1609-1620 (Print)
Volume 33, Issue 10 (2023)
-
MİKROÇATLARIN DİAQNOSTİKA PROSESİNİN PROQRAM TƏMİNATI
Authors: Ellada İbrahimova
DOI: https://doi.org/10.36962/pahtei33102023-04
Year: 2023 Pages: 4-12
Show abstract
Abstract: Yüksək temperatur, təzyiq və kimyəvi aktiv mühitində işləyən neft-mədən və neft-emalı avadanlıqlarının boru xətlərində qısa istismar müddətindən sonra nasazlıqlar müşahidə olunur. Bu boru xətlərinin daxili səthində intensiv korroziya prosesi, yeyilmələr və çatlar əmələ gəlir və onlar sıradan çıxır. Boruları korroziya və digər təsirlərdən qorumaq məqsədi ilə onların daxilinə silisium örtüklər çəkirlər. Lakin bir müddətdən sonra örtükdə mikroçatlar yaranır. Bu mikroçatlar vaxtında aşkar edilmədikdə makroçatlara çevrilir. Boru örtüyündə çatların təyin edilməsi əsasən elektroqığılcım defektoskopu ilə yerinə yetirilir. Müasir tipli defektoskoplar yalnız makroçatları təyin edir və onun yerləşdiyi koordinatları aşkar etmək imkanı verir. Mövzunun aktuallığı onunla izah olunur ki, müasir dövrdə bir çox boru kəmərləri istehsal və istismar zamanı sıradan çıxaraq böyük iqtisadi itgilərlə nəticələnir. Belə hallarda defektləri vaxtından əvvəl aşkar etmədikdə yaranan mikroçatlar makroçatlara çevrilərək sıradan çıxar. Yaranan mikroçatları vaxtında aşkar etmək və onun həndəsi parametrlərini təyin etməklə borunun istismar müddətini artırmaq məqsədəuyğundur. Tədqiqatın predmeti mikrokontrolerlə idarə olunan təkmilləşdirilmiş elektroqığılcım defektoskop qurğusudur. Bu defektoskopda sınaq gərginliyinin qiyməti 40 KV-a qədər artırılaraq 0.3-1.5 mm ölçüdə olan mikroçatları aşkar etmək imkanı verir. Həmçinin “Mikroçatların təyini” adlı proqram təminatı vasitəsi ilə boru daxilində mövcud olan mikoçatların qrafiki təsvirini almaq və operatora boruda yaranmış mikroçatın dərinliyi, eni və uzunluğu haqqında dəqiq məlumat vermək mümkündür. “Socar” və “Xəzər Boru Örtükləri” zavodunda aparılmış tədqiqatlar nəticəsində göstərilmiş proqram təminatı vasitəsi ilə mikrçatların həndəsi parametrləri və yerləşmə koordinatları təyin olunmuşdur. Məqalədə mikroçatlarin diaqnostika prosesinin proqram təminatinın işləmə prinsipi və alqoritmi təsvir olunmuşdur. Beləliklə aprılmış tədqiqat nəticəsində örtüklü boruların daxilində yaranan mikroçatlar erkən aşkar olunmaqla boruların istismar müddəti və etibarlığı 2-2.5 dəfə artmışdı.
Keywords: silisium örtükləri, makro-mikroçatlar, proqram təminatı, həndəsi parametrləri, elektroqığılcım defektoskopu
-
THE ROLE OF TAX INCENTIVES IN REGIONAL DEVELOPMENT AND AZERBAIJAN ASSESSMENT
Authors: Elnara Ahmadova
DOI: https://doi.org/10.36962/pahtei33102023-13
Year: 2023 Pages: 13-25
Show abstract
Abstract: The subject of this article has been determined as “The role of tax incentives in regional development and Azerbaijan Assessment". The reason why this topic was chosen for the research is the taxpayers' thoughts on tax practices and government policies on this issue, their knowledge of tax concepts, their reactions to tax-related changes, and how they can tax in general, according to different age, gender, education, regions and other changes in Azerbaijan. Various age, gender, education, regions and other variables related to the study to analyze their perceptions and obtain results on these issues. Thus, according to the results to be obtained, it will be possible to maintain an opinion on the tax-related perceptions and orientations of taxpayers of different ages, education, regions and other groups. In general, although taxation principles have similar characteristics in different regions or countries, taxpayers' perception of tax and their reactions can often differ due to different factors.
Keywords: Regional, development, tax, concession, Azerbaijan, evaluation
-
POLIETILEN VƏ POLİPROPİLEN ƏSASINDA HAZIRLANMIŞ POLİMER QARIŞIQLARIN ULTRABƏNÖVŞƏYİ-GÖRÜNƏN SPEKTROSKOPİYA ÜSULU İLƏ ANALİZİ
Authors: Gözəl Allahverdiyeva, Rasim Alosmanov, İradə Bünyadzadə, Cəlal Nağıyev
DOI: https://doi.org/10.36962/pahtei33102023-26
Year: 2023 Pages: 26-34
Show abstract
Abstract: Məlumdur ki, müasir dövrün artan tələbatlarının ödənilməsi üçün plastik məmulatlardan istifadə getdikcə genişlənir. Bu plastik kütlələrə ən geniş yayılmış misal polietilen və polipropilendir. Bu da onlar əsasında hazırlanan məmulatlar tərəfindən yer üzərində yüksək miqdarda tullantı əmələ gətirilməsi ilə nəticələnir. Bu səbəblə, onlar əsasında polimer qarışıqların alınması və müvafiq tətbiq sahələrinin müəyyənləşdirilməsi məsələsi çox aktualdır. Üzərində çalışılmış mövzu istiqamətində polietilen və polipropilen əsasında hər ikisinin müxtəlif miqdar nisbətlərinə uyğun olaraq həlledici mühitində polimer qarışıqlar hazırlanmış, o cümlədən, qamma şüalanmaya məruz qoyulmuş və alınmış nümunələr ultrabənövşəyi-görünən spektroskopiya üsulu ilə xarakterizə edilmişdir. Absorbsiya spektrlərinin müşahidəsi əsasında müvafiq qarışıqlara uyğun maksimumlar təyin edilmiş və əldə edilmiş göstəricilər əsasında hər qarışığa məxsus bir sıra optiki xassələr, o cümlədən, Tauc düsturundan istifadə etməklə qadağan olunmuş zonanın enerjisi təyin edilmiş və müqayisələr aparılmışdır. Bunun üçün absorbsiya spektrləri əsasında elektronun enerjisi üçün qrafik qurulmuş və alınan əyrinin pik nöqtəsinin absis oxundan kəsdiyi hissə qadağan olunmuş zonanın enerjisinin qiyməti kimi götürülmüşdür.
Keywords: yüksək karbonlu yüksək legirlənmiş poladlar, kimyəvi-termiki emal, azotlama, nitrid qatı, möhkəmlik, mikrostruktur
-
ПРИМЕНЕНИЕ СТАНДАРТОВ ISO В ИНТЕЛЛЕКТУАЛЬНОЙ УПАКОВКЕ ПИЩЕВЫХ ПРОДУКТОВ
Authors: Maя Kеримова, Сакина Аббасова, Ирина Леонюк
DOI: https://doi.org/10.36962/pahtei33102023-35
Year: 2023 Pages: 35-44
Show abstract
Abstract: Крупные схемы используются на всех этапах жизненного цикла пищевых продуктов, от их приготовления до упаковки. Это, в свою очередь, требует много времени, места и труда. Высокоскоростные весы и передовые технологии обнаружения металлов используются для минимизации занимаемой площади и интеграции операции. Для обеспечения высочайшего уровня безопасности пищевых продуктов и интеграции металлоискатель Thermo Scientific Sentinel 3000 или 5000 с технологией Multiscan можно установить либо на весах, либо на внешнем подающем конвейере. Продовольственная безопасность является ключевым фактором, влияющим на здоровье населения и благополучие общества. Возможное решение для борьбы с болезнями пищевого происхождения заключается в мониторинге качества продуктов питания в цепочке поставок в режиме реального времени. Развитие новых технологий, таких как активная и интеллектуальная упаковка, значительно ускорилось в последние годы с упором на информирование потребителей о качестве продуктов питания. Достижения в области сенсоров и биосенсоров позволили разработать новые материалы, устройства и многофункциональные сенсорные системы для контроля качества пищевых продуктов. В этом обзоре мы сосредоточимся на подробном обзоре последних технологических достижений, которые потенциально могут быть включены в упаковку пищевых продуктов для обеспечения контроля качества, безопасности или порчи пищевых продуктов. Эти передовые сенсорные системы обычно предназначены для контроля газообразования, влажности, температуры и роста микроорганизмов в упакованных пищевых продуктах. Применение портативных и простых в использовании портативных устройств также обсуждается в этом обзоре.
Keywords: безопасность пищевых продуктов, интеллектуальные измерительные устройства, датчики, интеллектуальная система упаковки
-
AVTOMOBİL İSTİFADƏSİNDƏ MƏSAFƏNİN ÖLÇÜLMƏSİ ÜÇÜN ULTRASƏS SENSORU
Authors: Məhəbbət Xudaverdiyeva
DOI: https://doi.org/10.36962/pahtei33102023-45
Year: 2023 Pages: 45-54
Show abstract
Abstract: Məqalədə avtomobil nəqliyyat vasitəsinin seçilmiş nöqtələrindən məsafəni ölçə bilən ultrasəs sensoru təsvir edilmişdir. Sensor, yerlə əks olunan ultrasəs impulsunun uçuş vaxtının ölçülməsinə əsaslanır. Məhdud müqayisə vasitəsi ilə asanlıqla aşkar edilə bilən əks olunan impulsları əldə etmək üçün məhdud optimallaşdırma texnikası tətbiq olunur. Ultrasəs çeviricilərin tezlik reaksiyasını nəzərə alan belə texnika, alt dalğa uzunluğunun aşkar edilməsinə imkan verir. 40 kHz-lik pyezoelektrik-çevirici əsaslı sensorla aparılmış eksperimental sınaqlar, aşağı sürətdə 1 mm standart qeyri-müəyyənlik göstərdi; daha yüksək qeyri-müəyyənlikdə belə, sensor hələ də 30 m / s-ə qədər sürətlə işləyir. Bir çox hallarda ilk avtomobil avadanlıqlarına uyğun olan sensor yalnız aşağı dəyərli komponentlərdən ibarətdir və ən yaxşı nəticələr vermək üçün müxtəlif şərtlərə öz-özünə uyğunlaşa bilir. Sensor əvvəlcə kalibrlənmiş və laboratoriyada 0,1-0,6 m məsafə aralığında və 0-40C temperatur aralığında sınaqdan keçirilmişdir. Məsafəyə uyğun 0.3 mm xəttiliyin təcrübi standart yayınması olduğu aşkar edilmişdir, bu halda temperatur effekti gözlənildiyi kimi 0,2 mm-dən az standart yayınmaya səbəb olur. Havanı dəyişən sürətli sərinkeşlə hərəkət etdirərək 10 m/s sürətə qədər hava burulğanlıq effekti araşdırılmışdır; səs-küy ölçmə sistemi və siqnal avtomatik dəyişdirmə qurğusu, əlavə pyezoelektrik çevirici ilə süni şəkildə ultrasəs yaradaraq sınaqdan keçirilmişdir. 0-40C aralığında temperatur və 0,1-0,6 m aralığında olan məsafələr üçün akustik səs olmadığı təqdirdə məsafənin hamar səthdən ölçüldüyü zaman ümumi standart qeyri-müəyyənlik 1 mm-dən yaxşıdır. Ölçmə başlığı avtomobilin hərəkəti zamanı yay hündürlüyünü ölçmək üçün dörd potensiometr sensoru ilə təchiz edilmiş avtomobilin arxasına quraşdırılmışdır. Ultrasəs sensoru və potensiometr çıxışlarını qeyd etmək üçün portativ rəqəmsal qeyd cihazı istifadə edilmişdir. Sınaqlar asfalt və kələ-kötür yerdə müxtəlif sürətlərdə aparılmışdır. Dörd potensiometr çıxışı ölçülmüş ultrasəs məsafə ilə müqayisə ediləcək məsafə referans dəyərini hesablamaq üçün istifadə edilmişdir. Potensiometrlər vasitəsilə ölçülən yay hündürlüyünə şin deformasiyalarının əlavə edilməsi ilə qiymətləndirilmiş son yay hündürlüyü, avtomobil gövdəsinin müstəvisini təyin etmək üçün istifadə edilmişdir. Ultrasəs sensorun istehsal etməli olduğu məsafəyə uyğun olan məsafə referans dəyəri, ölçmə başlığı koordinatlarını təyin edilmiş faza tənliyinə daxil edərək təyin edilmişdir.
Keywords: Akustik cihazlar, məsafə ölçmə, intellektual sensorlar
-
HIDROGEN GÖSTƏRİCİSİNİN MÜXTƏLİF QİYMƏTLƏRİNDƏ İNHİBİTORUN MÜHAFİZƏ EFFEKTİNİN TƏDQİQİ
Authors: Hüseyn Qurbanov, Mehparə Adıgözəlova, Zhang Yu Xin
DOI: https://doi.org/10.36962/pahtei33102023-55
Year: 2023 Pages: 55-64
Show abstract
Abstract: Hal-hazırda neft sənayesində yeraltı və yerüstü neftmədən avadanlıqlarının, o cümlədən, nasos-kompressor borularının, nasos ştanqlarının, atqı xətlərinin, kollektorların, mədəndaxili boru kəmərlərinin korroziyadan mühafizəsi zamanın tələbindən irəli gələn aktual bir məsələ olaraq qalmaqdadır. Nəzərə almaq lazımdır ki, korroziya yeyilmələri sayəsində istehsalata dəyən ziyan tək metalkonstruksiyaların vaxtından əvvəl sıradan çıxması və onunla əlaqədar yeni əlavə kapital qoyuluşu tələb olunması kimi qəbul edilməməlidir. Avadanlıqların vaxtından əvvəl sıradan çıxması, hasilat quyularının plansız dayandırılması sayəsində hasilatın azalması ilə yanaşı müəyyən miqdar məhsul itkisi və bunun da sayəsində daha böyük problem yarada bilən ətraf mühitin çirklənməsi baş verir ki, bütövlükdə bunlara qarşı biganə qalmaq olmaz.Qurğu və avadanlıqların korroziyaya uğrama problemin həlli istiqamətində müxtəlif üsullar işlənmiş və tətbiq edilmişdir. Bunlardan bakterisid-inhibitorun tətbiq edilməsi ən çox yayılmış və iqtisadi cəhətdən ən səmərəli üsul hesab olunur. Bu məqsədlə müxtəlif dövrlərdə üzvi və qeyri-üzvi maddələr əsasında hazırlanmış inhibitorlardan istifadə olunmuşdur. Hal-hazırda yerli xammallardan hazırlanmış yeni inhibitorların neft sənayesində tətbiqi olduqca əhəmiyyətlidir. Məlumdur ki, neft yataqlarının uzun müddət istismar olunması onların sulaşmasına səbəb olması mühitin korroziya aqressivliyinin artmasına gətirib çıxarmışdır. Mühitin aqressivliyindən asılı olaraq, elektrokimyəvi və bioloji korroziya prosesinin getməsi, bəzən bioloji korroziyanın elektrokimyəvi korroziyaya keçməsi, eləcə də prosesin əksinə getməsi xarakterik hal almışdır. Belə mürəkkəb şəraitdə korroziyanı prosesini birtərəfli ləngidən inhibitorların tətbiqi istənilən iqtisadi nəticəni vermir. Bu nöqteyi-nəzərdən, neft mədən avadanlıqlarının elektrokimyəvi və bioloji korroziyadan mühafizəsi üçün kompleks təsirli çoxfunksiyalı və ölkəmizdə istehsalı mümkün olan bakterisid-inhibitorların tədqiq olunması zərurəti yaranmışdır. Bir neçə komponentlərdən ibarət olan bu inhibitorlar hər biri ayrılıqda müəyyən təsir gücünə malik olsalar da, onların qarışıgı sinergetiq effektin yaranması nəticəsində eyni zamanda müxtəlif korroziya yaradan təsirləri ləngidir və kompleks təsirə malik olur. Bu baxımından laboratoriya şəraitində sintez edilmiş yeni reagentin korroziya inhibitoru kimi xassələri tədqiq edilmiş və bu məqalədə onların nəticələri öz əksini tapmışdır. Beləliklə , ilk dəfə olaraq laboratoriya şəraitində 5,8 q/l NaCl iştirakı ilə hidrogen xlorid təsirindən pH-ı 2.4,6 karbon qazı və hidrogen sulfid qazı olmayan mühitlərdə, həmçinin hidrogen sulfid qazının ayrı ayrılıqda olduğu qeyd edilən aqressiv mühitlərdə yeni S-1 reagentinin korroziyadan mühafizə effekti tədqiq edilmişdir. Hidrogen sulfid və karbon qazı olmayan korroziya mühitində S-1 reagentinin mühafizə effekti zəif olmuşdur.Lakin mühitin turşuluğu və reagentin qatılığı artdıqca inhibitorun korroziyadan mühafizə effektivliyidə artır. Ən yüksək effek pH=2.0 qiymətində və reagentin 30mq/l qatılığında müşahidə olunur. Bu zaman reagentin korroziyadan mühafizə effekti 97% təşkil edir. Karbon qazı və hidrogen sulfid olmayan pH=4.0 və pH=6.0 olan mühitlərdə inhibitorun 30mq/l optimal qatılığında mühafizə effekti uyğun olaraq 66 və 64% olur..Hidrogen sulfidin mühitə əlavə edilməsi zamanı korroziya sürətinin və S-1 inhibitorunun mühafizə effektivliyinin artmasına səbəb olur.Lakin inhibitorusuz mühitdə hidrogen sulfidin qatılığının yalnız CH2S = 400 mq/l-ə qədər artması pH-ın bütün qiymətlərində korroziya sürətinin artması ilə müşayiət olunur.Korroziya mühitinə 1000 mq/l hidrogen sulfidin əlavə edilməsi inhibitorsuz mühitdə korroziya sürətinin zəifləməsinə və inhibitorun Cing = 10 mq/l miqdarında isə mühafizə effektinin bir qədər azalmasına gətirib çıxarır. Açar sözlər. karbon qazı, hidrogen sulfid, korroziya, mühafizə effekti, inhibitor,pH, reagent, korroziya surəti, qatılıq.
-
AZƏRBAYCANDA GÜNDƏLİK TƏLƏBAT MALLARININ (FMCG) SATINALINMASINA BRENDİN TƏSİRİ: EMPİRİK TƏDQİQAT
Authors: Seymur Quliyev
DOI: https://doi.org/10.36962/pahtei33102023-65
Year: 2023 Pages: 65-72
Show abstract
Abstract: Gündəlik tələbat malları bütün ölkələrdə əhalinin büdcəsinin əsas qismini təşkil edir. Bu məhsulların pərakəndə ticarəti, istehlakçılar və siyasətçilər tərəfindən çox diqqət çəkmişdir, çünki yaxşı işləyən pərakəndə satış sektoru bu əhəmiyyətli məhsulların gündəlik olaraq yüksək keyfiyyətli və aşağı qiymətə tədarükü üçün vacibdir. FMCG məhsullar rəf dövriyyəsi çox olan, nisbətən aşağı qiymətə satılan, satınalmaq üçün çox fikir, vaxt və maliyyə resursu tələb etməyən mallardır. Hər bir FMCG məhsulunun mənfəət marjası daha azdır, amma çox sayda məhsulun satılması fərq yarada bilir. FMCG məhsullar istehlakçılar tərəfindən tez-tez alınan və istehlak olunan gigiyenik ləvazimatlar, sabunlar, kosmetika, diş məcunu məhsulları, təraş məhsulları, yuyucu vasitələr və şüşə qablar, lampalar, batareyalar, kağız məmulatları, plastik məmulatlar və vedrələr kimi dayanıqlı olmayan digər məhsullardır. Buna görə də, bu araşdırma, Azərbaycanda brendin istehlakçıların satın alma qərarlarına nə dərəcədə təsir etdiyinə fokuslanır. Tədqiqat göstərdi ki, bir çox respondent qiymət və keyfiyyətə əsaslanaraq FMCG məhsullara üstünlük verir. Tədqiqatın nəticələrinə əsasən, tədqiqat marketinq mütəxəssislərinə brendinq fəaliyyələrinə diqqət yetirməyi və bunun üçün kifayət qədər büdcə ayırmağı tövsiyə edir.
Keywords: FMCG, satınalma qərarı, brend, istehlakçı davranışı
-
BİBLİOQRAFİK İCMAL ƏSASINDA ŞƏMKİR RAYONU VƏ ƏTRAFININ TEKTONİK, GEOLOJİ, GEOMORFOLOJİ VƏ SEYSMİK TƏHLİLİ
Authors: Tural Babayev, Qulam Babayev
DOI: https://doi.org/10.36962/pahtei33102023-73
Year: 2023 Pages: 73-81
Show abstract
Abstract: Məqalə Azərbaycan Respublikası Şəmkir rayonu və ətraf ərazilərinin tektonika, geologiya, geomorfologiya və seysmiklik baxımından ədəbiyyat təhlili yolu ilə öyrənilməsinə həsr olunur. Tədqiqat sahəsi Kiçik Qafqazın şimal-şərq hissəsində və Böyük Qafqazın cənub yamacı ilə Kiçik Qafqazın şimal hissəsi arasında yerləşən Orta Kür çökəkliyində təqribən 4300 km2 sahəni əhatə edir. Orta Kür çökəkliyinin Ceyrançöl zonası, Kiçik Qafqazın Lök-Qarabağ zonası tədqiqat ərazisini formalaşdıran iki əsas geomorfoloji strukturdur. Lök-Qarabağ strukturunu Şəmkir, Göygöl antiklinalları, Qalakənd və Daşkəsən sinklinalları əmələ gətirir. Şəmkir, Göygöl antiklinalları birlikdə Şəmkir antiklinoriyası, Qalakənd və Daşkəsən sinklinalları birlikdə Daşkəsən sinklinoriyası adlanır. Əraziyə Zəyəmçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay kimi geomorfoloji, Gəncəçay eninə qırılması, Kür üstəgəlməsi kimi tektonik elementlər daxildir. Ərazinin geoloji tərkibi mezozoy və kaynozoy arasında dəyişir. Ərazinin cənubundan şimalına doğru daha yaşlı süxurlardan daha müasir süxurlar istiqamətində düzülüş var. Dağlıq cənub hissədə Yura çöküntüləri üstünlük təşkil edir. Şimal düzənlik hissəyə gəldikdə isə dördüncü dövr çöküntüləri üstünlük təşkil edir. Yura çöküntülərinin tərkibində vulkanik, vulkanik-çökmə və çöküntü süxurlarına rast gəlinir. Tədqiq olunan ərazinin seysmikliyi haqqında, təhlil edilən ədəbiyyata əsasən, bu ərazi VII-VIII (MSK-64) intensivliyi ilə səciyyələnir.
Keywords: Şəmkir, Orta Kür Çökəkliyi, Kiçik Qafqaz, Ceyrançöl, Lök-Qarabağ
-
RADIOLYSIS OF INDUSTRIAL WASTEWATER IN THE PRESENCE OF NANO-γ-Al2O3 UNDER THE INFLUENCE OF γ-RADIATION
Authors: Nermin Mammadova, Ulviyya Guliyeva, Muslim Gurbanov
DOI: https://doi.org/10.36962/pahtei33102023-82
Year: 2023 Pages: 82-89
Show abstract
Abstract: The kinetics of changes in the concentration of toxic components under γ-irradiation of industrial wastewater from an oil refinery in the presence of nano-γ-Al2O3 has been studied. The concentration of phenols, surfactants, COD and the total content of oil products at various adsorbed dose were monitored. UV - spectrometric studies of irradiated samples in the range of 200-400 nm shows, that increasing the absorbed dose leads to a decrease in UV - absorption (Abs) in the region of 200-210 nm. The mechanism of the observed regularities is discussed, including radiation-chemical processes occurring in the liquid phase, the participation of electron-donor centers in the decomposition of adsorbed molecules and adsorption of radiolysis products on the surface of nano-γ-Al2O3.
Keywords: Radiolysis, nano-γ-Al2O3, wastewater, surfactants, oil products, COD
-
ADİ ÇOBANYASTIĞI (CHAMOMİLLA RECUTİT L.) VƏ ƏTİRLİ ÇOBANYASTIĞINDAN (CHAMOMİLLA SUAVEOLENS L.) ALINAN BİOAKTİV KOMPONENTLƏRİN TƏDQİQİ
Authors: Aişə Həsənova, Sevinc Abbasova, Kəmalə Əliyeva, Aynur Nəsirova
DOI: https://doi.org/10.36962/pahtei33102023-90
Year: 2023 Pages: 90-100
Show abstract
Abstract: Elmi-texniki tərəqqi əsrində bitkilərin kimyəvi tərkibinin öyrənilməsi, hər bir biokimyəvi maddənin insan və heyvan orqanizminə təsiri, onlardan müxtəlif dərman formalarının və preparatların hazırlanması ən aktual məsələlərdən biri olmuşdur. Məsələnin aktuallığı ondadır ki, bu sahədə bir çox elmi-tədqiqat işləri yerinə yetirilsədə, hələ də araşdırmalar tamamlanmamışdır. Məlum olduğu kimi, hazırda kimyəvi dərman preparatlarından uzaqlaşan və təbii üsullarla müalicəyə üz tutan dünya səhiyyəsində bitki mənşəli dərmanlardan istifadəyə xüsusi önəm verilir. Azərbaycan florasında rast gəlinən və fitoterapiyada əvəzsiz qiyməti olan dərman bitkilərindən istifadə qaydalarının göstərilməsi müasir dövürdə mühüm əhəmiyyət kəsb edir. Bitkilər təbiətdə qeyri–üzvi maddələrdən üzvi maddələr hazırlayan yeganə canlı orqanizmlərdir. Bitkilər tərəfindən hazırlanan bu üzvi maddələr, ilk sintez məhsullarına (ilk metabolitlər) və ikinci sintez məhsullarına (ikinci metabolitlərə) bölünür. İlk metabolitlərə - karbohidratlar, zülallar, lipidlər, fermentlər və vitaminlər, ikinci metabolitlərə isə üzvi turşular, alkaloidlər, qlikozidlər, müxtəlif fenol birləşmələri aiddir ki, bunların da əksəriyyəti farmokoloji (yunan sözü olub, farmakon – dərman və ya zəhər, qnozis isə məlumat və ya bilik deməkdir) fəal maddələrdir. Tərkiblərində farmokoloji nöqteyi nəzərdən müxtəlif fəal maddələr olan, insan və heyvan orqanizminə müəyyən dərəcədə fizioloji-biokimyəvi təsir göstərən bitkilər “dərman və efir yağlı bitkilər” adlanır. Bitkilərin müxtəlif orqanlarında bioloji aktiv maddələrdən qlikozidlər, aşı maddələr, qətranlar, üzvi turşular, alkaloidlər, fenol törəmələri, flavanoidlər, efir yağları sintez edilir. Bu biokimyəvi birləşmələr farmokoqnoziyada bir çox xəstəliklərin müalicəsində öz təsdiqini tapmış maddələrdir. Azərbaycan Respublikası ərazisi torpaq– iqlim şəraitinə görə zəngin bitki örtüyünə malikdir. Belə ki, respublikamızın iqlim şəraiti, münbit torpaq örtüyü, həmçinin digər təbii bioloji faktorlar nəinki dərman bitkiləri, hətta özünün bioloji, botaniki əhəmiyyətinə görə bir çox bitkilərin böyüməsi, çoxalması üçün əlverişlidir. Ölkəmizin müxtəlif bölgələrində təbii halda bitən yüzlərlə qiymətli dərman bitkilərinə rast gəlinir, ümumilikdə təbabətdə istifadə olunan dərman bitkilərinin 60–65%–i Azərbaycan Respublikasının müxtəlif torpaq-iqlim regionlarında bitirlər. Respublikamızın elmi–təbabətində 200 növə yaxın dərman bitkilərindən istifadə olunur. Bu məqsədlə hər il min tonlarla dərman bitkiləri tədarük edilir ki, bu kütlənin də 50%–ni yabanı dərman bitkiləri təşkil edir. Dərman və kosmetoloji vasitələrinin alınmasında xammal kimi istifadə edilə biləcək bitkilərdən biri çobanyastığı (Matricaria L.) bitkisidir. Dünya florasının tərkibində çobanyastığının 50 növü yayılmışdır. Çobanyastığı astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklər (Asteraceae L.) fəsiləsinə aiddir. Bunlardan yalnız üçü insanlar üçün faydalı bitki kimi istifadə olunur. Ən məşhur tibbi və ya aptek çobanyastığı (Chamomilla Matricaria L.), ətirli çobanyastığı (Chamomilla Suaveolens L.), yalançı və ya yabani çobanyastığıdır.Yabani halda demək olar ki, bütün Avropa təbiətində yayılmışdır və əksər Avropa ölkələrində və ABŞ-da beçərilir. Çobanyastığının başqa bir məşhur növü olan Anthemis Nobilis hər kəs tərəfindən Roma və İngilis çobanyastığı kimi tanınır. İngiltərə, Belçika, Fransa və ABŞ-da dərman bitkisi kimi becərilir. Azərbaycanda əsasən 2 növünə adi çobanyastığı (Chamomie Recutita L.) və ətirli çobanyastığına (Chamomilla Suaveolens L.) təsadüf edilir. Çobanyastığı növləri Azərbaycanın hər bir regionunda, o cümlədən Qərb bölgəsində, Kür – Araz ovalığında təbii şəkildə geniş yayılmışdır və bəziləri isə mədəni halda becərilir. Məqalədə Qərb bölgəsinin bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid olan adi çobanyastığı və ya Aptek çobanyastığı (Chamomie Recutita L.) ilə ətirli və ya dilcikvari çiçəksiz (Chamomilla Suaveolens L.) növündən bioloji aktiv maddələrlə zəngin olan efir yağının alınması və fiziki-kimyəvi xassələri tədqiq edilmişdir. Adi çobanyastığı və ətirli çobanyastığının ekstraksiyasından alınan maddələrin kəmiyyət və keyfiyyət tərkibi öyrənilmişdir və onların müqayisəli təhlili aparılmışdır. Adi çobanyastığının ekstraksiyasından yaş xammala görə efir yağının miqdarı 0.64%, ətirli çobanyastığının ekstraksiyasından yaş xammala görə efir yağının miqdarı 0.61% müəyyən edilmişdir. Çobanyastığı bitkisinin müalicəvi xüsusiyyətləri əsasında əldə edilən efir yağından təbabətdə və kosmetologiyada müxtəlif tərkibli məlhəm və lasyonların hazırlanmasında istifadə etmək olar.
Keywords: Çobanyastığı, efir yağı, etil spirti, ekstraksiya, bioloji aktiv maddə
-
DƏNİZ VƏ OKEAN SULARINDAN TEXNİKİ SUYUN ALINMA TEXNOLOGİYASI
Authors: Amil Qəribov
DOI: https://doi.org/10.36962/pahtei33102023-101
Year: 2023 Pages: 101-109
Show abstract
Abstract: Atmosferin və torpağın çirklənməsi insan üçün nə qədər təhlükəlidirsə, hidrosferin çirklənməsi də gündəlik təhlükə hesab edilməlidir. Buna səbəb suyun həlledici olmasıdır. Ona qarışan tullantılar molekulyar və ion formasına keçərək ətraf mühütdəki canlı aləmi asanlıqla kütləvi şəkildə zəhərləyir. Suyun dövr etməsi və axımı ilə əlaqədar olaraq zəhərlənmə geniş ərazilərə yayılır. Bu yayılma çaylarda daha sürətlə baş verir və yüzlərlə kilometr məsafəyə yayılır. Suların çirklənməsi onda həll olmuş oksigenin miqdarının azalmasına səbəb olur. Oksigen azlığı hidrofauna və hidrofloranın dəyişməsinə gətirib çıxarır. Nəticədə su mühütində yaşayan bitki və heyvanat aləmi üçün təhlükəli vəziyyət yaranır. Su mənbələrinin durmadan çirklənməsi onların öz-özünə (təbii) təmizlənmə prosesini çətinləşdirir və buna sərf olunan biovaxtı xeyli artırır. Sənaye mənşəli tullantılar sudakı canlı aləmin normal həyat fəaliyyətini pozmaqla yanaşı hövzədəki suyun fiziki-kimyəvi xassələrini də dəyişir. Belə sular nə məişətdə istifadəyə, nə kənd təsərrufatında suvarmaya nə də ki, texniki məqsədlər üçün yaramır. Çirklənmiş sulardakı şəraitə uyğunlaşıb yaşayan bir sıra canlıların (ilbizlər, balıqlar yosunlar və s) insanlar tərəfindən istifadə edilməsi yeni-yeni xəstəliklərin yaranmasına gətirir. Bunun səbəbi bir sıra konserogen maddələrin sudakı canlıların orqanizimində tədricən toplanaraq insan üçün təhlükəli həddə çatmasıdır.
Keywords: reaktor, dəniz və okean suları, mineral suyun elektroaktivləşməsi, duzlu suların emalı, sabit cərəyan prinsipi ilə çalışan aktivator, yaşıl və tullantısız texnologiya
-
SELECTION OF THE NON-ISOLATED UNIDIRECTIONAL DC-DC CONVERTERS FOR PHOTOVOLTAIC APPLICATIONS
Authors: Namig Isazade
DOI: https://doi.org/10.36962/pahtei33102023-110
Year: 2023 Pages: 110-120
Show abstract
Abstract: The rising prominence of renewable energy sources and the demand for efficient power distribution has led to the emergence of DC microgrids as a promising solution for localized energy generation and distribution. The effective operation of DC microgrids heavily relies on the performance of their DC-DC converters, which play a crucial role in regulating power flow and voltage. Selecting suitable DC-DC converters is thus essential to ensure optimal performance and stability of photovoltaic systems. This academic article presents a comprehensive comparative analysis of different non-isolated DC-DC converter topologies and their appropriateness for DC microgrid applications. The research delves into various converter types, including buck, boost, buck-boost, SEPIC, and Zeta converters, thoroughly examining their operating principles, control strategies, and advantages within the context of DC microgrids. The focus is on key performance metrics essential for a comprehensive evaluation, including efficiency, voltage regulation, transient response, power density, and cost-effectiveness. Through meticulous comparative analysis, it is established that the SEPIC and Zeta converters stand out as exceptional choices for DC microgrids. Their distinct advantages, such as reduced output ripple, improved efficiency, and wide input voltage range, position them as valuable contenders for modern power electronics applications, showcasing their excellence in addressing diverse voltage regulation needs. This academic article contributes valuable insights into the selection and application of DC-DC converters in DC microgrid systems, providing researchers, engineers, and industry stakeholders with a comprehensive understanding of the comparative advantages of these converters. The findings underscore the significance of choosing appropriate converters to achieve efficient energy conversion, optimal power distribution, and the advancement of renewable energy technologies in the context of DC microgrids.
Keywords: DC-DC converters, SEPIC, ZETA, BUCK, BOOST
-
ЗНАЧЕНИЕ ЦИФРОВОГО МАРКЕТИНГА В ЖИЗНЕДЕЯТЕЛЬНОСТИ ОРГАНИЗАЦИЙ
Authors: Ульвия Гусейнова, Мурадага Мирзагаев
DOI: https://doi.org/10.36962/pahtei33102023-121
Year: 2023 Pages: 121-129
Show abstract
Abstract: Изучены характеристики цифрового маркетинга в современных условиях жизнедеятельности организации. Выявлены положительные и отрицательные стороны цифрового маркетинга. Рассмотрены виды внедрения цифрового маркетинга и его отдача. В результате изучения материала касательно цифрового маркетинга, выявлено наибольшее распространение данного термина в мировой практике. Изложены основные и второстепенные каналы цифрового маркетинга. Рассмотрены виды рекламы используемые в процессе внедрения цифрового маркетинга. Проанализированы важные аспекты распространения информации в цифровом маркетинге, исследованы основные и второстепенные каналы развития и распространения цифровой информации. Объяснение понятия маркетинговых исследований. Изучение основных методов маркетинговых исследований. Расшифровка распространенных методов маркетинговых исследований таких, как – наблюдение, фокусирование, опрос, контроль поведения покупательской способности, эксперимент. Как видно из современной практики, внедрение цифрового маркетинга в современные предприятия является максимально эффективным методом развития и продвижения на современном рынке. Использование электронных операций, банковских услуг, онлайн технологий сильно изменило мнение людей и в нынешнее время побуждает смену маркетинга на цифровой маркетинг. Внедрение цифрового маркетинга в современное время охватывает множество предприятий. Цифровой маркетинг применяется не только в области экономических предприятий, но также применяется в медицине, транспорте, образовании, производстве и т.д. Внедрение новейших методов управления маркетинговыми рычагами компании, побуждает расширение роли цифрового маркетинга в жизнедеятельности организаций. В статье дано объяснение об основных каналах развития и расширения цифрового маркетинга. Разобраны основные платформы и площадки интернет пространства на которых проводятся работы по внедрению и использованию цифрового маркетинга. Дана общая информация о рычагах и методах применения цифрового маркетинга.
Keywords: маркетинг; цифровые технологии; развитие организаций; современное продвижение, маркетинговые исследования
-
MÜASİR SƏNAYE PARKLARININ ÖLKƏ ÜÇÜN ƏHƏMİYYƏTİ
Authors: Sədaqət İbrahimova, Natavan İbrahimova
DOI: https://doi.org/10.36962/pahtei33102023-130
Year: 2023 Pages: 130-143
Show abstract
Abstract: Sənaye Parklarının yaradılması, ölkədə dayanıqlı inkişafın təmin edilməsində və ölkə iqtisadiyyatının inkişafına zəmin yaradır. SP-nın məqsədi parkların intellektual inkişafını həyata keçirmək üçün qabaqcıl informasiya texnologiyalarından istifadə etməkdir. SP-in idarəetmə platforması alt sistemlər arasında məlumat mübadiləsini həyata keçirə bilən və parklardakı müəssisələrin tələbatına tez cavab verə bilir. SP-ləri qiymətləndirmək üçün istifadə edilən ən çox yayılmış üsul ierarxik analizdir (AHP). Wang Dövlət Şəbəkəsi Müştəri Xidmətləri Mərkəzinin Şimal-Cənub Kampusunu qiymətləndirmək üçün AHP-dən istifadə edilmiş və ekoloji mühit, idarəetmə səviyyələri, enerjidən istifadə və iqtisadi faydalar baxımından çatışmazlıqlar təhlil edilmişdir. Sənaye Parklarının iqtisadi, ekoloji və sosial dayanıqlığının yüksəldilməsinin ölkə üçün nə qədər əhəmiyyətli olması ilə yanaşı, digər hökumətlərə, maraqlı tərəflərə inklüziv və davamlı inkişafda bir sıra tamamlayıcı alətlər və proseslər də mövcuddur. Sənaye parklarında istifadə edilən yeni texnologiyaları - Blockchain, robotlar və ağıllı maşınlar, süni intellekt, 3D çap, kiber təhlükəsizlik və s. kimi sənayeləşmə, ölkələrin iqtisadi inkişaf prioritetləri hesab etmək olar. Azərbaycanın əsas məqsədlərindən biri, ölkədə rəqabət qabiliyyətli Sənaye Parklarını yaratmaqla, ixracı artırmaq və ölkə iqtisadiyyatını daha da yüksəltməkdir. Bu da əsas hədəf olaraq, sənayedə qeyri-neft sektorunun xüsusi çəkisinin yüksəlməsi deməkdir. Sənaye Parklarının inkişafında yüksək təminatlı dövlət dəstəyinin olması, bu perspektivliyin qarantı olaraq dəyərləndirilməlidir. Sənaye Parklarının səmərəliliyinə birbaşa təsir edən amillərdən biri də patent fəallığıdır. Sənaye Parklarının tərkibinə daxil olan şirkətlər daha çox patent iştirakı ilə seçilirlər və bu da iqtisadi effektivliyə müsbət təsir göstərir. Patent fəalığı firmaların yeni növ məhsul istehsalını daha zəmanətli edir. Sənaye Parklarının fəaliyyəti konsaltinq, patent-lisenziya, marketinq, reklam və s. sahələrin fəaliyyəti nəticəsində də iqtisadi səmərəliliyin əldə edilməsinə qarant yaradır. Sənaye Parklarında istehsal sahələrinin sənaye potensialını və elmi-texniki tərəqqinin inkişafını gücləndirmək üçün, layihələndirmə, idarəetmə və planlaşdırma metodlardan istifadə etməklə, perspektivliyin əldə olunmasına stimul yaradır. Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində Sənaye Parklarının böyük gücə malik olması vacibdir. Azərbaycanda sənayenin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi üçün xarici ölkələrin müsbət təcrübəsinin tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. SP-lər beynəlxalq səviyyədə şəhərlərdə, bölgələrdə və bütün ölkələrdə iqtisadi inkişafın kibernetikası olaraq, sənayeləşmənin sürətləndirilməsini, məşğulluğun artırılmasını, adambaşına düşən gəlirin artırılmasını, birbaşa Xarici İnvestisiyaların və yerli özəl investisiyaların cəlb edilməsini, kiçik və orta müəssisələrin gücləndirilməsini, məhsuldarlığın və rəqabət qabiliyyətinin artırılmasını, ixracın stimullaşdırılmasını, bacarıqların və texnologiya transferlərinin təşviqini, şəhərlərin təşkilini, inkişafını və sair tədbirləri dayanıqlı edir. Sumqayıt Sənaye Parkının investisiya qoyuluşunun həcmi zaman keçdikcə ilbəil artırmaqla, işçi qüvvəsinin və gəlirlərin miqdarını daha da yüksəldəcəkdir.
Keywords: Sənaye Parkları, yeni texnologiyalar, Blockchain, robotlar və ağıllı maşınlar, süni intellekt, 3D çap, kiber təhlükəsizlik, investisiya qoyuluşu
-
ETANOLUN OKSİDLƏŞMƏSİ REAKSİYASINDA BİNAR Mo-W-О KATALİZATORUNUN AKTİVLİYİNƏ MOLİBDENİN TƏSİRİ
Authors: Kəmalə Ağayeva, Turanxanım İskəndərova, Afət Quliyeva, Vaqif Bağıyev
DOI: https://doi.org/10.36962/pahtei33102023-144
Year: 2023 Pages: 144-153
Show abstract
Abstract: Müxtəlif tərkibli binar molibden-volfram oksid katalizatorları üzərində etanolun oksidləşməsi reaksiyaları tədqiq e dilmişdir. Molibden-volfram oksid katalizatorları ammonium molibdat və ammonium volframatın sulu məhlullarından birgə çökdürmə üsulu ilə hazırlanmışdır. Tərəfimizdən aparılmış tədqiqatlar göstərmişdir ki, binar molibden-volfram oksid katalizatorları üzərində etanolun oksidləşməsi reaksiyalarının məhsulları asetaldehid, etilen, sirkə turşusu və karbon oksidləri hesab edilir. Müəyyən edilmişdir ki, reaksiya temperaturunun yüksəlməsi ilə tədqiq edilmiş katalizatorlar üzərində sirkə aldehidinin çıxımı maksimumdan keçir, eyni zamanda bütün tədqiq edilmiş temperatur intervalında etilenin çıxımı yüksəlir. Həmçinin binar molibden-volfram oksid katalizatorlarının aktivliyinin onların tərkibindən asılılığı tədqiq edilmişdir. Göstərilmişdir ki, 300oC-yə qədər alçaq temperaturlarda asetaldehidin çıxımının molibdenin volframa atom nisbətindən asılılığı Mo-W=3-7 və Mo-W=7-3 nümunələrində iki maksimum ilə əyri şəklinə malikdir. Daha yüksək temperaturlarda katalizatorun tərkibində molibdenin miqdarının yüksəlməsi ilə etilenin çıxımı azalır, sirkə aldehidinin çıxımı isə yüksəlir. Aparılmış təcrübələr əsasında bu nəticə alınmışdır ki, molibden ilə zəngin olan molibden-volfram oksid katalizatorları üzərində etanolun etilenə dehidratlaşması reaksiyası baş verir, eyni zamanda volframla zənginləşdirilmiş nümunələr etanolun sirkə aldehidinə oksidləşdirici dehidrogenləşməsi reaksiyalarında aktivdirlər.
Keywords: etanolun oksidləşməsi, binar katalizatorlar, volfram oksidi, mmolibden oksidi, sirkə aldehidi, etilen
-
ПРОБЛЕМЫ ИННОВАЦИОННОЙ ДЕЯТЕЛЬНОСТИ И РЕАЛЬНЫЕ ПУТИ ИХ РЕШЕНИЯ НА СОВРЕМЕННОМ ЭТАПЕ РАЗВИТИЯ ЭКОНОМИКИ АЗЕРБАЙДЖАНА
Authors: Натаван Ибрагимова, Эмин Зейналов
DOI: https://doi.org/10.36962/pahtei33102023-154
Year: 2023 Pages: 154-163
Show abstract
Abstract: В статье раскрываются проблемы инновационной деятельности в современной экономике Азербайджана. Управление новшествами, как фактор инновационной деятельности, способствует разработке долгосрочных целей и методов их реализации. При выборе отдельной стратегии определяются обобщённое направление усилий всех подсистем управления и способы достижения целей, а вот при помощи тактик инновационного менеджмента можно решить установленные задачи на пути к основной цели. В данном случае, концепция управления человеческими ресурсами, объединяющая стратегию и тактики развития персонала, планирование его развития, оценивание и стимулирование труда, является ключевым фактором эффективного управления инновационными процессами. В статье также рассматривается система развития кадров, как подсистема инновационной системы, а также этапы её планирования и реализации. Таким образом, современное развитие инновационного менеджмента должно опираться на эффективное кадровое обеспечение, а также учитывать организационные, экономические, правовые, информационные, технологические и другие факторы.
Keywords: инновация, инновационная система, инновационная деятельность, инновационный менеджмент, совершенствованный продукт, технологический процесс
-
İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARININ İQTİSADİ ARTIMA TƏSİRİ: AZƏRBAYCAN NÜMUNƏSİ
Authors: Amin Tağıyev
DOI: https://doi.org/10.36962/pahtei33102023-164
Year: 2023 Pages: 164-177
Show abstract
Abstract: Sosial-iqtisadi inkişaf prosesində cəmiyyətlər ibtidai dövrdən kənd təsərrüfatı cəmiyyətinə, kənd təsərrüfatı cəmiyyətindən sənaye cəmiyyətinə, indi isə informasiya cəmiyyətindən sənaye cəmiyyətinə keçmişdir. İnformasiya cəmiyyəti üçün kompüter texnologiyaları kənd təsərrüfatı və sənaye cəmiyyətlərində insan və mexanikləşdirmə qədər informasiya cəmiyyəti üçün həyati əhəmiyyət kəsb edir. Sənaye inqilabının başa çatdığı ölkələrdə iqtisadiyyatı formalaşdıran yeni ideyalar və strategiyalar meydana çıxdı. İnformasiya cəmiyyəti sosial-iqtisadi inkişaf prosesinin üçüncü mərhələsidir. Bu mərhələnin ən mühüm xüsusiyyəti rabitə, təhsil və səhiyyə kimi bütün sektorlarda informasiya və informasiyaya əsaslanan texnologiyalardan istifadə edilməsidir. Ölkələr davamlı iqtisadi artımı, yüksək rifah səviyyəsini təmin etmək və beynəlxalq rəqabətdə söz sahibi olmaq üçün elmi-texniki tərəqqiyə təkan verən siyasətlərə üstünlük verirlər. çünki bu texnologiyalar sistemlərdə səmərəliliyi və məhsuldarlığı artırmaqla iqtisadiyyatın digər sahələrini yaxşılaşdırmağa kömək edir. İKT telefon, kompüter, radio, televiziya və müxtəlif simsiz rabitə texnologiyaları kimi rəqəmsal informasiya növlərini çevirən, emal edən, qeyd edən və ötürən bütün texniki vasitələrdən ibarətdir. Məqalədə İnformasiya və kommunikasiya texnologiyalarının Azərbaycanın iqtisadi artımına təsiri araşdırılmışdır.
Keywords: İnformasiya, kommunikasiya, texnologiya, iqtisadiyyat, artım
-
TƏBİİ EHTİYATLARIN İQTİSADİ ARTIMA VƏ GƏLİR BÖLGÜSÜNƏ TƏSİRİ: AZƏRBAYCANIN TƏHLİLİ
Authors: Hüseyn Əliyev
DOI: https://doi.org/10.36962/pahtei33102023-178
Year: 2023 Pages: 178-190
Show abstract
Abstract: İqtisadi inkişaf, sosial quruluşlarda, əhali və milli qurumlarla münasibətlərdə dəyişikliklər, iqtisadi artımın sürətlənməsi, bərabərsizliyin azaldılması və yoxsulluğun aradan qaldırılmasını əhatə edən çoxölçülü bir prosesdir. Azərbaycan iqtisadiyyatı da bir sıra inkişaf mərhələlərindən keçmişdir. Azərbaycanın milli iqtisadiyyatında müstəqillik dövründən başlayaraq azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası prosesinə, o cümlədən neftin ucuzlaşma dövrünə qədər müasir iqtisadi inkişafın bir sıra xüsusiyyətlərini müşahidə etmək olar. Məqalədə təbii ehtiyatların ölkənin iqtisadi artımının, milli gəlir bölgüsünün və inkişafının xüsusiyyətləri müzakirə olunur.
Keywords: Təbii ehtiyatlar, iqtisadiyyat, iqtisadi artım, ÜDM, milli gəlir bölgüsü
