1609-1620 (Print)
Volume 45, Issue 10 (2024)
-
SUALTI DƏNIZ BORU KƏMƏRLƏRININ MÖHKƏMLIK VƏ DAYANIQLIQ HESABLAMALARININ TƏHLILI
Authors: Anar Nağızadə
DOI: https://doi.org/10.36962/pahtei45102024-01
Year: 2024 Pages: 6-14
Show abstract
Abstract: Dənizdə neft və qazçıxarmanın tarixi, karbohidrogen yataqlarının istismarının təhlili göstərir ki, neftin və qazın daşınmasının ən səmərəli və etibarlı üsulu onların sualtı dəniz boru kəmərləri ilə nəql olunmasıdır. Təhlillər nəticəsində müəyyən edilmişdir ki, dərinlik artdıqca yeni-yeni texnologiyaların və hesablama üsullarının tətbiq olunmasına baxmayaraq deformasiyalar hesabına baş verən qəza və mürəkkəbləşmələrin qarşısını almaq üçün tətbiq olunan üsul və tətbiqlər heç də problemin qarşısını yetərincə almağa imkan vermir. Məqalədə sualtı boru kəmərlərinin möhkəmliyə və dayanıqlığa hesablanması ilə bağlı, müxtəlif ölkə standartları və normaları nəzərə alınmaqla üsul və texnologiyaların təhlili aparılmışdır. Müxtəlif normativ sənədlər üzrə mövcud olan üsulların müqayisəsi tam mümkün olmasa da, yanaşmalarda prinsipial fərq olmadığı aşkar edilmişdir. Təhlil nəticəsində müəyyən edilmişdir ki, bir sıra tədqiqat işlərində dəniz magistral boru kəmərlərinin möhkəmliyə hesablanması ilə əlaqədar mövcud olan normativ sənədlərin müqayisəli təhlilinin aparılmasına baxmayaraq sualtı boru kəmərlərinin layihələndirilməsi və tikintisi üçün vahid bir standartın olmasına ehtiyac vardır. Beləliklə, məqalədə sualtı dəniz neft və qaz kəmərlərinin layihələndirilməsi üçün onların möhkəmliyi və dayanıqlığı ilə bağlı mövcud olan normativ-texniki sənədlərin təhlili əsasında müəyyən edilmişdir ki, sualtı boru kəmərlərinin iş qabiliyyətinin yaxşılaşdırılması məqsədilə daxili və xarici yüklərin birgə təsiri nəzərə alınmaqla onların möhkəmliyə hesablanması üsullarının təkmilləşdirilməsinə ehtiyac vardir.
Keywords: daxili təzyiq, möhkəmlik, dayanıqlıq, gərginlik, sualtı kəmər, xarici təzyiq
-
MÜASİR TİBBİ, MÜALİCƏVİ, EKSPERİMENTAL-ANALİTİK BİOTİBBİ, EKOLOJİ KOMPÜTER METODU VƏ KOMPLEKSLƏRİ
Authors: Aysel Abbasova, Fəxrəddin Ağayev
DOI: https://doi.org/10.36962/pahtei45102024-02
Year: 2024 Pages: 15-24
Show abstract
Abstract: Təbiətə vurulan texnogen zərbələr torpaqda, su və atmosferdə kimyəvi aktiv maddələrin toplanmasına gətirir. Artıq onların miqdarı elə sərhədə yaxınlaşıb ki, təbiət onların neqativ təsirini neytrallaşdıra bilmir. İnsan orqanizmi bu fəsadlara ürək-damar, onkoloji və digər xəstəliklərin artması ilə reaksiya göstərir.İnsanın ətraf mühitlə təmasda olması cəmiyyətin geniş hissəsinii narahat edir və çoxsaylı elmi nəşrlərdə əksini tapır. Belə ki onlar həyati vacib sahələrə toxunur. Yaşayış və ictimai binalarda hava mühitini çirkləndirən komponentlərin miqdarının analizi eyni zamanda yüzlərlə müxtəlif kimyəvi sinifli maddələrin olmasını göstərir. Yaşayış və ictimai binaların yerləşdiyi rayonun atmosfer havasını çirklənmə dərəcəsi, otaqlarda olan polimer materiallar və məişət kimyəvi vasitələrin sıxlığından, qaz cihazlarının olmasından, otaqlarda insanların sayı və otaqda olma müddətindən, binaların istismar müddətindən, ətraf mühitin temperaturundan, həmçinin hava dəyişdirilməsi intensivliyindən, havanın kimyəvi çirklənməsinin cəmlənən miqdar xarateristikalarından asılı olur. Ekoloji qeyri qənaətbəxş ərazilərdə, xüsusən çirklənmiş atmosfer şəraitində əhalinin qorunma üsullarından biri də tibbi-ekoloji reabilitasiya üsuludur. Tibbi-ekoloji reabilitasiya kimi zərərli maddələrin orqanizmdən çıxmasını tezləşdirməyə imkan verən, imun sistemini yüksəlməyə yönəlmiş, insan orqanizmi mexanizmilərinin stimullaşdırılmasına yönəlmiş sağlamlaşdırıcı tədbirlər kompleksi başa düşülür. Bu orqanizmə dərman və dərmana təsir metodlarını birləşdirən özünə məxsus tibbi-profilaktik kompleksdir. Bu cür Biotibbi Tədqiqatlar üçün prinsipial olaraq vacib olan sadə, məlumatlandırıcı və avtomatlaşdırıla bilən klinikadan əvvəlki metodların və sərhəd vəziyyətləri də daxil olmaqla sağlamlıq qiymətləndirmə vasitələrinin inkişafı və istifadəsidir. Bu, profilaktik və sağlamlıq tədbirlərinin iş qabiliyyəti hələ pozulmadıqda və funksional normanın vəziyyətinə qayıtmaq və ya ətraf mühit şəraitinə davamlı uyğunlaşma mümkün olduqda əvvəlcədən mümkün olması üçün lazımdır.
Keywords: İnformasiya məlumat sistemləri, ürək damar sistemi, xəstəlik diaqnostikası, müalicə diaqnostikası
-
NEFT EMULSİYALARININ PARÇALANMASI ÜÇÜN YENİ KOMPOZİSİYALARIN EFFEKTİVLİYİNİN TƏDQİQİ
Authors: Aysel Qasımzadə
DOI: https://doi.org/10.36962/pahtei45102024-03
Year: 2024 Pages: 25-36
Show abstract
Abstract: Təqdim olunan məqalədə aqreqativ və kinetik cəhətdən davamlı su-neft emulsiyası yaratmaq xüsusiyyətinə malik olan Umbakı neft yatağının xam neft nümunəsi istifadə olunmuşdur Tədqiqat işini aparmaq üçün Dissolvan-4411, Difron-9426, Saol-412, Dissolvan-13280 və ND-12 deemulqatorlarının 200,400 və 600q/t qatılıqları yoxlanılmış və optimal sərf norması müəyyən olunmuşdur. Eksperimental təcrübələr 20,40 və 60ºC temperaturda aparılmışdır. 600q/t optimal sərf normasına uyğun hər bir fərdi reagentdən 1:1 nisbətində olmaqla 10 müxtəlif A seriyalı kompozisiyalar hazırlanmışdır. Hazırlanan kompozisiyalar: “A”-1 - Dissolvan 4411+Difron 9426=1:1, “A”-2 - Dissolvan-4411+ Dissolvan-13280=1:1, “A”-3 - Dissolvan-4411+ Sarol-412=1:1, “A”-4 - Dissolvan-4411+ ND-12=1:1, “A”-5 - Difron 9426 + ND-12=1:1, “A”-6 - Difron 9426 + Sarol-412=1:1, “A”-7 - Difron 9426 + Dissolvan-13280=1:1, “A”-8 - Dissolvan-13280 + Sarol-412=1:1, “A”-9 - Dissolvan-13280 + ND-12=1:1, “A”-10 - Sarol-412 + ND-12=1:1. A seriyalı kompozisiyalar içərisində A-1, A-3 və A-4 kompozisiyaların nəticələri digər kompozisiyalardan daha yaxşı olmuşdur. Bu baxımdan da A-1 və A-3 kompozisiyası əsasında W-1 kompozisiyası, A-1 və A-4 seriyalı kompozisiyalar əsasında isə W-2 kompozisiyası hazırlanmış və onun təsir effekti tədqiq olunmuşdur. W seriyalı iki kompozisiyaların deemulsasiya prosesinin effektivliyi tədqiq olunduqdan sonra, asfalten,qatran və parafin çöküntülərinin miqdarı, həmçinin neftin deemulsasiyasından sonra tərkibində qalan duzlar və mexaniki qarışıqların miqdarı üzrə təcrübələr aparılmış, nəticələri cədvəllərdə və qrafiklərdə əks olunmuşdur. Yekun olaraq ən yaxşı təsir effekti göstərən W seriyalı kompozisiyaların neftin vacib reoloji parametri olan özlülükdən asılılığı diaqramlar formasında göstərilmişdir. Tədqiqatların nəticələrindən məlum olmuşdur ki, on A seriyalı kompozisiya ilə müqayisədə W kompozisiyasının nəticələri deemulsasiya prosesinə daha çox təsir göstərmişdir. Xüsusilə W-2 kompozisiyası həm duzların miqdarının minimuma enməsində, həm asfalten, qatran və parafin komponentlərinin miqdarının azalmasında, eləcə də lay suyunun neftdən kənarlaşaraq deemulsasiya prosesinin intensivləşməsində müsbət təsir effekti göstərməklə digər hazırlanan kompozisiyaların nəticələrini keçmişdir.
Keywords: kompozisiya, emulsiya, dayanıqlıq, deemulsasiya, qalıq su, ayrılan su
-
ОЦЕНКА ЭКОЛОГИЧЕСКОГО СО4ТОЯНИЯ ОЗЕРА ГЫРМЫЗЫ
Authors: Севиндж Гаджиева, Ислам Мустафаев, Тарана Алиева, Айтен Самедова, Гюллю Гюллерли
DOI: https://doi.org/10.36962/pahtei45102024-04
Year: 2024 Pages: 37-46
Show abstract
Abstract: Мы провели экологический мониторинг озера Гырмызы, таким образом обнаружили источники загрязнения этого озера. Было установлено, что главным источником загрязнения являются бытовые сточные воды. В настоящее время ежедневно из источников в озеро Гырмызы поступает 10000 м3 промышленной и бытовой воды. Согласно статистическим данным, долгие годы около 60% сточных вод, фекальных, бытовых и промышленных вод были сброшены через открытые каналы без процесса очистки в это озеро, что серьезно ухудшило его санитарное состояние. Озеро Гырмызы относится к соленым озерам и минерализация воды на этом озере намного выше, чем в других. Кислородный режим озера Гырмызы можно сказать, что частично нарушен. Для эко-химического анализа были взяты пробы воды, донных отложений из озера Гырмызы и почвы в районе расположения озера, проанализированы по различным физико-химическим показателям. В пробах воды, донных отложений и почвы отобранных из озера Гырмызы, определены различные физико-химические параметры. В целях изучения степени загрязнения воды, донных отложений озера Гырмызы тяжелыми металлами нами были проведены мониторинговые исследования для определения содержания в них некоторых тяжелых металлов. Во время мониторинга мы взяли пробы воды из различных мест озера Гырмызы, а также провели химический анализ методом ААС. Мы взяли пробы воды из различных участков озера, на верхних слоях было больше загрязнений. Объем пробы воды из озера Гырмызы составлял один литр. Анализ воды и других проб проводили на атомно-абсорбционном приборе AAC ZЕЕnit 700Р. В взятых пробах содержание тяжелых металлов вьше норм ПДК. А также методом хромато-МС определили концентрацию ПАУ в пробах воды, почвы и донных осадков взятых из озера Гырмызы методом хромато-масс-спектрометрии. Эту методику опробировали на пробах, взятых из разных точек озера Гырмызы. Эти данные дают нам возможность оценивать количество загрязненности воды, донных осадков и почвы вблизи озера Гырмызы.
Keywords: загрязнители окружающей среды, газовая хроматография, масс-спектрометрия, тяжелые металлы, почва, донные осадки, озеро Гырмызы, ПАУ
-
SİNTEZ OLUNMUŞ AMİNOEFİRLƏRİN NEFT TURŞUSU İLƏ KOMPOZİSİYASININ ANTİSTATİK AŞQAR KİMİ DİZEL DİSTİLLATINA TƏDQİQİ
Authors: Elçin Nəbiyev, Vaqif Abbasov, Leyla Mahmudova
DOI: https://doi.org/10.36962/pahtei45102024-05
Year: 2024 Pages: 47-55
Show abstract
Abstract: Təqdim edilən məqalədə müxtəlif yağ turşularından (günəbaxan soya, pambıq və qarğıdalı) yağ turşularının dietilentriaminlə 1:1 mol nisbətində aminoefirləri sintez olunmuşdur. Sintez olunan aminoefirlərin İQ spektrləri çəkilmiş quruluşları araşdırılaraq təsdiq edilmişdir. Sintez üsulu ilə alınan aminoefirlər dizel yanacağına müxtəlif faiz nisbətlərində (0.05, 0.1 və 0.15%) əlavə edilərək dizel yanacağının elektrik keçiriciliyi yoxlanılmışdır.
Keywords: aminoefir, dietilentriamin, pambıq yağ turşusu, qarğıdalı yağ turşusu, soya yağ turşusu, günəaxan yağ turşusu dizel yanacağı, aşqar
-
MULTİFAZALI NEFT QAZLARININ SƏMƏRƏLİ YIĞILMASI VƏ NƏQLİNİN ƏSAS PRİNSİPLƏRİ
Authors: Fidan İsmayılova, Gülnarə Zeynalova
DOI: https://doi.org/10.36962/pahtei45102024-06
Year: 2024 Pages: 56-68
Show abstract
Abstract: Səmt qazlarının istifadəsi məsələlərinin uğurlu həlli üçün texniki problemlər yoxdur. Ona görə ki, qazın hazırlanması və nəqli üçün texnologiya və avadanlıq lazım gəldikdə işlənilə və hazırlana bilir. Son illərdə multifzalı axınların hesablanması üçün kifayət qədər mühəndis məsələləri üçün qəbul ediləbilən metodika və üsullar mövcuddur. Mühüm məsələlərdən biri yataqların işlənməsi mərhələsində qaz resurslarının stabilləşməsi problemidir. Belə ki, neft çıxarma müəssisələri (şirkətləri) 8-12 il ərzində qazın (neftin) istehsalının stabilləşməsi məqsədilə yatağın işlənmə dinamikasını dəyişsələr, onda hər bir yataq səmt qazının emal zavoduna nəqlini təmin edə bilər. Bu zaman çəkilən xərclərin səviyyəsi çox da yüksək olmaz və mədəndə qurulmuş qurğular buna imkan verər. Lakin yatağın işlənmə dinamikasının dəyişdirilməsi maksimal neft hasilatının azalması ilə yatağın istismar müddətini 4-5 il uzatmış olacaqdır. Mədən obyektlərində qazın kompleks hazırlanma məntəqəsinə nəqli üçün kompressor avadnlığından imtina edilməsi qazın hazırlanma texnologiyasını sadələşdirməyə, başlıcası isə məqsədli komponentlərin xammal kimi neft-kimya üçün saxlanmasına imkan verir. Təhlil göstərir ki, neftçıxarmanın mövcud obyektləri separasiyanın 1-ci pilləsi 0,5-0,7 Mpa təzyiq altında işləyir. Bu cür yataqlar üçün separasiya təzyiqinin artırılmasının alternativi mədən kompressor stansiyalarının tikilməsi ola bilər. Məhz bu stansiyalar qaz-kondensat qarışığının kompleks hazırlıq məntəqəsinə ötürülməsini təmin edər. Təcrübə göstərir ki, multifazalı neft qazlarının sərfinin yüksək dinamikası şəraitində onların uzaq məsafəyə nəqli üçün hazırlanma sistemlərinin və nəqlinin özünün səmərəsizliyi qaçılmazdır. Boru kəmərləri ilə nəql zamanı iki əsas texnoloji problem yaranır: kəmərdə qazın kondensləşməsi və hidrat yaranması. Təhlillər göstərir ki, səmt neft qazlarının səmərəli istifadəsi ilə bağlı əsas texnoloji problem onların yığım və nəql məntəqələrinə multifazalı şəkildə nəql olunması nəticəsində yaranır. Ümumiyyətlə, multifazalı neft qazının səmərəli istifadəsinin əsas prinsipi onun Qaz Emalı zavoduna verilməsidir. Ona görə ki, neft qazlarının propan-butan fraksiyalarının qazın emal məntəqəsinə qədər saxlanması ancaq multifazalı nəql şəklində mümkündür. Məqalədə səmt neft qazlarının səmərəli utilizasiyasının əsas prinsipləri öz əksini tapmışdır. Qaz resursları nəzərə alınmaqla kondensləşən qazların mono və multifazalı nəqli zamanı qaz kəmərlərinin hidravlik hesablanması əsasında optimal nəql texnologiyasının seçilməsi, kondensləşmənin diaqnostikası məsələləri öz həllini tapmışdır. Multifazalı mədən qazlarının nəql variantları, o cümlədən kondensatın çıxarılması ilə bağlı nəql variantları araşdıırılmışdır.
Keywords: neft qazları, kondensləşmə, hidrat əmələgəlmə, monofaza, multifaza, hidravlik xarakteristika, kondensat
-
İNVA PROQRAM TƏMINATINDAN ISTIFADƏ ETMƏKLƏ KABEL XƏTLƏRİNİN TEXNİKİ VƏZİYYƏTİNİN KOMPLEKS MONİTORİNQ SİSTEMİ
Authors: İlham Rəhimli, Əliəşrəf Bəxtiyarov
DOI: https://doi.org/10.36962/pahtei45102024-07
Year: 2024 Pages: 69-76
Show abstract
Abstract: Bu məqalə iNVA proqram təminatının tətbiqi əsasında enerji avadanlıqlarının texniki vəziyyətinin izlənməsi üçün kompleks monitorinq sisteminin inkişafını ətraflı şəkildə təqdim edir. Təklif olunan sistemin əsas elementləri – məlumat bazasının strukturu, diaqnostika modulu, və ekspert alt sistemləri – geniş şəkildə araşdırılır. Bu elementlərin qarşılıqlı fəaliyyəti, texniki məlumatların səmərəli emalını və nəticə etibarilə avadanlıqların vəziyyəti ilə bağlı etibarlı qənaətlərin formalaşdırılmasını təmin edir. Xüsusi olaraq, kabel xətlərinin texniki vəziyyətini qiymətləndirmək üçün işlənib hazırlanan diaqnostik modellərin və onların əsasında qərar qəbuletmə alqoritminin təfərrüatları verilir. Bundan əlavə, məqalədə istismar və diaqnostik parametrlərin təsnifatı sistematik şəkildə təqdim olunur. Bu parametrlərin düzgün təhlili və inteqrasiyası texniki vəziyyətin proqnozlaşdırılması prosesində mühüm rol oynayır. Belə yanaşma yalnız mövcud qüsurları müəyyən etmək deyil, həm də gələcəkdə avadanlıqda yarana biləcək nasazlıqları qabaqcadan aşkar etmək və planlı təmir işlərini optimallaşdırmaq məqsədini güdür. Yüksək gərginlikli avadanlıqların diaqnostikasına kompleks yanaşma – bir neçə parametrin birgə təhlili və sensorlardan alınan məlumatların inteqrasiyası – bu cür avadanlıqların təhlükəsizliyinin və davamlı istismarının təmin olunması baxımından əhəmiyyətli hesab olunur. Bununla yanaşı, məqalədə müxtəlif diaqnostika və proqnozlaşdırma metodlarının texniki vəziyyətin qiymətləndirilməsində və enerji avadanlıqlarının xidmət müddətinin uzadılmasında effektiv tətbiqi göstərilir. İnteqrasiya olunmuş məlumat bazası və ekspert sistemləri, texniki xidmət göstəricilərinin dəqiqliklə analiz edilməsi və nasazlıqların erkən mərhələdə aşkarlanması imkanını artıraraq, diaqnostika prosesinin keyfiyyətini artırır.
Keywords: iNVA proqram təminatı, Kabel xətlərinin monitorinqi, Enerji avadanlıqlarının diaqnostikası, Kompleks monitorinq sistemi
-
MÜASİR DÖVRDƏ BİOTEXNİKİ SİSTEM VƏ TEXNOLOGİYALARDA İNNOVATİV YOL - AVTOMATLAŞDIRILMIŞ LAYİHƏLƏNDİRMƏ VƏ İNFORMASİYA SİSTEMİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Authors: Fəxrəddin Ağayev, İsrafil Vəliyev
DOI: https://doi.org/10.36962/pahtei45102024-08
Year: 2024 Pages: 77-85
Show abstract
Abstract: Biotexniki sistemlərdə avtomatlaşdırılmış dizayn və informasiya sistemi biotexniki proseslərin dizaynını, idarə edilməsini və istismarını təkmilləşdirən texnologiyaya aiddir. Sistem qərar qəbulunu, proseslərə nəzarəti və real vaxt rejimində monitorinqi sadələşdirmək üçün avtomatlaşdırma və qabaqcıl informasiya texnologiyalarından istifadə edir. Bu, biotexnoloji tədqiqatlarda və sənaye tətbiqlərində dəqiqliyin, səmərəliliyin və məhsuldarlığın artması ilə nəticələnir. Məlumatların toplanması, prosesin optimallaşdırılması və nəzarət kimi mürəkkəb tapşırıqları avtomatlaşdırmaqla sistem tədqiqatçılara və mühəndislərə innovasiyalara diqqət yetirməyə və biotexnoloji proseslərin miqyasını artırmağa imkan verir. Real vaxt rejimində verilənlərin təhlilinin avtomatlaşdırılmış idarəetmə vasitələri ilə inteqrasiyası o deməkdir ki, tənzimləmələr tez bir zamanda edilə, səhvləri azalda və nəticələri optimallaşdıra bilər. Bu, nəinki məhsuldarlığı artırır, həm də daha dəqiq və ardıcıl nəticələrə gətirib çıxarır. Belə bir sistemin məqsədi istər elmi-tədqiqat laboratoriyalarında, istərsə də iri sənaye məkanlarında biotexniki əməliyyatların ümumi effektivliyini artırmaqdır. O, biotexnologiya sahəsinin inkişafı üçün çox vacib olan prosesləri daha etibarlı və miqyaslana bilən etməklə innovasiyaları asanlaşdırır. Sistem yeni biotexnoloji tətbiqlərin işlənməsini sürətləndirərək yeni ideyaların daha tez təkrarlanmasına və həyata keçirilməsinə imkan verir. Avtomatlaşdırılmış dizayn və məlumat sistemindən istifadənin əsas nəticələrinə prosesin səmərəliliyinin artırılması, əməliyyat xətalarının azaldılması və daha mürəkkəb biotexnoloji tapşırıqların daha geniş miqyasda idarə olunması daxildir. Bu təkmilləşdirmələr innovasiyaları təşviq etməklə və daha mürəkkəb və səmərəli biotexnoloji həllərin yaradılmasına imkan verməklə biotexnologiya sahəsinin böyüməsini dəstəkləyir.
Keywords: biotexniki sistem, texnologiya, avtomatlaşdırılmış layihə, informasiya sistemi, informasiya sistemi
-
УЛУЧШЕНИЕ ОКРУЖАЮЩЕЙ СРЕДЫ ДЛЯ ОБЕСПЕЧЕНИЯ НАСЕЛЕНИЯ КАЧЕСТВЕННОЙ ВОДОЙ
Authors: Мехрибан Исмаилова
DOI: https://doi.org/10.36962/pahtei45102024-09
Year: 2024 Pages: 86-92
Show abstract
Abstract: Ситуация с питьевой водой в Азербайджане является многоаспектной и требует комплексного анализа. Хотя страна обладает богатыми водными ресурсами, такими как реки и озера, качество питьевой воды остается под угрозой из-за загрязнения, устаревшей инфраструктуры и региональных различий в доступности. Индустриализация, использование химикатов в сельском хозяйстве и недостаточная модернизация очистных сооружений приводят к ухудшению состояния водоемов. Государственные программы и проекты по улучшению водоснабжения и очистки воды в крупных городах, таких как Баку, показывают положительные результаты, однако проблемы в сельских и удаленных районах остаются актуальными. Изменение климата также усугубляет ситуацию, влияя на доступность водных ресурсов. Для решения существующих проблем необходимы комплексные меры, включая модернизацию инфраструктуры, защиту водных источников и просвещение населения. Улучшение качества питьевой воды не только повысит уровень здоровья и благополучия граждан, но и станет важным шагом к устойчивому развитию Азербайджана в будущем.
Keywords: арсеновые загрязнения, Кура, Кабо-Верде, сельское хозяйство, индустрия
-
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARININ İNKİŞAFININ İQTİSADİ TENDENSİYALARI
Authors: Nadir Ələkbərov
DOI: https://doi.org/10.36962/pahtei45102024-10
Year: 2024 Pages: 93-102
Show abstract
Abstract: İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı son illərdə dünya iqtisadiyyatında əsas təkanverici qüvvələrdən birinə çevrilmişdir. Məqalədə İKT-nin iqtisadi inkişafa təsir edən müxtəlif aspektləri araşdırılmışdır. İlk növbədə rəqəmsal texnologiyalar innovasiya və rəqəmsal dəyişikliklərin sürətini artıraraq ənənəvi iş modellərinin yenilənməsinə səbəb olur. Bu, yeni iqtisadi sahələrin yaranması və mövcud sektorların rəqabətqabiliyyətli olmasını təmin edir. E-ticarət platformalarının və rəqəmsal xidmətlərin genişlənməsi şirkətlərə qlobal bazarlara çıxışı asanlaşdırmış, bu da iqtisadi əlaqələrin sərhədsiz olmasına imkan vermişdir. İKT-nin əmək bazarına təsiri də diqqətəlayiqdir. Yeni texnologiyalar bir tərəfdən iş yerlərinin avtomatlaşdırılmasına və bəzən ixtisarına səbəb olsa da, digər tərəfdən texnoloji biliklərə malik işçi qüvvəsinə olan tələbatı artırır. Məhsuldarlıq artımı da İKT-nin iqtisadiyyata verdiyi ən mühüm töhfələrdən biridir. Texnoloji yeniliklər iş proseslərinin avtomatlaşdırılması, xərclərin azalması və səmərəliliyin yüksəlməsinə kömək edir. Xüsusilə süni intellekt və robot texnologiyalarının tətbiqi iqtisadiyyatın müxtəlif sahələrində məhsul və xidmətlərin keyfiyyətini yaxşılaşdırır. Nəticə olaraq, İKT-nin inkişafı iqtisadiyyatın müxtəlif sahələrində əsaslı dəyişikliklərə səbəb olur. Bu texnologiyalar məhsuldarlığı artırmaqla yanaşı, əmək bazarında dəyişikliklər yaradır, qlobal iqtisadi əlaqələri genişləndirir və yeni iqtisadi modellərin yaranmasına şərait yaradır. Bununla belə, rəqəmsal bərabərsizlik kimi çağırışlar da iqtisadi siyasətin düzgün tənzimlənməsini tələb edir. Gələcəkdə İKT-nin iqtisadi inkişafdakı rolu daha da genişlənəcək və bu prosesə adaptasiya etmək üçün innovativ yanaşmaların tətbiqi vacib olacaqdır.
Keywords: informasiya və kommunikasiya texnologiyaları, iqtisadi inkişaf, elektron ticarət, maliyyə texnologiyaları (FinTech), avtomatlaşdırma, süni intellect, texnoloji yeniliklər
-
RENTGEN DİAQNOSTİKASINDA TƏSVİRLƏRİN KEYFİYYƏTİNİN ARTIRILMASI
Authors: Orxan Əhmədzadə, Ceyran Ağamalıyeva
DOI: https://doi.org/10.36962/pahtei45102024-11
Year: 2024 Pages: 103-111
Show abstract
Abstract: Rentgen diaqnostikasında təsvirlərin keyfiyyətinin artırılmasının faydaları bunlardır: aparılan diaqnostikaların dəqiqliyinin artırılması, daha dəqiq müalicə planlaması, pasiyentlərin müsbət nəticələrinin artırılması, radiologiya mərkəzlərində effektivliyin artması, pasiyentlərin təhlükəsizliyi. Təsvirlərdəki aydınlıq və detal artımı, radioloqlara daha dəqiq diaqnozlar qoymağa kömək edir, yanlış xəbərdarlıqların və ya nəzərə alınmayan problemlərin baş vermə ehtimalını azaldır.Rentgen müayinələri düzgün istifadə edildikdə, diaqnostik faydaları risklərdən əhəmiyyətli dərəcədə üstündür. Rentgen müayinələri qan damarlarının tıxanması, sümük xərçəngi və infeksiyalar kimi həyat üçün təhlükəli ola biləcək vəziyyətləri diaqnoz edə bilər. Lakin, rentgen şüaları ionlaşdırıcı radiasiya yaradır - bu, canlı toxumalara zərər verə biləcək bir radiasiya növüdür. Bu risk, bir fərdin həyatı boyunca toplanan məruz qalma sayına görə artır. Hazırda rentgen texnologiyası üzrə tədqiqatlar radiasiya dozasını azaltmaq, görüntü çözünürlüğünü yaxşılaşdırmaq və kontrast materialları və metodlarını təkmilləşdirmək yollarına yönəlmişdir. Rentgen diaqnostikasında təsvirlərin keyfiyyətinə təsir edən bir sıra amillər vardır ki, bunlar da diaqnostikanın nəticələrinə birbaşa təsir edir. Əsas amillərə daxildir: texniki amillər, xəstə ilə bağlı olan amillər, kalibrləmə və mütəmadi baxım, ətraf mühit amillləri. Rentgen aparatlarının müntəzəm kalibrlənməsi, tutarlı performans və təsvir keyfiyyətinin təmin edilməsinə kömək edir. Eləcə də, periodik olaraq baxımın aparılması və texniki qulluğun aparılması, təsvir keyfiyyətini təsir edə biləcək avadanlıq problemlərinin qarşısını alır. Bu amillər birbaşa rentgen diaqnostikasında görüntülərin keyfiyyətinə və ölçü nəticələrinin dəqiqliyinə və etibarlılığına təsir edir. Ona görə də bu amillərə nəzarət olunması, qoyulan tələblərə uyğun olaraq avadanlıqla bağlı işlərin vaxtı-vaxtında yerinə yetirilməsi olduqca vacib məsələdir.
Keywords: Rentgen görüntüləmə, rentgen texnologiyası, rentgen diaqnostika, radioqrafiya
-
SMART KƏND VƏ SMART ŞƏHƏRLƏRİN İNKİŞAFINDA YENİ TEXNOLOGİYALARIN ROLU
Authors: Rauf Əliyev
DOI: https://doi.org/10.36962/pahtei45102024-12
Year: 2024 Pages: 112-120
Show abstract
Abstract: Bu məqalədə kənd və şəhər yerlərinin inkişafında "Smart" texnologiyaların tətbiqinin əhəmiyyəti və bu sahədəki son yeniliklər təhlil olunur. "Smart kənd" və "Smart şəhər" konsepsiyaları şəhərsalma, ətraf mühitin mühafizəsi, sosial-iqtisadi inkişaf və idarəetmə kimi sahələrdə innovativ texnologiyaların geniş istifadəsini nəzərdə tutur. "Smart kənd" və "Smart şəhər" modelləri daha az resurs sərf etməklə daha effektiv xidmətlər göstərmək və ekoloji balansı qorumaq məqsədilə "Ağıllı nəqliyyat sistemləri," "Ağıllı enerji şəbəkələri," "Ağıllı su təchizatı sistemləri" kimi texnologiyaların tətbiqini əhatə edir. Məqalə həmçinin "Smart kənd" və "Smart şəhər" layihələrinin iqtisadiyyatın müxtəlif sektorlarında hansı yeniliklərə gətirib çıxara biləcəyini araşdırır. Məsələn, kənd təsərrüfatı sektorunda dronlar, sensor texnologiyaları və peyk izləmə sistemlərinin istifadəsi məhsuldarlığın artırılmasına kömək edir. Şəhərlərdə isə ağıllı binalar, ağıllı işıqlandırma və "Smart" tullantı idarəetmə sistemləri şəhər mühitini daha yaşıl və dayanıqlı edir. Müasir dünyada urbanizasiya və kənd yerlərinin inkişafı sahəsindəki texnoloji yeniliklər davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır. Bu inkişaflar məqalədə qeyd olunduğu kimi bir tərəfdən resurs israfının qarşısını alır, digər tərəfdən isə əhalinin rifahını yaxşılaşdırır və iqtisadi imkanlarını genişləndirir.Məqalədə vurğulanan əsas nəticə ağıllı texnologiyaların kənd və şəhərlərin inkişafında mühüm vasitə olduğudur. Bu texnologiyalar sayəsində şəhər və kənd yerləri daha dayanıqlı, təhlükəsiz, ekoloji cəhətdən təmiz və iqtisadi baxımdan səmərəli olacaqdır.
Keywords: smart kənd, smart şəhərlər, yeni texnologiyalar, resursların idarə olunması, ağıllı infrastruktur, şəhər həyatının keyfiyyəti, mobil tətbiqlər
-
AVTOMATİK İDARƏETMƏ SİSTEMLƏRİNİN DAYANIQLIĞININ ARAŞDIRILMASINA ÜMUMİ YANAŞMA
Authors: Samirə Xanəhmədova, Fatimə Abbasova, Cavid Nəbiyev
DOI: https://doi.org/10.36962/pahtei45102024-13
Year: 2024 Pages: 121-130
Show abstract
Abstract: Məqalə MATLAB platformasında avtomatik idarəetmə sistemlərinin (ACS) dayanıqlığının parametrlərinin alqoritmlərinin tərtib olunmasına və sistemlərin analizində bəzi məsələlərin həllinə həsr edilmişdir. Ümumiyyətlə bu platforma bir çox üstünlüklərə malikdir. Belə ki, sistemlərin dinamikasını mənimsəməyi asanlaşdıran vizuallaşdırma və modelləşdirmə üçün lazımlı alətlər təqdim edən bu proqramın interfeysi, dayanıqlığın təhlili üçün müxtəlif funksiyaları özündə cəmləşdirən geniş çeşidli alətlərin mövcudluğu, mühəndislərin, sistemlərdə əsas parametrlərin keçid prosesinə və müvafiq tələblərə əsasən qısa müddət ərzində uyğunlaşdırmasına imkan verir. Bu platforma AİS modellərini tez bir zamanda yaratmaq və sınaqdan keçirmək bacarığına malik olmaqla yanaşı, optimallaşdırma prosesini asanlaşdıran sistem və idarəetmə parametrlərini asanlıqla dəyişdirməyə imkan verir [2,5]. Məqalədə AİS-lərin dayanıqlığının təkrar olaraq yenidən təhlili nəzərdən keçirilir ki, bu da parametrlərində, quruluşunda və ya idarəetməsində dəyişiklik edildikdən sonra sistemin dayanıqlığının yenidən qiymətləndirilməsi prosesidir. Bu, sistemlərin layihələndirilməsində və yoxlanılmasında vacib bir mərhələdir, çünki dəyişikliklər dinamikaya və dayanıqlığı nəzərəçarpacaq dərəcədə təsir göstərə bilər. Bunun üçün dayanıqlığın yenidən təhlilinin əsas aspektləri nəzərə alınır. Buna misal olaraq, ötürmə funksiyalarındakı dəyişikliklər, gücləndiricilər və digər sistem parametrləri, sistem arxitekturasındakı dəyişikliklər, o cümlədən kontrollerlərin əlavə edilməsi və ya çıxarılması, sabitliyi təyin etmək üçün tənliyin köklərinin yerini təhlil etmək, sistemin sabitliyini yoxlamaq üçün Bode və ya Nyquist meyarlarından istifadə edilməsini göstərmək olar. MATLAB (Control System Toolbox) sabitliyi müəyyən etmək üçün funksiyalar daxil olmaqla idarəetmə sistemlərini təhlil etməyi və dizayn etməyi asanlaşdırır. Dayanıqlığın təhlili robototexnika, aviasiya, avtomobil sənayesi və təhlükəsizlik və etibarlılığın kritik olduğu digər sahələrdə xüsusilə vacibdir. AİS-lərin dayanıqlığının yenidən təhlili, dəyişən şəraitdə sistemin etibarlılığını və təhlükəsizliyini təmin etməyə kömək edən layihələndirmə prosesinin ayrılmaz hissəsidir.
Keywords: dinamik sistem, sabitlik, PID tənzimləyicisi, Matlab, Simulink, ötürmə funksiyası, idarəetmə sistemi, Bode və Nyquist meyarları
-
ELEKTROMEXANİKİ ENERJİ ÇEVİRİCİLƏRİNİN İDARƏETMƏ SİSTEMLƏRİNƏ NƏZARƏT VƏ TƏNZİMLƏMƏ METODLARI
Authors: Səadət Şıxəliyeva, Atil Zamanov
DOI: https://doi.org/10.36962/pahtei45102024-14
Year: 2024 Pages: 131-141
Show abstract
Abstract: Müasir sənaye istehsal proseslərinin düzgün işləməsini təmin etmək üçün avadanlıqların yüksək etibarlılığını və səmərəliliyini tələb edir. Bu kontekstdə əsas şərt bir çox texnoloji sistemin əsas komponentləri olan elektrik mühərrikləridir. Bu məqalənin məqsədi elektrik mühərriklərinin diaqnostikası üçün mövcud üsulları nəzərdən keçirmək, həmçinin onların üstünlüklərini və mənfi cəhətlərini təhlil etməkdir. Avadanlıqların texniki vəziyyətinin proqnozlaşdırılması sahəsində müasir perspektiv kimi dinamik neyron şəbəkələrə əsaslanan metodlara xüsusi diqqət yetirilir. Bu məqalə mövcud problemlərdən tutmuş müasir metodlara qədər analoq sürücü diaqnostikasının müxtəlif aspektlərini əhatə edir. Maşınların texniki vəziyyətini qiymətləndirmək üçün istifadə olunan ani cərəyanın monitorinqi və harmonik analiz kimi müxtəlif üsulları təsvir edir. Məqalədə elektrik intiqallarının diaqnostikası üçün neyron dinamik şəbəkələrin istifadəsi müzakirə olunur. Vurğulanır ki, bu yanaşma avadanlığın vəziyyətini konkret vaxtda və məsafədən təhlil etməyə imkan verir ki, bu da hesablama resurslarının xərclərini azaldır. Elektrik ötürücülərinin etibarlılığını və səmərəliliyini təmin etmək üçün istifadə olunan diaqnostika üsulları və texnologiyaları haqqında geniş məlumat verilir. Diaqnozun dəqiqliyini və səmərəliliyini artırmaq üçün neyron şəbəkələrdən istifadə kimi yeni metodların işlənib hazırlanması və tətbiqinin vacibliyi vurğulanır. Bu aspektlərin nəzərdən keçirilməsi tədqiqatçılara sənaye mühitlərində elektrik mühərriklərinin saxlanması və monitorinqində mövcud tendensiyaları və imkanları dərindən başa düşməyə imkan verəcəkdir.
Keywords: elektrik intiqalı, diaqnostika, etibarlılıq, səmərəlilik, neyron şəbəkə, parametr, monitorinq, sənaye mühiti
-
PAKERİN YENİ NƏSİL KİPLƏŞDİRİCİ ELEMENTİNİN YARADILMASININ TƏDQİQİ
Authors: Tila Qasımova
DOI: https://doi.org/10.36962/pahtei45102024-15
Year: 2024 Pages: 142-150
Show abstract
Abstract: Məqalədə quyuları sınaqdan keçirərkən istifadə olunan pakerlərin hermetikliyinin təmin edilməsi və bunun üçün özlü-plastik kütlədən hazırlanan kipləşdirici qurğuların təhlili aparılmışdır. Aparılan araşdırmalar göstərmişdir ki, baş verən uğursuzluqlar pakerin rezin elementlərinin parametrləri ilə quyudibi şərait arasında uyğunsuzluq, rezin elementlərinin deformasiyası, test cihazının qismən zədələnməsi və yüksək temperaturun təsiri ilə bağlıdır.Məqalədə özlü-plastik kütlənin radial və oxboyu gərginliklərinin paylanması, eyni zamanda pakerin hermetikliyini təmin edən şərtlər incələnmişdir. Hesablamalar, pakerin korpusunun konstruksiyasını optimallaşdırmağı və güclü hermetik bağlama yaratmağı mümkün edir. Eksperimental nəticələr nəzəri tədqiqatların düzgünlüyünü təsdiq edir. Məqalənin nəticələri, özlü-plastik kütlənin lay izolyasiyasında etibarlı istifadə üçün konstruktor tələblərinin hazırlanmasını və 4000 m dərinlikdə paker sisteminin möhkəmliyini təmin etmək üçün kifayət qədər enerji imkanlarının olduğunu göstərir. Özlü-plastik kütləni istifadə etməklə pakerlərin hermetikliyi artırılır, bu da neft quyularının müvəffəqiyyətlə sınaqdan keçirilməsinə imkan tanıyır. Bu araşdırmalar, gələcəkdə daha mükəmməl paker sistemlərinin dizaynı və inkişafı üçün zəruri məlumatlar təqdim edir. Sonda, tədqiqat nəticələrinin eksperimental dəstəklənməsi məsələsi vurğulanaraq, nəzəri və praktiki təhlil nəticələrinin bir-biri ilə uyğunluğunun sübut olunduğu qeyd edilir. Bu istiqamətdə aparılan tədqiqatlar, pakerlərin dizaynının və təkmilləşdirilməsinin yeni potensial yollarını göstərir ki, bu da neft mədəçilik sənayesində daha səmərəli və etibarlı həllər təklif etməyə imkan verir.
Keywords: paker, kipləşdirici element, özlü-plastik kütlə, plastik deformasiya, lay temperaturu
-
BEYNƏLXALQ BİZNES SAHƏSİNDƏ İNSAN RESURSLARINA QOYULAN İNVESTİSİYA VƏ ONUN ƏHƏMİYYƏTİ
Authors: Vəfa Mehdiyeva
DOI: https://doi.org/10.36962/pahtei45102024-16
Year: 2024 Pages: 151-159
Show abstract
Abstract: Dünya iqtisadiyyatının modernləşdirilməsi özü ilə bir çox yeni imkanlar gətirmişdir. Dünya ölkələrində, eyni zamanda Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri də, məhz müasir yüksək texnologiyalı istehsalda, iqtisadi sahələrin inkişaf etdirərək, iqtisadiyyatın modernləşdirilməsinə nail olmaqdır. Bunun üçün Azərbaycan Respublikasında dövlət siyasətinin əsas istiqamətində yüksək texnologiyalı istehsalda, innovativ üsullardan istifadə etməkdir. İnsan kapitalı rəqəmsallaşma şəraitində geniş və uğurlu innovativ inkişafı təmin edən, ən mühüm amillərdən biri hesab edilir. Mövzunun aktuallığını nəzərə alaraq məqalədə, sahibkarlıq subyektlərinin uzunmüddətli inkişafını təmin etmək məqsədilə, insan kapitalına qoyulan investisiyaların təhlilindən bəhs edilir. Məqalədə, beynəlxalq biznes sahəsində, İnsan Resurslarına qoyulan investisiyanın əhəmiyyəti tədqiq edilmişdir. Ölkədə biznes sahələrinin innovativ fəaliyyətinə insan resurslarının təsirini müəyyən edən korrelyasiya-reqressiya modelindən istifadə edilməsi təklif olunmuşdur.
Keywords: İnsan Resursları, insan kapitalı, beynəlxalq subyektlər, beynəlxalq biznes, investisiya, əmək resursları, intellektuallaşma
-
SƏNAYE MÜƏSSİSƏLƏRİNİN TEXNOLOJİ VƏ RƏQƏMSAL TƏHLÜKƏSİZLİYİNİN MÖVCUD VƏZİYYƏTİ
Authors: Atif Novruzov, Nübar Nəcəfzadə
DOI: https://doi.org/10.36962/pahtei45102024-17
Year: 2024 Pages: 160-167
Show abstract
Abstract: Azərbaycan və qlobal miqyasda sənaye müəssisələri rəqəmsal texnologiyaların tətbiqi nəticəsində əməliyyatlarını optimallaşdırsalar da, rəqəmsallaşmanın gətirdiyi kibertəhlükələr və texnoloji risklər artır. Əsas problemlərə avtomatlaşdırılmış sistemlərin zəifliyi, artan kiberhücum təhlükəsi və məlumatların mühafizəsi tədbirlərinin qeyri-adekvatlığı daxildir. Bundan əlavə, məqalədə rəqəmsal təhlükəsizlik sahəsində ixtisaslı kadr çatışmazlığı, tənzimləyici çərçivələrdəki boşluqlar və daha möhkəm təhlükəsizlik sistemlərinə olan tələbatdan bəhs olunur. Nəticələr inkişaf edən rəqəmsal təhdidlər qarşısında sənaye əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini təmin etmək üçün işçi qüvvəsinin təliminin təkmilləşdirilməsi, hüquqi standartların təkmilləşdirilməsi və qabaqcıl qlobal təcrübələrin qəbul edilməsinin zəruriliyini vurğulayır. Sənaye sahələrində rəqəmsallaşmanın getdikcə genişləndiyi bir şəraitdə, müəssisələrin rəqəmsal və texnoloji təhlükəsizlik tədbirlərini gücləndirməsi, həm yerli, həm də beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin qorunması üçün vacibdir. Məqalənin aktuallığı məhz bu təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün təklif olunan həllərin təhlili və gələcəkdə baş verə biləcək risklərin minimallaşdırılması ilə bağlıdır.
Keywords: sənayenin rəqəmsallaşdırılması, rəqəmsal iqtisadiyyat, sənaye təhlükəsizliyi
-
NEYROCƏRRAHİYƏDƏ İNTELLEKTUAL NƏZARƏT SİSTEMLƏRİNİN ÜSTÜNLÜKLƏRİ
Authors: Aytən Hətəmova, Yelena Rəhimova
DOI: https://doi.org/10.36962/pahtei45102024-18
Year: 2024 Pages: 168-175
Show abstract
Abstract: Son illərdə intellektual nəzarət sistemləri ətrafında müzakirələrin əhəmiyyətli dərəcədə artması ilə yanaşı, gündəlik həyatın müxtəlif sahələrində, o cümlədən tibb sahəsində onun praktik tətbiqləri də artmışdır. Xüsusilə, yüksək ixtisaslaşmış neyrocərrahiyyə sahəsində intellektual nəzarət sistemləri, fərdi diaqnoz, əməliyyatdan əvvəl qiymətləndirmə və cərrahi dəqiqliyin artırılması üçün istifadə olunur. Uğurlu əməliyyatlar xəstələr üçün faydalı olsa da, səhvlər istənməyən nəticələrə və bəzən zərərli nəticələrə səbəb ola bilər. Süni intellekt sistemləri, cərrahiyyə zamanı vital əlamətlər, beyin fəaliyyəti və hətta cərrahi alətlər kimi bir çox mənbədən gələn məlumatları analiz edən diqqətli köməkçilər kimi fəaliyyət göstərir. Bu məlumat, cərrahları mümkün komplikasiyalar barədə real vaxtda xəbərdar etmək, fərdi xəstə anatomiyasına əsaslanaraq optimal cərrahi strategiyalar təklif etmək və hətta müalicələrə fərdi reaksiyaları proqnozlaşdırmaq üçün istifadə edilə bilər. Neyrocərrahiyyə sahəsində artıq bir sıra intellektual nəzarət sistemləri tətbiqləri təqdim olunmuşdur və yaxın gələcəkdə daha çox tətbiqin olması gözlənilir. Nəticədə, texnika və texnologiyanın inkişafına uyğunlaşmaq və hər bir xəstənin baxımını fərdiləşdirmək bizim məsuliyyətimizdir. Gələcəkdə intellektual nəzarət sistemlərinə kor-koranə etibar etmək əvəzinə, neyrocərrahların onu dərindən başa düşməsi və daha geniş istiqamətlərdə tətbiq etmək üçün istifadə etməsi vacibdir. İntellektual nəzarət sistemlərinin daha geniş tətbiqi olunması əməliyyat proseslərini daha təhlükəsiz və səmərəli edəcəyi gözlənilir. Bu sistemlərin inteqrasiyası və tətbiqi cərrahların iş yükünü əhəmiyyətli dərəcədə azalda və xəstə baxımı və müalicə proseslərinin keyfiyyətini artıra bilər.
Keywords: Süni intellekt, neyrocərrahiyə, intellektual nəzarət sistemləri, əməliyyat
-
NEFT EMALI SƏNAYE TULLANTILARINDAN SƏMƏRƏLİ İSTİFADƏNİN TƏDQİQİ
Authors: Ayxan Musayev, Səmədağa Rizvanlı, Yeganə Sadıqova
DOI: https://doi.org/10.36962/pahtei45102024-19
Year: 2024 Pages: 176-187
Show abstract
Abstract: Təqdim edilən məqalədə neft emalı sənaye tullantılarından səmərəli istifadənin tədqiqinin aparılması üçün yanaşmalarının və zəruriliyinin vacibliyinin öyrənilməsinə baxılmışdır. Neft emalı sənayesi müəssisələrində təkrar emaldan sonra əldə olunan potensial əlavə dəyərli məhsulların müəyyən edilməsi məqsədilə neft hasilatı, neft emalı və neft kimyası proseslərini daim nəzərdən keçirmək vacib şərtlərdən biridir. Tədqiqat mövzusunun aktuallığı ondan ibarətdir ki, neft axınlarının, neft dağılmalarının və atqılarının basdırılması və yandırılması yolu ilə utilizasiyasının təkrar emalıdır. Sənaye müəssisələrində təkrar emal zamanı çirkab sular çox zaman ətraf mühitə neqativ təsirlər göstərir. Neft məhsullarından həmçinin mexaniki çirklərdən (gil, metal oksidləri, qum və s.) və sudan ibarət mürəkkəb fiziki-kimyəvi və çox komponentli, sabit qarışıqlar, həmçinin utilizasiya olunduqda belə toksikliyi azaltmaq üçün əlavə emal tələb olunur. Bu tədqiqatın metodoloji hissəsinin əsasını konseptual və nəzəri ümumiləşdirmə təşkil edir. Neft hasilatı sənayesi müəssisələrinin tullantılardan istifadə tədqiqi bilavasitə tullantıların emalı texnologiyasından və tərkibindən asılıdır. Burada sənaye müəssisələrində yağlı tullantıların emalı üçün vacib ekoloji və iqtisadi vəzifə ekoloji cəhətdən təmiz və qənaətcil texnologiyalardan istifadəyə, komponentlərin təmizlənməsi, təkrar emalı və təkrar istifadəsi üçün standart avadanlıq və az tullantı texnologiyasından istifadəsinin istiqamətinə yönəldilmişdir. Neft sənayesi təkcə Azərbaycanın iqtisadiyyatının ən əhəmiyyətli sektorları siyahısında deyil, həm də ekoloji cəhətdən ən təhlükəli sənayelər arasında birinci yerdədir. Bəşəriyyət üçün əvəzolunmaz olan neft məhsulları ətraf mühitə zərərli təsir göstərə bilər, neft yataqları partlayış və yanğın təhlükəli obyektlərdir. Tullantıların keyfiyyət tərkibi istehsal olunan kommersiya neft məhsullarının növləri və istifadə olunan texnologiyalarla müəyyən edilir.
Keywords: neft emalı, tullantıların təkrar emalı, tullantıların idarə olunması, neft və qaz təhlükəsizliyi, ekologiya, sənaye tullantıları
-
TİBBİ MÜƏSSİSƏLƏRDƏ AVADANLIQ VƏ MEXANİZMLƏRİN TƏHLÜKƏSİZLİK TEXNİKASI
Authors: Fəxrəddin Ağayev, Kənan Mustafayev
DOI: https://doi.org/10.36962/pahtei45102024-20
Year: 2024 Pages: 188-195
Show abstract
Abstract: Ən son elmi inkişaflar əsasında yaradılan müasir tibbi avadanlıqlar olmadan yüksək texnoloji tibbin inkişafı mümkün deyil, buna görə də səhiyyə modernləşdirmə proqramlarının həyata keçirilməsi çərçivəsində Klinik Xəstəxananın instrumental parkının yenilənməsinə xüsusi diqqət yetiririk. Süni intellekt tibb müəssisələrinin idarə edilməsində, xəstə qəbulu cədvəlinin planlaşdırılmasında, çamaşırxananın işindən tutmuş xəstəxana ehtiyatlarının doldurulmasına və düzgün istifadəsinə qədər müxtəlif texniki məsələlərdə uğurla tətbiq olunur. Süni intellekt xəstələrin vəziyyətini izləyən milyonlarla daşınan bilən cihazı izləyə bilir. Sapmalar olduqda, həyati təhlükəli vəziyyətlərin qarşısını almaq üçün müvafiq tədbirlər görürlər. Gördüyünüz kimi, Sİ biosensoru ilə belə bir əlaqə varsa, sakit ola bilərsiniz ki, Kömək dərhal çağırılacaq və sensorun içərisində bir aktuator varsa (mikroşəbəkə), briqada gəlməmişdən əvvəl göstərilmişdir. Tibbi cihazlar - klinik tibbdə və tibbi tətqiqatlarda istifadə edilən bütün növ cihaz, aparat və sistemlərdir. İstifadə edilən avadanlığın növündən asılı olaraq tibbi texnikanın istismarına olan tələb və təhlükəsizlik qaydaları dəyişir.
Keywords: Tibbi cihaz,elektrtrik kardio qrama EKQ, Tibb texniki təhlükəsizlik
-
КРИТЕРИИ ОЦЕНКИ ЭФФЕКТИВНОСТИ ИННОВАЦИОННОЙ ДЕЯТЕЛЬНОСТИ ПРЕДПРИЯТИЙ В СОВРЕМЕННЫХ УСЛОВИЯХ
Authors: Натаван Ибрагимова, Туран Бахышев
DOI: https://doi.org/10.36962/pahtei45102024-21
Year: 2024 Pages: 196-206
Show abstract
Abstract: В условиях современного рынка инновационная деятельность организаций становится ключевым фактором их конкурентоспособности и устойчивого развития. Цель данного исследования заключается в совершенствовании методик анализа эффективности инновационной деятельности организаций, что способствует более глубокому пониманию ее влияния на финансовые и экономические результаты. В работе предложен комплекс экономических показателей, которые позволяют оценить рыночную привлекательность инновационных идей и готовность предприятий к их внедрению. Эти показатели служат инструментом для анализа финансово-экономических перспектив компаний, а также для прогнозирования потенциала инновационных продуктов на рынке. Ключевыми аспектами оценки являются не только потенциальная доходность, но и риски, связанные с внедрением новых технологий. Также в статье разработаны методики, которые позволяют оценить влияние инноваций на хозяйственную деятельность организаций. Эти методики позволяют рассчитать темпы роста основных экономических показателей, таких как выручка, прибыль, рентабельность и другие, что дает возможность руководству принимать обоснованные решения в области инвестирования в инновации. В заключительной части статьи акцентируется внимание на важности учета коммерческой и внутрифирменной эффективности инвестирования проектов. Это стало возможным благодаря разработанному механизму комплексной оценки внедрения инноваций на предприятии. Данный механизм позволяет не только оценить коммерческую эффективность внедрения инноваций, но и исследовать влияние новых технологий на внутрифирменные результаты, такие как производительность труда, организационные процессы и качество управления. Таким образом, предложенные методики и механизмы анализа создают условия для более целенаправленного и обоснованного инвестирования в инновационные проекты, что в свою очередь способствует повышению конкурентоспособности организаций и их устойчивому развитию на рынке.
Keywords: инновация, критерии эффективности инноваций, эффективность деятельности предприятия, оценка инноваций, современная бизнес-среда
-
ALTERNATİV VƏ BƏRPA OLUNAN ENERJİNİN SEÇİLMƏSİ MƏSƏLƏSİNİN HƏLLİNDƏ İSTİFADƏ OLUNAN ÇOXMEYARLI QƏRAR QƏBULETMƏ ÜSULLARININ HƏSSASLIQ ANALİZİ
Authors: Nərmin Həsənli
DOI: https://doi.org/10.36962/pahtei45102024-22
Year: 2024 Pages: 207-217
Show abstract
Abstract: Bərpa olunan enerjilərin növlərini qiymətləndirmək üçün, alternativlərin etibarlığını yoxlamaq və meyarların çəkisinin dəyişməsinə həssas olan meyarları müəyyən etmək üçün həssalıq analizindən istifadə olunur. Meyarlara xarici təsirlərin olması bərpa olunan enerji mənbələrinın vəziyyətinə təsir edir. Məqalə bərpa olunan enerjinin seçilməsi məsələsinin çoxmeyarlı qərar qəbul etmə üsullarından olan TOPSİS, AHP,VİKOR,COPRAS,ELECTRE, PROMETHEE, ARAS ilə alınan nəticələrinin dayanıqlığını və etibarlılığını qiymətləndirməkdə həssaslıq təhlilinin əhəmiyyətini vurğulayır.
Keywords: bərpa olunan enerji, çox meyarlı qərar qəbuletmə üsulları, həssaslıq analizi
-
BİOLOJİ TOXUMALARIN İMPEDANSININ ÖLÇMƏ SİSTEMİ
Authors: Akif Xıdırov, Nərmin Qədirova
DOI: https://doi.org/10.36962/pahtei45102024-23
Year: 2024 Pages: 218-228
Show abstract
Abstract: Bioloji toxumaların impedansının dəqiq ölçülməsi bir çox biotibbi tətbiqlərdə, o cümlədən toxumaların xassələrinin öyrənilməsində, diaqnostikasında və tibbi cihazların kalibrlənməsində çox vacibdir. Ənənəvi impedans ölçmə üsulları çox vaxt küy və maneələr, elektrodların polyarizasiyası və ətraf mühitin təsirləri səbəbindən qeyri-dəqiqliyə məruz qalır. Məqalədə bioloji toxumaların impedansını yüksək dəqiqliklə ölçmək üçün təkmilləşdirilmiş sistem təqdim olunur. Sistem LabVİEW və MATLAB mühitlərində simulyasiya edilmiş, bioloji toxumaların impedansının Cole modelinin informativ parametrləri qiymətləndirilmişdir. Sistem yüksək dəqiqlikli siqnal generasiyasını, adaptiv filtrasiyanı və ölçmə artefaktlarının real vaxt rejimində korreksiyasını özündə birləşdirir. Alınmış nəticələr bioloji toxumaların impedansının ölçmə dəqiqliyinin artdığını nümayiş etdirir. Bu da təqdim edilən xarakteristikalara malik sistemlərin klinik və biotibbi tədqiqatlar üçün tətbiqinin effektiv ola biləcəyini vəd edir.
Keywords: İmpedans, bioloji toxumalar, Elektrik İmpedans Spektroskopiyası, ekvivalent elektrik sxemi, işçi siqnalın generasiyası
-
CƏNUB QAZ DƏHLİZİNİN CARİ VƏZİYYƏTİ VƏ İNKİŞAFI PERSPEKTİVLƏRİNİN ANALİTİK TƏHLİLİ
Authors: Ramiz İsmayılov, Türkan Guliyeva
DOI: https://doi.org/10.36962/pahtei45102024-24
Year: 2024 Pages: 229-239
Show abstract
Abstract: Hal-hazırda Azərbaycan Avropanın qaza olan tələbatının Rusiyadan asılılığını aşağı salınması və qaz kəmərləri marşrutlarının diversifikasıyası baxımından mühüm yer tutur. Ölkənin qaz ehtiyatlarının proqnoz qiymətləri, real hasilatın həcmi və yaradılmış mövcud infrastruktur, siyasi stabillik və son illərdəki layihələrdə iştirakı, onu etibarlı tərəfdaş kimi göstərmiş və bir mənalı qəbul olunmuşdur. Təbii qazın Avropaya çatdırilması Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilir və bu məqalədə həmin dəhlizin çari fəaliyyəti və perspektiv inkişafı istiqamətləri təhlil olunmuşdur. Təhlil etibarlı mənbələrə istinad edən məlumatlar əsasında aparılmış, hasilatın, daxili tələbatın və ixrac olunan qazın həcmlərin dinamikası təhlil olunmuş və yaxın illər üçün müvafiq proqnoz qiymətlər alınmışdır. Aparılmış tədqiqatların nəticələri əsasında müəyyən olunmuşdur ki, “Şah Dəniz Faza-2” layihəsi üzrə işlərin tamamlanması, perspektiv “Abşeron yatağının” hasilata daxil olunması və Tükmənistan qazının Cənub Qaz Dəhlizi ilə nəql olunması perspektivi, Avropaya ixrac oluna biləcək təbii qazın həcminin xeyli artırılması real görünür və aparılan hesablamalarla təsdiqlənir.
Keywords: Cənub Qaz Dəhlizi, təbii qaz, təchizat zənciri, boru kəmərləri, ötürmə qabiliyyəti, proqnozlaşdırma
-
AVTOMATİK İDARƏETMƏ SİSTEMLƏRİNİN DAYANIQLIQ MƏSƏLƏLƏRİ
Authors: Səidə Kərimova, Şükufə İsmayılova
DOI: https://doi.org/10.36962/pahtei45102024-25
Year: 2024 Pages: 240-248
Show abstract
Abstract: Məqalədə avtomatik idarəetmə sistemlərinin (AİS) dayanıqlıq məsələlərinə baxılır. Avtomatik idarəetmə sisteminin dayanıqlığı, müəyyən təsiredici amillərin bu sistemə təsir etdikdən sonra sistemin avtomatik olaraq ilkin tarazlıq vəziyyətinə qayıtmasının əsas xüsusiyyətidir. Başqa sözlə, bu, sistemin xarici təsirlərə qarşı dayanıqlığını və yerinə yetirdiyi iş qabiliyyətini qorumaq xüsusiyyətidir. Dyanıqlıq məsələsi sistemin qeyri-stabilliyi, xüsusilə aviasiya, enerji və sənayenin bu kimi müxtəlif sahələrdə gözlənilməz və təhlükəli nəticələrin qarşısını almaq məqsədi daşıyır. Dayanıqlı sistem verilmiş funksiyaların daha dəqiq yerinə yetirilməsini təmin edir və ehtimal oluna bilən uğursuzluğa daha az meyllidir və insan müdaxiləsi olmadan uzun müddət işləyə bilərlər. AİS-lərin dayanıqlığının təyin edilməsi məsələsində əsasən sistemlərdə baş verən keçid prosesləri zamanı yaranan səhvlərin təyin olunması mühüm yer tutur [1, 4]. Qərərlaşmış səhv, giriş siqnalı (verilən qiymət) ilə giriş siqnalının arasındakı fərq ilə müəyyən edilir. Bundan əlavə, sistemdə yaranan səhv müxtəlif tipli giriş siqnallarından asılıdır, belə ki, bu giriş siqnalları pilləvari, xətti və s. tipli ola bilərlər. Qeyd olunmalıdır ki, qərəqlaşmış səhvin analizi yalnız dayanıqlı sistemlər üçün faydalıdır. Yəni, sistemdəki səhvi araşdırmazdan əvvəl həmin sistemin dayanıqlığı müəyyənləşdirilməlidir. Məqalədə, həmçinin sSistemdəki xətanın hesablanması məsələsinə baxılmışdır. MATLAB/Simulink proqramından istifadə etməklə AİS-də yaranan səhvin aşkar edilməsinə aid alqoritmlər tərtib edilir. AİS-lərin dayanıqlıq məsələlərinin araşdırılmasında PİD (Mütənasib-İnteqrallayıcı-Diferensiyallayıcı) tənzimləyici vasitəsilə müxtəlif növ gücləndirmə əmsallarının ayarlanması məsələsi araşdırılr [3].
Keywords: avtomatik idarəetmə sistemi, keçid prosesi, həyəcan təsiri, MATLAB, Simulink, ötürmə funksiyası, gücləndirmə əmsalı, tənzimləyici
-
PROPİLENİN OKSİDLƏŞMƏ REAKSİYASINDA BİNAR VOLFRAM-VANADİUM OKSİD KATALİZATORLARININ AKTİVLİYİNİN SƏTHİN TURŞULUQ XASSƏLƏRİNDƏN ASILILIĞI
Authors: Mahirə Əliyeva, Süsən Qurbanlı, Vaqif Bağıyev
DOI: https://doi.org/10.36962/pahtei45102024-26
Year: 2024 Pages: 249-256
Show abstract
Abstract: Propenin bir sıra ikili volfram-vanadium oksid katalizatorlarında oksidləşmə reaksiyası tədqiq edilmişdir. Bu məqsədlə atomik nisbəti 1:9-dan 9:1-ə qədər olan bir sıra ikili volfram-vanadium oksid katalizatorları sintez edilmişdir. Məlum olmuşdur ki, tədqiq olunan katalizatorlarda propenin oksidləşmə reaksiyasının əsas məhsulu sirkə turşusudur, yan məhsullar kimi isə karbon qazı, aseton və asetaldehid əmələ gəlir. Göstərilmişdir ki, reaksiya məhsullarının çıxışlarına həm temperatur, həm də vanadium-volfram oksid katalizatorunun tərkibi güclü təsir göstərir. Reaksiya temperaturu artdıqca sirkə turşusu, aseton və asetaldehidin çıxışları maksimumdan keçir, karbon qazının çıxışı isə reaksiya temperaturu artdıqca yavaş-yavaş artır. Müəyyən edilmişdir ki, volfram-vanadium oksid katalizatorlarının aktivliyi onların tərkibindən də asılıdır. Göstərilmişdir ki, Binar katalizatorun tərkibindəki vanadiumun miqdarı artdıqca propenin çevrilməsi, sirkə turşusu, asetaldehid və asetonun çıxımları azalır, karbon qazının çıxımı isə maksimumdan keçir. Bu işdə ikili volfram-vanadium oksid katalizatorlarının turşu xassələri də buten-1 izomerləşmə reaksiyasının trans və sis buten-2-yə çevrilməsi metodu ilə öyrənilmişdir. Məlum olmuşdur ki, volfram-vanadium oksid katalizatorları üçün buten-2 çıxışı katalizatorun tərkibindən asılı olaraq iki maksimuma malikdir. Birinci maksimum W-V=2-8 katalizatorunda, ikinci maksimum isə W-V=7-3 katalizatorunda müşahidə edilir. Biz həmçinin ikili volfram-vanadium oksid katalizatorlarının aktivliyini onların turşu xassələri ilə müqayisə etdik. Məlum olmuşdur ki, buten-1-in buten-2-yə izomerləşmə reaksiyasında volfram-vanadium oksid katalizatorlarının aktivliyinin artması propenin çevrilməsi, sirkə turşusu və karbon qazının çıxışının az miqdarda artmasına gətirib çıxarır. Bu da propenin ikili volfram-vanadium oksid katalizatorlarında oksidləşmə reaksiyasının zəif turşu təbiətli mərkəzlərdə baş verdiyini göstərir.
Keywords: Propilen, oksidləşmə, sirkə turşusu, binar katalizatorlar, vanadium oksid
-
METHODS OF RİSK ANALYSİS AND FORECASTİNG İN THE PROCESS OF STRATEGİC MANAGEMENT
Authors: Fuad Guliyev, Aytek Alasgarova
DOI: https://doi.org/10.36962/pahtei45102024-27
Year: 2024 Pages: 257-266
Show abstract
Abstract: The process of predicting the future of organizations and defining goals and objectives is broadly categorized during strategic management. There is a widespread view that strategic management is the key to business success in any sector. Organizations should make plans and then manage their implementation. Unforeseen risks are low probability and high impact events that can have serious negative effects on organizations. Therefore, such risks should also be taken into consideration. Unforeseen risks should be determined with strategic management and evaluated by considering their possible impact on the organization's long-term plans. A good strategy and risk management system is an important governance element for increasing the strategic, operational and human resource performance of organizations. However, organizations make mistakes in strategy and risk management activities and thus cannot see the benefits they expect to obtain from the systems. With the right risk management application, errors that may be encountered in activities will be prevented and success in corporate management will be achieved. Organizations that want to implement or develop risk management activities should establish a strong conceptual foundation before starting risk management activities. When determining the current situation, the status of the organization, the sector in which it operates and the environment of the sector are understood. An internal and external audit should be carried out to best understand the foundation of the organization and how competitive the organization can be. This stage includes an in-depth analysis of the strengths and weaknesses of the organization. Correct analysis of the organization is extremely important as it helps the next steps in organizational management. The continuity of the organization, the direction the organization wants to go and the opportunities that the organization should evaluate are the basic elements that the analysis should focus on. External and internal factors that affect the organization's work are also included in the analysis. At this stage, PESTLE, SWOT and brainstorming methods are generally used to identify risks. When institutions create risk logs, they can classify risks to manage them more easily. Using PESTLE analysis, it can contribute to risk management by classifying risks into specified elements.
Keywords: risk, method, company, strategy, impact, management, plan, financial situation
-
METHODS OF INCREASING THE PROTECTION RELIABILITY OF THE STATOR CIRCUIT IN GENERATORS
Authors: Ilkin Marufov, Kubra Mukhtarova
DOI: https://doi.org/10.36962/pahtei45102024-28
Year: 2024 Pages: 267-273
Show abstract
Abstract: Measures to increase protection reliability of generators are analyzed in the article. Based on the research, it was determined that damage to generators can be caused by various reasons. These include the effects of current flowing from an external source as well as currents generated within the generators. First of all, it should be noted that in order to limit these currents, the neutral point of the generators must be earthed. Also, referring to various literatures, phase differential, ground differential, overcurrent and half-harmonic input protection methods were analyzed in order to increase the protection reliability of the generator stator winding.
Keywords: Generators, stator winding, currents, short circuits, protection methods, power system, differential protection
-
MANUFACTURING METHODS OF FIBER REINFORCED POLYMER COMPOSITES
Authors: Kamala Ismayilova, Nurlan Gurbanov, Yusif Tanriverdiyev
DOI: https://doi.org/10.36962/pahtei45102024-29
Year: 2024 Pages: 274-284
Show abstract
Abstract: Before talking about polymer matrix composites, it is necessary to examine the structure of composite materials and to get to know composite materials. When we look at composite materials; composites are considered one of the most important members of the advanced material group. Composites; are artificial materials formed by combining two or more materials at a macro level in order to collect their properties in a single material while preserving their components. Polymer matrix composite materials are used in many areas today. For the production of polymer matrix composites, it is necessary to select the appropriate matrix reinforcement and additional materials and to structure these materials correctly. One of the most important steps during production is polymerization. There are various methods that can be used when producing polymer matrix composites. These methods can be listed as; hand lay-up method, spray method, press molding method, transfer molding method, vacuum molding method, cold molding method, autoclave molding method, filament winding method and matrix injection method.
Keywords: polymer composites, fiber-reinforced composites, particle-reinforced composite
-
ULTRASƏS GÖRÜNTÜNÜN KEYFIYYƏTI VƏ DƏQIQLIYINDƏ DINAMIK DIAPAZON SEÇIMLƏRININ ƏHƏMIYYƏTI
Authors: Sevinc Abdullayeva, Təhminə Əsədli
DOI: https://doi.org/10.36962/pahtei45102024-30
Year: 2024 Pages: 285-293
Show abstract
Abstract: Ultrasəs görüntüləmə müasir tibbdə vacib bir diaqnostik vasitədir və əldə edilən görüntülərin keyfiyyəti və dəqiqliyi bir sıra amillərdən, o cümlədən dinamik diapazon seçimlərindən asılıdır. Dinamik diapazon, ultrasəs görüntüləməsində, toxumalardan alınan əks-sədaların amplitudalarının arasındakı fərqi ifadə edir. Dinamik diapazon peşəkar ultrasəs cihazlarında bir nəzarət funksiyasıdır və sensor tərəfindən aşkarlanan ən güclü və ən zəif eko siqnalları arasındakı amplituda (güclü) aralığını nəzərdə tutur. Ultrasəs sensorunun dinamik diapazonu, həm çox güclü, spesular əks olunmalarını, həm də toxuma içərisindəki tekstura ilə bağlı çox zəif, səpələnmiş əks olunmaları aşkar etmək üçün geniş (tipik olaraq 60 dB) olmalıdır. Monitorun dinamik diapazonu - ultrasəs mütəxəssisinə təqdim edə biləcəyi amplituda aralığı - isə daha kiçikdir (tipik olaraq 20 dB). Buna görə də, alınan bütün məlumatların dolğun şəkildə nümayiş etdirilməsi üçün ultrasəs cihazı, 60 dB diapazondakı əks olunmaları yalnız 20 dB-ə sıxışdırmalıdır (Hoskin, Martin & Thrush, 2010). Bu, qeyri-xətti gücləndirmə vasitəsilə, yəni zəif əks olunmaları daha güclü olanlarla müqayisədə artırmaq mümkündür. Həmçinin dinamik diapazon seçimlərindən əlavə, ultasəs dalğalarının müxtəlif mühitlərdə yayılma sürətlərini bilmək də önəmli amildir. Daha yaxşı görüntü keyfiyyətinin alınması, səs-küyün azaldılması və müxtəlif toxumalar üçün optimallaşdırma, düzgün diaqnoz və effektiv klinik nəticələr üçün vacibdir. Bu texnologiyanın potensialından maksimum yararlanmaq üçün ultrasəs mütəxəssislərinin bu seçimləri düzgün başa düşməsi və təlim alması olduqca önəmlidir.
Keywords: Dinamik diapazon, avtomatik tənzimləmə, ultrasəs, görüntü keyfiyyəti
-
XƏZƏR DƏNİZİ SUYUNUN HİBRİD ŞİRİNLƏŞDİRMƏ TEXNOLOGİYASININ PRİNSİPİAL SXEMLƏRİ
Authors: Cahan Əhmədova, Ləman Səmədova, Ülkər Rəhimli
DOI: https://doi.org/10.36962/pahtei45102024-31
Year: 2024 Pages: 294-302
Show abstract
Abstract: Məqalədə Xəzər dənizi suyunun şirinləşdirilməsində əks-osmos (ƏO) və membran distillə (MD) üsullarının hibridləşdirilməsi məsələlərinə baxılmışdır. Membran distillə mərhələsinin bəsləyici suyu əks-osmosun konsentratıdır. Təklif olunan sxemlərdə konsentratın 50÷80℃-dək qızdırılması qazan qurğularının yanma məhsullarının tullantı istiliyi hesabına və ya günəş energetik qurğuları hesabına aparıla bilər. Membranların üzərində kalsium karbonat (CaCO3) və kalsium sulfat (CaSO4) ərplərinin yaranmasının qarşısını almaq məqsədilə nanosüzülmə (NS) və ya Na-kationlaşdırma təklif olunur. Bu istiqamət üzrə öncə aparılan tədqiqatlara əsaslanaraq təyin olunmuşdur ki, yanma məhsullarının istiliyi hesabına işləyən sxem üzrə NS və ƏO mərhələlərinin permeatlarının konversiyası 70 % olduqda ƏO və MD membranlarının üzərində kalsium çöküntülərinin yaranması təhlükəsi aradan qaldırılır, NS membranlarının üzərində çökməsi isə proqnozlaşdırılır. Bu problemin həllində antiskalantlardan (AS) istifadə etmə zərurəti yaranır. Qeyd etmək vacibdir ki, AS-dən istifadə ətraf mühitin ekologiyasına neqativ təsir göstərir. Na-kationlaşdırma üsulundan istifadə etməklə AS-lərin tətbiqini aradan qaldırmaq mümkündür. Müəyyən olunmuşdur ki, NS və ƏO-nun 80 %-li permeat çıxımında bütün emal mərhələlərində CaSO4 ərpinin yaranmasının qarşısını almaq məqsədilə dəniz suyunun codluğunu 16 mq-ekv/dm3-dan 5 mq-ekv/dm3-dək azaltmaq kifayətdir [1].
Keywords: Şirinləşdirmə, Tullantı istilik, Günəş enerjisi, Nanosüzülmə, Na-kationlaşdırma, Əks-osmos, Membran distillə, Hibrid sxemlər, Ekoloji səmərəlilik
-
EMAL SƏNAYESI MÜƏSSISƏLƏRININ RƏQABƏT QABILIYYƏTININ STRATEJI IDARƏ EDILMƏSI
Authors: Atif Novruzov, Rəşad Əlirzayev
DOI: https://doi.org/10.36962/pahtei45102024-32
Year: 2024 Pages: 303-313
Show abstract
Abstract: Məqalə iqtisadi siyasətin ən mühüm vəzifələrindən biri olan, onun milli təhlükəsizliyini böyük ölçüdə müəyyən edən istehsal müəssisələrinin rəqabətqabiliyyətliliyinin təmin edilməsi probleminə həsr edilmişdir. Məqalədə rəqabət qabiliyyətinin ən əhatəli təhlilini təmin edən üç əsas yanaşma müzakirə olunur. Tədqiqatın məqsədi əsas kateqoriyaların mahiyyətini açmaqdan ibarətdir: rəqabətqabiliyyətliliyin idarə edilməsi, rəqabət qabiliyyətinin idarə edilməsinin predmeti, rəqabətqabiliyyətliliyin idarə edilməsinin məqsədləri, rəqabətqabiliyyətliliyin idarə edilməsinin texnolojiləşdirilməsi forması, rəqabətqabiliyyətliliyin idarə edilməsi funksiyalarının həyata keçirilməsi üsulları; istehsal müəssisələrinin rəqabət qabiliyyətinin idarə edilməsinin təşkilinə mövcud yanaşmalar. Rəqabətqabiliyyətlilik məsələsinə həsr olunmuş yerli və xarici alimlərin əsərlərinin məzmun təhlili aparılmışdır. Belə nəticəyə gəlinir ki, müəssisənin rəqabət üstünlüklərinin miqyasının istehsal resurslarının məcmusunun kəmiyyət və keyfiyyət xüsusiyyətlərindən asılılığı rəqabətqabiliyyətliliyin idarə edilməsi alqoritminə istehsal resurslarının qiymətləndirilməsi mərhələsinin daxil edilməsini tələb edir. Məqalədə müəssisənin rəqabətqabiliyyətliliyinin idarə edilməsinin müxtəlif üsullarından bəhs edilir, həmçinin idxalı əvəzetmə siyasətinin həyata keçirilməsi kontekstində sənaye müəssisəsinin rəqabət qabiliyyətinin idarə edilməsi mexanizmi işlənib hazırlanıb və aşağıdakı elementləri ehtiva edir: müəssisə; müəssisənin strateji məqsədləri; transformasiya sahəsi; rəqabət qabiliyyətinin artırılması yolları; xarici və daxili mühit amilləri; operativ idarəetmə, sənaye müəssisəsinin rəqabətqabiliyyətlilik səviyyəsinin qiymətləndirilməsi; əldə edilən dəyişikliklər və praktiki nəticələr. Bazarı formalaşdıran müasir şəraitdə iqtisadi inkişafın mərkəzi halqaları mülkiyyət münasibətləri, tələb və təklif və rəqabətdir. İstehsal sənayesi müəssisələri texnologiya və təşkilati idarəetmə strukturuna görə oxşardır. Onların müxtəlif istehsal vasitələri və amilləri var: maddi-texniki, maliyyə və insan resursları, investisiya kapitalı. Nəticə etibarı ilə rəqabət alətləri istehsal amilləri və vasitələrindəki fərqlərdir, Tədqiqatın məqsədi əsas kateqoriyaların mahiyyətini açmaqdan ibarətdir: rəqabətqabiliyyətliliyin idarə edilməsi, rəqabət qabiliyyətinin idarə edilməsinin predmeti, rəqabətqabiliyyətliliyin idarə edilməsinin məqsədləri, rəqabətqabiliyyətliliyin idarə edilməsinin texnolojiləşdirilməsi forması, rəqabətqabiliyyətliliyin idarə edilməsi funksiyalarının həyata keçirilməsi üsulları; istehsal müəssisələrinin rəqabət qabiliyyətinin idarə edilməsinin təşkilinə mövcud yanaşmalar.
Keywords: sənaye müəssisəsi, istehsal strategiyası, istehsal strategiyasının elementləri, yanaşma, texnolojiləşdirmə, metodologiya, rəqabət üstünlükləri, rəqabət səviyyəsi
-
SU TƏCHİZATI SİSTEMLƏRİNDƏ ENERJİYƏ QƏNAƏTLİ NASOSLARDAN İSTİFADƏNİN SƏMƏRƏLİLİYİ
Authors: Cəvahir Qasımova, Elçin Məmmədov
DOI: https://doi.org/10.36962/pahtei45102024-33
Year: 2024 Pages: 314-325
Show abstract
Abstract: Su təchizatı sistemlərində enerjiyə qənaət edən nasosların istifadəsinin səmərəliliyini və iqtisadi faydası təhlil edilmişdir. Su təchizatı sistemləri, yüksək enerji istehlakı ilə bağlı mühüm infrastruktur sahələrindən biridir və nasoslar bu sistemlərin ən böyük enerji tələblərini yaradan komponent hesab edilir [1]. Bu səbəbdən, enerjiyə qənaət edən nasos texnologiyalarının tətbiqi həm ətraf mühitin qorunması, həm də uzunmüddətli iqtisadi faydalar baxımından mühüm əhəmiyyət kəsb edir. Burada su təchizatı sistemlərində mövcud enerji istehlakı, ənənəvi nasosların səmərəlilik səviyyəsi və qənaət potensialı qiymətləndirilmişdir. Bununla yanaşı, enerjiyə qənaət edən nasosların texnoloji xüsusiyyətləri və onların tətbiqinin enerji qənaətinə necə təsir etdiyi təhlil edilmişdir. Müasir nasos texnologiyalarının, xüsusilə tənzimlənən sürət mexanizmləri və daha yüksək səmərəlilik dərəcələrinə malik nasos sistemlərinin tətbiqi nəticəsində enerji istehlakının əhəmiyyətli dərəcədə azalması müşahidə olunmuşdur. Araşdırmada həmçinin, enerji səmərəliliyinin artırılması istiqamətində tətbiq olunan tədbirlər və bu tədbirlərin iqtisadi və ekoloji təsirləri haqqında da geniş məlumat verilir. Enerjiyə qənaət edən nasosların quraşdırılması ilə uzunmüddətli maliyyə qənaəti əldə edilə biləcəyi və bu nasosların istismar müddəti ərzində xərcləri tez bir zamanda geri qaytardığı vurğulanır. Beləliklə, bu tədqiqat enerjiyə qənaət edən nasosların su təchizatı sistemlərində tətbiqi nəticəsində enerji istehlakının azaldılması, əməliyyat xərclərinin optimallaşdırılması və ekoloji faydaların əldə edilməsini vurğulayan nəticələrlə yekunlaşır. Bu texnologiyaların geniş şəkildə tətbiqi enerji qənaəti, davamlı inkişaf və ekoloji tarazlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Keywords: su təchizatı, enerjiyə qənaət, su təchizatı sistemləri, enerji səmərəliliyi, xərclərin opti-mal¬laşdırılması iqtisadi təhlil, ekoloji təsir
-
THE MAIN TRENDS OF MIGRATION PROCESSES AND THEIR IMPACT ON THE SOCIO-ECONOMIC DEVELOPMENT OF THE COUNTRY
Authors: Lala Ismayilova, Narmin Isgandarova
DOI: https://doi.org/10.36962/pahtei45102024-34
Year: 2024 Pages: 326-337
Show abstract
Abstract: Although migration has multidimensional effects, it seems to have radical consequences in the social sphere. The movement of people and communities brings together, integrates and transforms people of different languages, races, beliefs and traditions. This two-way process of interaction, which affects and transforms the migrating and receiving communities, gives rise to different forms of society and organization. Since international migration movements affect at least two states, interstate cooperation is an indispensable part of migration management. Especially today, bilateral, regional and global cooperation plays an important role in the management of migration. Nevertheless, there is no agreed global consensus on migration management. The international refugee regime is an exception to this. Globalization and increased labor mobility have made migration processes one of the most important demographic and economic dynamics of the modern world. Migration does not mean only the movement of population; It also has direct effects on social security systems, labor markets and economic growth. In this context, studies on the economic consequences of migration in terms of social security reveal how demographic development affects social welfare and security systems in the long run. Migration is one of the main factors causing significant changes in population structure. As migrant workers are generally concentrated in younger age groups, they contribute to the youth population in countries with aging populations. This situation has a positive effect on demographic development, increases labor supply and plays a balancing role in the financing of social security systems. However, the impact of migration is closely related to the integration policy and economic structure of the host country towards immigrants. Migration processes and demographic development have important economic consequences for social security systems. The integration of immigrants into the social security system is important for the sustainability of both the labor market and the social security system. In order to ensure that social security systems are balanced and sustainable in the long term, the contributions of immigrants and the level of their benefit from social assistance must be carefully managed. Active participation of immigrants in the labor market and participation in the social security system both creates economic opportunities for immigrant-receiving countries and supports the financing of social security systems.
Keywords: migration, population, demography, economy, social situation, immigrant, labor, unemployment, integration
-
THE IMPACT OF USD/TL EXCHANGE RATE
Authors: Nazrin Burjaliyeva
DOI: https://doi.org/10.36962/pahtei45102024-35
Year: 2024 Pages: 338-348
Show abstract
Abstract: This study investigates the impact of USD/TL exchange rate fluctuations on Petkim stock prices using Fourier analysis, a method that captures cyclical and periodic trends in financial time series. Petkim, a leading company in Turkey’s petrochemical industry, is exposed to currency risk due to its dependence on imported raw materials and the global market’s influence. The fluctuations in the USD/TL exchange rate directly affect Petkim’s operating costs and, consequently, its stock price performance. To analyze this dynamic, the research uses daily data from May 2023 to April 2024, applying Fourier-based econometric techniques to uncover non-linear and smooth structural breaks in the data that traditional models often overlook. The Fourier KPSS unit root test is employed to assess the stationarity of the series and detect significant cyclical components. Further, the Fourier-Shin cointegration test reveals a long-term equilibrium relationship between the USD/TL exchange rate and Petkim stock prices, signifying that fluctuations in the exchange rate have a sustained impact on stock prices over time. The study employs the Fully Modified Ordinary Least Squares (FMOLS) method to quantify the relationship, showing that a 1-unit increase in the USD/TL exchange rate leads to a 0.48-unit increase in Petkim stock prices. This finding underscores the substantial role that exchange rate volatility plays in determining stock price movements and highlights the importance of capturing periodic and cyclical trends using.The results offer critical insights for investors, analysts, and policymakers by demonstrating how currency fluctuations influence the stock market. Fourier analysis, with its ability to identify both short and long-term cyclical patterns, enriches our understanding of financial market behavior and provides a more comprehensive framework for predicting stock price trends. This study contributes to the growing body of literature that emphasizes the significance of applying Fourier techniques in economic and financial data analysis, particularly in markets characterized by frequent structural shifts and volatility.
Keywords: Petkim Stock Prices, Fourier KPSS Test, Fourier-Shin cointegration, FMOLS Estimation, Cyclical Patterns in Financial Data
-
VERGİ UÇOTUNUN BEYNƏLXALQ MALİYYƏ HESABATI STANDARTINDA UYĞUNLAŞDIRILMASI: ƏSAS XÜSUSİYYƏTLƏR VƏ PROBLEMLƏR
Authors: Gülnarə Tanrıverdiyeva, Nizam Ramazanzadə
DOI: https://doi.org/10.36962/pahtei45102024-36
Year: 2024 Pages: 349-357
Show abstract
Abstract: Təqdim edilən məqalədə elektron aparatura idarə sistemlərinin bəzi üsullarına baxılmışdır. Məlum Tədqiqatda vergi uçotu çərçivəsində beynəlxalq maliyyə hseabatları standartlarının müxtəlif qlobal və mill vergi uçotu qaydalarına uyğunlaşdırılması tədqiq edilməkdədir.Hal-hazırda qloballaşan dünyada harmonizasiya həyati əhəmiyyət kəsb etdiyi kimi, mövcud olan və ya mövcudluğunu qoruyub saxlamağa çalışan hər bir şirkətin öz vergi qanunları və ya uçot mexanizmi olan bir yurisdikası faliyyət göstərir. Nəzərə alsaq ki, fərqli vergi uçotu sisteminin mövcudluğu maliyyə hesabatlarında uyğunsuzluğa səbəb ola bilər ki buda öz növbəsində marağlı tərəflər üçün (investor, maliyyə tənzimliyiciləri və s..) maliyyə və ya vergi uçotu hesabatlarında müqayisələrin aparılmasını çətinləşdirir. Vergi uçotunun beynalxaql maliyyə hesabatlarına uyğunlaşdırılması öz növbəsində bu sahədə müqayisəliyin , şəffaflığa və qanuna uyğunluğa təşfiq etməklə yuxarıda sadalana problemin aradan qaldırılmasına təşviq etməkdədir. Həmçinin mühasibat ilə əlaqdə vergi uçotu bir çox ölçüləri olan mürəkkəb bir mövzudur. Bu tədqiqatda da vergi uçotunun maliyyə hesabatları beynalxalq standartlarında maliyyə hesabatlarına uyğunlaşdırılmasında qlobal vahidliyə nail olma yolma yolları araşdırılmış. Bütün çətinliklərə baxmayaraq , maliyyə hesabatları beynalxaql standartları çərcivəsində vergi uçotunun mürəkkəbliyi və qeyri-müəyyən vergi mövqeyi maliyyə vəziyyətini daha dəqiq əsk etdirilməsini təmin etmək məqsədi ilə möhkəm bir struktur təqdim edir. Buda öz növbəsində müəssələrin vergiyə cəlb olunan gəlirləri ilə , həmən müəssələrin maliyyə nəticələrinin necə hesabat verməsi , verilən hesabatlar arasında uyğunsuzluğun azaldılması və ya tamamailə aradan qaldırılmasına və bu hesabatların dahada təkminləşdirilməsinə yardımcı olmaqdadır.
Keywords: Vergi, Uçot , Beynalxalq Maliyyə Hesabatları Standartı , Vergi Qanunu, Uçot Standartları Şurası, Hesababatlar Sistemi
-
DAĞIDICI OLMAYAN MÜAYİNƏ ÜSULLARININ BİRGƏ TƏTBİQİ İLƏ QAZ SEPARATORUNUN GƏLƏCƏK İSTİSMAR MÜMKÜNLÜYÜNÜN QİYMƏTLƏNDİRİLMƏSİ
Authors: Ülvi Nemanlı, Cahandar Mehdili
DOI: https://doi.org/10.36962/pahtei45102024-37
Year: 2024 Pages: 358-366
Show abstract
Abstract: Separator sistemləri neft və qaz hasilatı, kimyəvi emal kimi müxtəlif sənaye proseslərində həlledici rol oynayır. Separatorların bütövlüyünü qiymətləndirmək üçün iki əhəmiyyətli qeyri-dağıdıcı sınaq (NDT) üsulunun ultrasəs sınağı (UT) və maqnit hissəciklərinin sınağı (MPT) hərtərəfli nəzərdən keçirilməsi, sənaye tətbiqlərində əhəmiyyətlidir. Çox yönlülüyü və həssaslığı ilə tanınan ultrasəs sınağı separator komponentlərində korroziya, eroziya və qaynaq qüsurları kimi daxili qüsurları aşkar etmək üçün yüksək tezlikli səs dalğalarından istifadə edir. Əksinə, maqnit hissəciklərinin sınağı maqnitizm prinsiplərindən istifadə edərək, maqnit hissəciklərini nümunəyə tətbiq etməklə və onların maqnit sahəsi altında davranışını müşahidə etməklə səthi qüsurları aşkar edir. Məqalədə, qazın mexaniki qarışıqlardan təmizlənməsində istifadə edilən separatorun və onun giriş-çıxış xətlərinin verilmiş işçi təzyiqə uyğun istismar mümkünlüyü məsələsinə baxılmışdır. İlkin olaraq separator və onun elementlərində vizual müşahidə aparılmış və ultrasəs metodu vasitəsi ilə detallı ölçmə işləri yerinə yetirilmişdir. Aparılmış ölçmə işlərinə əsasən separatorun faktiki divar qalınlığı müəyyən edilmişdir. Separatorun bütovlüyünün yoxlanılması məqsədi ilə səthi və səthə yaxın qüsurların aşkar edilməsində maqnit tozlanma üsulundan istifadə edərək qaynaq tikişlərində müayinə işləri yerinə yetirilmişdir. Separatorun istismar təzyiqinə uyğun olaraq minimum divar qalınlığı hesablanmış və yerinə yetirilmiş dağıdıcı olmayan müayinə işlərinin nəticələrinə əsasən qurğunun gələcək istismar mümükünlüyü müəyyən edilmişdir. Seperatorun və giriş-çıxış xətlərinin minimal divar qalınlığına əsasən korroziya prosesinin sürəti müəyyən edilmişdir. Açar sözlər; separator, ultrasəs müayinə, detallı ölçmə, maqnit tozu ilə müayinə, qüsur, istismar mümkünlüyü
-
ANBAR İDARƏETMƏ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
Authors: Vahid Mustafayev, Nəzmiyyə Əsgərova
DOI: https://doi.org/10.36962/pahtei45102024-38
Year: 2024 Pages: 367-375
Show abstract
Abstract: Müasir dövrümüzdə müəssisələrin uğurlu fəaliyyətində anbarlarların rolu demək olar ki, əsas hesab edilir. Anbarlar həm tədarük zənciri xərclərinə, həm də xidmət keyfiyyətinə təsir göstərir. Buna görə də anbarlar tikildiyi andan istismar mərhələsinə qədər düzgün idarə edilməlidir. Bir sözlə, anbarların düzgün idarəedilməsi onların təşkili formasından asılıdır. Anbarların təşkili və planlanlaşdırılması əsasən xüsusi və ya dövlət müəssisələri tərəfindən planlaşdırılır. Həmçinin anbarlara nəzarət də bu müəssisələr tərəfindən həyata keçirilir. Ümumiyyətlə, anbarların səmərəli idarə edilməsi dedikdə anbar əməliyyatlarının düzgün həyata keçirilməsi, məhsulların düzgün qəbulu, seçilməsi, saxlanması və məhsulun vaxtında çatdırılması zamanı ciddi nəzarət edilməsi nəzərdə tutulur. Xüsusilə məhsulun saxlanması və sifarişlərin toplanma əməliyyatları olduqca həm mürəkkəb, həm də çox vaxt aparan proseslərdir ki, bu da anbar fəaliyyətinin böyük hissəsini müəyyən edir. Buna görə də xüsusən bu əməliyyatların aparılması zamanı daha diqqətli olmaq lazımdır. Yaranmış ən kiçik səhv digər əməliyyatlara, həmçinin anbarın idarəedilməsinə daha ciddi təsir edə bilər. Məqalənin yazılmasında əsas məqsəd anbar idarəçiliyinin əsas xüsusiyyətlərini və səmərəli idarəedilmə üsullarını müəyyən etməkdir. Məqalədə əsasən anbar daxilində həm nəzarət fəaliyyətlərinin, həm də anbara məhsulların daxilolması, saxlama, axtarış proseslərinin düzgün planlaşdırılması, həmçinin bu əməliyyatların optimallaşdırılması üçün istifadə olunan tələb və üsulların araşdırılmasına da nəzər yetirilmişdir.
Keywords: anbar, logistika, məhsul, idarəetmə, üsul, xüsusiyyət, nəzarət sistemi, anbar planlaşdırılması, anbar tapşırığı, anbar modeli
-
THE ROLE OF SOCIAL AND HUMAN CAPITAL IN THE DEVELOPMENT OF THE MODERN ECONOMY
Authors: Mirza Rzayev, Kamran Zeynalov
DOI: https://doi.org/10.36962/pahtei45102024-39
Year: 2024 Pages: 376-383
Show abstract
Abstract: Social capital and human capital are two important elements that complement each other in the development of modern economies. While human capital refers to the economic contribution based on the knowledge, skills and abilities of individuals, social capital covers relational factors such as trust, cooperation and social networks within society. The synergy between these two types of capital increases innovation, supports economic growth and strengthens social solidarity. In modern economies, the value of human capital can be increased through investments in education and skills development programs, while social capital develops through strong social networks based on cooperation, trust and sharing. Especially in the digital world, social capital plays a critical role in the rapid dissemination of knowledge and the promotion of innovation. With education, workforce development and the strengthening of social relations, both human capital and social capital can grow in parallel. This process increases not only economic efficiency but also social welfare. The combination of social capital and human capital in the modern economy is not limited to the economic contributions of individuals; it also deeply affects social cooperation, trust and innovation processes. While human capital increases through education, experience and skills, social capital is shaped by the bonds that individuals establish with each other and the impact of these bonds on economic efficiency. Strong social networks, especially in the business world, accelerate knowledge sharing and create a collaborative innovation culture. This unity is a critical factor in economic sustainability and growth. For example, a highly educated workforce (human capital) in companies can only perform at their best with a strong environment of cooperation and trust (social capital). This increases the competitive advantage of companies and increases social welfare. As a result, policies that support equal access to social and human capital can make these two types of capital more effective in all segments of society. Education, professional development and strengthening social networks can make not only individuals but also the economy as a whole more flexible, creative and competitive.
Keywords: social, human, capital, economy, development, experience, skills, workforce
-
KOMBİNƏ EDİLMİŞ ÜSULUN PARAFİNÇÖKMƏ VƏ KORROZİYAYA TƏSİRİNİN TƏDQİQİ
Authors: Leyli Abbasova
DOI: https://doi.org/10.36962/pahtei45102024-40
Year: 2024 Pages: 384-394
Show abstract
Abstract: İlk dəfə olaraq yüksək parafinli neftdə parafin çökməyə, donma temperaturuna maqnit sahəsinin, Difron-4201 depressor aşqarının, şərti adı “N-1” olan yeni kompozisiyanın və “N-1”+ maqnit sahəsinin birgə təsiri öyrənilmişdir. Parafinçökmə üzrə laboratoriya təcrübələri “soyuq borucuq” üsulu ilə yerinə yetirilmiş və borucuğun səth temperaturu 5,10,15,20 və 250C olmuşdur. Parafin çöküntülərin miqdarının müxtəlif temperaturlarda ən çox azalması kombinə edilmiş üsulun təsirindən baş vermişdir. Yüksək parafinli neftin donma temperaturuna fiziki, kimyəvi və fiziki-kimyəvi təsir məlum standart üsul üzrə aparılmışdır. Bu zaman “Difron-4201” depressor aşqarının 600q/t, “N-1” kompozisiyasının isə 500q/t miqdarları optimal sərf norması hesab edilmişdir. Parafinçökmədə olduğu kimi, donma temperaturunda da ən effektiv təsir maqnit sahəsi + “N-1” kompozisiyasının iştirakı ilə olmuşdur. Həmçinin maqnit sahəsinin, Difron-4201 depressor aşqarının, şərti adı “N-1” olan yeni kompozisiyanın və “N-1”+ maqnit sahəsinin yüksək parafinli neftin effektiv özlülüyünə təsiri zamanı da məhz kombinə edilmiş üsul zamanı daha yüksək nəticə alındığı müəyyən edilmişdir.Bakterisid xassəsini öyrənmək məqsədi ilə laboratoriya şəraitində “Postgeyt-B” qidalandırıcı mühitində on beş gün müddətində N-1 yeni kompozisiyanın sulfatreduksiyaedici bakteriyaların inkişafına təsiri də tədqiq edilmiş və onun bakterisid effekti hesablanmışdır. Məlum olmuşdur ki, N-1 kompozisiyası ən yüksək bakterisid effektini məhz 500 q/t qatılığında göstərir və bu zaman S-in qiyməti 97% təşkil edir.
Keywords: maqnit sahəsi, kompozisiya, soyuq borucuq, yüksək parafinli neft, effektiv özlülük, donma temperaturu, bakterisid effekti, bakteriya
-
İNVESTİSİYALARIN MAHİYYƏTİ VƏ ONLARIN ƏSAS XÜSUSİYYƏTLƏRİ
Authors: Ülviyyə Hüseynova, Seymur Əhmədzadə
DOI: https://doi.org/10.36962/pahtei45102024-41
Year: 2024 Pages: 395-402
Show abstract
Abstract: Bu məqalə investisiyaların mahiyyətini və onların iqtisadi inkişafdakı vacib rolunu araşdırır. Burada birbaşa, portfel və beynəlxalq investisiyalar kimi müxtəlif növ investisiyaların iqtisadi artıma və maliyyə bazarlarına təsirləri təhlil edilir. Eyni zamanda, investisiya qərarlarına təsir edən əsas amillər – risk, gözlənilən gəlir və aktivlərin likvidliyi kimi anlayışlar geniş şəkildə müzakirə olunur. Həmçinin hökümət siyasətlərinin və qlobal iqtisadi vəziyyətin kapital axınlarına və uzunmüddətli iqtisadi sabitliyə təsiri diqqətə alınır. İnvestisiyaların uzunmüddətli təsirlərindən biri olaraq infrastruktur və texnologiyaların inkişafı da vurğulanır.
Keywords: maliyyə bazarları, hökümət siyasətləri, risklər, infrastruktur inkişafı
-
ПОСТРОЕНИЕ ДЕРЕВА РЕШЕНИЙ НА ОСНОВЕ Z-ИНФОРМАЦИИ
Authors: Лала Зейналова
DOI: https://doi.org/10.36962/pahtei45102024-42
Year: 2024 Pages: 403-410
Show abstract
Abstract: Алгоритм ID3 использует энтропию в качестве информационного содержания. В каждом узле дерева, начиная с корня, он находит атрибут и порог, которые обеспечивают наибольший прирост информации для расширения. Он способен обрабатывать отсутствующие данные и имеет возможность обрабатывать большие объемы данных. Алгоритм ID3 может использоваться для решения задач классификации и прогнозирования. В нашей работе мы применяем алгоритм ID3 к наборам данных на основе Z-информации. Концепция Z-числа связана с вопросом надежности информации, особенно в областях анализа решений. Оценки Z-числа учитывают неопределенность мнения экспертов при оценке вариантов.
Keywords: Z-число, İD3 алгоритм, Нечеткое множество, Дерево решений с Z-числами,
-
ABŞERON NEFTLİ-QAZLI RAYONUNUN PLİOSEN-MİOSEN ÇÖKÜNTÜLƏRİNİN SEYSMİK TƏDQİQATLAR MƏLUMATLARININ ƏSASINDA PERSPEKTİVLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Authors: Yeganə Əlibəyova, Afət Səmədzadə
DOI: https://doi.org/10.36962/pahtei45102024-43
Year: 2024 Pages: 411-425
Show abstract
Abstract: Məqalə Abşeron yarımadasının neft və qaz potensialını Pliosen-Miosen dövrünün çöküntüləri əsasında ətraflı şəkildə təhlil edir. Bu karbohidrogen regionun tarixən dünyanın ən qədim neft-qaz hasilat bölgələrindən biri olduğu qeyd olunur və 1846-cı ildən bu ərazidə sənaye hasilatı mövcuddur. Hazırda əsas istismar obyektləri alt Pliosen dövrünə aid Məhsuldar Qatın (MQ) lay dəstələridir. Bununla belə, geoloqlar və geofiziklər regionun daha dərin qatlarında, xüsusilə alt Pliosen və Miosen çöküntülərində güclü sənaye potensialının mövcud olduğunu qeyd edirlər. Quyuların Geofiziki Tədqiqatı (QGT) nəticələrinə əsaslanaraq, Qala lay dəstəsi iki hissəyə bölünmüşdür. Alt hissə transqressiv qumdaşları ilə, yuxarı hissə isə reqressiv dövrlərlə xarakterizə olunur. Şaquli Seysmik Profilləmə (ŞSP) və 3D seysmik tədqiqatların nəticələri iki quyuda Anomal Yüksək Lay Təzyiqi (AYLT) zonalarının mövcudluğunu ortaya qoymuşdur. Bu zonalar regionun lay təzyiqi anomaliyalarını və seysmogeoloji xüsusiyyətlərini daha dərindən öyrənməyə imkan verir. Paleocoğrafi araşdırmalar delta sistemlərinin və böyük çay deltalarının mövcud olduğunu göstərir ki, bu da çöküntülərin sahilyanı zonalarda yığılmasına əlverişli şərait yaradıb. Vaxt qalınlığı xəritələri qumlu çöküntülərin yığılması üçün ən uyğun sahələri müəyyən etməyə kömək edib. Tektonik qırılmaların müəyyən edilməsi karbohidrogen miqrasiyasına əlverişli şərait yaradır və burada karbohidrogenlərin formalaşması üçün uyğun kollektorlar mövcuddur. Ümumilikdə, Pliosen-Miosen dövrünə aid çöküntülərin potensialının qiymətləndirilməsi Abşeron yarımadasının neft-qaz ehtiyatlarının artırılması üçün perspektiv imkanlar yaratmaqdadır. Tektonik pozulmalar, anomal lay təzyiqi zonaları və seysmik tədqiqatların nəticələrinə əsaslanaraq müəyyən edilmiş kollektorlar bu ərazidə böyük sənaye əhəmiyyəti daşıyan yeni neft-qaz yataqlarının aşkarlanmasını təmin edə bilər.
Keywords: Neft və qaz potensialı, Pliosen-Miosen dövrü, Quyuların Geofiziki Tədqiqatı, Seysmik Profilləmə, Anomal Yüksək Lay Təzyiqi
