1609-1620 (Print)
Volume 25, Issue 2 (2023)
-
CAUSES, PREVENTIONS AND RECOVERY OF STUCK PIPE
Authors: Shirin Bakshaliyeva, Elvin Hasanli
DOI: https://doi.org/10.36962/pahtei25022023-04
Year: 2023 Pages: 4-12
Show abstract
Abstract: Drilling an oil or gas well is a complex process which involves number of challenges associated with hydraulics, mechanics and geology. Although comprehensive planning activities take place prior to drilling, it is not always possible to avoid downhole problems. One of those problems is pipe sticking in which movement of the pipe is impossible. Many factors can lead to this undesirable incident.
Keywords: pipe sticking, differentially stuck pipe, free pipe, invasive and non-invasive drilling fluid, overbalance, stuck point determination
-
DETERMINATION OF THE MAIN INDICATORS OF HYDROMECHANICS OF TWO-PHASE SYSTEMS BASED ON LABORATORY STUDIES
Authors: Ahmed Dadashzade, Ferid Quliyev
DOI: https://doi.org/10.36962/pahtei25022023-13
Year: 2023 Pages: 13-18
Show abstract
Abstract: As far as we know, there is no branch of industry where two-phase systems are not used. This is the chemical, thermal, physical and finally the oil industry. The process of studying two-phase systems is a branch of hydromechanics and reflects great scientific research works in recent times In the work under review, the main characteristics of the water-oil mixture were studied and the main hydromechanical indicators of this system were determined. The results of the conducted researches were applied in deep pump installations. The formation of these mixtures affects the operation of the submersible pump to some extent
Keywords: oil, reservoir water, rods, pump working process, valves, pump cylinder
-
VERILƏNLƏRIN INTELLEKTUAL ANALIZINDƏ (DATA MINING) FUNKSIYALARININ IDENTIFIKASIYASI PRINSIPLƏRI
Authors: Günay Abdullazadə, Faiq Haciyev
DOI: https://doi.org/10.36962/pahtei25022023-19
Year: 2023 Pages: 19-27
Show abstract
Abstract: İndiki zamanlarda insan həyatının bəzi maraqlı rolları məlumat, informasiya və bilikdir. Böyük məlumatların təhlili və modelləşdirilməsi məlumatların gələcək meyllərini proqnozlaşdırmaq və təhlil etmək üçün sürətli texnologiyaların inkişafı ilə birlikdə kütləvi məlumat anbarları tərəfin¬dən tələb olunur. Verilənlər bazalarında biliyin aşkarlanması üçün müxtəlif informasiya sistemlə¬rinin əhatə dairəsində istifadə olunan metodologiya və texnikalar lazımdır. Biliyi kəşf etmək üçün sərfəli məlumatları çıxaran texnologiyaya data mining deyilir. İnformasiya texnologiyalarının in¬san həyatının müxtəlif sahələrində yaranması qeydlər, sənədlər, şəkillər, səs yazıları, videolar, elmi məlumatlar və bir çox yeni məlumat formatları kimi müxtəlif formatlarda böyük həcmdə mə-lumatların saxlanmasına səbəb olmuşdur. Müxtəlif tətbiqlərdən toplanan məlumatlar daha yaxşı qərar qəbul etmək üçün böyük depolardan bilik/məlumat çıxarmaq üçün düzgün mexanizm tələb edir. Verilənlər bazasında bilik kəşfi (Discovery of Knowledge in Data KDD), çox vaxt da¬ta mi-ning adlanır, məqsəd böyük məlumat kolleksiyalarından faydalı məlumatların aşkar edilməsidir. Da¬ta mining-in əsas funksiyaları saxlanılan verilənlərin nümunələrini aşkar etmək və çıxarmaq üçün müxtəlif üsul və alqoritmlərin tətbiqidir. Son illərdə məlumatların öyrənilməsi və bilik kəşfi tətbiqləri qərar qəbul etmədəki əhəmiyyətinə görə diqqətə layiq görülmüş və müxtəlif təşkilatlarda vacib komponentə çevrilmişdir. Həmçinin böyük məlumat anbarlarından biliklərin/informasiya¬la¬rın çıxarılmasının vacibliyinə görə verilənlərin istehsalı müxtəlif sahələrdə insan həyatına birbaşa və ya dolayı təsir göstərən çox vacib və zəmanətli mühəndislik sahəsinə çevrilmişdir. Statistika, verilənlər bazaları, maşın öyrənməsi, nümunələrin yenidən təşkili, süni intellekt və hesablama imkanları və s. sahələrdə müxtəlif inteqrasiyalar və irəliləyişlərlə məlumatların əldə edilməsi sahəsi inkişaf etmiş və insan həyatının yeni sahələrinə daxil edilmişdir. Data mining müxtəlif tətbiqlərə malikdir və bu proqramlar insan həyatının müxtəlif sahələrini zənginləşdirib, o cümlə¬dən biznes, təhsil, tibb, elmi və s. gələcək tendensiyaları araşdırmaq. Məlumatların öyrənilməsinin müxtəlif tətbiq sahələri İnsan Resursları (HR), Müştərilərlə Əlaqələrin İdarə Edilməsi (CRM), Veb Tətbiqləri, İstehsalat, Rəqabət Kəşfiyyatı, Pərakəndə satış/Maliyyə/Bankçılıq, Kompü¬ter/Şə¬bə¬kə/Təhlükəsizlik, Monitorinq/Nəzarət, Tədris Dəstəyi, İqlim modelləşdirməsidir. İnsan həyatı¬nın hər bir sahəsi verilənlərin intensivliyinə çevrildi, bu da verilənlərin çıxarılmasını vacib kom¬po¬nentə çevirdi. Beləliklə, bu məqalə keçmişdən bu günə qədər verilənlərin əldə edilməsinin müxtəlif tendensiyalarını və onun nisbi sahələrini nəzərdən keçirir və onun gələcək sahələrini araşdırır.
Keywords: Verilənlər bazalarında bilik kəşfi, verilənlərin intellektual analizi, qeyri-səlis çox¬luq, Mininq(verilənlərin çıxarılması) texnikaları
-
FİSKAL RİSKLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ İDARƏ OLUNMASI
Authors: Həsən Həsənov
DOI: https://doi.org/10.36962/pahtei25022023-28
Year: 2023 Pages: 28-35
Show abstract
Abstract: Məqalədə ilk növbədə fiksal siyasətin ölkələr üçün zəruriliyi qeyd edilmiş, 2009-cu il Dünya İqtisadi Böhranından sonra fiskal siyasətin əhəmiyyətinin ölkələr tərəfindən daha dərindən mənimsənilməsinin səbəbləri göstərilmişdir. Fiskal siyasətin hazırlanması və tətbiq edilməsi zamanı fiskal risklərin ortaya çıxdığını göstərən araşdırmalar üzərində çalışmalar aparılmış və bu risklərin yaranma mənbələri və təbiəti haqqında geniş məlumat verilmişdir. Araşdırmalar zamanı xüsusilə yeni formalaşan iqtisadiyyatları və inkişaf etməkdə olan ölkələrin bu məsələyə kifayət qədər ciddi yanaşmadığı və lazımi tədbirlərin görülmədiyi müəyyən olunmuşdur. Həmçinin araşdırma zamanı ölkələrin fiskal dayanıqlılığının kifayət qədər sağlam olmadığı və xarici proeseslərdən həddindən artıq asılı olduğu müəyyən olunmuşdur. Araşdırma aparılan zaman bir çox mənbələrə istinad edilmişdir. Xüsusilə Dünya Bankı və Beynəlxalq Maliyyə Fondunun bu sahədə apardığı tədqiqatlar incəlnmiş və ölkələrin bu riskləri aradan qaldırması və idarə etməsi haqqında tövsiyyələr verilmişdir.
Keywords: fiskal siyasət, fiskal risklər, stres test, ödəmə qabiliyyəti, makroiqtisadi sabitlik
-
ADİ ARDICDAN (JUNİPERUS COMMUNİS L.) ALINAN EFİR YAĞININ BİOAKTİV KOMPONENTLƏRİNİN TƏDQİQİ
Authors: Həsənova Aişə, Həsənova Aygün, Nəsirova Aynur
DOI: https://doi.org/10.36962/pahtei25022023-36
Year: 2023 Pages: 36-45
Show abstract
Abstract: Müasir elm və texnikanın əsas aktual məsələlərindən biri fizioloji aktiv birləşmələrin, zülalların, ferment və antibiotiklərin ekoloji təmiz, təhlükəsiz və daima yenilənən mənbələrinin axtarılıb tapıl¬-masıdır. Məlumdur ki, belə mənbələr heyvan və bitki mənşəli ola bilər. Bunun üçün bitkilərin kimyəvi tərkibinin öyrənilməsi, onlardan individual birləşmələrin ayrılması və modifikatorların işlənib hazırlanması, həmin maddələrin fiziki-kimyəvi xassələrinin təyin edilməsi və bu mad¬də¬lər-dən məqsədyönlü şəkildə istifadə edilməsi əsas məqsədlərdən biridir. Yer kürəsində 300000-dən çox bitki növü mövcuddur. Avrasiyada isə 75000-dən artıq bitki növü bitir. Qafqazda 6000-ə qə-dər bitki növü yayılmışdır. Azərbaycan Respublikası son dərəcə zəngin və rəngarəng bitki ör¬tü¬yü-nə malikdir. Məyyən olunmuşdur ki, “Azərbaycan florasına 4700-ə yaxın bitki növü” daxildir. Bu səbəbdən də bitki ehtiyatlarının tədqiq olunması, onların yayılması qanunauyğunluqlarının, bio¬eko-loji, fitosenoloji və ontogenetik xüsusiyyətlərinin analizi, eləcə də onlardan praktiki məq¬səd¬lərdə istifadənin mikrobioloji, mikoloji, ekoloji və biotexnoloji əsaslarının tədqiqi olduqca vacib məsələlərdəndir və demək olar ki, bu bir sıra elm sahələrinin, o cümlədən mikrobiologiyanın prio¬ri-tet istiqamətlərindəndir. Qeyd etmək lazımdır ki, Azərbaycan florasına daxil olan bitkilərdən “1547 növü dərman əhəmiyyətlidir ki, onların da təxminən 800-ə yaxını efir yağlı bitkilərə aid¬dir”. Ölkənin bitki örtüyünün rəngarəngliyinə baxmayaraq, bu təbii sərvətlərdən çox az istifadə olu¬nur. Hər il yüz tonlarla yabanı efir yağlı və dərman bitki növləri tədarük edilmir və ekoloji təmiz şəraitdə məhv olur. Bitki mənşəli daha effektli dərman vasitələrinin yaradılması vacib və aktual məsələlərdəndir. Dərman bitki xammalı və bitki mənşəli dərman preparatları ümumiyyətlə dərman vasitələrinin əhəmiyyətli hissəsini təşkil edir. Yeni dərman bitkilərinin intensiv öyrənil¬mə¬si elmi təbabətdə istifadə olunan dərman bitkilərinin nomenklaturasının zənginləşməsinə səbəb ol¬muşdur. Bu nomenklaturaya daxil olan bitkilər arasında iynəyarpaqlı bitkilər xüsusi əhəmiy¬yət¬li¬dir. Bu bitkilərdən efir yağının alınması və fiziki-kimyəvi konstantlarının və tətbiq sahələrinin öy¬rənilməsi mühüm əhəmiyyətə malikdir. Efir yağlı bitkilərin kompleks bioloji aktiv maddələrə malik olması tədqiqatçıların diqqət mər¬kə¬zinə çevrilmiş və geniş miqyaslı, müxtəlif aspektli tədqiqat işlərinin aparılmasına səbəb olmuşdur. Aparılan tədqiqatlar göstərir ki, efir yağlı bitkilər öz vegetasiyası dövründə ətraf mühitə həyat fəaliyyətləri nəticəsində metabolitik məhsullardan olan “fitonsid təbiətli bakterisid, fungisid və protistosid maddələri ifraz edirlər”. Bu maddələr bitki orqanizmlərində təbii yolla əmələ gələn immun sistemlərinin bərqərar olmasında əsas faktor hesab olunur. Eyni zamanda fitonsid təbiətli birləşmələr mikroorqanizmlərlə, o cümlədən mikromisetlərlə antaqonizm təşkil edirlər. Başqa söz¬lə desək, fitonsid təbiətli maddələr sintez edən efiryağlı bitkilər fitopatoloji xəstəliklər törədən mikr-o¬orqanizmlərin, o cümlədən mikroskopik göbələklərin “bu bitkilər üzərində məskunlaş¬ma¬sı¬na və onların sonrakı inkişafına mane olaraq ya fungisid təsir göstərir, ya da fungistatik bir və¬ziy¬yət yaradır”. Adi ardıc (Juniperus communis L.) Azərbaycanın Qərb bölgəsində geniş yayılmış sərvkimilər fəsiləsindən həmişəyaşıl, ikievli, iynəyarpaqlı kol bitkisidir. Ardıcın tərkibində olan müxtəlif bioloji aktiv maddələrin tərkibinin, miqdarının və onun böyüməsinin təbii iqlim şəraitindən asılılı¬ğı tədqiq olunmuşdur. Qərb bölgəsində bitən ardıc bitkisinin etil spirtində və isti suda ekstrak¬siyasından alınan efir yağının bioaktiv komponentlərinin tədqiqinin nəticələri təqdim olunmuşdur. Uçucu efir yağlarının tərkibi xromatoqrafiya metodu ilə öyrənilmişdir. Müəyyən edilmişdir ki, adi ardıcın yaşıl oduncaq hissəsinin spirtli ekstraktından alınan efir yağının tərkibində terpen birləşmələri üstünlük təşkil edir: α-pinen 32.90%, kamfen 1.00%, p-pinen 10.50%, mirsen 8.62%, ∆3-karen 1.83%, α-fellandre 1.80%, α-terpinen 1.50%, dipenten 0.10%, 3- fellandre 4.15%, sineol 2.24%, γ-terpinen 0.50%, p-kumol 1.28%, terpinolen 1.20%, α-thujon 2.28%. İlin müxtəlif ayla¬rın¬¬da adi ardıcın oduncaq hissələrindən efir yağının alınması dinamikasının tədqiqi göstərdi ki, onun miqdarı mövsümdən asılı olaraq dəyişir (ümumi quru xammalın kütləsinin 2.3-3.3%-dir). Ardıc bitkisinin müalicəvi xüsusiyyətləri əsasında əldə edilən efir yağından təbabətdə və kosme¬tologiyada müxtəlif tərkibli məlhəm və lasyonların hazırlanmasında istifadə etmək olar.
Keywords: etil spirti, efir yağı, ekstraksiya, xromatoqrafiya, terpen birləşmələri
-
УПРАВЛЯЕМЫЕ ВЫСОКОТОЧНЫЕ СТАБИЛИЗАТОРЫ ТОКА С ИНДУКЦИОННОЙ ЛЕВИТАЦИЕЙ ПОДВИЖНОЙ ЧАСТИ
Authors: Гюльшен Керимзаде
DOI: https://doi.org/10.36962/pahtei25022023-46
Year: 2023 Pages: 46-56
Show abstract
Abstract: В представленной работе рассмотрены некоторые характерные ососбенности ха-рак-теристик прецизионных управляемых высокоточных стабилизаторов тока с ис¬поль¬-зованием эффекта индукционной левитации. Стабильность и форма тока наг¬руз¬ки определяет надежность, точность, экономичность, срок службы устройств автоматики, испытательной аппаратуры и гальванических ванн. Определение выходных характеристик, установление аналитических связей между исходными данными и выходными параметрами стабилизатора является одним из этапов алгоритма для решения задач проектирования параметров стабилизатора переменного тока с индукционной левитацией подвижной части. Это в свою очередь способствует разработке математической модели, состоящей из системы уравнений электрических, магнитных, механических и тепловых цепей стабилизатора, совместное решение ко¬торых позволяет установить аналитические связи между исходными данными и па¬раметрами как рабочий ход, сила веса, сечения обмоток и сердечника, потери в меди.
Keywords: стабилизатор тока, индукционная левитация, подвижная часть, вы-сокоточный, управ¬ля¬е¬мый, прецизионный, источник, зависимость, левитационная обмотка
-
MƏDƏN GEOFİZİKİ MƏLUMATLARININ MÜASİR PROQRAM TƏMİNATI İLƏ İNTERPRETASİYASI NƏTİCƏLƏRİNİN TƏHLİLİ
Authors: Kifayət Kərimova, Ümid Səmədli, Rahil Ağayev
DOI: https://doi.org/10.36962/pahtei25022023-57
Year: 2023 Pages: 57-66
Show abstract
Abstract: Son dövürlər müasir proqram təminatının quyu məlumatlarına tətbiqi ilə çöküntülərin petrofiziki və doyum xüsusiyyətlərinin təyinedilməsi qarşıya qoyulan vacib məsələlərdən biridir. Bu halı nəzərə alaraq tədqiqat işində müasir geofiziki proqram təminatının tətbiqi ilə karotaj diaqramlari kompleksindən istifadə etməklə kəsiliş boyunca kollektor layların məsaməliliyinin, gilliliyinin, keşiriciliyinin və neft-qaz doyumluluğunun təyini məsələsinə diqqət yetirlimişdir. Ehtiyyatın hesablanmasında əsas parametrlərdən olan kollektor layların effektiv məsaməliliyinin, gilliliyinin, keşiriciliyinin və neft-qaz doyumluluğunun təyini QGT və süxur nümunələri məlumatı vasitəsi ilə müəyyən edilir. Bu parametrlərin dəqiq petrofiziki hesablanması üçün litologiyanın təyin edilməsi vacib məsələlərdən biridir. Bu səbəblə tədqiqat işində həmçinin müasir geofiziki proqram paketinin imkanlarından istifadə etməklə komplekskarotaj diaqramları üzrində gilli və kollektor zonalar təyin edilmişdir. Həmcinin,quyular istismara buraxılmazdan əvvəl ən vacib görülən işlərdən biri yataqda neftin həcminin hesablanmasından ibarətdir.Çünki biz quyunu istismara verməzdən əvvəl bilməliyik ki, quyunun istismar olunması zamanı iqtisadi cəhətdən bu quyudan gəlir əldə etmək mümkündürmü.. Bu məqsədlə məqalədə quyu məlumatlarına müasir proqram təminatlarından istifadə etməklə şərti götürülmüş 2 quyu kəslişi boyunca kollektor laylar seçilmiş, elektrik karotajı məlumatlarına əsasən layların kollektorluq xüsusiyyətini səciyyələndirən petrofiziki parametrlər təyin edilmişdir. Bu parametrlərə neft-qaz doyumluluğu, su doyumluluğu, effektiv məsaməliliyi, həcmi gilliliyi və keçiriciliyi misal göstərə bilərik. Məlum olduğu kimi bu parametrlər layların məhsuldarlığın qiymətəndirilməsində ən vacib olan parametrlərdir. Tətqiqat məqsədilə müasir proqram təminatından istifadə etməklə şərti götürülmüş 2 quyu üzrə ümumi məsaməlik, effektiv məsaməlik, həcmi gillik, doyumluluq parametrləri təyin edilmiş və bu parametrlərin orta qiymətləri interpretasiya nəticəsində təyin olunan qumlu interval üzrə hesablanmışdır. İnterpretasiya zaman 1 saylı quyu kəsilişi üzrə 10250m-11047m, 2 saylı quyu kəsilişi boyu 10625m-11511m dərinlik intervalı qumlu intarval kimi qiymətləndirilmiş, sıxlıq karotajının köməkliyi ilə həmin intervallar üzrə ümumi və effektiv məsaməliliyin qiyməti təyin edilmişdir. Məqalədə həmçinin Techlog proqram təminatından istifadə edərək Qamma karotajı məlumatlarına əsasən həcmi gillilik, ARCHİ düsturuna əsasən su və neft-qaz doyumluluq hesablanmış və alınan nəticələrə əsasən bütün quyular üzrə su və neft kontaktı təyin edilmiş.
Keywords: həcmi gillilik, interpretasiya, məsaməlik, doyumluluq, quyu, karotaj, sıxlıq, techlog, effektiv məsaməlik
-
ОПРЕДЕЛЕНИЕ ПЛАСТОВОГО ДАВЛЕНИЯ МЕТОДОМ ЭВОЛЮЦИОННОГО МОДЕЛИРОВАНИЯ
Authors: Мурсал Худиев, Гюлбала Алескеров, Назмия Аскерова, Гюлзар Караджаева
DOI: https://doi.org/10.36962/pahtei25022023-67
Year: 2023 Pages: 67-75
Show abstract
Abstract: Пластовое давление представляет собой один из важнейщих параметров разработки месторождений природных углеводородов. Его определение базируется на использования давления (КВД). Однако ее полное снятие может быть существенно осложнено невозмож-ностью остановки скважины на длительное время (до нескольких суток) также, для газовых газоконденсатных и скважин требуются знание схемы пласта (конечный или бесконечный). В таких случаях предлагается использовать эволюционное моделирование. Модель, полу-чен¬ная в виде прямой позволяет, вне зависимости от схемы пласта, рассчитывать пластовое давление по участкам КВД, нефтяной, газовой или газконденсатной скважинвы, снятых за незначительный промежуток времени. Потери в нефтяной отрасли (из-за аварий или разливов) – одна из самых больших проблем на сегодняшний день. Эти потери вызывают огромные последствия как с точки зрения ко-ли¬чества, так и загрязнения окружающей среды. Основные угрозы возникают в результате по¬терь, происходящих в нефтепроводах и системах технологических трубопроводов, а также в результате загрязнения нефтью и нефтепродуктами, попадающими в окружающую среду. Для оценки ущерба окружающей среде от убытков от аварий при эксплуатации неф¬те¬про-во¬дов и его воздействия на окружающую среду необходимо оценить объем разлитой нефти. В статье предлагается использовать графоаналитический метод для определения количества углеводородов, диспергированных в окружающую среду в различных режимах, на основе анализа, проведенного при авариях на трубопроводах. Стало известно, что во время аварии представления о свободном поступлении нефти в окружающую среду оказались некон¬крет¬ными, поскольку дыра образовалась в той части, где произошла утечка на месте аварии. Принимая во внимание, что определение того, какая часть нефти вытекает из нефтепровода при реальных авариях, очень важно для анализа риска, исследования проводились на основе сжатого профиля нефтепровода. В настоящее время, кроме новых технических устройств, места утечек определяются на основании диагностических осмотров трубопроводов и результатов диагностирования, по-лу¬ченных при осмотре. Заранее предотвращаются даже аварии в трубопроводных и тех-ноло¬гических системах.
Keywords: экологические воздействие, пласт, пластовое давление, кривая восстa-нoв¬ления, эволюционная модель, нефтяной, газовой скважины, газоконденсфтной скважи-ны, закон Дарци, бесконечный пласт, технологическая диагностика, технологическая сис-тема
-
NEFT SƏNAYE OBYEKTLƏRİNDƏ NEFT ÇƏNLƏRİNİN YANĞIN TƏHLÜKƏSİZLİYİ
Authors: Gülşən Mustafayeva, Elay Hidayətova
DOI: https://doi.org/10.36962/pahtei25022023-76
Year: 2023 Pages: 76-81
Show abstract
Abstract: Məqalədə neft-qaz kompleksinin istehsalat obyektlərinin yanğın təhlükəsizliyinin təmin edilmə-sinin əsas məsələləri vurğulanır. Onlar çox təhlükəli istehsalat obyektləri olmaqla, bütün yanğın təhlükəsizliyi standartlarına keyfiyyətcə cavab verməlidirlər. Bu obyektlərdə baş verən qəza və yanğınların statistik məlumatlarının təhlili göstərdi ki, ən təhlükəli vəziyyət neft çənlərində qəza zamanı yaranır. Çən parklarında neft və neft məhsullarının dağılmalarını məhdudlaşdırmaq üçün əsas tədbirlərə torpaq bəndlərinin yaradılması və yanmaz materiallardan hazırlanmış qapalı divar¬la-r¬dır. Çənlərdə baş vermiş qəzaların nəticələrinin təhlili göstərdi ki, bu cür maneələr dəfələrlə föv-qəladə hallara səbəb olan sıçrayış dalğasını saxlaya bilmir. Neft dağılmalarının qarşısını alma¬ğın yollarından biri çənlərin ətrafında mühafizə divarlarının quraşdırmasıdır-"biri birinin içində". Əsas şaquli silindrik çənin ətrafında qoruyucu divarın olması, belə bir çənin hermetikliyini itir¬dikdə neft məhsullarının sızmasının qarşısını almağa imkan verir və çox böyük ekoloji və maddi problemlərin qarşısını alır. Qoruyucu divarın olması ya torpaq bəndlərinin sahəsini azaltmağa (boş¬luğa sızan neft məhsulunun həndəkə axması ehtimalı azdır) və ya ondan tamamilə qurtulmağa imkan verir. Bu, öz növbəsində, belə çənlərin və ya çən qrupları arasındakı məsafələri azaldacaq ki, bu da bütün sonrakı üstünlükləri ilə çən parklarının ümumi sahəsini azaltmağa imkan verir.
Keywords: yanğın təhlükəsizliyi, çən, hermetiksizləşmə, neft-qaz kompleksi, qoruyucu divar
-
KORROZİYAYA QARŞI YENİ REAGENTLƏRİN TƏDQİQİ
Authors: Hüseyn Qurbanov, Nigar Abdullayeva, Zeynəb Abdullayeva
DOI: https://doi.org/10.36962/pahtei25022023-82
Year: 2023 Pages: 82-92
Show abstract
Abstract: Metalların korroziyası səbəbindən baş verən qəzalar böyük itkilərə səbəb olur. Korroziya problemlərinin həll olunmaması səbəbindən sənayenin bir çox sahələrində texniki inkişaf ləngiyir. Bu məsələ böyük miqdarda metal ehtiyatı olan inkişaf etmiş ölkələrdə xüsusi ak¬tu¬al¬lıq kəsb edir. Hazırda neft-qaz sənayesinin qlobal problemi sayılan korroziya, neft sə¬na¬ye¬sinə malik inkişaf etmiş dünya ölkələrinin neft-kimya, neft-qaz sənayesi və digər sahə¬lər¬də çox ciddi problem olaraq qalmaqdadır. Respublikamız inkişaf etmiş neft və qaz çıxarma, onların emalı, neft-kimya və kimya sa¬hə¬lə¬rinə malik olduğundan korroziya prosesi ölkəmiz üçün də ciddi və aktual problem sayılır. Lay sularında aqresiv H2S, CO2 və O2 qazlarının və SRB olması məhz kompleks təsirli və ya çoxfunksiyalı inhibitor bakterisid xassəli reagentlərin tədqiq olunaraq tətbiqə yönəl¬dil¬mə¬si zamanın tələbindən irəli gələn bir məsələdir. SRB-nin digər növ bakteriyalara nisbətən daha çox korroziya aqresivliyi yarada bilməsini nəzərə alaraq tərəfimizdən yaradılacaq in¬hi¬bitor bakterid xassəli reagentin SRB-nin hıyat fəaliyyətinin qısa zaman ərzində tama¬mi¬lə dayandırılmasını nəzərdə tutulmuşdur. Bildiyimiz kimi, SRB həyat fəaliyyəti prosesində biogen hidrogen sulfidi yaradır. Bu da qeyd etdiyimiz kimi daha təhlükəli korroziya aktiv¬li¬yi¬nə malik maddədir. Umumiyyətlə, neft sənayesində korroziya xüsusiyyətlərinin müx¬təli¬f¬li¬yi¬ni nəzərdən keçirdən zaman məlum olur ki, ən qorxulu korroziya agenti hidrogen sulfiddir. Onu da qeyd edək ki, SRB-nin həyat fəaliyyətinin dayandırlması zamanı digər bioloji qrup mikroorqanizmlərin də məhv edilmisi mümükündür. Çox saylı elmi tədqiqat işləri aparılma¬sı və yeni növ korroziya ingibitorun yaradılmasına baxmayaraq H2S, CO2 və O2 –nin yük¬sək qatılıqıarında, həmşinin SRB-nin yüksək miqdarında neft sənayesi qurğu və ava¬dan¬lıq¬ların korroziyadan mühafizə edə biləcək yüksək effekti inhibitor bakterisid xassəli rea¬gent¬lərin yaradılması aktual problem kimi qalmaqdadır. Bu səbəbdən də göstərilən müh¬i-t¬lər üçün belə çoxfunksiyalı xassəyə malik reagent yaradılmalıdır ki, bütün aqresiv mü¬hit¬lər¬də korroziya problemini həll edə bilsin. Aparılmış uzunmüddərli korroziya proseslərinin ax¬ta-rışlarından sonra iqtisadi baxımından daha məqsədə uyğun korroziya nöqteyi nəzərdən universal xassəyə malik çoxfunksiyalı reagentlərin sintezi, tədqiqi və sənaye miqyasında tətbiqi daha məqsədə uyğun hesab edilir. İlk dəfə olaraq laboratoriya şəraitində S-1 inhibitorunun və Aİ-1 kompozisiyanın hidrogen sulfid, karbon qazı və hidrogen sulfid qazı ilə karbon qazının birgə olduğu aqressiv mühit¬də korroziya sürətinə və Postqeyt-«B» qidalandırıcı mühitindən sulfatreduksiyaedici bakte¬ri¬ya¬l¬¬arın həyat fəaliyyətinə təsiri tədqiq edilmişdir. Çoxsaylı təcrübələrin nəticələrindən mə¬lum olmuşdur ki, S-1 inhibitorun optimal qatılığı 45q/t, Aİ-1 kompozisiyasının optimal qa¬tı¬lı¬ğı isə 700q/t-dur.Aİ-1 kompozisiyası həm qazların ayrı-ayrılıqda və birgə olduqları aqressiv mü¬hit¬lərdə və həm də sulfatreduksiyaedici bakteriyaların inkişafı üçün münbit mühit olan Post¬qeyt-«B» qida mühitində S-1 reagenti ilə müqayisədə daha yüksək aktivlik nümayiş etdirir. S-1 inhibitorun və Aİ-1 kompozisiyasının optimal qatlıqlarında korroziyadan mü¬ha¬fi¬zə effekti uyğun olaraq hidrogen sulfid mühitində 95.8%, 98.7%, karbon qazı mühitində 88.9%, 93.8%, hər iki qazın birgə olduğu mühitdə 90.3%, 95.4% təşkil edir. Optimal qatılıq¬da S-1 inhibitorun və Aİ-1 kompozisiyasının bakterisid effektləri isə uyğun olaraq 86% və 97%-dir.
Keywords: kompozisiya, inhibitor, korroziya, mühafizə effekti, sulfatreduksiyaedici bakte¬ri¬ya, karbon qazı, hidrogen sulfid, bakterisid effekti
-
MÜƏSSİSƏDƏN İŞÇİ AXINININ ƏSAS SƏBƏBLƏRİ VƏ QABAQLAYICI İNSAN KAPİTALI SİYASƏTİ
Authors: Rakim Haqverdiyev
DOI: https://doi.org/10.36962/pahtei25022023-93
Year: 2023 Pages: 93-102
Show abstract
Abstract: Bu məqalədə müəssisədən işçi axını prosesinin baş verməsinin əsas səbəb faktorları və bu faktorların aradan qaldırılmasında effektiv mexanizm kimi istifadə edilə biləcək olan insan kapitalı siyasətinin fəaliyyəti istiqamətləri araşdırılmışdır. Müəssisədən işçi axınının baş verməsi dövrümüzdə təşkilatların və menecerlərinin ən aktual problemlərindən biridir. Sözsüz ki, bir müəssisədə dövri olaraq işə yeni qəbul olan əməkdaşlar olduğu kimi, işdən çıxma hallarının da olması qaçılmazdır. Təşkilatda bütün işçilərin eyni şərtlər altında uzunmüddətli dövrdə fəaliyyətlərinin təmin edilməsi qeyri-mümkündür və əməkdaşlar istənilən zaman öz fərdi məqsədləri və seçimləri üçün hüquqi olaraq tam müstəqil və sərbəst şəkildə müəssisədən ayrılma qərarını verə bilərlər. Bu zaman müəssisənin insan resursları departamenti öz növbəsində müəyyən hesablamalar aparır və təşkilatın kadr siyasətini elə aparır ki, işdən çıxma-işə qəbul-vakansiya sayı balansı sabit qalsın. Lakin insan resurslarının idarə edilməsi siyasəti düzgün aparılmayanda bu balans pozulur və bu da artıq təcrübəli və səriştəli kadr potensialının təşkilatdan ayrılmasına gətirib çıxarır. Bu hal əlbəttə ki müsbət dəyərləndirilə bilməz və təşkilatı çox dərin bir uçuruma apara bilər. Buna görə də müəssisədən kütləvi şəkildə ixtisaslı mütəxəssis axınının səbəbləri daima araşdırılmalı və zamanında qarşısı alınmalıdır. Bu məqalədə öncəliklə müəssisədə işçi axını və onun səbəblərinin nəzəri aspektləri araşdırılır, daha sonra isə praktiki olaraq Azərbaycanda xidmət sektoru müəssisələrində işçi axınının və onun qarşısının alınması üçün tətbiq edilən insan kapitalı siyasətinin əsasları öyrənilir.
Keywords: müəssisədən işçi axını; işçi axınının səbəbləri; insan kapitalı siyasəti; Azərbaycan müəssisələrində işçi axını
-
A COMPREHENSİVE APPROACH TO THE COMPLETİON OF HORİZONTAL AND MULTİLATERAL WELLS
Authors: Mahammad Shirinov, Sabir Gurbanov, Ramil Zamanlı
DOI: https://doi.org/10.36962/pahtei25022023-103
Year: 2023 Pages: 103-111
Show abstract
Abstract: At the heart of any new technology is the desire to reduce the cost of each produced barrel of oil equivalent. New potential opportunities for a significant improvement in the economics of drilling are opened up by the Multilateral Well Drilling Technology. More recently, through the joint efforts of design, development and implementation groups of service companies and operators, multilateral drilling technology has become a new cost-effective method of well completion.In this section of Multilateral Drilling Technologies, we would like to demonstrate how, with the introduction of advanced innovative technologies, the multilateral drilling systems developed by Halliburton have become suitable for the urgent needs of the oil and oil industry.
Keywords: Multilateral Well, Well Completions, Open Hole Sidetracks, drilling system, drilling technology
-
KREDİT BAZARINDA BORC VƏSAİTLƏRİNİN YARADILMASININ ƏSAS MƏNBƏLƏRİ
Authors: Hüseyn Eyvazlı
DOI: https://doi.org/10.36962/pahtei25022023-112
Year: 2023 Pages: 112-122
Show abstract
Abstract: Sivil cəmiyyətimizin ən aktual məsələlərindən biri kredit bazarıdır. Kredit bazarı kreditorlar və borcalanlar arasında kreditlərin verilməsi, istifadəsi və bağlanması ilə bağlı münasibətlərin məcmusudur. Kredit bazarı bütövlükdə bazar iqtisadiyyatını sürətləndirən və hərəkətə gətirən əsas mexanizmdir. Kreditin verilməsi zamanı kreditor və borcalan arasında kredit münasibətləri yaranır. Kredit bazarı fərdi və müstəqil qərar qəbul edən təsərrüfat subyektləri arasında qarşılıqlı münasibətlərin formasıdır. Kredit bazarının fərqli xüsusiyyəti pulun burada məhsul kimi çıxış etməsidir. Kredit bazarı kredit kapitalı bazarının tərifinə əsaslanır. İkinci Dünya Müharibəsindən və texnologiyanın inkişafından sonra dünyada kredit bazarı anlayışı geniş yayılmışdır. Azərbaycanda kredit bazarı qədim tarixə malikdir. Lakin Azərbaycanda kredit bazarının əsas inkişaf dövrü müstəqillik əldə etdikdən sonraya təsadüf edir. Bu sahə dövlət tərəfindən prioritet sahə kimi seçilib və bu sahənin inkişafı üçün dövlət proqramları həyata keçirilib. Bunun nəticəsində ölkənin kredit bazarına yerli və xarici investisiya axını başladı. Bank əmanətləri qəbul edən, müxtəlif kredit əməliyyatlarında bu əmanətlərdən ən səmərəli şəkildə istifadə etməyi qarşısına məqsəd qoyan və ya əsas fəaliyyəti müntəzəm olaraq kredit almaq və ya vermək olan iqtisadi qurumdur. Başqa sözlə desək, bank pul, kredit və kapitalla bağlı hər cür əməliyyatları həyata keçirən və tənzimləyən, fiziki və ya ictimai şəxslərin və təsərrüfat subyektlərinin bu sahədə hər cür ehtiyaclarını ödəmək üçün fəaliyyət göstərən təsərrüfat vahididir. Hər bir ölkənin iqtisadiyyatının inkişafının əsasını maliyyə münasibətləri təşkil edir. Maliyyə resurslarının dövriyyəsi və yenidən bölüşdürülməsi həm də maliyyənin dəyərini müəyyən edir və onun fəaliyyət dairəsini formalaşdırırdı. Bazar iqtisadiyyatının vəziyyətini nəzərə alsaq, maliyyə bazarı ölkədə bazar münasibətləri sisteminin tərkib hissəsidir. “Maliyyə bazarı” anlayışı inkişaf etmiş dünya təcrübəsinə və hər bir ölkənin iqtisadi inkişafının spesifik xüsusiyyətlərinə uyğun olaraq müxtəlif cür şərh edilə bilər. Pul, depozit, kredit, valyuta, sığorta və pensiya bazarlarının maliyyə alətləri ilə təşkil edilən ticarət sistemini təmsil edir. Burada əsas rolu vəsait axınını sahiblərdən borcalanlara yönəldən maliyyə strukturları oynayır. Orada alətlər və qiymətli kağızlar əmtəə kimi istifadə olunur. Maliyyə bazarı, hər hansı digər bazar kimi, maliyyə resurslarının satıcıları və alıcıları arasında birbaşa əlaqə yaratmağa yönəlmişdir. Buna görə də maliyyə bazarı kapitala tələb və təklifin formalaşması çərçivəsində kreditorlar və borcalanlar arasında vasitəçilərin köməyi ilə bir növ kapitalın qaytarılması mexanizmi sistemidir. Bu bir növ maliyyə dövriyyəsidir. Praktikada bu, vəsaitlərin sahiblərdən borcalanlara və əksinə hərəkətidir. Məqalədə kredit bazarlarında borc fondlarının yaradılmasının əsas mənbələri araşdırılır və tədqiqata cəlb edilir.
Keywords: kredit bazarı, bank, vəsait, borc ehtiyatı, maliyyə,bazar iqtisadiyyatı
-
CƏNUBİ XƏZƏR ÇÖKƏKLİYİNDƏ GEODİNAMİK-GƏRGİNLİK OCAQLARININ YARANMA SƏBƏBLƏRİ (ŞAMAXI-İSMAYILLI ZONASININ TİMSALINDA)
Authors: Hümbət Vəliyev Aygün Sultanova, Səriyyə Mirzəyeva Elnur İsazadə
DOI: https://doi.org/10.36962/pahtei25022023-123
Year: 2023 Pages: 123-137
Show abstract
Abstract: Azərbaycanın Şamaxı-İsmayıllı geodinamik-gərginlik zonası illər boyu aparılmış tədqiqatlar nəticəsində Qafqazın seysmik aktivliyinin ən yüksək olduğu və intensiv zəlzələ ocaqlarının müşahidə olunduğu zonalardan biri hesab olunur. Zaman keçdikcə bu zonada seysmik aktivliyin yüksəldiyi qeydə alınmışdır. Tədqiqat zonasında qeydə alınan dərin tektonik proseslər bu zonada geodinamik gərginliyin öyrənilməsində mühüm rol oynayır. Şamaxı-İsmayıllı zonasında uzun illər aparılan tədqiqatların nəticələri seysmomaqnit effektinin təzahürünün və onun zəlzələ mənbəyinin mexanizmindən asılılığının bir sıra xarakterik xüsusiyyətlərini müəyyən etməyə imkan vermişdir. İsmayıllı və Şamaxı zonalarında baş vermiş zəlzələ ocaqlarının yeri və dərinliklərinin müqayisəli təhlili göstərir ki, baş vermiş zəlzələlər Çökmə örtük qatının aşağı hissəsində Qranit qatın yuxarılarında baş vermişdir. Həmin zəlzələlər Çökmə qatın konfiqurasiyasının kəskin dəyişmə yerində, gərginlik-deformasiya şərait olan gərilmə yerində, intruziv kütlənin kontaktı olan hissədə olmuşdur. Məqalədə zəlzələ ocaqlarının yaxınlığında geomaqnit sahə gərginliyinin anomal dəyişmələri haqqında məlumatlar öyrənilir. Aparılmış tədqiqatlar nəticəsində geodinamik-gərginlik ocaqlarında enerjinin toplanmasına və zəlzələlərin baş verməsinə zəmin yaradan amillər öyrənilir. Həmçinin Böyük Qafqazın cənub yamacında Şamaxı-İsmayıllı, Şəki-Zaqatala zonasında geoloji kəsilişlərində üfiqi hərəkət zamanı bloklar və lay kompleksləri fərqli yerlərini dəyişdiyi və tektonik qırılmaların sıxlığı müşahidə olunduğu göstərilmişdir. Azərbaycan ərazisində zəlzələlərin episentrlər xəritəsində və hiposentrlərin dərinlik üzrə paylanması kəsilişlərində 0-100 km intervalda seysmik aktivliyin dərinlik qatları üzrə fərqli dəyişdiyi müşahidə olunur. Böyük Qafqazın cənub yamacında tektonik qırılmaların sıxlığı çox olan sahələrdə əsas güclü zəlzələlər 7-15 km intervalında baş verir. Kəsilişin üst hissələrində Çökmə qatının 3-5 km intervalında baş verən zəlzələlərin sayı çox olsada maqnitudası M≥4 həddini aşmır. Dərin qatlarda isə zəlzələ ocaqlarının yaranmasına səbəb olan amillərdən biri kimi yer səthinə yaxın köklü intruziv kütlələr olduğu qeyd edilir. Çökmə qat kompleksi horizontal hərəkət edərək intruziv kütlələrlə qarşıla¬şır və blokların, lay komplekslərinin fərqli sürətlərı çökmə qatda deformasiya ocaqları yaranmasına zə¬min yaradır, geodinamik-gərginlik enerjisi tədricən artmaqda davam edir və kritik həddə çatanda tektonik qırılma olur, zəlzələ baş verir. Şamaxı-İsmayıllı, Şəki-Zaqatala zonasında geodinamik-gərginlik ocaqları intruziv kütlələrin təmas hissəsinə yaxın yerləşir və güclü zəlzələlər belə ocaqlarda baş verir.
Keywords: intruziv kütlə, zəlzələ ocağı, seysmik aktivlik, tektonik qırılma, horizontal yerdəyişmə
-
ƏMƏK BAZARI VƏ MƏŞĞULLUĞA RƏQƏMSAL İQTİSADİYYATIN TƏSİRLƏRİ
Authors: Rəşad Hüseynov, Novruz Rəhimov
DOI: https://doi.org/10.36962/pahtei26032023-190
Year: 2023 Pages: 190-202
Show abstract
Abstract: Rəqəmsallaşma prosesi dünyanın müxtəlif ölkələrində eyni vaxtda baş vermir və buna görə də milli iqtisadiyyatların rəqəmsallaşma dərəcəsində müəyyən boşluq var ki, bu da rəqəmsal uçuruma və nəticədə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatdan asılılığının artmasına səbəb olur. Ölkə iqtisadiyyatının rəqəmsal transformasiyası prosesində siyasət, hüquqi normalar, adət-ənənələr və mədəniyyət, əldə edilmiş iqtisadi inkişaf səviyyəsi, təhsilin səviyyəsi və onun öz texnoloji bazası, eləcə də bir çox digər amillər mühüm rol oynayır. Rəqəmsal iqtisadiyyat şəraitində Azərbaycan Respublikasında da dövlətin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən birini də əmək bazarının tənzimlənməsi, ölkə əhalisinin tam və əlverişli məşğulluğunun təmin olunması təşkil edir. Məşğulluq sahəsində həyata keçirilən proqramların, qeyri-neft sektorunun inkişafına yönəldilmiş tədbirlərin, regionallara böyük həcmdə investisiyaların yönəldilməsinin, bölgələrdə yeni iş yerlərinin, müəssisələrin, infrastruktur obyektləri və sairin yaradılmasının ölkədə məşğulluğun təmin olunmasında böyük rolu olmuşdur. Ancaq müəyyən səbəblərdən ölkədə iş yerlərinə olan tələbat hələ də yüksək olaraq qalır. Məqalə əmək bazarında rəqəmsal iqtisadiyyatın təsirinin təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Tədqiqatda iqtisadiyyatın inkişafında rəqəmsal transformasıyanın əhəmiyyətinə diqqət yönəldilmişdir.
Keywords: rəqəmsal iqtisadiyyat, əmək bazarı, məşğulluq, peşə hazırlığı, insan kapitalı
