48012025-148
Year: 2025 Pages: 148-158
Show abstract
Abstract: Məlumdur ki, dəniz yataqlarının işlənməsinin başlanğıcında səmt neft qazlarının itkiləri əsasən neft mədəni təsərrüfatında qaz yığımı şəbəkəsinin, qaz kəmərlərinin, eləcə də qaz emalı qurğularının tikilməsindəki gecikmələrlə izah olunurdu. Mövcud dəniz-iqlim şəraitində əsasən neft və qazın birgə yığımı həyata keçirilirdi. Bu cür texnologiyanın tətbiqi prinsipial şəkildə neft və qazın mədən daxili yığım texnologiyasını dəyişməyə, karbohidrogen itkilərini və yığım-nəql sisteminin tikintisinə və istismarına çəkilən xərcləri azaltmağa imkan versə də, quyu məhsullarının mərkəzi separasiya qurğusuna sualtı boru kəmərləri ilə nəqli zamanı axının multifazalılığı hesabına təzyiq itkilərinin çoxalması, ziyanlı təzyiq döyüntülərinin baş verməsi, müxtəlif çöküntü və tıxacların yaranması və lay enerjisindən səmərəli istifadə olunmaması kimi hallar mövcud olmuşdur. Təcrübə göstərir ki, bu cür problemlərin həlli yolları multifazalıqla yanaşı həm də yatağın işlənilmə və qaz resurslarının dinamikasından keçir. Məqalədə bu cür problemlərdən olan kondensləşən səmt neft qazlarının qaz resurslarının dinamikası nəzərə alınmaqla sualtı boru kəmərləri ilə səmərəli yığılması və nəqli məsələlərinə baxılmışdır. Bu cür qazların nəql texnologiyaları araşdırılmış, qazın dinamikasının dəyişilməsinin nəzərə alınmasının vacibliyi və yolları göstərilmişdir. Açar sözlər. Sualtı kəmərlər, neft qazları, resurslar, kondensat, başlanğıc təzyiq, axın.
-
INVESTİGATİON OF THE OPERATİON OF VOLUMETRİC HYDRAULİC MACHİNES İN GAS-LİQUİD MİXTURES
Authors: Sevda Aghammadova, Ramil Hasanov
DOI: https://doi.org/10.36962/pahtei48012025-159
Year: 2025 Pages: 159-166
Show abstract
Abstract: The study of the operation of volumetric hydraulic machines in gas-liquid mixtures covers a very important area in abstract (theoretical) terms, and research in this area is important for the development of both engineering and applied technologies. Understanding the principles of operation and performance of hydraulic machines operating in gas-liquid mixtures (for example, hydraulic pumps or engines using a gas and liquid mixture) is one of the most important research in this area.Since the physical and dynamic behavior of a gas-liquid mixture is different from other media, the analysis of such systems requires special approaches. In such machines, the properties of both the gas and the liquid must be taken into account, and the interaction between both components of the system must be understood.The main directions of research are:Hydraulic Dynamics and Gas-Liquid Mixture: In a gas-liquid mixture, the physical properties of the liquid and the gas, such as flow, compressibility and viscosity, are very different. This affects the flow conditions and energy transfer of the gas-liquid mixture. The flow rate and the factors affecting the movement in the liquid phase create a complex system, including the velocity and pressure of the gas. Compressible flow and Machine Performance: The compressibility of the gas directly affects the efficiency of the system and the output power of the machine. Also, the correct calculation and study of the compressible flow and velocity profile in the liquid phase is of great importance. System Design and Optimization: In order to optimize the operation of volumetric hydraulic machines in gas-liquid mixtures, theoretical models should be established and the performance of the system under various operating conditions should be analyzed. In this case, energy losses, life of machine elements and efficiency parameters are taken into account. Experimentation and Modeling: Both computer modeling and laboratory experiments are used to study the behavior of such machines. In this field, both static and dynamic models can be developed, and the characteristics of hydraulic machines operating in gas-liquid mixtures can be accurately analyzed.The results of these studies can be applied in various fields, such as energy, oil and gas industries, military equipment, etc. Also, these types of machines can be used to increase the efficiency of technologies that operate with compressed gas and liquid systems.
Keywords: Hydraulic transmission, hydraulic system, FIE, gas-liquid mixture, temperature, hydraulic motor, fluid viscosity, cavitation, efficiency
-
DEFINITION OF CERTAIN INDICATORS FOR CHOOSING A METHOD OF CORROSION PROTECTION FOR UNDERGROUND PIPELINES
Authors: Gulara Imanova, Ramil Khairov
DOI: https://doi.org/10.36962/pahtei48012025-167
Year: 2025 Pages: 167-172
Show abstract
Abstract: Pipeline transportation of natural gas, oil, and petroleum products has become widely used both internationally and within Azerbaijan, as it is the most efficient and safe method of transportation. The durability and accident-free operation of pipelines directly depend on the effectiveness of their anti-corrosion protection. Therefore, the modernization of protection technologies is of critical importance. This study examines the main methods of pipeline anti-corrosion protection, considering the advantages and disadvantages of each. Calculations are provided for the pipeline wall thickness, anti-corrosion protection, and certain parameters of cathodic protection necessary to determine the most effective method for specific operating conditions.
Keywords: corrosion, pipeline, sacrificial anode, passive protection, active protection
-
ASİNXRON MÜHƏRRİKİ SÜRƏTİNİN PROQRAMLA İDARƏ OLUNMASI
Authors: Samirə Xanəhmədova, Ceyhun Adıgözəlli
DOI: https://doi.org/10.36962/pahtei48012025-173
Year: 2025 Pages: 173-180
Show abstract
Abstract: Asinxron mühərrikin sürətinin proqramla idarə olunmasına həsr edilmiş məqalədə bu mühərriklərin səlis işə salınması və sürətinin tənzim olunması məsələsi araşdırılır. Məlum olduğu kimi, bu məqsədlə müxtəlif üsullardan, qurğulardan və proqram təminatlarından istifadə edilir. Buna misal olaraq mühərriklərin Soft starterlə (yumşaq işə buraxıcı) işə salınması, skalyar, vektorla tezlik çeviriciləri və proqramla idarə olunmanı qeyd etmək olar. Daha geniş yayılmış üsullardan biri tezlik çeviricisi ilə mühərrikə tətbiq olunan şəbəkə gərginliyinin tezliyinin tənzimlənməsidir. Tezlik çeviricisi, gərginliyin tezliyini dəyişdirməklə, mühərrikin sürətinə birbaşa təsir göstərir. Bu üsul sürətin müxtəlif diapazonlarda səlis şəkildə tənzimləmək üçün əlverişli üsuldur. Tezlik çeviricər həddindən artıq yüklənmədən qorunmanı, mühərrikin əyləc sisteminə və momentlərinə nəzarət kimi əsas funksiyaları da təmin edə bilir. Bundan başqa, mühərriklər işə düşən anda yaranan və böyük qiymətə malik işədüşmə cərəyanınıa da nəzarət etmək məqsədilə mühərrikin “Ulduz-üçbucaq” sxeminə avtomatik qoşulma məsələsi də vacir məsələ kimi qeyd edilməlidir. Bundan başqa məqalədə mühərriklərin proqramla idarə edilməsi məsələsinə baxılır. Müxtəlif növ proqram təminatlarından istifadə etməklə mühərriklərin fırlanma istiqamətlərinin dəyişməsinə, sürətlərinin artıb-azalmasına, səlis idarə olunmasına, işəsalma cərəyanına nəzarətə nail olmaqla yanaşı, mühərriklərin parametrlərinə və onların dəyişməsinə nəzarət etmək, ehtimal oluna biləcək qəza hadisələrinin qarşısını mühərrikə ziyan vermədən almaq olar. “Schneider Electric” şirkətinin Zelio Soft-2 proqram təminatından istifadə etməklə asinxron mühərriklərin idarə olunması, onların sürətinin səlis tənzimlənməsi mühərriklərin “Ulduz-üçbucaq” sxeminə avtomatik qoşulma və sürətlərinin tənzim olunması məsələləri araşdırılır. İşəsalma zamanı asinxron mühərrikin işəsalma cərəyanını azaltmaq məqsədilə istifadə olunan "Ulduz-üçbucaq" sxeminə avtomatik keçidin proqramlaşdırılıması məsələsi müzakirə edilir. Bu məqsədlə asinxron mühərrikin LADDER proqram dilində tərtib edilmiş "Ulduz-üçbucaq" sxeminə avomatik qoşulma, icra olunan prosesdən asılı olaraq asinxron mühərrikin, irəli, geri hərəkətini, onun sürətinin tənzim olunmasını yerinə yetirmək üçün FBD proqram dilində tərtib olunan proqramlar araşdırılır.
Keywords: asinxron mühərrik, LADDER və FBD proqram dili, ulduz-üçbucaq sxemi, tezlik çeviricisi, proqramlaşdırılan məntiq kontrolleri, taymer, kontakt
-
ANALYSIS OF WORKS ON THE RESEARCH OF THE DYNAMICS OF THE TEMPERATURE FIELD OF VOLUMETRIC HYDROMACHINES
Authors: Shovgi Aliyev, Sevda Aghammadova
DOI: https://doi.org/10.36962/pahtei48012025-181
Year: 2025 Pages: 181-189
Show abstract
Abstract: Reliable and efficient operation of a hydraulic drive is possible under conditions of a stable and optimal thermal state, ensuring the constancy of operating characteristics. It is known that with an increase in the temperature of the working fluid, volumetric losses increase due to an increase in fluid leaks in hydraulic equipment. From this point of view, the topic of this work is relevant and even a partial, qualitative study of the dynamics of temperature fields can be useful for understanding the physical picture taking place in volumetric hydraulic drives. In this paper, the dynamics of the temperature field when switching on and off was studied using the example of a gear pump, which is most often used for volumetric hydraulic drives. During the study, the dynamics of the temperature field of the gear pump and the surface of the working fluid were studied depending on the load of the working fluid and the cooling mode.
Keywords: Hydraulic machine, temperature, ideal pump, Thompson effect, ideal fluid, heat transfer coefficient
-
AVTOMATİK NƏZARƏT VƏ MÜHAFİZƏ SİSTEMLƏRİNDƏ ELEKTROMEXANİKİ QURĞULARIN XÜSUSİYYƏTLƏRİ
Authors: Gülşən Kərimzadə, Ziyad Maniyev
DOI: https://doi.org/10.36962/pahtei48012025-190
Year: 2025 Pages: 190-204
Show abstract
Abstract: Təqdim edilən məqalədə avtomatik nəzarət və mühafizə sistemlərində elektromexaniki qurğuların xüsusiyyətlərinə baxılmışdır.İstehsalat prosesinin avtomatlaşdırılmasında avtomatlaşdırmanın iki mərhələsi istifadə olunur- hissəli və tam.Elektromexaniki qurğunun hissəli avtomatlaşdırılması vahid sistemlə əlaqədar olmayan ayrı ayrı maşın və aparatların idarə funksiyasının icra olunması üçün avtomatik qurğuların istifadəsini təklif edir, məsələn, idarə obyektinin bir sıra texnoloji parametrlərinin avtomatik nəzarət və tənzimi. Maşın və aparatların işə buraxılması, verilən rejimin təyini ilə icra olunur. Tam avtomatlaşdırılmada avtomatika qurğuları bütün əsas və köməkçi proseslərlə idarə edirlər. İşə buraxılma, dayanma, iş rejimlərinin dəyişməsi, optimal iş rejimlərinin müəyyən edilməsi və s.mikroprosessor texnikası və rahat proqramlaşdırılan elektron hesablayıcı maşınlar vasitəsilə yerinə yetirilir. Belə sistemlərin xidməti periodik ola bilər. Avtomatik nəzarət sistemi avtomatlaşdırma obyektinin texnoloji iş rejimini qiymətləndirən müxtəlif fiziki kəmiyyətlərin (parametrlərin) say informasiyasının alınması üçün təyin olunur. Avtomatik mühafizə sistemi hər hansı bir nəzarət olunan parametrin həddən artıq buraxıla bilən qiymətinə nail olmasında elektromexaniki qurğunun və ya ayrı hissələrinin vaxtında açılması üçün təyin olunur.
Keywords: elektromexaniki qurğu, nəzarət, mühafizə, avtomatik idarə sistemi, xüsusiyyət, xarakteristika, verici, gücləndirici, ölçü cihazı, parametr, siqnal, kəmiyyət,temperatur, təzyiq
-
YAŞIL ENERJİNİN MÜASİR İNKİŞAF İSTİQAMƏTLƏRİ (AZƏRBAYCAN NÜMUNƏSİNDƏ)
Authors: Elmir Bədəlov, Asiman Quliyev
DOI: https://doi.org/10.36962/pahtei48012025-205
Year: 2025 Pages: 205-214
Show abstract
Abstract: Azərbaycanda yaşıl enerji sahəsinin inkişafı, ölkənin makroiqtisadi siyasətində mühüm yer tutur və bu sahə ölkənin enerji sektorundakı strateji istiqamətlər və iqtisadi maraqları ilə sıx şəkildə əlaqəlidir. Qlobal miqyasda enerji tələbatının artması, fosil yanacaqların məhdudlaşması və onların ekoloji təsirlərinin artması yaşıl enerji mənbələrinə keçidi qaçınılmaz edir. Belə bir şəraitdə Azərbaycanda bərpa olunan enerji resurslarının inkişafı prioritet məsələlərdən birinə çevrilmişdir. Azərbaycan, zəngin təbii ehtiyatları ilə yanaşı, böyük bərpa olunan enerji potensialına da malikdir. Xüsusilə günəş, külək, hidroenerji və bioenerji kimi mənbələr ölkənin enerji müstəqilliyini təmin etməklə yanaşı, ekoloji tarazlığın qorunmasına da əhəmiyyətli töhfə verə bilər. Yaşıl enerji sahəsində bu cür potensialın reallaşdırılması, həmçinin Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyini gücləndirəcək və ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsini artıracaq. Qarabağ bölgəsi yaşıl enerji potensialı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu ərazi, uzun illər davam edən erməni işğalı nəticəsində yalnız iqtisadi deyil, həm də ekoloji baxımdan ciddi zərər görmüşdür. Lakin münaqişə sonrası dövrdə Qarabağın ekoloji bərpası və yaşıl enerji sahəsində inkişafı üçün böyük imkanlar yaranmışdır. Bölgənin təmiz enerji istehsalı üçün əlverişli olan təbii şəraiti – günəşli günlərin sayı, külək enerjisi potensialı və su ehtiyatları – burada bərpa olunan enerji layihələrinin reallaşdırılması üçün geniş perspektivlər açır. Qarabağda həyata keçirilən yaşıl enerji layihələri yalnız enerji istehsalını artırmaqla kifayətlənmir, həm də bölgənin ekoloji vəziyyətini yaxşılaşdırır, ətraf mühitin qorunmasına və bərpasına xidmət edir. Eyni zamanda bu layihələr bölgənin sosial-iqtisadi inkişafına təkan verir, yeni iş yerləri yaradır və dayanıqlı iqtisadi inkişaf üçün mühüm əsaslar formalaşdırır.
Keywords: Qarabağ, yaşıl dünya, ekologiya, bərpa olunan enerji, davamlı inkişaf
-
İNSPEKSİYA ORQANLARININ ISO/IEC 17020 STANDARTINA AKKREDİTASİYA MEXANİZMLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Authors: Ləman Mehdiyeva, Vüqar Məmmədov
DOI: https://doi.org/10.36962/pahtei48012025-215
Year: 2025 Pages: 215-223
Show abstract
Abstract: Bu tədqiqat, inspeksiya orqanlarının ISO/IEC 17020:2012 standartına uyğun akkreditasiya vəziyyətini və bu prosesdə üzləşdikləri çətinlikləri araşdırır. ISO/IEC 17020:2012 standartı, inspeksiya orqanlarının texniki səriştə və idarəetmə bacarıqlarını artırmaq, onların xidmət keyfiyyətini və etibarlılığını təmin etmək üçün vacibdir. Tədqiqatın nəticələri göstərir ki, inspeksiya orqanlarının əksəriyyəti akkreditasiya almağa böyük maraq göstərir; lakin maliyyə resurslarının məhdudluğu və ixtisaslı işçi çatışmazlığı onların bu məqsədə çatmasına əngəl yaradan əsas maneələrdir. Tədqiqatda iştirak edənlərin 91.2%-i təşkilatlarının akkreditasiya almaq istəyini ifadə etsə də, yalnız 47.1%-i bunun üçün tələb olunan maliyyə xərclərini qarşılamağa hazır olduğunu bildirib. Bundan əlavə, işçilərin standart haqqında məlumatlılıq səviyyəsi də diqqətəlayiq bir nəticə kimi ortaya çıxır. İştirakçıların təxminən üçdə ikisi ISO/IEC 17020:2012 standartının əsas prinsipləri barədə məlumatlı olsa da, onların yalnız 67.6%-i akkreditasiya prosedurlarının texniki detalları barədə məlumat sahibidir. Bu isə işçilərin standartın tətbiqi üçün əlavə təlim və dəstəyə ehtiyac duyduğunu göstərir. Təlim ehtiyacları, işçilərin akkreditasiya tələblərinə uyğun fəaliyyət göstərməsini təmin etmək və onların səriştəsini artırmaq üçün vacibdir. Eyni zamanda, işçilərin təlimlə daha çox məlumat sahibi olması, təşkilatın ümumi keyfiyyətini yüksəldərək müştəri məmnuniyyətini artıracaqdır. Bu tədqiqat, inspeksiya orqanlarının beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi üçün maliyyə dəstəyi və davamlı təlim proqramlarının əhəmiyyətini vurğulayır. Maliyyə və təlim resurslarının artırılması ilə, inspeksiya orqanları standartına uyğun fəaliyyət göstərərək daha şəffaf və səmərəli xidmət təqdim edə bilər. Nəticə olaraq, təklif olunan tədbirlər, inspeksiya orqanlarının texniki səviyyəsini yüksəltməklə yanaşı, onların müştəri məmnuniyyətini təmin etməsinə və beynəlxalq səviyyədə tanınmasına kömək edəcəkdir.
Keywords: ISO/IEC 17020:2012 standartı, akkreditasiya prosesləri, inspeksiya orqanları, keyfiyyət idarəetməsi, təlim ehtiyacları, risk və resurs çatışmazlığı
-
REAGENTLƏRİN SEÇİLMƏSİ MƏSƏLƏSİ: NEFT QUYULARINDA ASPO-NUN ƏMƏLƏ GƏLMƏSİNİN QARŞISININ ALINMASI VƏ TƏMİZLƏNMƏSİ
Authors: Sami̇rə Abbasova, Məhəmməd Fərəcov
DOI: https://doi.org/10.36962/pahtei48012025-224
Year: 2025 Pages: 224-232
Show abstract
Abstract: Neft çıxarılması zamanı bəzən arzuolunmayan təbii çökmələrin, yəni asfaltosmoloparafin çökmələrinin (AŞPO) yaranması ilə qeyd olunur. Bu çökmələr, qazma rezervuarların prizaboy sahəsinə, yeraltı hissələrinin divarlarına və neftin yığılması və əmələ gəlməsi sisteminin yerüstü kommunikasiya xətləri ilə düzülüşü yığılmaqla, neft sahələrində istismarına böyük təsir qeyd edə bilir. Təbii çökmələrin əmələ gəlməsi problemi çox zaman mövcuddur və indi də təbii olaraq qalır. Neft yataqlarının müəyyən zaman ərzində istismar təcrübəsindən aydın olur ki, asfaltosmoloparafin süxurları əsasən, parafinlər və asfaltinlərin yüksək konsentrasiyalarını özündə birləşdirən neftlərdə əmələ gəlir.AŞPO-nun qarşısını almaq və müəyyən mübarizə aparmaq üçün bəzii elmi mövzuların icmalı müəyyən problemin axtarışına həsr edilmiş xeyli sayda işin mövcud olunmasını göstərir. Amma praktikada aydın olur ki, tətbiq olunan texnoloji məsələlərin fərqliyinə baxmayaraq, AŞPO məsələsi hələ də həll olunmamış qalır. Məqalədə neft ləvazimatların AŞPO-nun yaranmasından müdafiə üçün bəzi metodlar müzakirə aparılır, eyni vaxtda bu çökmələrin qarşısını alma və bəzi aradan qaldırma üsulları tətbiq edilir. Neft qazma proseslərində asfaltosmoloparafin çökmələrinin problemin qaldırılması və qarşısının alınması üçün kimyəvi tərkibin təhlili ilə bəzi araşdırma nəticələri qeyd edilir Araşdırmaların nəticəsində, neft qazma quyularında (daxili ləvazimatların yuyulması üçün) AŞPO-nun aradan götürülməsi üçün tövsiyə edilən yüksək yuyucu və dispersiya xassələrinə malik kimyəvi tərkib qəbul edilmişdir. Kimyəvi həll edici xassəli tolul və dizel yanacağının 1:1 bölgüsündə qarışığına 2-3% miqdarında neionogen yüzey aktiv maddənin qəbul olunması, parafin AŞPO-nun aradan qalxması ilə yaranan dispersiya və yuyucu xüsusiyyətlərini artırır.
Keywords: neft quyusu, asfaltosmoloparafin çökmələri, kimyəvi reaktivlər, qarşısını alma, aradan qaldırma
-
TƏBİİ HADİSƏLƏRİN MİNALANMIŞ ƏRAZİLƏRƏ TƏSİRİ VƏ ONA QARŞI TƏDBİRLƏR SİSTEMİ
Authors: Mehriban İsmayılova, Zaur Orucov
DOI: https://doi.org/10.36962/pahtei48012025-233
Year: 2025 Pages: 233-240
Show abstract
Abstract: Müasir dünyada minalar və partlamamış döyüş sursatları bir çox ölkələrdə insanların təhlükəsizliyinə təhdid yaradan ən mühüm problemlərdən biri olaraq qalır. Müharibənin başa çatmasından onilliklər sonra belə, bu təhdidlər yalnız insan həyatını təhlükə altına qoymur, həm də sosial-iqtisadi inkişafı, ətraf mühitin qorunmasını, mədəni irsi, münaqişə sonrası bərpa və inkişaf təşəbbüslərini və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərini ciddi şəkildə əngəlləyir. Mina partlamaları insan həyatı üçün təhdid yaradır və həyatı yaşama haqqını sual altına alır, eyni zamanda ətraf mühitə ciddi ziyan vurur.
Keywords: zəlzələ, daşqın, mina xəritəsi, fosfor hərbi sursatları, mina təmizləmə
-
THE IMPACT OF THE TOURISM SECTOR ON THE ECONOMIC DEVELOPMENT OF AZERBAIJAN
Authors: Samira Akimova, Mammad Maharramov
DOI: https://doi.org/10.36962/pahtei48012025-241
Year: 2025 Pages: 241-253
Show abstract
Abstract: Tourism gives foreign trade influx to nearby economies, advances social trades, and altogether contributes to the Gross Domestic Product (GDP) of numerous nations around the world. According to statistics, the tourism sector contributes 10.4% to GDP compared to other sectors. The tourism sector's GDP figure can be even higher depending on the overall development of the country, especially if tourism is one of the main sources of income. It is important to note that the tourism sector supplies more than 10% of global jobs. This includes many jobs in various services such as hotels, restaurants, transportation, etc.
Keywords: Azerbaijan, economy, tourism, development, income, civilization
-
QLOBAL İQTISADIYYATDA SƏNAYE VƏ TICARƏT SIYASƏTI
Authors: Ülviyyə Hüseynova, Natiq Ibrahimov
DOI: https://doi.org/10.36962/pahtei48012025-254
Year: 2025 Pages: 254-262
Show abstract
Abstract: Bu məqalə sənaye müəssisələrinin qlobal iqtisadiyyata təsirini və beynəlxalq ticarət siyasətinin formalaşmasında onların rolunu əhatə edir. Məqalədə sənaye müəssisələrinin qloballaşma və texnoloji inkişaflar vasitəsilə qlobal bazarlara çıxışı, rəqabət qabiliyyətinin artırılması və yerli iqtisadiyyata təsiri müzakirə olunur. Sənaye müəssisələri yalnız istehsal prosesləri ilə məhdudlaşmayıb, həm də texnologiya və innovasiyaların tətbiqi ilə iqtisadi potensialın artırılmasında mühüm rol oynayır. Qlobal dəyər zəncirlərinə qoşulmaq, müəssisələrin texnoloji yeniliklərdən və xarici investisiyalardan faydalanmasına imkan verir. Qlobal dəyər zəncirləri, məhsul və ya xidmətin istehsal mərhələlərinin fərqli ölkələrdə həyata keçirildiyi bir sistemdir. Bu zəncirdə hər ölkə istehsalın müəyyən mərhələsində ixtisaslaşır, bu da daha səmərəli istehsal, texnologiya transferi və qlobal bazarda rəqabət gücünü artırır. Azərbaycanda bu proseslər qeyri-neft sektorunun inkişafı və beynəlxalq bazarlara inteqrasiya ilə yanaşı, istehsal gücünün artırılması və innovativ yanaşmaların tətbiqi ilə həyata keçirilir. Ticarət siyasətinin formalaşmasında sənaye müəssisələri iqtisadiyyatın diversifikasiyası, ixracın genişləndirilməsi və rəqabət üstünlüyünün artırılması istiqamətində mühüm strateji hədəflərə yönəlmişdir. Sənaye müəssisələrinin istehsal potensialı texnologiya və innovasiyanın istifadəsi ilə gücləndirilir və müəssisələrin qlobal bazarlarda rəqabət qabiliyyəti artırılır. Məqalədə, texnoloji tərəqqi və innovasiyaların beynəlxalq ticarət əlaqələrində müsbət təsir göstərməsi və istehsal proseslərində texnologiyanın tətbiqi ilə məhsuldarlığın artırılması vurğulanır.
Keywords: sənaye müəssisələri, qlobal iqtisadiyyat, ticarət siyasəti, innovasiya, texnologiya transferi, qlobal dəyər zəncirləri, rəqabət qabiliyyəti
-
СТРАТЕГИЧЕСКАЯ РОЛЬ ВНУТРЕННЕГО АУДИТА, ОБЕСПЕЧИВАЮЩАЯ КОНКУРЕНТНЫЕ ПРЕИМУЩЕСТВА КОМПАНИИ И МИНИМИЗАЦИЮ РИСКОВ
Authors: Аида Мамедова, Мурад Велиев
DOI: https://doi.org/10.36962/pahtei48012025-263
Year: 2025 Pages: 263-274
Show abstract
Abstract: В условиях экономической трансформации общества на первый план в качестве важных задач выходят создание новых производственных отношений, мобилизация материальных, трудовых и финансовых ресурсов, а также их эффективное использование. Не подлежит сомнению, что учет, контроль и анализ хозяйственной деятельности имеют исключительное значение в решении этой проблемы. При этом возникают категории, выражающие формирующиеся новые экономические отношения. Одной из таких категорий является аудит. По мере развития экономики Азербайджанской Республики и усиления ее интеграции в мировую экономическую систему возникает необходимость более широкого использования возможностей аудита для обеспечения прозрачности экономических и финансовых отношений, борьбы с экономическими преступлениями и неоправданными растратами. Помимо эффективного финансового контроля, современный аудит также имеет особое значение для укрепления стабильности финансовой системы субъектов предпринимательства, подготовки планов развития их бизнеса, а также исследования местных, региональных и мировых рынков. Система аудита, оказывающая положительное влияние на организацию эффективного управления субъектами предпринимательства, и регулирование его деятельности, также оценивает текущее состояние финансовой деятельности и перспективы развития этих субъектов и выражает свое мнение в этом направлении. Важно наличие специальной контрольной службы – внутреннего аудита, которая обладает высоким уровнем профессионализма, глубоко знает организационно-экономическую структуру предприятия, знакома с методикой проверок, имеет подробную информацию о текущей деятельности. законодательства, в целях организации ежедневного контроля на необходимом уровне. Из международного опыта известно, что в странах с высокоразвитой рыночной экономикой, где основной формой собственности является частная собственность, широко используется система внутреннего аудита.
Keywords: аудит, внутренний контроль, финансовые обязательства, субъекты предпринимательства, международный опыт
-
MODERNIZATION OF DIAPHRAGM GAS FLOW METERS
Authors: Elmar Agayev, Akif Khidirov
DOI: https://doi.org/10.36962/pahtei48012025-275
Year: 2025 Pages: 275-283
Show abstract
Abstract: The article examines methods for measuring gas flow using mechanical devices and investigates the feasibility of including a pressure device in the design of membrane mechanical meters in order to improve the accuracy of flow measurement. Accurate measurement of gas consumption plays an important role in solutions for its industrial and commercial applications. Diaphragm mechanical gas meters have been successfully used for several decades to measure gas consumption in domestic, industrial and commercial purposes. The advantages of these meters are simplicity, reliability and cost-effectiveness. However, recent advances in materials, advanced sensors and digital technologies open up great opportunities for the modernization of these devices, increasing their accuracy, reliability and integration into smart utility networks. The article describes the operating principle of diaphragm mechanical gas meters, the limitations of traditional designs, and analyzes the issues of modernization by including pressure and temperature sensors in their design. Integrating a pressure sensor into traditional diaphragm gas meters allows for increased accuracy by compensating for pressure changes in real time and at the same time bridging the gap between traditional mechanical systems and modern smart metering technologies. Comparative analysis shows that as a result of modernization, the productivity and cost-effectiveness of membrane meters have increased.
Keywords: Flow meter, volumetric flow rate, mechanical equipment for measuring gas flow of membrane type, pressure compensation device, pressure and temperature sensor
-
SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ İNNOVATİV İNKİŞAFINDA TƏTBİQ OLUNAN BEYNƏLXALQ TƏCRÜBƏ
Authors: Eldar Qasumov, Asiman Əhmədzadə
DOI: https://doi.org/10.36962/pahtei48012025-284
Year: 2025 Pages: 284-291
Show abstract
Abstract: Sənaye müəssisələrində innovativ inkişafın beynəlxalq təcrübəsinin öyrənilməsi, müasir sənayenin daha rəqabətədavamlı və səmərəli olmasını təmin edən əsas faktorlardan biridir. İnnovasiya, yalnız texnoloji inkişafla bağlı deyil, həm də təşkilati və idarəetmə proseslərindəki yenilikləri əhatə edir. Bu mövzunun araşdırılması, sənayenin müasir dövrə uyğunlaşmasına, məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına, istehsal proseslərinin optimallaşdırılmasına və yeni iş üsullarının tətbiqinə yönəlir. Tədqiqatın məqsədi, sənaye müəssisələrində innovativ inkişafın təcrübəsini araşdırmaq və bu təcrübələrdən Azərbaycan sənayesi üçün istifadə yollarını müəyyənləşdirməkdir. Bunun üçün müxtəlif inkişaf etmiş ölkələrin sənaye sektorunda tətbiq edilən innovativ yanaşmalar təhlil edilmişdir. Araşdırma nəticəsində, Almaniyanın Industry 4.0 yanaşması, Cənubi Koreyanın yüksək texnologiyaların tətbiqi və Yaponiya və Çin kimi ölkələrin avtomatlaşdırma və rəqəmsallaşma sahəsindəki uğurları önə çıxmışdır. Bu yanaşmalar, müəssisələrin çevikliyini artırmış, istehsal proseslərini sürətləndirmiş və keyfiyyəti yüksəltmişdir. Azərbaycan üçün bu təcrübələr, texnologiyaların tətbiqi və işçi qüvvəsinin təhsili ilə yanaşı, investisiyalar və strateji planlamanın önəmini vurğulamaqla yanaşı, iqtisadi və hüquqi mühitin inkişafını da tələb edir. Bu tədqiqatın nəticələri, Azərbaycanın sənaye sektorunun gələcəkdə innovasiyaları daha effektiv şəkildə tətbiq edərək qlobal bazarda rəqabət qabiliyyətini artırması üçün praktiki tövsiyələr təqdim edir.
Keywords: sənaye müəssisələri, innovativ inkişaf, beynəlxalq təcrübə, rəqəmsallaşma, avtomatlaşdırma, idarəetmə prosesləri, təşkilati yeniliklər, dünya təcrübəsi
-
AZƏRBAYCAN RESPUBLİKASINDA İNVESTİSİYA FƏALİYYƏTİNİN MÜASİR VƏZİYYƏTİ VƏ NORMATİV-HÜQUQİ TƏMİNATI
Authors: Asəf Qəribov, Azad Nabalıyev
DOI: https://doi.org/10.36962/pahtei48012025-292
Year: 2025 Pages: 292-303
Show abstract
Abstract: İnvestisiya qoyuluşları iqtisadi inkişafın dayanıqlılığının təmin olunmasında aparıcı mövqeyə malikdir. Azərbaycan Respublikasında iqtisadi inkişafın dayanıqlı və rəqabət qabiliyyətli olması üçün bu məsələlərə vahid və innovativ şəkildə yanaşılır. Tədqiqat ölkəmizdə iqtisadi inkişafın dayanıqlı və uzunmüddətli olması məqsədilə investisiya qoyuluşları prosesində davamlı inkişafı dəstəkləmək üçün aparılan islahatları, görülən işləri, verilən qərarları və tətbiqi istiqamətlərini öyrənir. Həmçinin qlobal səviyyələrdə istifadə edilən modellər də tədqiq edilərək öyrənilir və onlardan uyğun gələnləri tətbiq edilir. Bununla da aparıcı qlobal təcrübələr, qabaqcıl texnologiyalar və dayanıqlı inkişaf prinsipləri birləşdirilərək prosedur faydalılığının artırılması, inkişaf üçün möhkəm zəmin yaradılması və iqtisadi dayanıqlılığının təmin edilməsi istiqamətində işlər həyata keçirilir. Tədqiqatın metodologiyasına bənzər proseslərlə qarşılaşmış uğurlu nümunələrin öyrənilməsi, ölkə daxilində təkmilləşmələrin aparılması və investisiya yatırımları üçün ən uğurlu sahələrin araşdırılaraq müəyyənləşdirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin tətbiqi daxildir. İqtisadi inkişafın dayanıqlılığında aparıcı mövqeyə malik olan investisiyaların qabaqcadan planlaşdırılması, bu məsələdə maraqlı olan tərəflərin cəlb edilməsi və daima davamlı şəkildə öyrənmə mühüm əhəmiyyətə malikdir. Dövlət tələb olunan yüksən standartlara, norma və normativlərə cavab verən investisiya mühitini formalaşdıraraq iqtisadi inkişafın dayanıqlılığının təmin olunmasında investisiya yatırımlarının səmərəliliyinin yüksəldilməsi kimi məqsədlərə töhfə verir. Bununla da investisiya yatırımları ölkə iqtisadiyyatının inkişafında lokomotiv rolu oynayaraq digər sahələrin canlanmasına şərait yaradır. Hər bir ölkədə olduğu kimi, Azərbaycan Respublikasında da investisiya fəaliyyətinin prinsipial əsasları və hüquqi bazası formalaşdırılmışdır. İnvestorların maraqlarının və hüquqlarının qorunması bu qanunlar vasitəsilə təmin olunur. İnvestisiya yatırımlarının dövlət tərəfindən tənzimlənməsi təkcə prosedurun və inkişafın dayanıqlılığını vurğulamır, o həmçinin innovasiya mədəniyyəti və rəqəmsal savadlılığın formalaşması üçün lazımi mühiti yaradır. Qlobal səviyyədə istifadə olunan modellərin öyrənilməsi və tətbiq edilməsi investisiya yatırımlarının rəqəmsallaşmasında, resurslardan daha səmərəli istifadə olunmasında və daha optimal qərarların alınmasında imkanlar yaradır.
Keywords: investisiya, hüquqi təminat, investisiya mühiti, risk, iqtisadi siyasət, maliyyə
-
NASOS SİSTEMİNDƏ HİDRODİNAMİK PROSESLƏRİN TƏDQİQİ
Authors: Cəvahir Qasımova, Şahin Mustafayev
DOI: https://doi.org/10.36962/pahtei48012025-304
Year: 2025 Pages: 304-316
Show abstract
Abstract: Məqalədə nasos sistemlərinin mühüm rolu və onların sənaye, kənd təsərrüfatı, enerji istehsalı və su təchizatı kimi sahələrdə tətbiqi ətraflı şəkildə araşdırılmışdır. Nasos sistemlərində ən çox rast gəlinən problemlərdən biri kavitasiya prosesidir. Kavitasiya nasos sisteminin effektivliyini azaldır, kom¬ponentləri zədələyir və yüksək səs-küy yaradır. Digər bir problem hidravlik zərbədir. Bu, axının qəfil dayandırılması və ya dəyişdirilməsi zamanı yaranan təzyiq dalğasıdır və boru sistemində ciddi zədələrə səbəb ola bilər. Aşınma və kor¬roziya da nasos sistemlərinin əsas problemlərindən biridir. Ab¬ra¬ziv hissəciklər, yüksək sürət və təzyiq, kimyəvi və elektrokimyəvi reaksiyalar nəticəsində komponentlər zədələnir və sistemin ömrü azalır. Bu problemlərin qarşısını almaq və nasos sisteminin effektivliyini artırmaq üçün müxtəlif üsulların tətbiqi araşdırılmışsır. Nasos və boru kəmərlərinin düzgün dizaynı, materialların diqqətlə seçilməsi, filtrasiya sistemlərinin qurulması və texniki xidmətin müntəzəm aparılması vacibdir. Eyni zamanda, kavitasiya və hidravlik zərbə kimi problemləri azaltmaq üçün xüsusi texnologiyalar və metodlar tətbiqi araşdırılmışdır. Məqalədə nasos sis¬tem¬lərinin optimallaşdırılması və müasir texnologiyaların tətbiqi ilə enerji səmərəliliyinin artı¬rıl¬masının və əməliyyat xərclərinin azaldılmasının mümkün olduğunu bir daha öz təsdiqini tapmışdlr.
Keywords: nasos sistemləri, hidrodinamik proseslər, axın rejimləri, laminar və turbulent axın, Bernulli tənliyi, Reynolds ədədi, hidravlik zərbə, aşınma və korroziya
-
FUZZY LOGIC APPLICATIONS IN ORGANIZATIONAL MANAGEMENT: A STRATEGIC APPROACH TO PROBLEM SOLVING
Authors: Alish Nazarov
DOI: https://doi.org/10.36962/pahtei48012025-317
Year: 2025 Pages: 317-324
Show abstract
Abstract: This thesis examines the use of fuzzy logic to enhance decision-making in organizational management, particularly in situations marked by uncertainty and ambiguity. Traditional management models often struggle with the complexity of real-world challenges, whereas fuzzy logic offers a flexible alternative by accommodating imprecise data and subjective judgment. The study develops a framework for integrating fuzzy logic into critical areas such as strategic planning and risk management. A comparative analysis reveals that fuzzy logic consistently improves decision outcomes in scenarios where traditional methods are less effective. The findings demonstrate how fuzzy logic can address the limitations of conventional models, offering managers a practical tool to navigate uncertainty and complexity. By providing actionable recommendations, the thesis equips managers with strategies for implementing fuzzy logic, enabling organizations to improve performance and adapt more effectively to dynamic environments. This research highlights the potential of fuzzy logic to bridge the gap between theoretical decision models and real-world organizational needs.
Keywords: Fuzzy logic, Organizational management, Decision-making, Strategic planning, Risk management, Uncertainty, Problem-solving
-
İNFORMASIYA TEXNOLOGIYALARININ SƏNAYE MÜƏSSISƏLƏRINDƏ SƏMƏRƏLILIK VƏ RƏQABƏT QABILIYYƏTLILIYƏ TƏSIRI
Authors: Həcər İsmayılova, Fatimə Qasımova
DOI: https://doi.org/10.36962/pahtei48012025-325
Year: 2025 Pages: 325-333
Show abstract
Abstract: İnformasiya texnologiyalarının sənaye müəssisələrində tətbiqi rəqabət üstünlüyü qazanmaq və məhsuldarlığı artırmaq üçün strateji əhəmiyyət daşıyır. Bu texnologiyalar istehsalın avtomatlaşdırılması, resursların effektiv idarə edilməsi və qərar qəbuletmənin sürətləndirilməsi kimi üstünlüklər təqdim edir. Rəqəmsallaşma texnoloji transformasiyaya təkan verərək müəssisələrin dəyər yaratmasını və dayanıqlı fəaliyyət göstərməsini təmin edir. Tədqiqatlar göstərir ki, İT yalnız əməliyyat səmərəliliyini artırmaqla kifayətlənmir, həm də strateji məqsədlərə çatmağa kömək edir. Müasir texnologiyalar müəssisələrin bazar dinamikasına uyğunlaşmasını, müştəri tələblərinə tez cavab verməsini və rəqabət qabiliyyətini artırmasını mümkün edir. Bu araşdırma rəqəmsallaşmanın əsas istiqamətlərini və onların səmərəlilik göstəricilərinə təsirini araşdırır.
Keywords: İnformasiya texnologiyaları, sənaye müəssisələri, səmərəlilik, rəqabətqabiliyyətlilik, optimallaşma
-
GÖMRÜKDƏ TƏTBİQ ÜÇÜN TEKSTİL MƏMULATLARININ TƏSNİFATI VƏ KODLANMA XÜSUSİYYƏTLƏRİ
Authors: İlqar Rəcəbov, Ayla Poladova
DOI: https://doi.org/10.36962/pahtei48012025-334
Year: 2025 Pages: 334-343
Show abstract
Abstract: Tekstil materiallarının keyfiyyətinin qiymətləndirilməsi əsasən, informasiya bazasında olan əhəmiyyətliliyn mənfi və müsbət göstəricilərinə görə qiymətləndirilir. Məqalədə, aparılan sistemli tədqiqatların nəticələri göstərilib. Belə ki, trikotaj parçalardan tikiş məmulatlarının keyfiyyətinə çoxlu sayda həm texnoloji, həm də təşkilati – texniki xarakterli amillərin təsir göstərdiyi aşkar olunub. Bundan əlavə məqalədə, sistemli təhlilin rahatlığı üçün malıın keyfiyyət xarakteristikasını təyin edən göstəricilər iki əsas blokda birləşdirilmişdir: istehsalat – texnoloji, bura məmulatın istehsalda yaranan bütün qüsurlarının siyahısı daxildir və keyfiyyət göstəricilərinin istehsaldan sonrakı bloku, məhsulun həyat dövrünün mərhələlərində meydana gəlir və malların satış şəbəkələrində satışı və ya bilavasitə onların istismarıı ilə bağlıdır. Gömrük sərhədindən keçirilən məmulatlara gömrük nəzarətinin gücləndirilməsinin yollarından biri də gömrük ekspertizası, o cümlədən bəzi mal növlərinin terminologiyasının və təsvirinin dəqiqləşdirilməsidir. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, trikotaj məmulatlarının təsnifatında problemlərin səbəbləri gömrük əməliyyatları zamanı təqdim olunan sənədlərdə məmulatların natamam və ya etibarsız təsvir edilməsidir; corab məmulatlarının EAEU-nun Xarici İqtisadi Fəaliyyət üzrə Texniki Reqlamentinə uyğun olaraq müəyyən qrupa təsnif edilməli olduğu təsnifat meyarlarının bilməməsi; bəzi hallarda gömrük ekspertizasının aparılması zərurəti yaranır. Eləcə də, tədqiq olunan mallar qrupuna gömrük nəzarətinin təkmilləşdirilməsi üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi zəruridir; məmulatların təsnifatı üzrə ilkin qərarların qəbul edilməsi; məmulatların identifikasiyası və təsnifatı baxımından məhkəmə ekspertizası xidmətləri ilə qarşılıqlı əlaqənin gücləndirilməsi; gömrük orqanlarının və xarici ticarət fəaliyyəti iştirakçılarının məmulatların təsnifatı üzrə məlumat və arayış materialları ilə təminatının təkmilləşdirilməsi.
Keywords: gömrük ekspertizası, corab, təsnifat, tətbiqi funksiya, identifikasiya, təsnifat xüsusiyyətləri, gömrük nəzarəti, ekspertiza
-
LAY SULARININ AQRESSİVLİYİNƏ QARŞI ÇOXFUNKSİYALI İNHİBİTOR BAKTERİSİDLƏRİN TƏTBİQİNİN ÖYRƏNİLMƏSİ
Authors: Elşən Sultanov, İzzət Məmmədov
DOI: https://doi.org/10.36962/pahtei48012025-344
Year: 2025 Pages: 344-352
Show abstract
Abstract: Məqalədə kompleks təsirə malik FMEA-1 korroziya inhibitorunun “Neft Daşları” NQÇİ-nin 2 saylı NQÇS-nin 1645 saylı sulaşmış istismar quyusundan götürülmüş lay suyunda H2S korroziyasından və mikrobioloji korroziyadan mühafizəsi öyrənilmişdir.Eyni zamanda lay sularının kimyəvi və mikrobioloji analizləri aparılmış,suyun tipi və korroziyanın sürəti müəyyənləşdirilmişdir.Belə ki, mikrobioloji analizin nəticəsinə əsasən, sulfatreduksiyaedici bakteriyaların miqdarı 106 hüc/ml, dəmir bakteriyalarının miqdarı – 107 hüc/ml, karbohidrogenoksidləşdirici bakteriyaların miqdarı – 107 hüc/ml olduğu müəyyən olunmuşdur. Bu mühitdə bir sutkalıq sınaq müddəti ərzində korroziyanın xətti sürəti 1,4498 q/m2st aralığında təşkil edir. Polad nümunələrin vizual qiymətləndirilməsi nəticəsində müəyyən olunmuşdur ki, metal nümunələrin üzərində çoxlu sayda korroziya ləkələri müşahidə olunmuşdur. Kimyəvi və mikrobioloji xassələri təyin olunmuş lay suyunda FMEA-1 inhibitor-bakterisidinin müxtəlif qatılıqlarda (50,100,150,200,250,300,350 mq/l) mühafizə effekti öyrənilmişdir. Reagentin maksimim mühafizə effekti isə 300-350mq/l qatılığ intervalında olmuşdur. Belə ki, bu qatılığlarda reagentin H2S korroziyasından mühafizə effekti 79% və bütün növ bakteriaların isə tamamilə məhv olduğu müəyyənləşdirilmişdir. Bu reagent üçün optimal qatılığ isə 300mq/l olaraq qəbul edilmişdir.
Keywords: Çoxfunksiyalı inhibitor, hidrogen sulfid, korroziya, korroziya aqressivliyi, korroziyaya sürəti, sulfat reduksiyaedici bakteriyaların, karbohidrogen oksidləşdirici bakteriyalar
-
QAZ - HAVA QARIŞIĞI PARTLAYICISININ PROQNOZLAŞDIRILMASI
Authors: Nuriyyə Abdullayeva, Fərid Hüseynov, Sahib Rəfibəyli, Ziyad Süleymanlı
DOI: https://doi.org/10.36962/pahtei48012025-353
Year: 2025 Pages: 353-359
Show abstract
Abstract: Məqalədə qaz-hava qarşığı partlayışının proqnozlaşdırılması məsələlərinin araşdırılmışdır. Belə ki, məsələnin optimal həllinə ilk öncə yanan qazın effektiv enerji ehtiyatının təyin edilməsi və eyni zamanda maddənin qarşığının miqdarı, yanan maddənin xüsusi yanma istiliyi, yanan maddənin qarəşığındakı qatılığı, yanan maddənin hava ilə qarışığının stexiometrik qatılığı, yanma reaksiyasında stexiometrik əmsallar ilə hesablanması, yanacağın molekulunda karbon, hidrogen, halogenlərin və oksigen atomlarının sayı, deflaqrasiya alov cəbhəsinin sürəti, hava zərbə dalğasının atmosfer təzyiqindən, effektiv enerji ehtiyyatından asılı olaraq təyini, detonasiya buludunda impulsun dəyişməsi, izafi təzyiqin və sıxılmış havanın impulsunu qiyməti, müxtəlif parametrlərdən asılı olaraq detonasiya radisunun dəyişməsi, qapalı yerdə qaz-hava qarışığının partlayışının izafi təzyiqinin araşdırılması, eyni zamanda qaz-hava qarışığı partlayışında toksiki tüstülənmə zamanı radiusunun hesablanması məsələlərinə baxılmışdır. Partlayışların tədqiqi və araşdırılması hər zaman müasir mövzudur, xüsusəndə onların düzgün proqnozlaşdırılması ən aktual məsələlərdən biridir. Qaz-hava qarışığı partlayışı sənaye müəssələrində, nəqliyyat vasitələrində, anbarlarda, bazalarda və məişətdə baş verən qəzalar nəticəsində yaranır. Əsas məqamlardan biri hansı rejimdə baş verməsi, yəni detonasiyalı (səs sürətindən yuxarı) və ya deflaqrasiya (səs sürətindən aşağı) rejimdə baş verməsidir.
Keywords: qaz-hava qarışığı, impuls, daxili enerji, stexiometrik tərkib, xüsusi yanma istiliyi, qarışığın effektiv enerji ehtiyatı
-
ИСПОЛЬЗОВАНИЕ Z-ЧИСЕЛ ДЛЯ ОПИСАНИЯ НАБОРА ДАННЫХ
Authors: Олег Гусейнов, Константин Дегтярев
DOI: https://doi.org/10.36962/pahtei48012025-360
Year: 2025 Pages: 360-370
Show abstract
Abstract: Понятие Z-числа было предложено проф. Л. Заде для описания частичной надежности информации и представляет собой своего рода «смесь» нечеткости и вероятностной неопределенности. Суть этого понятия в том, что в ряде задач, в силу неопределенности информации необходимо рассматривать не одно распределение вероятностей, но набор, своего рода семейство распределений. Причиной может быть то, что истинное распределение точно неизвестно, либо вариативно. Существует большой спектр работ посвященный Z-числам. Однако, относительно мало работ посвящено построению Z-чисел. В данной статье рассматривается вопрос построения Z-чисел как средства обобщенного лингвистического описания сложных наборов данных, характеризующихся наличием семейств распределений. В основе предложенной методологии – способы извлечения этих семейств с помощью кластеризации, классификации и др. методов. Ключевой результат в том, что для полученных семейств строятся нечеткие оценки А и В. Для этих оценок может быть найдено соответствующее им информативное (интуитивно ясное) лингвистическое описание. Предложенный подход может быть использован для интерпретации сложных данных в различных базах и информационных системах.
Keywords: распределение вероятностей, нечеткое число, кластеризация, информативность
-
STUDY OF THE DISTRIBUTION OF RARE ELEMENTS IN THE ORES OF THE GOSHA DEPOSIT
Authors: Gamet Huseynov, Vahid Hamzayev, Rufana Ahmedova, Guler Huseynova
DOI: https://doi.org/10.36962/pahtei48012025-371
Year: 2025 Pages: 371-378
Show abstract
Abstract: The presented article is dedicated to the study of the distribution of rare elements in the ore masses of the Gosha gold deposit located in the Republic of Azerbaijan. Among ore deposits, the Gosha gold deposit, which was opened in 1966, is of great importance due to its economic significance. The article gives brief information about the deposit, lists its main and secondary minerals. In addition, the article briefly comments on the results of analyses carried out by a number of authors. The amount of rare elements found in the test samples is given. The analysis of the existing literature shows that the samples tested contain a large amount of gold and silver. Therefore, the development of gold and silver deposits is promising. In addition, their quantity is unevenly distributed in the field. Studies by a number of scientists show that the test samples contain rare elements such as vanadium, selenium, cadmium, tellurium, and bismuth. However, tellurium and bismuth are the most common of the rare elements in the samples studied. These elements have a wide range of applications. They are used in chemistry, metallurgy, etc. For this reason, the exploitation of these elements is very important. The article emphasises the need for further studies to determine the amount of other rare elements in addition to those mentioned.
Keywords: gold, silver, rare elements, mineral deposits, Gosha gold deposit
-
SƏNAYE MÜƏSSISƏSININ INNOVASIYA FƏALIYYƏTININ SƏMƏRƏLILIYININ TƏHLILINDƏ ISTIFADƏ EDILƏN METODLAR
Authors: Şəms Əliyeva, Ramal Quluzadə
DOI: https://doi.org/10.36962/pahtei48012025-379
Year: 2025 Pages: 379-387
Show abstract
Abstract: Sənaye müəssisəsinin innovasiya fəaliyyətinin səmərəliliyinin təhlilində bir sıra müxtəlif metodlardan istifadə olunur. Bu metodlar müəssisənin yeni texnologiyaların tətbiqi, innovativ məhsulların yaradılması və ümumi səmərəlilik səviyyəsini qiymətləndirmək məqsədi ilə istifadə edilir. Aşağıda ən çox istifadə olunan metodların bəzi nümunələri verilmişdir: 1. SWOT Təhlili - Sənaye müəssisələrində SWOT təhlili müəssisənin mövcud vəziyyətini, strateji üstünlüklərini və qarşıya çıxa biləcək təhdidləri qiymətləndirmək üçün çox vacib bir vasitədir. 2. Benchmarking (Əsas Göstericilərin Müqayisəsi - Benchmarking (Əsas Göstəricilərin Müqayisəsi) sənaye sahəsində müəssisənin fəaliyyətini digər şirkətlərlə müqayisə edərək onun səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq üçün istifadə olunan mühüm analitik alətdir.. 3. Balanlaşdırılmış Göstəricilər Sistemi (Balanced Scorecard) - Balanlaşdırılmış Göstəricilər Sistemi (Balanced Scorecard - BSC) sənaye müəssisələri üçün strateji idarəetmə və performans qiymətləndirmə aləti olaraq geniş istifadə olunur. 4. Maliyyə Təhlili - Maliyyə təhlili metodları innovasiya layihələrinin səmərəliliyini qiymətləndirmək üçün istifadə olunur. 5. Portfel Təhlili - Bu metod müəssisənin müxtəlif innovasiya layihələrini idarə etmək və onların səmərəliliyini qiymətləndirmək üçün istifadə olunur. 6. Texnoloji Yol Xəritəsi (Technology Roadmapping) - Texnoloji yol xəritəsi innovasiya fəaliyyətlərinin inkişaf planını və ya strategiyasını müəyyən etmək üçün istifadə olunur. 7. DEMATEL Metodu (Decision Making Trial and Evaluation Laboratory) - DEMATEL metodu kompleks problemlərin müxtəlif komponentləri arasındakı qarşılıqlı əlaqələri təhlil edərək qərar qəbul etmə prosesini dəstəkləmək üçün istifadə edilir. 8. Q-Vərdiş Təhlili (QFD - Quality Function Deployment) - QFD innovasiya prosesində müştəri tələblərinin müəssisə fəaliyyətinə uyğunlaşdırılmasına kömək edir. 9. Delphi Metodu - Delphi metodu müəssisənin innovasiya fəaliyyətləri üçün ekspert rəyinə əsaslanan proqnozlar hazırlamaq məqsədi ilə istifadə olunur.
Keywords: sənaye müəssisəsi, innovasiya, fəaliyyət, səmərəlilik, təhlil, metod
-
EKOLOJİ ÇİRKLƏNMƏNİN İQTİSADİ TƏSİRLƏRİNİN AZALDILMASI YOLLARI
Authors: Həcər İsmayılova, Rüfət Abdurəhmanlı
DOI: https://doi.org/10.36962/pahtei48012025-388
Year: 2025 Pages: 388-396
Show abstract
Abstract: Environmental pollution emerges as one of the most pressing global challenges of our time, characterized by a multidisciplinary nature that profoundly affects both ecosystems and economic stability. This concept encompasses a multidimensional reality, illustrated by the destructive effects of toxic substances generated by industrial processes, carbon emissions from the transportation sector, and the widespread use of pesticides in agriculture. Such circumstances signify that the environment is undergoing a transformation marked by resource depletion and a decline in biodiversity. Contemporary research in Azerbaijan demonstrates that the socio-economic consequences of environmental pollution give rise to multifaceted problems not only in the short term but also in the long run. For instance, pollution of natural resources, particularly industrial waste-laden water bodies, leads to a decrease in agricultural productivity, causing significant setbacks in economic performance indicators. Furthermore, rising pollution levels adversely impact human health, imposing additional financial burdens on the healthcare system, which in turn puts the nation’s overall economic resources to the test. Analyzing environmental issues in the context of economic development highlights the necessity of adopting green technologies and sustainable consumption models. In this regard, implementing green supply chains in Azerbaijan is considered a progressive approach, both for reducing environmental pollution and enhancing economic efficiency. Key measures for ensuring ecological safety include managing radioactive waste, optimizing energy production processes, and developing recycling mechanisms. On a global scale, Azerbaijan’s engagement in international cooperation and the implementation of modern environmental standards could lead to a qualitative transformation in the country’s economic development model. Such an approach would not only mitigate the economic and ecological impacts of pollution but also pave the way for achieving strategic long-term sustainable development goals. Thus, the application of an integrated approach to the economic impacts of environmental pollution should be regarded as one of the primary mechanisms for both environmental protection and economic modernization.
Keywords: Environmental pollution, economic impacts, environmental responsibility, human health, sustainable development
-
KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACINDA KAOLİN MİNERALLAŞMASININ ƏMƏLƏ GƏLMƏSİ VƏ YERLƏŞMƏ QANUNAUYĞUNLUQLARI
Authors: Səidə İbrahimova, Emiliya Cəfərova, Günel Ağamalıyeva
DOI: https://doi.org/10.36962/pahtei48012025-397
Year: 2025 Pages: 397-406
Show abstract
Abstract: Kiçik Qafqaz meqaantiklinoriumu mürəkkəb tektonik quruluşlu dağ qırışıqlığı olub, tərkibində Mezokaynazoyda formalaşmış bir sıra struktur-formasiya zonaları ayrılır. Kiçik Qafqazın şimal və şərq bölgələrində müxtəlif dövrlərdə aparılan axtarış, geoloji-kəşfiyyat və elmi-tədqiqat işləri nəticəsində bir sıra filiz və qeyri-filiz faydalı qazıntı yataqları, habelə perspektivli sahələr aşkar edilmişdir.Bu tədqiqatlar nəticəsində kaolin yataqları, bentonit gilləri, qumlu və çınqıllı sahələr, sement xammalı, seolit təzahürləri və digər qeyri-filiz ehtiyatları müəyyən edilmişdir. Yataqların kəmiyyət və keyfiyyətinin müəyyənləşdirilməsi üçün müxtəlif təyinatlı araşdırmalar (şırım, kern, ltokimyəvi və s.) aparılmış, uyğun laboratoriya tədqiqatları həyata keçirilmişdir. Bu tədqiqatlar qeyri-filiz mineral xammal yataqlarının perspektivliyinin ilkin qiymətləndirilməsi və P1, P2 kateqoriyaları üzrə proqnoz resurslarının müəyyənləşdirilməsi ilə ölkənin mineral xammal bazasının gücləndirilməsinə yönəlmişdir. İşin əsas tədqiqat sahəsi Kiçik Qafqazın şimal-şərq ətəklərindəki Lök-Qarabağ zonasının sinklinal çökəklərində (Qazax, Ağcakənd) və Orta Kür çökəkliyinin dağətəyi hissəsinin monoklinalındakı təbaşir yaşlı (konyak-santon, qismən kampan mərtəbəsi) kaolin yataqlarıdır. Qazax çökəkliyi bentonitlərin vulkanogen hidrotermal tip yataqları özündə yerləşdirən ən mühüm srukturdur. Bu çökəkliyin daha səciyyəvi bentonit yataqları Daş Salahlı, Göygöl, Aslanbəyli, Çardaxlı bentonit və kaolin, Qarabulaq, Kotandağ – odadavamlı gil, bentonit və odadavamlı gil yataqlarından isə Poladbulaq yatağını misal göstərmək olar. Bu yataqların bentonitlərinin əmələ gəlməsi gec təbaşir vulkanizminin andezit-bazal-riolit formasiyası ilə əlaqədardır və dərinlikdən qalxan hidrotermlərin təsiri altında vulkanogen süxurların bentonit gillərinə çevrilməsilə baş vermişdir. Bu yataqların geoloji yerləşmə şəraiti oxşardır. Onlar əsasən eyni stratiqrafik horizontda (santon) lokallaşmışlar. Mineral xammal layları yan süxurların laylanmasına uyğun yatır. Yan süxurların məhsuldar qatlarında rast gələn kəsişmələr isə ilkin mühitin fasial növayrılığı nəticəsində baş vermişdir. Kütlələr lay və ya linza şəkillidir və müxtəlif qalınlıqlı və ölçülüdür.
Keywords: gil, məhsuldar qat, fasial, kaolin,kəsiliş
-
P-3 REAGENTİNİN MÜXTƏLİF MÜHİTLƏRDƏ KORROZİYADAN MÜHAFİZƏSİNİN ÖYRƏNİLMƏSİ
Authors: Səidə Paşayeva
DOI: https://doi.org/10.36962/pahtei48012025-407
Year: 2025 Pages: 407-416
Show abstract
Abstract: İlk dəfə olaraq laboratoriya şəraitində müxtəlif mühitlərdə SOCAR-ın müxtəlif quyularından (“Bibiheybətneft” Nərimanov NQÇİ-nin 680 və 690 saylı quyuları) götürülmüş neft nümunələrinin 1082 saylı quyusudan götürülmüş lay suyunun müxtəlif nisbətlərindən hazırlanmış məhlullardan(təmiz neft, təmiz neft+20% lay suyu, təmiz neft+40% lay suyu, təmiz neft+60% lay suyu, təmiz neft+80% lay suyu) Ct3 markalı polad nümunəsindən istifadə etməklə zaman P-3 inhibitorunun həmin mühitlərdə korroziyanin surətinə təsiri öyrənilmişdir. P-3 reagentinin korroziyanın sürətinə təsiri tədqiq edilmişdir. Laboratoriya təcrübələri altı saat müddətində və dinamiki şəraitdə yerinə yetirilmişdir. Bu zaman korroziyadan müfaziə effekti təmiz neft, təmiz neft+20% lay suyu, təmiz neft+40% lay suyu, təmiz neft+60% lay suyu, təmiz neft+80% lay suyu mühitlərində 680 saylı neft quyusu üçün 88%, 89%, 93%, 95% və 97%, 690 saylı neft quyusu üçün isə uyğun olaraq 87%, 89%, 95%, 97% və 99% təşkil etmişdir. Aparılmış çoxsaylı təcrübələrdən məlum olmuşdur ki, (“Bibiheybətneft” Nərimanov NQÇİ-nin 680 və 690 saylı quyularından götürülmüş neft nümunələrində metal itkiləri 24 saat müddətində və 0℃ temperaturda daha çox olmuşdur. P-3 inhibitorunun korroziyanın surətinə təsiri daha çox təmiz neft +80% lay suyu mühitində olmuş və optimal sərf norması 90mq/l təşkil etmişdir. Bu zaman 680 saylı neft quyusu üçün korroziyanın surəti 0,12 q/m2·saat (korroziyadan mühafizə effektivliyi 97%), 690 saylı neft quyusu üçün isə 0,05 q/m2·saat (korroziyadan mühafizə effektivliyi 99%) olmuşdur.
Keywords: inhibitor, korroziya surəti, mühafizə effektivliyi, təmiz neft, lay suyu, məhlul
-
QLOBAL MİQYASDA SƏNAYE MƏHƏLLƏLƏRİNİN İNKİŞAF MODELİ
Authors: Asif Həsənov, Elçin Səfərov
DOI: https://doi.org/10.36962/pahtei48012025-417
Year: 2025 Pages: 417-425
Show abstract
Abstract: Bu məqalə sənaye məhəllələrinin qlobal miqyasda inkişaf modellərini, onların iqtisadi, sosial və ekoloji təsirlərini, həmçinin müxtəlif ölkələrdə tətbiq edilən strategiyaların effektivliyini təhlil edir. Araşdırmada yaşıl enerji, rəqəmsallaşma və dayanıqlı inkişaf prinsiplərinin sənaye məhəllələrinin uğurunda mühüm rol oynadığı müəyyən edilmişdir. Təklif olunan model çevik idarəetmə, rəqəmsal texnologiyalar və ekoloji prinsipləri birləşdirərək daha dayanıqlı və rəqabətqabiliyyətli sənaye məhəllələrinin formalaşmasını hədəfləyir. Nəticələr gələcək tədqiqatlar və strategiyalar üçün yeni perspektivlər təqdim edir.
Keywords: Sənaye məhəllələri, qlobal inkişaf modelləri, dayanıqlı inkişaf, yaşıl enerji, rəqəmsallaşma, ekoloji təsirlər, sosial təsirlər, iqtisadi təsirlər, innovasiya ekosistemi, idarəetmə strategiyaları
-
ЦИФРОВИЗАЦИЯ В УЧЁТЕ, АУДИТЕ И АНАЛИЗЕ ЗАПАСОВ
Authors: Аида Мамедова, Эльвин Мамедов
DOI: https://doi.org/10.36962/pahtei48012025-426
Year: 2025 Pages: 426-436
Show abstract
Abstract: Цифровая экономика сегодня переворачивает привычные методы управления предприятиями, включая учет, аудит и анализ запасов на промышленных предприятиях. Данная статья анализирует влияние цифровизации на эти процессы и исследует, как современные технологии меняют подходы к учету, аудиту и анализу запасов. Во-первых, рассматривается эволюция учета запасов в условиях цифровой экономики. Описываются основные принципы учета запасов и обсуждается, как цифровые технологии изменяют способы ведения учета. Во-вторых, статья рассматривает роль цифровых технологий в аудите запасов. Обсуждаются цели и задачи аудита запасов, а также методы, используемые для проведения аудита с использованием цифровых инструментов. Подчеркивается значимость цифровых методов для улучшения точности и эффективности аудиторской проверки. Наконец, статья рассматривает анализ запасов в контексте цифровой экономики. Исследуются методы и подходы к анализу запасов с использованием цифровых технологий, включая алгоритмы машинного обучения и искусственного интеллекта. Развитие цифровых технологий предоставляет новые возможности для оптимизации этих процессов и повышения эффективности управления запасами в условиях современной экономики.
Keywords: цифровая трансформация, учет запасов, аудит запасов, анализ запасов, промышленное предприятие
-
ƏŞYALAR İNTERNETİNİN ELEKTRİK SİSTEMİNİN MÜXTƏLIF SAHƏLƏRİNDƏ ROLU
Authors: Nicat Hüseynov
DOI: https://doi.org/10.36962/pahtei48012025-437
Year: 2025 Pages: 437-445
Show abstract
Abstract: Əşyaların İnterneti (IoT) müxtəlif sektorları, o cümlədən elektrik sistemlərini dəyişdirərək yeni əlaqə dövrünü açdı. IoT real vaxt rejimində məlumatların toplanması, monitorinqi və idarə olunmasını asanlaşdıraraq cihazların qarşılıqlı əlaqəsini təmin edir. Bu texnologiya elektrik sistemlərinin səmərəliliyini, etibarlılığını və davamlılığını əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Bununla belə, hər hansı texnoloji irəliləyiş kimi, onun da müəyyən çətinlikləri və çatışmazlıqları var. Bu məqalə IoT-nin elektrik sistemlərində tətbiq imkanları təhlil edilir və Azərbaycan elektroenrgetika sektorunda İoT-nin tətbiq imkanları göstərilir.
Keywords: İoT texnologiyası, AMR texnologiyası, paylayıcı elektrik şəbəkələri
-
МЕТОДЫ БОРЬБЫ С ПЕСКОПРОЯВЛЕНИЯМИ
Authors: Самур Алирзаев
DOI: https://doi.org/10.36962/pahtei48012025-446
Year: 2025 Pages: 446-454
Show abstract
Abstract: Одним из основных проблем, с которым сталкивается нефтегазовая промышленность, является вынос песка во время эксплуатации нефтяных или газовых скважин. Это связано с тем, что большинство скважин пробурены в слабо консолидированные породы. Если пласт-коллектор является неконсолидированным, то вероятность выноса песка увеличивается. Вынос пластового песка оказывает негативное влияние на работу нефтегазовых оборудований поэтому возникает необходимость внедрения методов контроля и борьбы с пескопроявлениями. Применяют различные методы борьбы с пескопроявлениями, однако широкое распространение получили в основном механические и химические методы. Используются специальные внутрискважинные оборудования, которые создают механический барьер, предотвращающий поступление пластового песка в скважину. Этим механическим барьером в основном служит скважинный фильтр и щелевой хвостовик. Для повышения эффективности метода используется также гравийная набивка. Благодаря гравийной набивки увеличивается площадь фильтрации. Для повышения эффективности эпоксидных смол разрабатываются и применяются различные типы этих смол. Широкое распространение получили в основном диглицидиловый эфир бисфенола А и диглицидиловый эфир бисфенола F, а также алифатические и циклоалифатические эпоксидные смолы. Для повышения эффективности применения эпоксидных смол важно учитывать их физико-химические свойства. Для снижения негативного влияния песка на нефтегазовые оборудования применяются также специальные наземные оборудования и сооружения. Одним из эффективных методов является установление на устье пескоуловителя перед штуцером. Данный подход позволяет защитить нефтегазовые оборудования, расположенные после штуцера такие как сепараторы, теплообменники, трубопроводы.
Keywords: пескопроявления, внутрискважинные оборудования, наземные сооружения, пескоуловитель
-
APPLICATION OF DEEP LEARNING FOR PROCEDURAL CONTENT INTEGRATION FOR LEARNING SERIOUS GAMES
Authors: Anar Mammadli
DOI: https://doi.org/10.36962/pahtei48012025-455
Year: 2025 Pages: 455-469
Show abstract
Abstract: Deep Learning (DL) and game-based approaches such as serious games or gamification are both emerging technologies and methodologies in learning systems. The merging of the two could provide greater advantages, particularly in the field of learning serious games or instructional games. Already, AI behavior has been linked with Digital Games to a certain degree. However, these methods are designed for specific structure and hardly scalable to various serious games. This study sought to automate dynamic integration process by using Deep Learning methods. To guarantee a trustworthy context for various categories in the game, it is essential to verify data before adding to the game. That step requires the classification of the game content into different categories considering data relations. The framework uses the BERT model to categorize game content into discrete groups. That process understand contextual meaning and captures semantic relationships in order to get better classified labels. The proposed method has achieved exceptional results, demonstrating an accuracy of 94.91%. These findings suggest that the proposed approach can be effectively categorize for personalized and adaptive gaming experiences while supporting the understanding of content relationships. This research demonstrates the power of application of proposed approach to improve the serious gaming area. The framework classify data for adapting content based on information from serious game data.
Keywords: serious games, deep learning, artificial intelligence, text classificaiton, gamification
-
ОБЗОР СОВРЕМЕННЫХ МЕТОДОВ УВЕЛИЧЕНИЯ КОЭФФИЦИЕНТА НЕФТЕИЗВЛЕЧЕНИЯ ИЗ ТРУДНОИЗВЛЕКАЕМЫХ ПЛАСТОВ
Authors: Самира Аббасова, Муса Алибейли
DOI: https://doi.org/10.36962/pahtei48012025-470
Year: 2025 Pages: 470-479
Show abstract
Abstract: С ростом числа нефтяных месторождений, содержащих высоковязкие и трудноизвлекаемые нефти, снижается эффективность извлечения углеводорода. Это означает, что в пласте остаются не выработанными огромные запасы нефти. Эффективная разработка трудноизвлекаемых пластов является одной из основных проблем на современном этапе нефтедобычи. Совмещение нескольких методов (например, гидроразрыва с химическими реагентами или термическими методами) может значительно повысить коэффициент извлечения. Для повышения эффективности добычи нефти наиболее часто применяются технологии теплового и химического воздействия на нефтяные пласты. Как правило, увеличение нефтеотдачи достигается за счет нагнетания в пласты углекислого газа, попутного нефтяного газа, поверхностно-активных веществ, горячего пара (метод SAGD) и других методов. Наиболее перспективной технологией считается термическое воздействие на пласт с использованием нагретой до сверхкритического состояния воды (P = 22 МПа, T = 380°C). При условии, если значение температуры будет превышать 300°C, то в нефтяных материнских породах будет происходить частичное превращение керогена в жидкость и/или газ с перспективой дальнейшего извлечения углеводородов из скважины. С использованием этой технологии уровень извлечения углеводородов может составлять до 45% и более. Показаны самые эффективные на сегодняшний день технологии комплексного воздействия на призабойную зону пласта. Приведены результаты сравнительного анализа эффективности их применения при различных геологических условиях. В статье приведен аналитический обзор современных инновационных методов увеличения КИН из пластов с трудноизвлекаемыми запасами.
Keywords: нефтедобыча, трудноизвлекаемые запасы, вытеснение, коэффициент нефтеизвлечения, методы повышения КИН
-
AĞILLI KƏND TƏSƏRRÜFATI SISTEMLƏRININ INKIŞAFINDA RIYAZI MODELLƏRIN ROLU
Authors: Fikrət Əliyev, Rauf Əliyev
DOI: https://doi.org/10.36962/pahtei48012025-480
Year: 2025 Pages: 480-487
Show abstract
Abstract: Bu məqalədə ağıllı kənd təsərrüfatı sistemlərinin inkişafında riyazi modellərin əhəmiyyəti və onların müxtəlif tətbiq sahələri araşdırılıb. Ağıllı kənd təsərrüfatı texnologiyaları müasir kənd təsərrüfatının səmərəliliyini artırmaq, resurslardan qənaətlə istifadə etmək və məhsuldarlığı optimallaşdırmaq məqsədi ilə tətbiq edilir. Riyazi modellər bu texnologiyaların əsasını təşkil edir və resursların (su, enerji, gübrəvə s.) səmərəli idarə olunması, məhsuldarlığın dəqiq proqnozlaşdırılması və iqlim dəyişikliklərinə uyğunlaşdırılması kimi proseslərdə mühüm rol oynayır. Bundan əlavə, modellər xəstəlik və zərərvericilərin yayılma dinamikasını təhlil edərək onların qarşısının alınması üçün optimal nəzarət strategiyalarının hazırlanmasına kömək edir. Məqalədə riyazi modellərin avtomatlaşdırılmış kənd təsərrüfatı sistemlərində tətbiqi də vurğulanıb. Avtomatlaşdırılmış suvarma və məhsul yığımı kimi proseslərdə bu modellər sensorlardan əldə olunan məlumatlar əsasında qərarların avtomatik qəbul edilməsinə imkan yaradır, beləliklə, resurs istifadəsini optimallaşdırır və əməyin səmərəliliyini artırır. Bununla yanaşı, riyazi modellərin tətbiqində qarşıya çıxan çətinliklər və texnoloji yeniliklərlə bu sahədə olan gələcək inkişaf perspektivləri də müzakirə edilir. Nəticədə, riyazi modellərin ağıllı kənd təsərrüfatı sistemlərində tətbiqi kənd təsərrüfatında innovativ həllərin inkişafına, məhsuldarlığın artmasına və kənd təsərrüfatı proseslərinin daha proqnozlaşdırıla bilən və idarə olunan olmasına yol açır. Bu modellərin təkmilləşdirilməsi və texnologiyaların inteqrasiyası gələcəkdə kənd təsərrüfatında daha böyük irəliləyişlərə və səmərəliliyin artmasına səbəb olacaqdır.
Keywords: ağıllı kənd təsərrüfatı, riyazi modellər, resursların idarə edilməsi, məhsuldarlığın proqnozlaşdırılması, avtomatlaşdırma, texnologiyalar
-
COORDINATE DESCENT OPTIMIZATION FOR DEVICE WEIGHTING IN FEDERATED LEARNING
Authors: Samir Aliyev, Nigar Ismayilova
DOI: https://doi.org/10.36962/pahtei48012025-488
Year: 2025 Pages: 488-499
Show abstract
Abstract: Federated Learning (FL) is an emerging branch of machine learning designed to address distributed computing challenges while preserving data privacy. Its ability to keep data localized on client devices has made it highly valuable across various fields of science and engineering. In a typical FL setup, clients train their local models independently on edge devices, and the locally trained models are then sent to a central server for aggregation. FedAVG is one of the most widely used algorithms for this aggregation process; however, its simplistic approach to assigning client weights—based solely on dataset size—has been shown to be suboptimal. In this study, we propose an enhanced weighting algorithm inspired by the Coordinate Descent method, where client weights are optimized iteratively. The proposed approach was tested on two datasets: MAGIC Gamma Telescope and Breast Cancer Wisconsin. Experimental results demonstrated that the suggested method outperformed the original FedAVG algorithm, achieving improvements of 1–4% in accuracy and F1 score. These findings suggest that the proposed approach can be effectively integrated into Federated Learning setups to enhance global model performance.
Keywords: federated learning, federated averaging, aggregation, client weighting, coordinate descent
-
AZƏRBAYCANIN İŞĞALDAN AZAD OLUNMUŞ RAYONLARINDA EMAL SƏNAYE SAHƏLƏRİNİN YARADILMASI MEXANİZMİ
Authors: Sakit Səmədov, Ramil Əbülfəzoviç
DOI: https://doi.org/10.36962/pahtei48012025-500
Year: 2025 Pages: 500-506
Show abstract
Abstract: Azərbaycanın işğaldan azad edilmiş əraziləri-dərin tarixi və mədəni köklərə malik olan bölgələri, münaqişədən sonra yenidən quruculuq və inkişafın şahidi olmaqdadır. Ölkənin bu bölgələrdə emal sənayesinin qurulması, bölgənin iqtisadi və sosial bərpasına kritik təsir göstərir. Bu sənaye sahələrinin təsis edilməsi, həm yerli əhalinin işlə təmin olunmasını, həm də regional iqtisadiyyatın canlanmasını hədəfləyir. Bu baxımdan, müasir emal sənayesi infrastrukturlarının qurulması, işğaldan azad edilmiş rayonlarda məhsuldarlığı və iqtisadi fəaliyyəti artırmağa yönəlmiş strateji bir addımdır. Bu bölgələrdə yaradılan yeni sənaye zonaları, Azərbaycanın neftdən asılı iqtisadiyyatını diversifikasiya etmək və daha geniş iqtisadi inteqrasiya üçün yeni imkanlar açır. Dövlət tərəfindən həyata keçirilən təşviqatlar və investisiya cəlbi strategiyaları bu prosesin mühüm tərkib hissəsidir. İnvestorlar üçün yaradılan stimullar, həm yerli, həm də xarici sərmayədarların regiona marağını artırır. Eyni zamanda, bu stimullar, texnoloji yeniliklərin tətbiqini və əmək məhsuldarlığının artmasını da təşviq edir..
Keywords: işğaldan azad edilmiş ərazilər, iqtisadi inteqrasiya, emal sənayesi, müasir mexanizm
-
TƏHLÜKƏSİZLİKLƏ ƏLAQƏLİ SİSTEMLƏR ÜÇÜN MƏLUMAT MÜBADİLƏSİ AVADANLIĞININ ARXİTEKTURASI VƏ İCRA PRİNSİPLƏRİ
Authors: Orxan İsmayılov
DOI: https://doi.org/10.36962/pahtei48012025-507
Year: 2025 Pages: 507-515
Show abstract
Abstract: Müxtəlif müstəqil şirkətlər tərəfindən yaradılan və dəstəklənən mürəkkəb informasiya idarəetmə sistemlərində ayrı-ayrı alt sistemlərin əlaqələndirilməsi probleminə toxunulur. Müxtəlif idarəetmə sistemlərində təhlükəsizliyin təmin edilməsi üzrə əsas xüsusiyyətlərin və fərqlərin təhlili aparılır və onların əlaqələndirici qurğuların layihələndirilməsi və inkişaf etdirilməsində tətbiq edilməsi imkanları nəzərdən keçirilir. Müxtəlif rabitə protokolları, arxitektura və təhlükəsizliyin təmin edilməsi ideologiyasına malik sistemlər arasında məlumat mübadiləsi avadanlıqlarının qurulması prinsipləri, uyğunlaşdırma səviyyəsində etibarlılıq və təhlükəsizlik tələblərinə riayət olunmasını təmin edərək verilmişdir.
Keywords: idarəetmə sistemləri, mikroprosessorun mərkəzləşdirilməsi, birləşdirici qurğular, təhlükəsizlik
