1609-1620 (Print)
Volume 46, Issue 11 (2024)
-
KORPORATİV İDARƏETMƏNİN MÜƏSSİSƏNİN FƏALİYYƏTİNƏ VƏ PERFORMANSINA TƏSİRİ
Authors: Arzu Məmmədova
DOI: https://doi.org/10.36962/pahtei46112024-01
Year: 2024 Pages: 5-12
Show abstract
Abstract: Korporativ idarəetmə, müəssisənin fəaliyyətini effektiv, şəffaf və etik qaydalara uyğun şəkildə həyata keçirməsini təmin edən bir sistemdir. Bu idarəetmə modeli, şirkətin səhmdarları, direktorlar şurası, rəhbər heyət və digər maraqlı tərəflər arasında əlaqələri, səlahiyyətləri və məsuliyyətləri tənzimləyir. Korporativ idarəetmənin əsas məqsədi, müəssisənin dəyərini artırmaq, uzunmüddətli dayanıqlılığını təmin etmək, maliyyə və hüquqi riskləri azaltmaq və səhmdarların, o cümlədən digər maraqlı tərəflərin maraqlarını qorumaqdır. Korporativ idarəetmə, şirkətlərin effektiv və şəffaf fəaliyyətini təmin etmək üçün həyata keçirilən mexanizmlər, qaydalar və prosedurları əhatə edir. Bu idarəetmə modeli müəssisənin maliyyə göstəricilərinin yaxşılaşdırılması, risklərin idarə edilməsi və səhmdarların maraqlarının qorunması məqsədini daşıyır. Korporativ idarəetmə sisteminin güclü olduğu müəssisələrdə performans göstəriciləri də yüksək olur, çünki effektiv idarəetmə, həm işçilər, həm də rəhbərl ik arasında məsuliyyətlərin aydın bölüşdürülməsini təmin edir.Müəssisənin performansına təsir edən əsas korporativ idarəetmə elementlərinə direktorlar şurasının tərkibi, idarəetmə strukturları, hesabatlılıq və şəffaflıq, daxili nəzarət sistemləri və risklərin idarə olunması daxildir. Korporativ idarəetmənin maliyyə performansına təsiri də əhəmiyyətlidir. Müəssisənin maliyyə resurslarının səmərəli idarə olunması və investisiya qərarlarının düzgün verilməsi, müəssisənin gəlirliyini və maliyyə dayanıqlığını artırır. Eyni zamanda, yaxşı idarəetmə strukturları, maliyyə məlumatlarının şəffaflığını və doğruluğunu təmin edərək investorların etibarını qazanmağa kömək edir. Effektiv korporativ idarəetmə, müəssisənin işçilərinin motivasiyasını və məhsuldarlığını artırmaq üçün tədbirlər görür. Düzgün idarəetmə strukturları və prosesləri, işçilərin peşəkar inkişafına və müəssisənin ümumi performansına müsbət təsir göstərir. Korporativ idarəetmə, müəssisənin innovasiya qabiliyyətini dəstəkləyə və yeni bazar imkanlarından yararlanmasına şərait yarada bilər. Bu, müəssisənin rəqabət üstünlüyü qazanmasına və bazar dəyişikliklərinə sürətlə uyğunlaşmasına imkan verir.
Keywords: korporativ, idarəetmə, müəssisə, maliyyə, sistem
-
NEFTİN TƏRKİBİNDƏN VANADİUM VƏ NİKELİN ÇIXARILMASI PERSPEKTİVLƏRİ
Authors: Bəylər Aslanov, Nadejda Aslanova, Mübarizə İbrahimli, Vahid Həmzəyev
DOI: https://doi.org/10.36962/pahtei46112024-02
Year: 2024 Pages: 13-23
Show abstract
Abstract: Məqalə neftin tərkibindən vanadium və nikel mikroelementlərinin çıxarılması perspektivliklərinə həsr edilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası neft və qaz ehtiyatları ilə zəngindir. Bu yataqlardan çıxarılan neftin tərkibində çoxlu sayda mikroelementlər vardır. Bu elementlər sırasında vanadium və nikel elementlərini qeyd etmək olar. Məqalədə vanadium haqqında qısa məlumat verilmiş, tətbiq sahələri və neftin tərkibindən çıxarılma üsulları göstərilmişdir. Bununla yanaşı, nikel haqqında qısa məlumat verilmişdir. Məqalədə Azərbaycan Respublikasında yerləşən neft-qaz yataqlarından alınan neftin tərkibində vanadiumun və nikelin miqdarı göstərilir. Məqalənin sonunda nəticələr müzakirə edilir. Bir sıra müəlliflərin tədqiqatları göstərir ki, vanadium ölkəmizin bütün neft-qaz yataqlarının Alt Pliosen qatında daha geniş yayılmışdır. Mövcud ədəbiyyatların təhlili göstərir ki, neftin tərkibində vanadiumun miqdarı onun kondisiya qiymətindən aşağıdır. Bundan başqa, nikel ölkəmizin bütün neft-qaz yataqlarının Alt və Orta pliosen qatlarında mövcuddur. Neftdə nikelin miqdarının yüksək olması, onun neftdən çıxarılma perspektivliliyini artırır. Bundan əlavə, nikel ölkəmizin bütün neft-qaz yataqlarının aşağı və orta pliosen qatlarında mövcuddur. Qeyd etmək lazımdır ki, mikroelementlərin neftin tərkibindən əldə edilməsi üsulları təkmilləşdirilir və gələcəkdə, neftin tərkibində aşağı miqdarda rast gəlinən mikroelementlərin əldə edilməsi rentabelli hesab edilə bilər. Açar sözlər. mikroelementlər, metallar, vanadium, nikel, neft.
-
İNTEQRASİYA OLUNMUŞ MÜƏSSİSƏLƏRDƏ BİZNES PROSESLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ VƏ OPTİMALLAŞDIRILMASI YOLLARI
Authors: Natavan İbrahimova, Sadiq Quluzadə
DOI: https://doi.org/10.36962/pahtei46112024-03
Year: 2024 Pages: 24-33
Show abstract
Abstract: Məqalədə müasir iqtisadi sistemlərdə əsas rol oynayan inteqrasiya olunmuş müəssisələrdə biznes proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılmasının əsas yolları müəyyən olunmuşdur. Artan rəqabət və sürətlə dəyişən bazar tələbləri ilə müəssisələr bütün əməliyyatlarının səmərəliliyini artırmaq ehtiyacı ilə üzləşirlər. Məqalədə proseslərin avtomatlaşdırılması, tədarük zəncirinin idarə edilməsinin yaxşılaşdırılması, resursların idarə edilməsi sistemlərinin (ERP) tətbiqi, daxili prosedurların standartlaşdırılması və tənzimlənməsi, proseslərin davamlı təhlili və yenidən qurulması kimi sahələr müəyyənləşdirilir. Effektivliyin monitorinqi və operativ qərarların qəbul edilməsi üçün rəqəmsal texnologiyaların və analitik metodların tətbiqi də burada mühüm yer tutur. İnteqrasiya olunmuş müəssisələrdə biznes proseslərinin optimallaşdırılması, müəlliflə görə, xərcləri əhəmiyyətli dərəcədə azalda, tapşırıqların yerinə yetirilmə müddətini azalda, eyni zamanda məhsul və ya xidmətlərin keyfiyyətini artıra bilər ki, bu da müəssisələrin uzunmüddətli perspektivdə uğurlu inkişafında mühüm amil hesab edilir. Məqalənin sonunda proseslərinin optimallaşdırılmasına yönəlmiş diqqət, müəssisənin uzunmüddətli böyüməsi və davamlı inkişafı, dəyişikliklərə daha sürətli uyğunlaşma, resursları səmərəli idarə etməsinə və strateji hədəflərə çatmasına imkan verən aspektlərin ətraflı şərhi verilib.
Keywords: inteqrasiya olunmuş müəssisələr, biznes proseslərinin təkmilləşdirilməsi, səmərəlilik və davamlılıq, optimallaşdırılma metodları, proseslərin avtomatlaşdırılması
-
MARKETİNQ ANLAYIŞI VƏ ONUN STRATEGİYALARI
Authors: Sara Hüseynova, Nurlana Tağıyeva
DOI: https://doi.org/10.36962/pahtei46112024-04
Year: 2024 Pages: 34-41
Show abstract
Abstract: Marketinq strategiyası marketinq planlaşdırmasının vizual aspektidir və təşkilatın strateji dinamikasını özündə əks etdirir. Digər bir yanaşmaya görə, təşkilatın marketinq strategiyası firmanın müştərilərinin ehtiyac və istəklərini necə yerinə yetirəcəyini təsvir edir. Balducci və Marinovaya görə, marketinq strategiyası təşkilatın bazarın ehtiyac və tələblərinə uyğunlaşmaq üçün öz imkanlarından necə istifadə edəcəyinə dair plandır. Düzgün marketinq strategiyasının təməli olaraq müəssisənin missiyasının və məqsədlərinin aydın şəkildə müəyyən edilməsi vacibdir. Bu, müəssisənin fəaliyyət istiqamətlərini və dəyərlərini göstərməklə yanaşı, uzunmüddətli inkişaf üçün əsas prioritetləri də formalaşdırır. Yaxşı seçilmiş missiya müəssisənin dəyərlərini, fəaliyyət sahələrini və hədəflərini ifadə edərək, gələcək qərarların qəbul olunmasında istiqamətləndirici rol oynayır. Əks halda, düzgün formalaşdırılmamış və ya müəssisənin məqsədlərinə uyğun olmayan missiya gələcəkdə problemlərə səbəb ola bilər. Bu, müəssisənin bazarda rəqabət aparma qabiliyyətinə mənfi təsir göstərərək, yanlış qərarlarla resursların səmərəsiz istifadə edilməsinə və hətta müəssisənin fəaliyyətinin dayanmasına gətirib çıxara bilər.
Keywords: Marketinq, strategiya, müəssisə, təşkilat, marketinq strategiyası
-
ÇƏKİ ÜZRƏ FİZİKİ KƏMİYYƏT VAHİDLƏRİNİN ETALONLARININ QORUNUB SAXLANMASINDA METROLOJİ TƏMİNAT
Authors: Oruc Hacıyev, Hikmət Əsgərov
DOI: https://doi.org/10.36962/pahtei46112024-05
Year: 2024 Pages: 42-50
Show abstract
Abstract: Bu məqalədə çəki üzrə fiziki kəmiyyət vahidlərinin etalonlarının qorunub saxlanmasında metroloji təminatın rolu geniş şəkildə araşdırılmışdır. Metroloji təminatın əsas məqsədi, ölçmə nəticələrinin beynəlxalq standartlarla uyğunluğunu təmin etmək və bu yolla ölçmələrin dəqiqliyini və etibarlılığını qorumaqdır. Metroloji təminatın tərkib hissəsi olan kalibrləmə və ölçmələrin izlənməsi prosesi etalonların dəqiqliyini təmin edir və ölçmə cihazlarının verdiyi nəticələrin beynəlxalq səviyyədə qəbul edilən standartlarla müqayisə oluna bilməsini mümkün edir. Bu, xüsusilə ticarət, sənaye, elmi tədqiqatlar və tibb sahələrində etibarlı ölçmələrin əldə edilməsini təmin etmək üçün çox vacibdir. Həmçinin, sistematik və təsadüfi ölçmə səhvlərinin yaranma səbəbləri və onların azaldılması yolları təhlil edilmişdir. Sistematik səhvlər ölçmə nəticələrinin müəyyən bir istiqamətdə daim sapmasına səbəb olur və adətən cihazların kalibrlənməsi və ya ölçmə şəraitinin dəyişdirilməsi ilə aradan qaldırılır. Təsadüfi səhvlər isə nəticələrin fərqli istiqamətlərdə sapmasına gətirib çıxarır və onların təsirini azaltmaq üçün təkrar ölçmələr aparılaraq nəticələrin ortalaması alınmalıdır. Bu metodlar, ölçmə dəqiqliyini artırmaq və səhvlərin təsirini minimuma endirmək üçün istifadə olunur. Məqalədə vurğulanmışdır ki, etalonların mütəmadi kalibrlənməsi və beynəlxalq etalonlarla uyğunluğunun təmin olunması çəki üzrə ölçmələrin dəqiq aparılmasının əsasıdır. Kalibrləmə və izlənmə prosesləri olmadan, ölçmələrin dəqiq və təkrarolunan nəticələr verməsi mümkün deyil. Metroloji təminatın düzgün qurulması sənaye və elmi tədqiqatlarda müvəffəqiyyətin açarıdır.
Keywords: Metroloji təminat, çəki etalonları, kalibrləmə prosesi, ölçmə səhvləri, sistematik səhvlər, təsadüfi səhvlər
-
QAZIMA MƏHLULLARININ BORUDA AXMASI ZAMANI QRADİYENT-SÜRƏT SAHƏSİNİN FORMALAŞMASI
Authors: Racu Vəliyev, Gülnarə Zeynalova
DOI: https://doi.org/10.36962/pahtei46112024-06
Year: 2024 Pages: 51-57
Show abstract
Abstract: Neft və qaz quyularının qazılması zamanı geniş tətbiq edilən qazma məhlulları öz reoloji və struktur quruluşlarına görə bir-birindən xeyli fərqli olur. Tədqiqatlar göstərir ki, əksər hallarda bu məhlullar özlü-plastik reoloji xüsusiyyətlərə malik olmaqla başlanğıc sürüşmə gərginliyi ilə xarakterizə olunur. Məqalə özlü-plastik xüsusiyyətə malik olan qazma məhlullarının qərarlaşmış axınlarında qradiyent-sürət sahəsinin formalaşması məsələlərinə həsr olunub. Qazma məhlulunun boruda axını zamanı en kəsik istiqamətində axının yeni fiziki modelinə uyğun olaraq statik təzyiq qradiyenti formalaşdırdığı Bernulli qüvvəsi boru divarlarından mərkəzə doğru yönəlmiş olduğu üçün dispers fazanın miqrasiyasına səbəb olur. Məqalədə Binqam mayesi axını üçün təzyiq və sürət qradiyentlərinin formalaşmasının xüsusiyyətləri göstərilmişdir. Axının yeni fiziki modelinə uyğun olaraq özlü-plastik mayelərin axması zamanı sürət və təzyiq qradiyentlərinin en kəsik boyu dəyişilməsinin epürləri qurulmuşdur. Qazma məhlullarına tətbiq olunan axının yeni fiziki modelinin tətbiqi və fazaların qarşılıqlı təsirinin nəzərə alınması hesabına quyuların qazılmasının səmərəliliyinin artırılmasının mümkünlüyü perspektiv baxımdan çox əhəmiyyətli olması işdə vurğulanmışdır. Bu perspektiv təkcə qazma prosesi ilə bağlı olmayıb, həm də karbohidrogenlərin çıxarılması, yığılması və nəqli ilə bağlı olduğu üçün xeyli əhəmiyyət kəsb edir.
Keywords: qradiyent-sürət sahəsi, özlü-plastik maye, qazma məhlulu, Bernulli qüvvəsi, fiziki model, qərarlaşmış hərəkət
-
DİGİTAL OPPORTUNİTİES FOR INNOVATİVE DEVELOPMENT OF KARABAKH
Authors: Zaur Asadov, Ramil Mammadov
DOI: https://doi.org/10.36962/pahtei46112024-07
Year: 2024 Pages: 58-65
Show abstract
Abstract: The liberation of Karabakh and its subsequent reintegration into the socioeconomic structure of Azerbaijan offer previously unheard-of chances for growth and modernization. Karabakh, an area ravaged by conflict for a long time, is about to undergo a metamorphosis, and digitization is one of the main forces behind it. This article describes how cutting-edge technologies and digital infrastructure can provide the cornerstone for a robust and sustainable economy, and it examines the digital opportunities for creative development in Karabakh.
Keywords: E-Karabakh, innovative development, infrastructure, digital transformation, green growth
-
BANK SEKTORUNDA AUDİTOR MÜSTƏQİLLİYİ VƏ ETİK STANDARTLAR
Authors: Rəşad Şəmsili
DOI: https://doi.org/10.36962/pahtei46112024-08
Year: 2024 Pages: 66-73
Show abstract
Abstract: Auditorun müstəqilliyi və etik standartlar, xüsusilə yüksək səviyyədə tənzimlənən bank sektorunda maliyyə hesabatlarının etibarlılığını, şəffaflığını təmin etmək üçün əsas sütunlardır. Auditin müstəqilliyi maliyyə hesabatlarının qərəzli və ya manipulyasiyadan azad olmasını təmin edir ki, bu da maraqlı tərəflərin maraqlarını qorumaq və bank sisteminə ictimai etimadı qorumaq üçün çox vacibdir. Maraqlı tərəflər - tənzimləyicilər, investorlar, əmanətçilər və ictimaiyyət də daxil olmaqla - maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq, risklərin idarə edilməsi təcrübələrini qiymətləndirmək üçün müstəqil auditorlara etibar edirlər. Etik standartlar maraqların toqquşmasının qarşısını almaqla və auditorların mülahizələrinin pozulmamasını təmin etməklə bu auditlərin dürüstlüyünü gücləndirir. Auditin müstəqilliyi və etik standartların qorunması şəffaflığı təmin edir ki, bu da investorların inamını və maliyyə sisteminin sabitliyini qorumaq üçün əsasdır. Müstəqil auditlər kifayət qədər kapitallaşma və ya riskli aktivlərə məruz qalma kimi maliyyə zəifliklərini müəyyən etməyə kömək edən erkən xəbərdarlıq sistemini təmin edir. Etik audit bu məsələlərin sistemli təhlükəyə çevrilməmişdən əvvəl üzə çıxarılmasını və həll edilməsini təmin edir. Bu məqalə auditor müstəqilliyinin əhəmiyyətini, auditorların bank sektorunda qarşılaşdıqları etik çətinlikləri və etik qaydalara uyğunluğun və müstəqilliyin artırılması strategiyalarını araşdırır. Məqalədə həmçinin tənzimləyici çərçivələr və müasir bank auditlərində etik mülahizələrin inkişaf edən xarakteri vurğulanır.
Keywords: müstəqillik, etika, bank, auditor, standartlar
-
ПЕРСПЕКТИВЫ ПРИМЕНЕНИЯ МЕТОДА ТЕРМОГАЗОХИМИЧЕСКОГО ВОЗДЕЙСТВИЯ НА ПРИЗАБОЙНУЮ ЗОНУ ПЛАСТА
Authors: Самира Аббасова, Ван Цзяоцзяо, Вахид Исмаилзаде
DOI: https://doi.org/10.36962/pahtei46112024-09
Year: 2024 Pages: 74-81
Show abstract
Abstract: В статье проведён анализ применения термогазового воздействия на коллекторах с различными геолого-физическими характеристиками для повышения нефтеотдачи и увеличения конечного коэффициента извлечения нефти. Выделены ключевые особенности технологии термогазохимического воздействия на пласт и приведено описание основного оборудования, необходимого для его реализации. Рассмотрены его преимущества и недостатки с учётом промысловых показателей и геологических особенностей месторождения, а также предложены некоторые новые обобщения об эффективности данного метода.
Keywords: интенсификация нефти, скважина, призабойная зона пласта, термогазохимическое воздействие, химические реагенты
-
BALANSLAŞDIRILMIŞ MAŞIN PORTALININ ASİNXRON ELEKTRİK İNTİQALI
Authors: Səadət Şıxəliyeva, Xaliq Allahverdiyev
DOI: https://doi.org/10.36962/pahtei46112024-10
Year: 2024 Pages: 82-93
Show abstract
Abstract: Bu məqalə köhnəlmiş hidravlik intiqalını müasir asinxron elektrik intiqalı ilə mikroprosessor idarəetmə sistemi ilə əvəz etməklə balanslaşdırma maşınının yükləmə portalının işini yaxşılaşdırmaq üçün effektiv həllərin tədqiqinə və işlənib hazırlanmasına həsr edilmişdir. Parametrlərin qeyri-müəyyənliyini və xarici pozuntuları nəzərə alan portalın hərəkəti üçün mövqeli asinxron elektrik intiqalının riyazi modelinin işlənib hazırlanmasına və tədqiqinə xüsusi diqqət yetirilir. Hazırlanmış model daha dəqiq hesablamalar aparmağa və idarəetmə sisteminin tənzimləyicilərinin optimallaşdırılmasına imkan verir ki, bu da portalın sürətinin və dəqiqliyinin artmasına, həmçinin enerji itkilərinin azalmasına səbəb olur. İşin praktiki əhəmiyyəti vektor idarəsi ilə asinxron elektrik ötürücüsünün funksional diaqramının yaradılmasında və portal manipulyatorlarında və digər sənaye tətbiqlərində elektrik ötürücülərinin modernləşdirilməsi üçün istifadə edilə bilən tənzimləyicilərin hesablanması metodunun işlənib hazırlanmasındadır. Portal mexanizmlərinin layihələndirilməsi zamanı əsas vəzifələr bir çox həlləri tələb edir: faydalı və boş sürətlərin düzgün nisbətinin seçilməsi, lazımi manevr qabiliyyətinin yaradılması, eləcə də əməliyyat zamanı sabitlik kimi vəzifələrin həyata keçirilməsi. Bəzi hallarda, yük tutucuda və ya işçi elementdə yaradılan operatorun qüvvəsini hiss etmək qabiliyyətinə malik xüsusi sistemlərin layihələndirilməsi lazım gəlir. Belə bir mürəkkəb mexanizmə nəzarəti həyata keçirmək üçün sənaye elektrik intiqalı lazımdır.Məqalənin məqsədi asinxron elektrik intiqalının iş səmərəliliyini (sürəti, dəqiqliyi artırmaq, elektrik enerjisi itkilərini azaltmaq), balans maşınının portalını hərəkət etdirməkdir.
Keywords: yükləmə portalı, asinxron elektrik intiqalı, riyazi model, vektor idarəetmə, optimallaşdırma, modernləşdirmə, sənaye robotları
-
UNUSUAL TRANSFORMATIONS OF 2,3- AND 1,3- BUTHANEDIOL MONOPROPARGYL ETHERS
Authors: Elbrus Mammadov, Sevinj Guliyeva
DOI: https://doi.org/10.36962/pahtei46112024-11
Year: 2024 Pages: 94-102
Show abstract
Abstract: Research in the field of chemistry of oxygen-containing derivatives of acetylene has acquired considerable interest. Of the simple ethers containing a triple carbon-carbon bond, ethynyl and propargyl ethers of monohydric alcohols and phenols, as well as alkyl and aryl ethers of acetylene glycols have been studied in most detail. Alkynyl, especially propargyl mono- and diesters of polyhydric alcohols have not been studied extensively. Due to the presence of highly reactive centers, ethers occupy a special place in the field of chemistry of oxygen-containing derivatives of acetylenes. Acetylene ethers of glycols usually form ketoxy esters under conditions of acid-catalytic hydration. Using the tendency of propargyl compounds to prototropy in a basic medium, we studied under these conditions the possibility of converting monopropargyl ethers of 2,3- and 1,3-butanediols into oxygen-containing heterocycles. The available data indicate that these types of triple-bonded ethers are of great interest, both theoretically and practically. Among acetylenic ethers of polyhydric alcohols, which are the most interesting class of oxygen-containing alkynes in terms of synthesis and practice, propargyl ethers of acyclic glycols have been studied. In this regard, we have undertaken an experimental study of the synthesis routes of mono- and dipropargyl ethers of glycols and their unusual transformations. Acetylene ethers have proven themselves to be very valuable substances used in various fields of organic synthesis and exhibiting interesting properties of applied nature. Propargyl mono- and diesters of polyhydric alcohols with a triple bond are of great interest, both theoretically and practically. The paper presents the results of a study of acid-catalytic intramolecular cyclohydration and the synthesis of heterocyclic compounds based on propargyl ethers of glycols. The latter were monopropargyl ethers of 2,3- and 1,3-butanediols (I, II). The structure of the obtained heterocyclic compounds was confirmed by NMR and IR absorption spectra.
Keywords: cyclohydration, monopropargyl ethers, heterocyclization, butanediols, spectrum, dioxane, t-BuO, NaOH
-
OPTIMIZATION OF HYDRODYNAMIC PARAMETERS OF DRILLING FLUIDS FOR IMPROVED CUTTINGS TRANSPORT IN HORIZONTAL WELLS
Authors: Turgay Isgandarli
DOI: https://doi.org/10.36962/pahtei46112024-12
Year: 2024 Pages: 103-112
Show abstract
Abstract: In horizontal portions of small-bore well holes, improper cuttings transportation results in high torque and raises the possibility of the drill being stuck, shortening its service life and endangering safe operation. A transport approach utilizing pulsed drilling fluid based on a shunt relay mechanism is suggested since the traditional cuttings transport method is ineffective at removing the cuttings bed. The transport of cuttings in horizontal small-bore wells is modeled numerically using three layers. The cuttings transport is examined in terms of the cuttings concentration, cuttings velocity, and cuttings bed movement distance using both numerical models and tests. The best pulse parameters are identified by adjusting the pulsed drilling fluid velocity cycle, amplitude, and duty cycle at the annulus inlet and assessing the impact on cuttings transport. The findings demonstrate that pulsed drilling fluid can be used to improve wellbore cleaning, lower cuttings concentration, and increase the cuttings bed's transport distance and moving cutting velocity. A steady flow rate of drilling fluid is used in the traditional cuttings transportation method. Simulations using the three-layer numerical model show that the cuttings bed's movement distance is decreased to the point where the wellbore's cleaning effect falls short of its intended level when the cuttings bed's height in the annulus surpasses a critical value. A technique using pulsed drilling fluid has been suggested to enhance transportation. By altering the drilling fluid's flow rate, this continuously affects the cuttings. Because pulsed jet drilling technology can effectively boost drilling speed, downhole drilling instruments that use pulsed jets are outfitted with spiral pressure intensifiers and variable-frequency pulse jet generators. According to field tests, using pulsed drilling fluid improves cuttings transport efficiency and lessens the impact of chipping. The majority of cuttings transport research to date has been on how cuttings behave under typical drilling fluid flow conditions. Relatively few studies exist about the destruction of the cuttings bed or the transportation of cuttings under conditions of pulsed drilling fluid. This research establishes a three-layer numerical model under pulsed fluid circumstances based on a shunt relay mechanism. This research describes the transport of cuttings in horizontal well sections under pulsed drilling fluid circumstances in terms of factors, such as the cuttings concentration, the cuttings bed's distance traveled, and the moving cuttings velocity, using both numerical models and tests. Furthermore, the ideal pulse parameters are found, which serves as a crucial guide for designing cuttings transport using pulsed drilling fluid tools. A three-layer numerical simulation model of cuttings transport utilizing a pulsed drilling fluid in the horizontal section of a narrow-bore hole is constructed in the second section of the article, which is based on actual onsite working conditions. The experimental apparatus and procedures are presented in the third section, and the experimental data are used to study the behavior of cuttings transport by the pulse drilling fluid. The cuttings transport behavior for various values of th is examined in the fourth section using finite element software.
Keywords: CFD model, cuttings bed, pulsed drilling fluid, and horizontal well drilling
-
AĞILLI ŞƏHƏRLƏRDƏ AVTOMATİK NƏZARƏT VƏ ÖLÇMƏ SİSTEMLƏRİNİN İNNOVATİV TƏTBİQLƏRİ
Authors: Vüsal Vəliyev, Rafiq Hacıyev
DOI: https://doi.org/10.36962/pahtei46112024-13
Year: 2024 Pages: 113-120
Show abstract
Abstract: Bu məqalə ağıllı şəhərlərdə avtomatik nəzarət və ölçmə sistemlərinin tətbiqini və bu sahədə süni intellektin rolunu araşdırır. Ağıllı nəzarət sistemləri, sensorlar və Əşyaların İnterneti (IoT) texnologiyaları vasitəsilə şəhər nəqliyyatının avtomatlaşdırılması və səmərəli idarə olunması mümkün olmuşdur. Süni intellekt əsaslı həllər nəqliyyatın təhlükəsizliyini artırmaq, enerji səmərəliliyini optimallaşdırmaq və ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır. Bu texnologiyalar şəhər mühitində real vaxt məlumatlarını toplayaraq avtomatlaşdırılmış qərar qəbul etmə imkanı yaradır və nəqliyyat axını, enerji idarəetməsi kimi sahələrdə səmərəliliyi artırır. Avtonom nəqliyyat vasitələri ilə şəhər infrastrukturunun qarşılıqlı əlaqəsi süni intellektin şəhər mobilliyində təhlükəsizlik və səmərəliliyi artırmasına imkan verir. Məqalədə həmçinin bu texnologiyaların tətbiqi zamanı ortaya çıxan əsas problemlər — məlumat təhlükəsizliyi, məxfilik və süni intellekt texnologiyalarına etibar məsələləri araşdırılır. Xüsusilə, IoT cihazları ilə toplanan məlumatların təhlükəsizliyinin təmin edilməsi, məxfilik hüquqlarının qorunması və süni intellekt sistemlərinin şəffaflığı mühüm problemlər kimi önə çıxır. Nəticə etibarilə, süni intellekt əsaslı nəzarət və ölçmə sistemlərinin ağıllı şəhərlərdə geniş tətbiqi sosial-iqtisadi faydalar təmin edir. Lakin bu faydaların reallaşması üçün tənzimləyici çərçivələrin və təhlükəsizlik standartlarının inkişaf etdirilməsi vacibdir. Gələcək tədqiqatlar bu problemlərin həlli istiqamətində irəliləyişlər əldə etməyə yönəlməlidir.
Keywords: ağıllı şəhərlər, avtomatik nəzarət sistemləri, süni intellekt, sensorlar
-
О РЕЖИМАХ ФУНКЦИОНИРОВАНИЯ МОРСКИХ МУЛЬТИФАЗНЫХ ТРУБОПРОВОДОВ ПРИ НАЛИЧИИ ГРАВИТАЦИОНЫХ СИЛ
Authors: Гюльнара Зейналова, Хадиджа Джахангирова
DOI: https://doi.org/10.36962/pahtei46112024-14
Year: 2024 Pages: 121-126
Show abstract
Abstract: Известно, что сбор продукции с морских стационарных платформ (МСП) производится в осложненных рельефных и термогазогидродинамических условиях. В связи с изменением термогазогидродинамических и рельеф¬ных условий меняется режим течения мультифазных систем по длине сборного коллектора. Эти обстоятельства осложняют расчеты режима течения, потерь давления по длине коллектора. Происходит нерациональное распределение мультифазных потоков в сборной сети трубопроводов. Показано, что в реальных условиях следует учесть, как наличие трения (коэффициента гидравлического сопротивления) в мультифазном потоке, так и измерение плотности сромеси, в нисходящих и восходящих участках. При этом характер изменения давления по длине трубопровода будет зависеть, прежде всего, от направления движения потока и диапазона изменения скорости газа, а, следовательно, и скорости движения смеси между началом и концом трубопровода. В статье для анализа гидравлических особенностей морских подводных нефтегазопроводов в условиях промыслового сбора и транспортировки гетерогенных продукций скважин морского месторождения были определенны общие гидравлические потери (потери давления на трение и гравитационные потери) в существующих подводных трубопроводах.
Keywords: Подводный трубопровод, мультифазный поток, гидравлические потери, газосодержание, гидравлический расчет, плотность
-
ABŞERON YARIMADASININ CƏNUB-ŞƏRQİNDƏ TEKTONİK POZUNTULARIN VƏ NEFT-QAZ POTENSİALININ SEYSMİK ATRİBUT ANALİZİ İLƏ ARAŞDIRILMASI
Authors: Yeganə Əlibəyova, Afət Səmədzadə
DOI: https://doi.org/10.36962/pahtei46112024-15
Year: 2024 Pages: 127-139
Show abstract
Abstract: Bu məqalə Abşeron yarımadasının geoloji quruluşunun və tektonik xüsusiyyətlərinin hərtərəfli öyrənilməsinə həsr edilmişdir; xüsusilə yüksək neft-qaz potensialına malik olan Hövsan və Zığ sahələrinə diqqət yetirilmişdir. İşin əsas məqsədi Hövsan ərazisində kiçik amplitudalı tektonik pozuntuları seysmik atributların təhlili üsulları ilə müəyyən etmək və təhlil etməkdir. Uyğunluq atributu, meyl bucağı, azimut, tezlik və sıxılma kimi seysmik atributlardan istifadə etməklə bölgənin mürəkkəb tektonik şəraitində pozuntuların müəyyənləşdirilməsi və xəritələşdirilməsi mümkün olur, beləliklə, geoloji xəritələşdirmənin dəqiqliyi əhəmiyyətli dərəcədə artır. Hövsan və Zığ ərazilərini əhatə edən tədqiqat ərazisində əsasən Akçaqıl və Abşeron lay dəstələrinin çöküntüləri üstünlük təşkil edir, bu laylar bəzi yerlərdə dördüncü dövr çöküntüləri ilə örtülüdür. Bu çoxqatlı struktur dərin geoloji qatların yalnız qazma məlumatları ilə öyrənilməsinə imkan verir, çünki subproduktiv qat hələ də əsasən tədqiq olunmamış qalır. Produktiv layın litoloji və stratigrafik xüsusiyyətləri gil və qum daşları ilə növbələşən qumlu fasiya ilə xarakterizə olunur. Bu laylı struktur və Neogen sisteminin produktiv qatında litoloji müxtəliflik, bölgədə neft-qaz yataqlarının xəritələşdirilməsi üçün onun əhəmiyyətini vurğulayır. Alınan məlumatlar və interpretasiya Hövsan və Zığ sahələri üçün bloklu struktur xəritələrinin tərtib edilməsinə imkan yaratmışdır. Bu xəritələr tədqiq olunan zonalarda exo intensivliyinin və tezliyin izoxron xəritələrində azalmasını göstərir. Tədqiqat nəticəsində Hövsan qalxımının qərb hissəsində yerləşən iki əsas eninə pozuntu sistemi və Zığ qalxımı ilə fəal qarşılıqlı əlaqədə olan meridional pozuntu sistemi müəyyən edilmişdir. Bu tektonik sistemlər tədqiqat regionunun neft-qaz potensialının qiymətləndirilməsi üçün əhəmiyyətli geoloji məlumatları təmin edir.
Keywords: Abşeron yarımadası, Hövsan, Zığ, tektonik qırılmalar, seysmik kəşfiyyat, atribut analizi, izoxron xəritələri, məhsuldar qat, neft-qaz potensialı, geofiziki üsullar
-
CONTROL MODEL OF THE NATURAL GAS PURIFICATION PROCESS
Authors: İjabika Sardarova, Sarkhan Gojayev, Rashid Aliyev
DOI: https://doi.org/10.36962/pahtei46112024-16
Year: 2024 Pages: 140-149
Show abstract
Abstract: The equipment used in the processes of cleaning and drying natural gas for transportation and consumption and the methods applied for drying gas were comparatively analyzed, it was noted that the absorption method is more widespread among these methods due to its simplicity and efficiency, it was shown that drying gas should be carried out immediately after its cleaning from mechanical and other impurities so that during the transportation and use of gas, there are no blockages in pipelines, malfunctions in measuring devices and other gas equipment. Drying gas prevents the formation of hydrates in pipes due to condensation during transportation and increases the heat-generating capacity of gas by burning it well. The characteristics of the liquid absorbent used to dry gas in the absorption process - the absorbent, being regenerated and returned to the gas drying process were investigated, and the parameters and quality indicators affecting the technological process were determined for optimal control of the gas drying technological process at normal temperature and pressure for that process, as well as the output parameters of the gas drying unit. It was noted that although the pneumatic control system is considered morally obsolete, some elements and devices of this system, in particular, pneumatic actuators, are distinguished by their reliability in mining and field conditions. Therefore, it is advisable to use them in modern control systems with controllers. For this purpose, the structure of the general control system of the process, the information model of the control object was built, the input and output parameters, the limiting conditions for reflecting the exciting and controlling effects in the structure of the mathematical model were determined, and the limit ranges containing the minimum and maximum values of each parameter were determined. The control problem can also be formulated and solved as a problem of stabilizing productivity or another parameter. An optimal control model of the gas drying process was built, and the optimization criterion was selected. In the problem of optimizing the technological process of gas drying, the maximum productivity of the plant was adopted as the main criterion, and the humidity of the gas was adopted as the limiting condition. Several recommendations are given for solving this problem.
Keywords: gas drying, absorbent, control system, optimal control, model
-
İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNDƏ BİOMETRİK TEXNOLOGİYALAR
Authors: Aytən Əliyeva, Elgün Zamanov
DOI: https://doi.org/10.36962/pahtei46112024-17
Year: 2024 Pages: 150-159
Show abstract
Abstract: İnformasiya texnologiyalarının inkişafı ilə informasiya sistemlərinə hücum üsulları da inkişaf edir. Parollar və PIN-kodlar kimi ənənəvi autentifikasiya üsulları haker hücumlarına getdikcə daha çox məruz qalır. Digər tərəfdən parol və PİN-kod istifadəçiləri həmin parol və kodları yadda saxlamalı, haradasa qeyd etməli və parol yaxud kod yazılmış informasiya daşıyıcısını haradasa gizlətməlidir. Məqalədə biometrik texnologiyaların mahiyyəti, gerçəkləşdirilməsi üsulları, dəqiqlik və etibarlığı, çatışmazlıq və üstünlükləri təhlil edilir, bu texnologiyaların informasiya təhlükəsizliyində istifadə edilməsinin əsas prinsipləri, eləcə də bu yanaşmanın müsbət və mənfi cəhətləri araşdırılmışdır. Göstərilmişdir ki, hazırda insanın biometrik əlamətləri, xüsusilə, sifət cizgiləri, başının quruluşu, göz bəbəyi və gözün torlu qişası, əlin quruluşu, barmaq izləri, biləkdə vena damarlarının quruluşu, insanın hərəkət və davranışını xarakterizə edən amillər, insanın səsi, yerişi, yazı xətti və s. kimi əlamətlər üzərində müxtəlif biometrik identifikasiya qurğuları və sistemləri yaratmaq mümkündür. Belə qurğu və sistemlərin tətbiq sahəsinə gəldikdə isə bu texnologiyalar əsasən maliyyə və bank sektorunda, dövlətin güc strukturlarının informasiya mərkəzlərində, sənayenin aparıcı və qabaqcıl sahələrində informasiyanın məxfi saxlanmasının və sənaye layihələri casuslarından qorunmasının təmin edilməsində uğurla tətbiq oluna bilər və tətbiq olunur. Biometrik informasiya itirildikdə və ya ələ keçdikdə onu, parol və PİN-kodlardan fərqli olaraq, təcili dəyişmək və ya əvəz etmək mümkün deyildir. Buna görə də həmin məlumatların məxfiliyi daha da yüksək olmalı, başqa şəxs və ya təşkilatların əlinə keçməsinin qarşısı vaxtında alınmalıdır. Müəyyən olunmuşdur ki, informasiya təhlükəsizliyinin qorunmasının biometrik üsullarının bir hissəsinin zəifliyi aparat təminatında, digərlərinin zəifliyi proqram təminatında, başqa birisinin zəifliyi isə həm aparat, həm də proqram təminatında özünü büruzə verə bilər.
Keywords: informasiya təhlükəsizliyi, autentifikasiya, biometrik texnologiya, identifikasiya
-
THE ROLE OF UNMANNED AERIAL VEHICLES IN THE OCCURRENCE, PREVENTION AND ELIMINATION OF FIRES
Authors: Gullu Jabbarova, Darya Ismayilov, Ismayil Abdullayev
DOI: https://doi.org/10.36962/pahtei46112024-18
Year: 2024 Pages: 160-170
Show abstract
Abstract: The oil and gas industry remains a cornerstone of national economies, significantly contributing to GDP and the development of various industrial sectors. In Azerbaijan, the sector’s role has grown in recent years, generating substantial revenues from hydrocarbon sales. However, the industry faces evolving risks, particularly from fires and explosions, which have long been a major cause of accidents. In this context, fire risks at oil and gas facilities are classified based on fire and explosion hazards, with most facilities falling into high-risk categories. Technological violations, hot works, and static electricity discharges are among the most common causes of fires, but a growing threat is the unlawful interference of unmanned aerial vehicles (UAVs), which can target vertical steel tanks (VSTs) and cause cascading fires. These incidents, often involving shrapnel from UAV-carried munitions, present a unique challenge to the industry, as most facilities lack adequate protection against such threats. The impact of these UAVs can result in varying levels of damage, from minor impairment to complete destruction of tanks and surrounding infrastructure. In response to these emerging threats, technical innovations such as the "steel dome" system and the "Serp-VS5" drone suppression system have been introduced to enhance protection against UAV strikes. Moreover, UAVs have also proven effective in firefighting operations, assisting in monitoring fire hotspots and assessing damage in real-time. Various types of firefighting drones, including high-capacity aerial systems and controlled burn drones, are increasingly being deployed to combat fires in hard-to-reach areas. UAVs equipped with advanced thermal imaging and gas detection systems further enhance situational awareness and safety. Additionally, UAVs play a crucial role in detecting and monitoring oil spills, which pose significant fire hazards. By integrating UAVs into fire safety protocols, oil and gas enterprises can improve their response capabilities and reduce the risk of catastrophic fires. The growing adoption of UAV technology in fire safety represents a significant advancement in the sector’s ability to safeguard personnel and infrastructure.
Keywords: fire safety, unmanned aerial vehicles, fire prevention, risk assessment, firefighting drones, oil spill detection
-
RƏQƏMSALLAŞMIŞ MÜƏSSİSƏLƏR ÜÇÜN AUTSORSİNQ STRATEGİYASININ FORMALAŞDIRILMASI VƏ HƏYATA KEÇİRİLMƏSİ
Authors: Hüseyn Tapdıqov, Şəms Əliyeva
DOI: https://doi.org/10.36962/pahtei46112024-19
Year: 2024 Pages: 171-178
Show abstract
Abstract: Rəqəmsal müəssisələr üçün autsorsinq strategiyasının rəsmiləşdirilməsi və həyata keçirilməsi mövzusu müasir biznes mühitində rəqəmsal transformasiya tələblərinə cavab vermək üçün avtomatlaşdırmadan istifadəni izah edir. Autsorsinq, yəni bəzi funksiyaların və ya biznes proseslərinin kənar şirkətlərə verilməsi şirkətlərin daha çevik və rəqabətli olmasına kömək edir. Rəqəmsallaşmış müəssisələr üçün autsorsinq strategiyasının düzgün formalaşdırılması və həyata keçirilməsi, onların rəqabət üstünlüyünü qoruyub saxlamağa və texnoloji inkişafa uyğunlaşmağa imkan verir. Effektiv autsorsinq strategiyası, maliyyə və vaxt resurslarını optimallaşdıraraq, biznesin çevikliyini artırır və rəqəmsal transformasiya prosesini dəstəkləyir. Rəqəmsal mühitdə autsorinq şirkətlərin əsas fəaliyyət sahələrindən kənarda olan, lakin uğurlu rəqəmsal strategiyanın həyata keçirilməsi üçün zəruri olan texnologiyaların, xidmətlərin və funksiyaların istifadəsidir. Bu, şirkətlərə öz əsas işlərinə fokuslanmağa və xərclərini idarə etməyə kömək edir. Texnologiya həm vəziyyətlərin mühəndisliyinə, həm də innovasiyaların və qabaqcıl texnologiyaların yaranmasına imkan verir.
Keywords: rəqəmsal, müəssisə, autsorsinq, effektiv, texnologiya
-
TƏHSİL SİSTEMİNDƏ RESURSLARDAN İSTİFADƏNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI
Authors: Münəvvər Həsənli
DOI: https://doi.org/10.36962/pahtei46112024-20
Year: 2024 Pages: 179-186
Show abstract
Abstract: Məqalə Azərbaycanın təhsil sektorunda resursların bölüşdürülməsi və istifadəsinin artırılması yollarını təhlil edir. Son illərdə ölkə təhsil infrastrukturunu modernləşdirməyə və təkmilləşdirməyə çalışarkən, maliyyə, insan və texnoloji resurslardan səmərəli istifadə prioritet məsələ kimi ortaya çıxmışdır. Tədqiqat sektorun inkişafına mane olan qeyri-kafi maliyyə, qeyri-bərabər resurs bölgüsü və köhnəlmiş infrastruktur da daxil olmaqla kritik maneələri təsvir edir. Sənəd hazırkı səmərəsizliyi araşdırır və digər xalqların ən yaxşı təcrübələrini araşdırır, rəqəmsal alətlərdən istifadə, dövlət-özəl tərəfdaşlığın inkişaf etdirilməsi və təhsil işçiləri üçün ixtisaslaşdırılmış təlim proqramlarının həyata keçirilməsi kimi resurs idarəçiliyini təkmilləşdirmək üçün konkret metodlar təklif edir. Bu təkmilləşdirmələr eyni zamanda Azərbaycanda sosial-iqtisadi inkişafın əsas məqsədini irəli sürməklə yanaşı, təhsilin nəticələrini yüksəltməyə çalışır. Nəticələr Azərbaycan təhsil sisteminin səmərəli inkişafı və modernləşdirilməsini asanlaşdırmaq üçün davamlılıq və uzunmüddətli planlaşdırmaya üstünlük verən resursların idarə edilməsində vahid strategiyanın zəruriliyini vurğulayır.
Keywords: Azərbaycanda sosial-iqtisadi inkişaf, təhsil sistemi, insan və texnoloji resursların bölgüsü, infrastrukturun modernləşdirilməsi və təkmilləşdirilməsi
-
INVESTIGATION OF DEFECTS IN METALLIC AND PLASTIC THREADED CONNECTIONS OF OILFIELD EQUIPMENT
Authors: Ilman Hasanov, Murad Ismayilov
DOI: https://doi.org/10.36962/pahtei46112024-21
Year: 2024 Pages: 187-193
Show abstract
Abstract: The article is devoted to the study of the quality of parts made of metallic and plastic materials used in oil equipment. The precision and strength of details made of plastic materials in oil equipment have been studied. Operational qualities and indicators have been investigated. The manufacturing technologies of metallic and plastic parts were studied, pressure casting and pressing methods were applied, and ways of eliminating the defects that appeared in them were considered.
Keywords: threaded joints, corrosion, equipment, polymer, lubricant, vibration
-
DƏNİZ BORU KƏMƏRLƏRİNİN TƏMİRİ ÜÇÜN SƏMƏRƏLİ ÜSULLARIN SEÇİLMƏSİNİN ARAŞDIRILMASI
Authors: Nəzmiyyə Əsgərova, Aytən Cəfərova
DOI: https://doi.org/10.36962/pahtei46112024-22
Year: 2024 Pages: 194-202
Show abstract
Abstract: Hal-hazırda ölkəmizdə və dünyada dəniz şəraitində neftin, qazın nəql edilməsi üçün sualtı boru kəmərlərindən geniş istifadə edilir. Sualtı boru kəmərlərindən istifadə, bir tərəfdən səmərəlidirsə, digər tərəfdən onlara zərər verə biləcək risklərə məruz qalır. Sualtı boru kəmərlərinin istismarı zamanı yaranan ən mühüm problemlər korroziya, erroziya, boru kəmərlərinin zədələnməsi, xarici qüvvələrin təsirindən çatlaması problemləridir. Bu problemlərin yaranması nəticəsində böyük miqdarda məhsul itkisi ilə yanaşı, həm də ətraf mühitin çirklənməsi problemləri də yaranır. Məhz bu problemləri vaxtında aradan qaldırmaq üçün dəniz boru kəmərlərinin təmiri üsullarının qabaqcadan müəyyən edilməsi və şəraitə uyğun olaraq ən səmərəli təmir üsullarının seçilməsi vacib məsələdir. Təmir zamanı bir çox faktorlar mütləq nəzərə alınmalıdır. Çünki təmir üsulları əsasən kəmərin quraşdırılma şəraiti (quru və dəniz), işçi təzyiqi və temperaturu, boruların uzunluğu, nəql olunan məhsulun xüsusiyyətləri və s. kimi parametrlərə görə dəyişir. Dəniz boru kəmərlərinin istismarı zamanı yaranan nasazlıqların aradan qaldırılması üçün bir çox təmir üsulları sınaqdan keçirilmişdir. Tədqiq edilən məqalədə qeyd olunan müxtəlif parametrlərə və üsullara əsasən, dəniz boru kəmərlərinin təmiri üsulları və təmir zamanı istifadə edilən avadanlıqlar, həmçinin bu avadanlıqların işləmə texnologiyaları ətraflı formada araşdırılmışdır.
Keywords: dəniz boru kəməri, sualtı boru kəmərlərinin təmiri, korroziya, sıxac, üzlük, qaynaq, xarici təmir, daxili təmir, sualtı boru kəmərlərinin qüsurları, paslanmayan polad üzlük
-
SOURCES OF WATER POLLUTION AND NANOTECHNOLOGY-BASED WATER PURIFICATION TECHNIQUES
Authors: Rufat Shahbazov
DOI: https://doi.org/10.36962/pahtei46112024-23
Year: 2024 Pages: 203-209
Show abstract
Abstract: Despite the measures taken in recent years, one of the main reasons for the disruption of the ecological balance of our region is its proximity to countries with somewhat more strained ecosystems. In recent years, the rapid rise of groundwater in Baku city towards the surface should be considered a constant threat to metro stations and their tunnels. Previously, tunnels of the "Academy of Sciences," "Neftchilar," and "Koroglu" metro stations were flooded, and due to long-term oil leakage from the main oil pipelines, both oil and water entered the tunnels. A similar incident occurred in the oil pipelines passing near the Jeyranbatan reservoir. These kinds of events are always under control. Considering that the human body is made up of 80% water, we can imagine how harmful poor-quality water can be to health. Low-quality water not only harms humans but also damages the technical devices they use, such as kettles, dishwashers, and washing machines. It also causes clogging in water pipes. The only way to improve efficiency is to use the achievements of nanotechnology. One of the most promising directions in nanotechnology is associated with carbon nanotubes. Carbon nanotubes are structures made only of carbon atoms. Carbon nanotubes can be imagined as the tubular shape of a single molecular layer of graphite (graphene). Using the properties of nanotubes, they can be applied in water purification. With nanotubes, it is possible to produce drinking water from clouds in areas without water, and even turn seawater into drinkable water. Keywords. Groundwater, Nanotechnology, Heavy metals, Ecological balance, Mineralization, Underground waters
-
СТАТИСТИЧЕСКИЙ АНАЛИЗ РЕЖИМОВ РАБОТЫ ВЫКИДНЫХ ЛИНИЙ СКВАЖИН
Authors: Ругия Аскерова
DOI: https://doi.org/10.36962/pahtei46112024-24
Year: 2024 Pages: 210-217
Show abstract
Abstract: В работе были исследованы выкидные линии скважин месторождения Булла-Дениз (Азербайджан). Основными показателями для исследуемых линий были длина и диаметр, давление в начале и конце линии, газовый фактор и производительность линии. На основании этих показателей была проведена обработка данных и получены соответствующие статистические оценки. Результаты анализа выявили устойчивую корреляционную связь между показателями газового фактора и производительностью выкидной линии. Установлено, что резкое снижение производительности линии с ростом газового фактора проявилось в скважинах, на которых проводились восстановительные работы из-за возникших осложнений. Это позволяет использовать данное поведение кривых зависимости производительности выкидной линии от газового фактора в качестве критерия диагностики осложнений на ранней стадии их образования.Результаты данного исследования могут быть рекомендованы для использования при эксплуатации системы сбора и транспорта продукции нефтегазового месторождения.
Keywords: выкидные линии, статистический анализ, диагностика осложнений, газовый фактор, производительность линии
-
ABŞERON-BALAXANYANI ANTİKLİNAL ZONA YATAQLARININ NEFTLİ-QAZLILIĞININ SİSTEMLİ TƏHLİLİ ƏSASINDA QİYMƏTLƏNDİRİLMƏSİ
Authors: Tamella Zahidova, Firdus Allahverdiyeva
DOI: https://doi.org/10.36962/pahtei46112024-25
Year: 2024 Pages: 218-226
Show abstract
Abstract: Təqdim olunan məqalədə Abşeron yarımadasının ərazisinin əsasını təşkil edən Abşeron periklinal çökəkliyindən bəhs edilir. Bu çökəklik şimal zonadan Şimali Abşeron qırılması ilə sərhədlənib. Həmçinin çökəkliyin cənubu Cənubi Abşeron-Cənubi Çələkən qırılması ilə mürəkkəbləşmişdir. Qərbdən Qərbi Abşeron şərqdən Şah-Əzizbəyov qırılmaları çökəkliyi əhatə edir. Abşeron - Balaxanyanı zonasındakı neft və qazkondensat tipli yataqlar, böyük ehtiyatları və yüksək məhsuldarlıqları ilə seçilir. Bu zonada bir çox qırışıqların tağ və həmçinin tağa yaxın hissələri qırılıb qalxma və üstəgəlmə tipli uzununa qırılmalarla mürəkkəbləşmişdir. Abşeron yarımadasında çox böyük ölçüyə malik antiklinal zonaların yaranması prosesi bu regional qırılmalarla birbaşa əlaqədardır. Abşeron-Balaxanyanı antiklinal zonaya iki antiklinal xətt üzərində yerləşən strukturlar aid edilir. Bu antiklinal zonalarda qırışıqın şarniri şimal-qərbdən cənub-şərq istiqamətində batır. Antiklinal xətlərdən biri Abşeron küpəsi-Cənub antiklinal xətti, digəri isə Cənub və Xali-Kəpəz antiklinal xətti olaraq adlandırılmışdır.
Keywords: Abşeron - Balaxanyanı antiklinal zona, Abşeron küpəsi-Cənub antiklinal xətti, Xali- Kəpəz antiklinal xətti, Məhsuldar Qat, lay dəstəsi, horizont, yataq, quyu, struktur, qırılma
-
MƏDƏN GEOFİZİKİ MƏLUMATLARIN TƏHLİLİ ƏSASINDA KARBOHİDROGEN EHTİYATLARININ QİYMƏTLƏNDİRİLMƏSİ
Authors: Vəfa Süleymanova, Zaur Quliyev, Cavanşir Bədirov
DOI: https://doi.org/10.36962/pahtei46112024-26
Year: 2024 Pages: 227-235
Show abstract
Abstract: Ölkəmizdə neft-qaz hasilatının artırılması istiqamətində nəzərdə tutulmuş tədbirlər uğurla davam etdirilir. Xəzər dənizinin Azərbaycan sektorunda istismar olunan neft-qaz yataqları infrastruktur baxımından qazma işlərinin həcminin artırılması üçün geniş imkanlara malikdir. O cümlədən, Abşeron bankası yatağında yeni quyuların qazılması ilə əlaqədar müəyyən həcmdə karbohidrogen ehtiyatları hasil edilir ki, bu da həmin yataqlarda karbohidrogen ehtiyatlarının yenidən qiymətləndirilməsi zəruriyyətini ortaya çıxarır. Beləliklə, parametrlərin qiymətlərindən istifadə edərək, yatağın ilkin neft, həllolmuş qaz ehtiyatları qiymətləndirilmişdir. Məqalədə Abşeron bankası yatağının karbohidrogen ehtiyatlarının yenidən qiymətləndirilməsi məqsədilə geoloji quruluş təhlil edilmişdir. Müvafiq sahələr karotaj diaqramlarının interpretasiyası əsasında C2 kateqoriyalı ehtiyatlar qismində qiymətləndirilmişdir. Həmin sahələrin ehtiyatlarının yuxarı kateqoriyaya keçirilməsi üçün perforasiya işlərinin aparılması tövsiyyə edilmişdir.
Keywords: yataq, lay dəstəsi, quyu, ehtiyat, karotaj diaqramı
-
ПРИМЕНЕНИЕ СЕЙСМИЧЕСКИХ И ГИС ДАННЫХ ДЛЯ ПРОГНОЗИРОВАНИЯ ОБЛАСТИ (АРЕАЛА) РАСПРОСТРАНЕНИЯ КОЛЛЕКТОРОВ В МАЙКОПСКИХ ОТЛОЖЕНИЯХ НАФТАЛАНСКОЙ ПЛОЩАДИ
Authors: Малейка Агаева
DOI: https://doi.org/10.36962/pahtei46112024-27
Year: 2024 Pages: 236-247
Show abstract
Abstract: Статья посвящена совместному применению материалов 3D-сейсморазведки и методов Геофизических Исследований Скважин (ГИС) для определения области (ареала) распространения коллекторов в Майкопских отложениях нефтяного месторождения Нафталан, расположенного на участке Нафталан-Северный Нафталан Гянджинского нефтегазового района Евлах-Аджабединской впадины. Расчет и анализ петрофизических параметров, привязка сейсмических горизонтов к данным скважин, построение трехмерной модели в пространстве и составление карты были выполнены с использованием программы «Petrel». В статье кратко изложены сведения о месторождении Нафталан. Также отмечено, что, несмотря на исследования с XIX века, из-за редкости скважин и недостатка кернового материала коллекторские свойства Майкопских отложений были изучены недостаточно. Поэтому недавно проведенные исследования были подробно проанализированы, так как наши исследования включают комплексную интерпретацию данных ГИС в 22 скважинах и 3D-сейсморазведку на участке. В результате этой комплексной интерпретации была составлена карта и трехмерная модель на основе куба, отражающая совокупность коллекторских свойств для целевого интервала (между кровлей и подошвой I горизонта Майкопа). В результате исследований было установлено, что в целевом интервале преобладает глинистость. Содержание глины варьируется от 77,34 % до 22,66 %, а песчанистость – в пределах 22,66 %. Завершающим этапом исследования было представление карты и 3D-модели, составленных на основе куба коллекторских и неколлекторских свойств.
Keywords: 3D сейсморазведка, ГИС (Геофизические Исследования Скважин), Майкопские отложения, коллекторские свойства, глинистость, песчанистость
-
OPTIMIZATION OF THE REACTOR BLOCK FUNCTIONING IN OIL REFINING
Authors: Elchin Melikov, Tamella Maharramova
DOI: https://doi.org/10.36962/pahtei46112024-28
Year: 2024 Pages: 248-260
Show abstract
Abstract: Oil refining is a multi-stage process of physical and chemical crude oil processing, the result of which is the production of a petroleum products complex. The resulting products are directly related to the crude oil processed characteristics. Requirements for petroleum products quality are increasing, the need for heavy fuels is decreasing, and the raw materials quality is decreasing. All this hinders global oil refining development, and deep petroleum raw materials processing using secondary processes is of particular importance. Increasing competition in the field of fuels and lubricants and modern standards create a need to increase the depth of oil refining and improve the quality of produced oils, coke, and, above all, fuels. The optimizing problems operating modes of complex technological systems and their main apparatuses of oil refining, chemical, and other industries based on their mathematical models are among very relevant scientific and practical problems. In practice, solving the optimizing problem operating modes of complex technological systems is complicated by the fact that these systems are characterized by complexity, many interrelated parameters, multi-criteria, which are usually contradictory, as well as an initial information lack. All this greatly complicates the developing mathematical model's process necessary for preparing and making decisions in the face of conflicting criteria for choosing optimal operating modes of technological systems. Optimal modes of their operation, which are determined by making effective decisions based on mathematical models, allow for increasing production efficiency. In the article, based on a process study occurring in a catalytic reforming unit, attention is paid to an urgent problem - the search for optimal conditions for carrying out the process under consideration and the objective function optimum. For this purpose, by the specifics, optimization problem statement, and the mathematical models formed for the reactors, an effective optimization method, the gradient method, is justified and selected. Here we propose an algorithm for identifying and adapting the resulting models to current situations (states). Next, to optimize the functioning of the reactor block as a whole, by the existing mathematical models of reactors, an optimization algorithm is developed that provides a quick and effective search of the optimal regime parameters for each reactor of the block under consideration.
Keywords: technological process, oil refinery, petroleum products, control object, optimal control, mathematical model, optimization problem
-
QAZ SAYĞACLARININ DIAQNOSTIKASININ APARILMASINDA METROLOJI TƏMINAT
Authors: Fuad Şirinov, Hikmət Əsgərov
DOI: https://doi.org/10.36962/pahtei46112024-29
Year: 2024 Pages: 261-269
Show abstract
Abstract: Bu məqalədə qaz sayğaclarının metroloji təminatının artırılması üçün tətbiq olunan müasir texnologiyalar və metodların rolu geniş şəkildə araşdırılır. Qaz təchizatı sisteminin fasiləsiz və təhlükəsiz işləməsi üçün dəqiq ölçmələr əsas amil olduğundan, qaz sayğaclarının diaqnostik nəzarəti və monitorinqi getdikcə daha müasir texnologiyalara əsaslanır. İntellektual sensorlar və multi-parametr ölçmə sistemləri, qaz axını, təzyiq və temperatur kimi müxtəlif parametrləri eyni vaxtda izləyərək dəqiq məlumatlar təqdim edir. Bu texnologiyalar, qaz təchizatı sistemində baş verən nasazlıqları erkən aşkarlamaqla, qəza risklərini minimuma endirir və sistemin fasiləsiz işləməsini təmin edir. Eyni zamanda, Sənaye 4.0 konseptinə uyğun olaraq inkişaf etdirilən kiber-fiziki sistemlər və rəqəmsal müasir qaz təchizat sistemlərinin uzaqdan nəzarətini və tam avtomatlaşdırılmasını təmin edir. Rəqəmsal müasir texnologiyası vasitəsilə hər bir qaz sayğacının və onun komponentlərinin virtual modeli yaradılır ki, bu da texniki problemlərin və potensial risklərin əvvəlcədən simulyasiya edilərək müəyyənləşdirilməsinə imkan verir. Bu texnologiya sistemin iş effektivliyini artırmaqla yanaşı, enerji sərfiyyatını səmərəli idarə edir və təchizatın etibarlılığını artırır. Məqalədə vurğulanan əsas məqamlar, bu müasir texnologiyaların qaz sayğaclarında kalibrləmə, sertifikatlaşdırma və texniki xidmətin optimallaşdırılması istiqamətində böyük əhəmiyyət daşıdığını göstərir. İntellektual sensorların və rəqəmsal müasir texnologiyaların tətbiqi ilə qaz təchizatı sistemində məlumatların davamlı olaraq toplanması və təhlil edilməsi mümkün olur ki, bu da enerji səmərəliliyinin artırılması və qəza risklərinin azaldılması baxımından əhəmiyyətlidir. Məqalədəki analizlər göstərir ki, qaz sayğaclarının metroloji təminatının təkmilləşdirilməsi həm iqtisadi, həm də texnoloji baxımdan faydalıdır və gələcəkdə daha da təkmilləşdirilmiş qaz təchizatı sistemlərinin qurulmasına əsas yaradacaqdır. Bu cür innovativ yanaşmalar enerji sektorunda yüksək etibarlılıq və dayanıqlılıq təmin etmək üçün vacibdir və qaz təchizatı sistemindəki səmərəliliyi əhəmiyyətli dərəcədə artırmağa kömək edir.
Keywords: Qaz sayğaclarının metroloji təminatı, intellektual sensorlar, multi-parametr ölçmə sistemləri, kiber-fiziki sistemlər
-
FƏRDİ REAGENTLƏRİN ANOMAL XASSƏLİ XAM NEFT NÜMUNƏLƏRİNİN DEEMULSASİYA PROSESİNƏ TƏSİRİNİN TƏDQİQİ
Authors: Hüseyn Qurbanov, Aysel Qasımzadə, Zeynəb Abdullayeva
DOI: https://doi.org/10.36962/pahtei46112024-30
Year: 2024 Pages: 270-283
Show abstract
Abstract: Təqdim olunan məqalədə fərdi deemulqatorlar kimi Difron-9426, ND-12, Alkan-415 və BAF-1 reagentinin laboratoriya şəraitində tədqiqat obyekti kimi sulaşma dərəcəsi 35% olan Abşeron, sulaşma dərəcəsi 30% olan Sanqaçal və sulaşma dərəcəsi 32% olan Daşgil yatağı neft nümunələrinin deemulsasiya prosesinə təsiri öyrənilmişdir. Deemulsasiya prosesi 40, 80, 120 dəqiqə müddətlərində və 20, 30, 40, 50, 60 0C temperaturlarda yerinə yetirilmişdir. Reagentlərin təsir effektini düzgün qiymətlənditməkdən ötrü ilk öncə qeyd olunan emulsiya nümünələrinə yalnız temperaturun təsiri tədqiq edilmişdir. Hər bir reagentin hər bir anomal xassəli xam neft nümunəsinin deemulsasiya prosesində optimal qatılığı müəyyən edilmişdir. Məlum olmuşdur ki, Difron-9426, ND-12, Alkan-415 deemulqatorlarının Abşeron, Sanqaçal və Daşgil yatağı neft nümünələrində optimal qatılığı uyğun olaraq 750q/t, 350q/t, 650q/t, və BAF-1 reagentinin isə uyğun olaraq 300q/t, 200q/t və 300q/t təşkil edir. Göstərilmişdir ki, 60 0C temperaturda 120 dəqiqə müddətində “Difron-9426” reagentinin optimal qatılığının deemulsasiya effektliyi Abşeronneft nümunəsi üçün 92.1%, Sanqaçal neft nümunəsi üçün 95.5% və Daşgil neft nümunəsi üçün isə 94.0%, həmçinin qeyd edilən qatılıqda Abşeronneft nümundə qalıq və ballast suyun faiz miqdarı uyğun olaraq 2.8% və 4.1%, Sanqaçal neft nümunəsində 1.4 % və 1.9%, Daşgil neft nümunəsində isə 1.9% və 2.7%, ND-12 reagentinin optimal qatılığının deemulsasiya effektliyi Abşeronneft nümunəsi üçün 93.9%, Sanqaçal neft nümunəsi üçün 96.4% və Daşgil neft nümunəsi üçün isə 91.9%, və eyni zamanda Abşeronneft nümundə qalıq və ballast suyun faiz miqdarı uyğun olaraq 2.2 % və 3.2%, Sanqaçal neft nümunəsində 1.1 % və 1.5%, Daşgil neft nümunəsində isə 1.4% və 2.0% , Alkan-415 reagentinin optimal qatılığının deemulsasiya effektliyi Abşeronneft nümunəsi üçün 93.6%, Sanqaçal neft nümunəsi üçün 96.1% və Daşgil neft nümunəsi üçün isə 95.3%, həmçinin Abşeronneft nümundə qalıq və ballast suyun faiz miqdarı uyğun olaraq 2.2 % və 3.3%, Sanqaçal neft nümunəsində 1.2 % və 1.6%, Daşgil neft nümunəsində isə 1.5% və 2.2% təşkil edir. Eyni zamanda müəyyən edilmişdir ki, BAF-1 reagenti optimal qatılığının Abşeronneft nümunəsində deemulsasiya effektliyi 20-60 0C temperatur intervalında 33.5%- 73,1%, Sanqaçal neft nümunəsində 47.8%-84.0% və Daşgil neft nümunəsində isə 44.8%-79.5% aralığında dəyişir.
Keywords: su-neft emulsiyası, deemulqator, reagent, deemulsasiya, sulaşma dərəcəsi, effektivlik
-
METAL MATRIX HYBRID LAYERED COMPOSITE MATERIALS
Authors: Nurlan Gurbanov, Yusif Tanriverdiyev
DOI: https://doi.org/10.36962/pahtei46112024-31
Year: 2024 Pages: 284-290
Show abstract
Abstract: Reducing the weight of components is a key goal in different industrial sectors. This leads to an increase in the application areas of fiber composites for primary structural components. Aiming at this goal, a new lightweight fiber-metal laminate composites have been developed. Fiber-metal laminate composites are one of such materials that have been widely investigated for their performance compared to existing materials. Depending on the type of matrix and fiber materials used in the industry, various types of fiber-metal laminate composites are available. In this article, the properties of these materials are examined in detail.
Keywords: Composite materials, ARALL, GLARE, CARALL
-
RƏQƏMSAL İQTİSADİYYATDA İNNOVASİYA FƏALİYYƏTİNİN TƏHLİLİ VƏ PROQNOZLAŞDIRILMASI METODLARI
Authors: Aysel Sadıqova
DOI: https://doi.org/10.36962/pahtei46112024-32
Year: 2024 Pages: 291-300
Show abstract
Abstract: Son illərdə rəqəmsal texnologiyaların intensiv inkişafı və yayılması iqtisadiyyatın və sosial sferanın əsas sahələrinin quruluşunu əhəmiyyətli dərəcədə dəyişib. Bir çox təşkilat biznes proseslərini rəqəmsal mühitə transformasiya etməyə çalışır və bununla da əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır və iqtisadi fəaliyyətin həcmini əhəmiyyətli dərəcədə artırır. Rəqəmsal iqtisadiyyatda innovasiya fəaliyyətinin təhlili texnologiyaya əsaslanan yeniliklərin iqtisadi artımı, məhsuldarlığı və rəqabət qabiliyyətini formalaşdırmasının müxtəlif yollarını araşdırmaqdan ibarətdir. O, biznes və sənayelərin yeni məhsullar, xidmətlər və biznes modelləri yaratmaq üçün rəqəmsal texnologiyalardan necə istifadə edildiyini, eləcə də bu innovasiyaların bazar dinamikasına, məşğulluq modellərinə və cəmiyyətin rifahına təsirinin öyrənilməsini əhatə edir. Fərdi avadanlığın, struktur bölmənin və bütövlükdə müəssisənin idarə edilməsi prosesini sadələşdirə bilən Əşyaların İnterneti texnologiyasından istifadənin müəssisəyə yaratdığı imkanlar araşdırılmışdır. Bu texnologiyanın innovativ məhsulun istehsal prosesinin maksimum avtomatlaşdırılması və bazarda satışı üçün bir növ təkan ola biləcəyi qeyd olunmuşdur. Əşyaların İnterneti texnologiyasının verilmiş alqoritmə uyğun həyata keçirilməsi müəssisələrə həm cari fəaliyyətlərində, həm də yaxın gələcəkdə yeni məhsulların istehsalında və satışında arzu olunan nəticələrə nail olacaq, yeni innovativ layihələr hazırlamağa imkan verəcək. Tədqiqatda bir neçə sahəni əhatə edən rəqəmsal iqtisadiyyatın sənaye müəssisələrinin innovativ fəaliyyətinin təhlili və proqnozlaşdırılması metodologiyasını təklif etməyə imkan verdi. Həmçinin, məqalənin tədqiqatı innovativ yanaşmalar və sosial-iqtisadi inkişafın proqnozlaşdırılması əsasında iqtisadiyyatın rəqəmsal transformasiyasının ümumi konsepsiyasını formalaşdıran nəzəri prinsiplər, metodoloji elementlər və elmi-praktik tövsiyələr baxımından qarşıya qoyulan məqsədin həllinə yönəlmişdir. Təklif olunan analiz və proqnozlaşdırma metodologiyası qeyri-müəyyənlik və risk şəraitində bir sənaye müəssisəsinin elmi və texniki inkişafında mövcud problemlərin diaqnozunu qoymağa, innovativ hərəkət strategiyasını seçməyə, innovativ fəaliyyətdə strateji dəyişikliklər proqramı hazırlamağa imkan verəcəkdir.
Keywords: rəqəmsal texnologiyalar, innovasiyalar, əşyaların interneti, proqnozlaşdırma, modelləşdirmə
