Volume 24, Issue 1 (2023)

  1. MAŞINQAYIRMADA MƏMULATLARIN KEYFİYYƏTİNİN İDARƏ EDİLMƏSİ

    Authors: Ləman Əskərova, Rafiq Hacıyev, Samirə Maliyeva, Sevinc Baxşəliyeva, Şəmkir Zəkəriyəyev

    DOI: https://doi.org/10.36962/pahtei24012023-04

    Year: 2023 Pages: 4-11

    Show abstract

    Abstract: Müasir dövrdə malların yüksək keyfiyyətinin müəssisənin uğurunda həlledici amil olması getdikcə aydınlaşır. Bu prinsipə riayət etmək ölkənin qlobal rəqabət qabiliyyətinə nail olmaq və onun həyat keyfiyyətini təmin etmək üçün ən mühüm şərtlərdən biridir. Yerli maşınqayırma müəssisələrinin məhsullarının yüksək keyfiyyətinin təmin edilməsi probleminin həlli zərurəti elmi-texniki tərəqqinin əsas elementidir. Bundan əlavə, keyfiyyət məsələlərinin həlli satış bazarının davamlı olaraq genişlənməsinə və mənfəətin artmasına, eləcə də müştəri tələbinin ödənilməsinə kömək edir. Ona görə də bu gün bu məsələ xüsusi əhəmiyyət kəsb edir. İstehsalın bütün digər sahələrində və qeyri-istehsal fəaliyyət sahələrində mütərəqqi dəyişikliklər əsasən maşınqayırma sənayesinin məhsullarının keyfiyyətindən asılıdır. Məhsulun keyfiyyət səviyyəsi həm xarici, həm də yerli müəssisələr üçün ən mühüm prioritetlərdən biridir. Bu baxımdan məhsulun keyfiyyətinin qiymətləndirilməsi üsullarının, onların formalaşma xüsusiyyətlərinin, idarə edilməsinin, səviyyəsinin təhlili üsullarının, habelə təşkilatlar üçün əhəmiyyətinin öyrənilməsi həm nəzəri, həm də praktiki baxımdan aktualdır. Həmçinin məhsulun keyfiyyətinin formalaşması prosesləri müəyyən qanunlara tabedir. Beləliklə, maşınqayırma müəssisələri tərəfindən məhsulun keyfiyyəti problemlərinin getdikcə artan aktuallığı, onların səviyyəsinin təmin edilməsinin nəzəri və praktiki əsaslarının öyrənilməsi bu işin mövzusunun, məqsədlərinin, vəzifələrinin, əsaslandırılmasının və strukturunun seçilməsini müəyyən edir.

    Keywords: maşınqayırma, idarəetmə, məhsulun keyfiyyəti, nəzarət, istehsal

  2. NEFTQAZÇIXARMA SİSTEMİNDƏ HAVA KOMPRESSORLARININ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI

    Authors: Əlövsət Bağırov, Elmir Qocayev

    DOI: https://doi.org/10.36962/pahtei24012023-12

    Year: 2023 Pages: 12-17

    Show abstract

    Abstract: Məqalə neftqazçıxarma sistemlərində istismar olunan hava kompressorların texnoloji parametrlərinin təhlilinə, onların məhsuldarlığının və ümumi səmərəliliyinin artırılması məsələlərinə həsr olunub. Müxtəlif neftqazçıxarma müəssisələrindəki hava kompressorlarının tam çeşidi və tətbiq sahələri üzrə təhlili nəticəsində kompressor parkının effektivliyini azaldan amillər müəyyən edilmiş, prioritet təşkil edən faktorlar daha dərindən öyrənilmişdir. Kompressorların məhsuldarlığına mənfi təsir edən əsas amil kimi havanın bilavasitə sıxılmasını təmin edən və boz çuqundan hazırlanmış silindr, piston və piston həlqələrin qarşılıqlı şəkildə sürtünmə nəticəsində yeyilməsi müəyyən edilmişdir. Baş verən yeyilməni aradan qaldırmaq üçün çuqun piston həlqələrinin F4K20 markalı qeyri-metal ftorlon materialından hazırlanmıs həlqələrlə əvəzlənməsi məqsədəuyğun hesab edilmişdir. Ftorlon həlqələrinin tətbiqi nəticəsində 2SQ-50 tipli kompressorlarının məhsuldarlığının 20-30% artacağı, elektrik enerji, ehtiyat hissələri və təmir xərclərinin azalacağı göstərilmişdir.

    Keywords: hava kompressoru, məhsuldarlıq, silindr, piston həlqələri, ftorlon

  3. YENİ REAGENTİN İNHİBİTOR XASSƏSİNİN TƏDQİQİ

    Authors: Hüseyn Qurbanov, Leyli Abbasova

    DOI: https://doi.org/10.36962/pahtei24012023-18

    Year: 2023 Pages: 18-27

    Show abstract

    Abstract: Neft sənayesində mədən avadanlıqlarının və boru kəmərlərinin korroziyadan mühafizəsinin effektiv üsullarından biri korroziya inhibitorlarından istifadədir. Bunun üçün, mineral duzların və texnoloji mühitlərdə aqressiv qazların (H2S, O2, CO2) olduğu sərt şəraitdə metalların korroziya itkilərinin kəskin azalmasına kömək edən bir sıra maddələrin fərdi birləşmələrindən və ya kompozisiyalardan istifadə olunur.İnhibitor mühafizəsi mədən avadanlığının və boru kəmərlərinin korroziyadan mühafizəsinin ən geniş yayılmış və iqtisadi cəhətdən əsaslandırılmış üsuludur. Hazırda mədəndaxili neft boru kəmərlərinin daxili səthinin inhibirləşdirilməsi daxili korroziyadan qorunmanın əsas üsuludur. İnhibitorla mühafizə günümüzdə ən müassir və digər üsullarla müqayisədə üstünlüyü daha çox olan metoddur. Korroziyanın yaranmasına təsir göstərən faktor aqressiv mühit olduğundan, mühitin pH-ın dəyişdirilməsilə aqressiv mühitin korroziya yaratma qabiliyyətini aşağı salmaq metalların uzunömürlüyünü artırır. Mühitin pH-nı dəyişdirmək də məhz inhibitorlar hesabına baş verir. İnhibitorun əlavəsi ilə yenidən metal sərf olunmadığından və ya avadanlığın konstruksiya hissələrinin dəyişdirilməsinə ehtiyac yaranmadığından üsul daha effektivdir.İnhibitorlar üzvi, qeyri-üzvi, uçucu, passivləşdirici olurlar. Bu üsulda məqsəd korroziya prosesi baş verən metalda anod və katod arasında elektron mübadiləsini tənzimləməklə metalı mümkün qədər yüksək dərəcədə mühafizə etməkdən ibarətdir. İnhibitorların istifadəsi zamanı təsir katod sahəsinin azaldılması ilə aparılır ki, korroziya sürəti zəifləyir və metal korroziyadan mühafizə olunur. Yaxud da anod sahəsinin təsirini gücləndirmək məqsədilə inhibitor əlavə oluna bilər. Anodun təsir effekti artdıqca mühafizə olunan metal korroziyaya uğramır. Eyni zamanda inhibitor ekranlaşdırıcı təsir göstərir ki,mühafizə olunan metalın səthində ekranlaşdırıcı səth yaradır ki, metalla aqressiv mühit arasında sərhəd yaranır. Nəticədə metal korroziya mühitində olmadığından mühafizə olunur. Bu baxımdan inhibitoru seçərkən çalışmaq lazımdır ki, aqressiv mühit və metalın mühafizə potensialına uyğun olsun və metal maksimum dərəcədə aqressiv mühitdə korroziyaya uğramasın Üzvi, azot əsaslı inhibitorların istifadəsinə daha çox üstünlük verilir. İnhibitorun hansı təbiətli seçilməsi aqressiv korroziya mühitinin tərkibindən asılıdır. Neft-qaz sənayesində ən təhlükəli korroziya mühiti hidrogen sulfid və karbon qazının qatılığı çox olan mühitlərdir.Bəzən mühitin aqressivliyi çox olan zaman sadəcə inhibitorun tətbiqi kifayət etmir. Bu zaman müxtəlif inhibitorların kompozisiyalarından istifadə etmək daha məqsədəuyğundur. Aparılmış tədqiqatlar nəticəsində kompozisiyaların təsir effekti, fərdi inhibitorlarla müqayisədə daha yaxşı nəticələr göstərir. Aqressiv mühitlərin təsirindən yaranan korroziyadan qurğu və avadanlıqların mühafizəsi neftçi mühəndislər qarşısında duran mühüm vəzifələrdən biridir. Hazırda inhibitorların istifadəsi müxtəlif aqressiv mühitlərdə metalların korroziyasına qarşı mübarizənin ən təsirli üsullarından biri sayılır İlk dəfə olaraq laboratoriya şəraitidə S-1 reagentinin inhibitor xassələri tərkibində ayrı-ayrılıqda hidrogen sulfid, karbon qazı və eyni zamanda hidrogen sulfid və karbon qazı olan lay sularında tədqiq edilmişdir. Altı saat müddətində dinamik şəraitdə aparılmış təcrübələr zamanı reagentin 10, 15, 20, 25 və 30 mq/l qatılıqlarından istifadə edilmişdir. Müqayisə məqsədilə inhibitor xassəsinin öyrənilməsi üçün təcrübə inhibitorsuz mühitdə də aparılmışdır. Sınaq zamanı qeyd olunan qatılıqlarda həm metal itkisi, həm korroziyanın ləngimə effekti, eyni zamanda mühafizə effekti birlikdə tədqiq olunmuşdur. Məlum olmuşdur ki reagentin qatılığı 10mq/l-dən 30mq/l-ə kimi artması hər üç korroziya mühitində onun mühafizə effektivliyinin artmasına səbəb olur.Təcrübələrin nəticələri göstərmişdir ki, ən yüksək effekt məhz S-1 inhibitorun 30 mq/l qatılığında müşahidə edilir.Müəyyən edilmişdir ki, inhibitorun 30 mq/l qatılığında hidrogen sulfid mühitində korroziya sürəti 0.0864 q/m2⋅saata, mühafizə effekti isə (Z) 98,2% , karbon qazı mühitində korroziya surəti 0.1512 q/m2⋅saata, mühafizə effekti 95.8% və hər iki qazın birgə olduğu lay suyunda isə korroziya sürəti 0.252 q/m2⋅saata , mühafizə effekti isə 96.5% təşkil edir.

    Keywords: inhibitor, reagent, korroziya, lay suyu, hidrogen sulfid, karbon qazı,mühafizə effekti, korroziya surəti

  4. ULTRASƏS ANOMOMETRİ VASİTƏSİ İLƏ ATMOSFERDƏ KÜLƏYİN SÜRƏT VƏ İSTİQAMƏTİNİN TƏYİN EDİLMƏSİ, MONİTORİNQ MƏLUMATLARININ SİSTEMƏ ÖTÜRÜLMƏSİ

    Authors: Rəvan İsayev, Fəxrəddin Ağayev

    DOI: https://doi.org/10.36962/pahtei24012023-28

    Year: 2023 Pages: 28-36

    Show abstract

    Abstract: İnsanın yaşadığı və işlədiyi havanın aşağı təbəqəsində baş verən fiziki hadisələrin və proseslərin öyrənilməsi zamanı müxtəlif ölçmə növlərini birbaşa, dolayı olaraq bölməklə öyrənir.Bir qayda olaraq, dolayı ölçmə üsulları yaradılarkən və həyata keçirilərkən, (direct) , yerli (in situ) və uzaqdan (remote). Hazırda fizikada, xüsusən də atmosfer fizikasında birbaşa ölçmə üsulları çox azdır. Ölçmələrin əksəriyyəti dolayıdır. Bu üsullar yaxşı öyrənilmiş qanunlardan və müxtəlif fiziki parametrlər arasındakı əlaqələrdən, atmosfer qatının ölçülməsinin (standartlarının) artıq sübut edilmiş üsullarından istifadə etməklə xüsusi kalibrləmədən istifadə edir. Yerli (əlaqə) ölçmələr atmosferin tədqiq edilən nöqtəsində (məhdud həcmdə) yerləşdirilən müəyyən həssas elementlərdən (sensorlardan) istifadə etməklə həyata keçirilir. Kontakt üsullarının köməyi ilə müxtəlif atmosfer və səth parametrlərinin çoxlu ölçüləri aparılır (məsələn, müntəzəm olaraq işə salınan radiozondlardan istifadə edərək temperatur və rütubətin ölçülməsi). Lakin bu üsullardan istifadə edərək Yer atmosferinin vəziyyəti haqqında regional və xüsusilə qlobal miqyasda ətraflı məlumat əldə etmək çətin və çox baha başa gəlir, əslində isə mümkün deyil. Yer səthinə bitişik, əsasən yerin çevrəsinin bir çox nöqtələrində meteoroloji stansiyaların müşahidələri əsasında öyrənilir. Məhz buna görə də atmosfer fizikasının əsas hissəsini meteorologiya, daha doğrusu hava kütlələrinin hərəkəti, temperaturun, rütubətin ölçülməsi, yağıntıların tədqiqi və ozon təbəqəsinin məhv edilməsi və s. kimi məsələlər. Sadalanan bu işlər atmosferin vəziyyətinin mütəmadi olaraq proqnozlaşdırılmasını və müşahidəsini zəruri edir, meteoroloji stansiyaların köməyi ilə lazımi ölçülər aparılır. Planetdə baş verən bir çox qlobal iqlim dəyişiklikləri prosesi həm də hava şəraitinin idarə edilməsi və proqnozlaşdırılmasında, eləcə də atmosfer parametrlərinin uzunmüddətli monitorinqində ciddi problemlər yarada bilər. Xüsusilə, meteoroloji stansiyaların təkmilləşdirilməsinə, ölçmələrin daha səmərəli üsullarla aparılmasına gələcəkdə belə proseslərin olacağı proqnozlaşdırıldığından daha çox diqqət yetirilir. Məlumdur ki, atmosferin fiziki parametrlərinin ultrasəslə ölçülməsi prosesində səs dalğalarının havada yayılma sürəti havanın xüsusiyyətlərindən, temperaturundan və sıxlığından asılıdır. Normal atmosfer təzyiqində havada yayılan səs dalğalarının sürətinin temperaturdan asılılığı təxminən aşağıdakı əlaqə ilə müəyyən edilir. Burada T havanın temperaturu Selsi ilə ifadə edilir. Havada səs küləyin əks istiqamətində yayılırsa, o zaman hər hansı məsafəni qət etdikdə küləyin sürətindən (rəqəm dəyərindən) asılı olaraq artır. Atmosferin fiziki parametrlərinin ölçülməsi sisteminin əsas hissəsini meteorologiya, daha dəqiq desək, hava kütlələrinin hərəkəti, temperaturun, rütubətin ölçülməsi, yağıntıların öyrənilməsi və ozon təbəqəsinin məhv edilməsi və s. kimi məsələlərin öyrənilməsi. Respublikamızda bu sahəyə ciddi qayğı hiss olunur. İnsanların həyatı və fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edən bu sahə daim dövlətimizin nəzarətindədir. Bu məqsədlə akustik anemometr (küləyin sürətini, istiqamətini, temperaturunu təyin edən cihaz) təklif edə bilərəm. Bu cihaz telemetrik olaraq sistemə qoşula və müəyyən edilmiş intervallarla məlumatları emal mərkəzinə göndərə bilər.

    Keywords: Ultrasəs anemometri, Proqnozlaşdırma, Akustik anemometr, Qlobal iqlim dəyişmələri

  5. İSTİSMAR OBYEKTLƏRİNİN QARŞILIQLI TƏSİRİNİN DİNAMİK TƏHLİLİ ƏSASINDA İSTİSMAR PROSESİNİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI

    Authors: Leyla Höccətli, Arif Süleymanov

    DOI: https://doi.org/10.36962/pahtei24012023-37

    Year: 2023 Pages: 37-47

    Show abstract

    Abstract: Karbohidrogen yataqlarının işlənməsi zamanı neftqazçıxarma prosesinin təhlilinə əsas yanaşma üsullarından biri istismar obyektinə tam vahid kimi baxılmalıdır.Neftqazçıxarma prosesi,verilən yanaşmada qarşılıqlı təsir edən və qarşılıqlı əlaqəli proseslər kompleksinin olması ilə təyin olunur. Həmçinin qeyd etmək lazımdır ki,işlənmənin texnoloji göstəricilərinin uzunmüddətli proqnozu zamanı bəzi çətinliklər baş verir,belə ki,təcrübədə həmişə çoxlu parametrləri nəzərə almaq mümkün olmur,əsasən də qeyri-bircins kollektorlara malik yataqlarda.Bu isə neftqazçıxarmada prosesin dinamikasının model təsvirinin tətbiqini qabaqcadan təyin edir. Verilən yanaşma uzunmüddətli proqnoz prosedurlarının daha yaxşı əsaslandırmağa,baxılan istismar obyektlərinin qarşılıqlı təsir dinamikasını nəzərə almaqla işlənmənin taktika və strategiyasının dəyişməsi üçün qərar qəbul etməyə imkan verir ki,bu da çoxlaylı yataqların işlənməsinin səmərəliliyinin artırılmasına imkan verir.

    Keywords: hidrodinamik tədqiqat, çoxlaylı neft yataqları, monitorinq, proqnozlaşdırma, interpretasiya

  6. IMPROVEMENT OF ADAPTIVE MANAGEMENT BY CONDITION-BASED MAINTENANCE CONCEPT IN THE CEMENT ENTERPRISES

    Authors: Nazim Huseynov

    DOI: https://doi.org/10.36962/pahtei24012023-48

    Year: 2023 Pages: 48-56

    Show abstract

    Abstract: According to reporting of international economic institutions there are risks of economic recession worldwide at present. Actually, there are some challenges for the management process which is a critical in operations of cement enterprises frequently. In view of management there are demanded advanced methods of planning and control of cement enterprises in the cement industry 4.0. In addition to this there are some new trends and requirements for sustainability, environment protection, occupational health and safety, quality and social responsibility. As regards the Holcim Group there are some references for the sustainable construction industry by 2030 and 2050. [6-12, pp.1-2] In case of the adaptive management and operations there are required applications of the advanced IT technologies to improve the Condition-based Maintenance (CBM) in the cement enterprises. This approach will work with application of specific and measurable Key Performance Indicators (KPI) together with online Condition Monitoring Systems (CMS), Computerized Maintenance Management Systems (CMMS), Fuzzy Recurrent Neural Networks’ technologies to improve the prediction process for production and sales, the optimization process for the planning and maintenance accordingly. Therefore, there have been successful proven practical results of application of the above-mentioned techniques and advanced methods of adaptive management in the cement enterprises to achieve the sustainability. Keywords: Condition-based Maintenance (CBM), online Condition Monitoring Systems (CMS), sustainability, adaptive management, Key Performance Indicators (KPI), Environmental, Social and Governance (ESG), Construction and Demolition Waste (CDW), Biodiversity Indicator Reporting System (BIRS), International Union for Conservation of Nature (IUCN), Computerized Maintenance Management Systems (CMMS), Fuzzy Recurrent Neural Network (RNN).

  7. CALCULATION OF PROPANE THERMAL CRACKING PROCESS PARAMETERS

    Authors: Sevinc Gulıyeva, Nurana Alıyeva

    DOI: https://doi.org/10.36962/pahtei24012023-57

    Year: 2023 Pages: 57-65

    Show abstract

    Abstract: Thermal and one many thermocatalytic processes high temperature conditions is going This consider taking raw material first tubular in ovens certain temperature up to is heated. Some in processes the same as the tubular furnace at the time replace the reactor is doing In the oven placed serpentine of pipes beginning part raw material it heats up. Next in pipes cracking process goes. Raw material whom individual of hydrocarbons use when done unconverted raw material live reaction environment to give too favorable. Catalytic isomerization process of 50-65% isopentane from normal pentane is taken. 1-2% gas during the process hydrocarbons too doesn't buy N- pentanm non-isomerizable the part live again to the reactor when returned of isopentane to normal pentane according to it reaches 97-98%. According to the prepared model, the final indicator of the output of the target products (propylene + ethylene) and the output of these components relative to the total filling of the reactor were taken as optimality criteria during the process study. The essence of the recirculation method is that the mixture of reacting and non-reacting products enters the separator system after the reactor. Here they are separated from each other, and then the unreacted part is mixed with fresh raw materials and fed back into the reactor. In our case, only unreacted propane and ethane are given to recirculation, not all of the output products from the reactor. Because only they are converted into the intended products - propylene and ethane - by primary reactions. if a part of the devices included in the complex is not taken into account in the mathematical modeling and optimization of the process, the obtained value of the optimality criterion will be wrong. This can change the optimal value of the optimality criterion. In the complex systems of the mentioned processes, the separating node is one of the main conditions. A recirculation system usually consists of reactors, separators and other associated units. An inversely related process is carried out with a continuous output of reaction products between the steps and the input of the unreacted part of the previous raw material at each subsequent step. It seems clear that process optimization considering recirculation and kinetics simultaneously is usually not sufficient. To obtain realistic results, it is necessary to use the above equations together with the equations of the processes taking place in the separator.In this work, the results of the study of the preparation of the theoretical regularities of the adsorption-separation junctions of recirculated chemical-technological complexes and their practical use are shown. During the mathematical modeling, along with other nodes of the complex, the main attention was paid to the adsorption node and additions to German results in practice.

    Keywords: propane, cracking, n-pentane, isopentane, methane, hydrogen, hydrocarbon

  8. YERALTI QAZ ANBARLARINDA METANOL İTKİLƏRİNİN QAZ FAZALARINDA TUTULMASI TEXNOLOGİYASININ İŞLƏNMƏSİ

    Authors: Fikret Seyfiyev, Məhərrəm Harbizadə, Mürvət Məmişov, Fuad Rustamov

    DOI: https://doi.org/10.36962/pahtei24012023-66

    Year: 2023 Pages: 66-73

    Show abstract

    Abstract: Yeraltı qaz anbarlarının mədənlərində istismar edilən qaz və qazkondensat yataqlarının məhsullarının tərkibində suyun, mineral duzların və turş komponentlərin (H2S, CO2) olması sistemdə texnoloji çətinliklər yaradır (hidrat birləşmələri, korroziya və duz çökmələri). Bu da, öz növbəsində qazın yığılması, nəqlə hazırlanması qurğularının və magistral qaz kəmərlərinin iş rejimini pozmaqla yanaşı, qəza vəziyyəti yaratmaqla külli miqdarda qaz itkilərinə və ətraf mühitin çirklənməsinə gətirib çıxarır. Karbohidrogen qazlarının saxlanma anbarlarında yığılması və nəqlə hazırlanması quğularının istismar göstəricilərinin yaxşılaşdırılması və nəql edilən qazın keyfiyyət göstəricilərinin artırılması yeraltı qaz anbarlarının əsas problemlərindən biridir. Bu problemlərin aradan qaldırılması məqsədi ilə müasir texnologiyanın tətbiqi, qazın nəqlə hazırlanması və nəqli texnologiyasının təkmilləşdirilməsi, reagentlərin sərf normalarının optimallaşdırılması, mövcud avadanlıqların səmərəliliyinin yüksəldilməsidir. Qazın yığılması və nəqlə hazırlanması texnoloji itki mənbələri, sərf olunan səthi aktiv maddələrin sərf normalarının azaldılması məqsədi ilə qaz fazada qalan reagentlərin regenerasiya edilərək sistemə qaytarılması araşdırılması vacibdir. Qaz hidratları buz şəkilli kristal formada olmaqla, onların xarici görünüşü sulu qar formasında olur. Qaz hidratları yaranma xarakterinə görə təbii və texnogen qrupa ayrılır. Təbii hidratlar 0,17 MPa təzyiqdə və 10 0C-dən aşağı temperatur olan yerlərdə əmələ gəlir. Texnogen hidratların qaz-mədən sistemlərində əmələ gəlmə ehtimalı yüksəkdir. Onlar quyudibi zonada, kollektorlarda, qaz hazırlanma qurğularında, magistral qazötürücü sahələrdə, qazpaylanma stansiyalarında və digər yerlərdə əmələ gəlir. Müəyyən təzyiq və temperaturda hidratın əmələ gəlməsi qazın su buxarı ilə doyması nəticəsində baş verir və onun dağılması o halda olur ki, su buxarının elastikliyi tədqiq olunan hidratın parsial elastikliyindən aşağı olsun. Qazın hasilatı, hazırlanması, nəqli və istehlakçıya ötürülməsi proseslərində hidratkristallaşmanın baş verməsi texnoloji əməliyyatın pozulması ilə nəticələnərək ciddi problemlərin yaranmasına səbəb olur. Hasil olunan qazların tərkibində turş qazların miqdarı H2S-3,5 % və CO2- 5,6 % olanda hidratəmələgəlmə sürətlənir. Karbohidrogen qazlarının əmələ gətirdiyi hidrat birləşmələrinin qarşısını almaq üçün qaz yığım və nəqlə hazırlanma sisteminə səhti aktiv maddələr vurulur. Karbohidrogen qazlarının yığılması, saxlanması və nəqli zamanı onların fiziki-kimyəvi və reoloji xüsusiyyətlərindən baş verən mürəkkəbləşmələr əsasında yığım-nəql texnoloji sistemində istifadə olunan səhti aktiv maddələrin sərfiyyatının artması və baş verə bilən qəzalar nəticəsində məqsədli məhsulun itkiləri ilə yanaşı, həm də ətraf mühitin ekoloji durumuna xələl gətirir. Ətraf mühitə dəyən ziyanın aradan qaldırılması, yığım, nəqlə hazırlanma sisteminin normal fəaliyyətinin bərpa edilməsi isə əlavə maliyyə resurslarının sərf olunmasını tələb edir. Beləliklə, həm karbohidrogen itkiləri baş verir, həm ətraf mühit çirkləndirilir, həm də əlavə maliyyə vəsaitlərinin xərclənməsi hesabına maya dəyəri artır. Qazların yığılması, və nəqlə hazırlanması zamanı sistemdə yaranan çətinliklərin qarşısını almaq üçün yerli kimya məhsulları əsasında hazırlanmış hidrata qarşı metanolun və qaz–metanol–su sistemi absorbent kimi istifadə olunan dietlienqlikol laboratoriya şəraitində tədqiqinin nəticələri barəsində ətraflı məlumatlar verilmişdir. Yeraltı qaz anbarları idarəsinin mədənlərindən götrülmüş nümunələr əsasında aparılmış tədqiqat işlərinin nəticələrinə əsasən demək olar ki, hidratın əmələ gəlməsinə qarşısı metanolun sərfi iş şəraitinə əsasən tələb olunan reagentlərin miqdarını optimallaşdırmaq üçün bir çox imkanlar mövcuddur. Reagentlərə tələbləri düzgün şəkildə proqnozlaşdırmaq üçün sərf olunan səhti aktiv maddələrin qaz və maye fazaları arasında paylanması vacibdir. Qazların nəqlə hazırlanması zamanı tərkibində olan nəmliyi absorbsiya edərək onun şeh nöqtəsini əhəmiyyətli dərəcədə aşağı salınır. Bu zaman absorbent kimi istifadə olunan dietilenqlikol vasitəsilə qazın tərkibində olan maye buxarlarını absorbsiya edərkən, qaz fazasına daxil olmuş metanol da dietilenqlikol tərəfindən absorbsiya olunacaqdır. Növbəti prosesdə isə dietilenqlikolun regenerasiyası qurğusu vasitəsilə metanol tutularaq yenidən istifadəyə verilə bilər. Metanolun qaz fazasından tutulması və həm metanolun özünün, həm də dietilenqlikol absorbenti regenerasiya olunaraq sistemə qaytarılması prosesini həyata keçirilməsi mümkündür.

    Keywords: yeraltı qaz anbarlarının, hidrat, metanol, dietilenqlikol, reagent

  9. NƏFƏSALMA VƏ ÜRƏK RİTMLƏRİNİN KÖMƏYİ İLƏ DİAQNOZU TƏYİN EDƏN BİOTİBBİ KOMPLEKS

    Authors: Zülfüqar Zülfüqarlı, Maya Kərimova

    DOI: https://doi.org/10.36962/pahtei24012023-74

    Year: 2023 Pages: 74-82

    Show abstract

    Abstract: Müasir dünyada ürək damar xəstəliklərinin artımı tibbi-sosial problemə çevrilmişdir.Bu tendensiyanın artan xətt üzrə hərəkət etməsi, xəstəliyin cavanlaşması (yəni artıq 25-30 yaşlarında belə infakt və insult kimi xəstə sayının artması ) ilkin mərhələdə diaqnostikanın yeni,daha səmərəli üsullarının axtarılmasını aktual edir. Problemin həlli yollarından əhəmiyyətlisi həmin xəsətəliklərin başlanma ərəfəsində xəstəliyin dəqiq diaqnostikası və profilaktikasının təşkilidir.Bu məqalədə müasir dövrdə də insan orqanizminin vəziyyəti barədə real zaman miqyasında məlumat almaq üçün ürək ritminin dəyişməsi metodunun aktuallığı göstərilir.Ürək ritmləri və nəfəs alma variasiyaları arasında asılılıq olması nəzəriyyəsinə əsaslanan biotibbi kompleksin işi araşdırılır.Müasir biotibbi komplekslər intellektual diaqnostika etmə üsul və vasitələrinin işlənməsi ,diaqnozun təyin edilməsi işi,aparılan müayinələrin arxivləşdirilməsi ilə yanaşı müalicəni daha səmərəli aparmağa imkan yaradır. Hazırda tibbin bir çox sahələrində bu metoddan istifadə etməklə ,modellər yaradılır,proqnozlaşdırma metod və alqoritmləri həmçinin diaqnostika ,profilaktika və müalicə üsulları seçilir.Bu proses qərar qəbul etmək üçün avtomatlaşdırılmış idarə olunan kompleks tərəfindən həkimlərin köməyinə gələrək ,qeyri-müəyyən və tam olmayan təsəvvür yaratmayan şəraitdə yüksək tibbi xidmət göstərməyə imkan verir.Məqalədə bu metoda əsaslanaraq, zamana görə RR ürək ritmlərinin sıralanması,nəfəs alma əyrisi ilə birgə analiz edilərək bu və ya digər göstəricilər hesablanır və nəticələr ürək-damar sisteminin halına uyğun olaraq, xəstəlik dərəcəsinə görə siniflərə ayrılır, proqnoz formalaşdırılır. Ürək-damar sisteminin yeni diaqnostika üsullarının biotibbi kompleks şəklində işləməsinə baxılmışdır.Yaradılacaq verilənlər bazasında normal kardioqram,miokard infakt,dəyişikliklər inoxondriya hiperləşməsi üzrə məlumatları kodlaşdırmaqla, xəstəlik dərəcəsi, yaş hədlərində dəyişiklikər və sair göstəricilərə görə sinifləşdirmə aparmaq ücün imkan yaranır. Ürək tənəffüs sisteminin mürəkkəb dinamikasını başa düşmək, bu iki fizyoloji sistem arasındakı əlaqəni idarə edən əsas mexanizmlərə işıq salır.Əvvəlki tədqiqatlara əsasən tənəffüs hərəkətlərinin ürək ritmlərinin sürətindən daha yavaş olduğunu düşünmüş və tənəffüs hərəkətlərinin ürək ritmlərinin sürətinin modulyasiyasına və yaxud sinxronlaşmasına səbəb olduğunu göstərdi.Ürək-tənəffüs sisteminin mexanizmləri hələ də müzakirə olunduğu halda, periferik sinir sisteminin təsiri üstünlük təşkil edən əsas amil hesab olunur.Bu tədqiqat yeni eksperimental dizayn təqdim edir və sakitlik zamanı ürək ritminə yaxın yüksək tənəffüs hərəkətlərində ürək-tənəffüs sisteminin sirkadial ritmini aşkar etmək üçün ani faza konsepsiyasın tətbiq edir. Əgər 1:1 nisbəti varsa,bu, tənəffüs və ürək mərkəzləri arasında birbaşa neyron əlaqəsi olduğunu göstərir. Bütün könüllülərdə 1:1 nisbətində sirkadiyal ritm müşahidə olundu,fiziki cəhətdən sağlam insanlada ardıcıl olaraq daha uzun sinxronizasiya epizodlarnı müşahidə etdik və göstərdik ki, həm aşağı həm də yüksək tənəffüs sürətlərində ürək-tənəffüs sinxronizasiyası ümumi əsas rabitə mexanizmi ilə əlaqələndirilir. Kompleksdə ürək döyüntüləri və nəfəsalma arasında bağlılıq araşdırılır. Bu məqsədlə eyni zamanda işlənmiş aparat-proqram vasitəsilə ürək-damar sisteminin qiymətləndirilməsi üçün nəfəsalma əyrisinin də formalaşdırılması EKS-nin bir çıxışında icra edilir. Nəfəsalma əyrisinin alqoritmi ürəyin elektrik dipolunun istiqamət vektorunun dəyişməsinə əsaslanıb və bunun nəticəsində EKS-nın amplitudası dəyişir. NAƏ-nin alqoritmi 3 əsas hissədə özünü təzahür edir. Alınmış məlumatlar arxivləşdirilərək verilənlər bazası yaratmağına imkan verir.Pasientlər müraciət etdikdə doğru diaqnoz müəyyən edilməsi üçün bu bazadan istifadə edərək müqaisə aparmaq,ayrı-ayrı tarixlərədə müraciət edən xəstələrdə xəstəliyin dinamikasını araşdırmaq imkanı yaradır.Verilənlər bazası müqayisəli şəkildə xəstəliyin inkişaf dinamikasını izləməyə imkan verərək, müalicəni daha səmərəli aparmağa imkan verir. Bu həm də müxtəlif xəstələrin müqayisəli təhlili aparılmaqla və ekspert rəyinə əsaslanaraq diaqnozun daha dəqiq verilməsinə, hətta hadisələri qabaqlayaraq profilaktika işinin düzgün qurulmasına imkan yaradır. Ürək-damar sisteminin yeni diaqnostika üsullarının biotibbi kompleks şəklində işləməsinə baxılmışdır.Yaradılacaq verilənlər bazasında normal kardioqram,miakard infakt,dəyişikliklər inoxondriya hiperləşməsi üzrə məlumatları kodlaşdırmaqla, xəstəlik dərəcəsi, yaş hədlərində dəyişiklər və sair göstəricilərə görə sinifləşdirmə aparmaq ücün imkan yaranır. Əslində süni intellekt və neyron şəbəkələr insanın davranışını kompüterdə modelləşdirmək cəhdidir. Lakin insanlar ətrafı yalnız ağ-qara görmür, məhz onda qeyri-səlist məntiqdən istifadə zərurəti yaranır. Ürəyin vəziyyətini qiymətləndirmək üçün təklif olunan aparat və proqram vasitələri ancaq damar sistemi sahəsində araşdırma aparmaq üçün nəzərdə tutulmuşdur . Ürək-damar sisteminin yeni diaqnostika üsullarının biotibbi kompleks şəklində işləməsinə baxılmışdır. Tənəffüs parametrlərinin ürək döyüntüləri ilə birgə araşdırılması diaqnozun daha təkmil aparılmasına imkan verdiyi göstərilmişdir. Verilənlər bazasının yaradılması və diaqnostikada istifadə imkanları verilmişdir.

    Keywords: Ürək-damar sistemi, RD ürək ritmləri , EX çıxışları, NAA alqoritmi, mitoxondrial hiperplaziya,sirkadiyal ritm,ani faza,miokard infarktı

  10. DOKSORUBİSİNİN YADDAŞA KÖKLƏNMİŞ TƏBİİ VƏ SİNTETİK ƏSASLI HİDROGEL VƏ METALGEL KOMPLEKSLƏRƏ İMMOBİLİZƏ OLUNMASI

    Authors: Şamo Tapdıqov, Elnarə Nəsiyyəti, Dilşad Babayeva

    DOI: https://doi.org/10.36962/pahtei24012023-83

    Year: 2023 Pages: 83-91

    Show abstract

    Abstract: Tədqiatda tərəfimizdən sintez edilmiş təbii və sintetik əsaslı mühitin pH-na həssas hidrogellər ilə doksorubisinin yaddşa malik nanostrukturlaşdırılmış törəmələri əldə edilmişdir. Müəyyən olunmuşdur ki, hidrogel nümunələrinin strukturunda əvvəlcədən antibiotikə xarakterik olan məsamələr yaratdıqda sonradan həmin matrisanın preparata qarşı həssaslığı artaraq daha çox miqdarda immobilizə olunmasına gətirib çıxarır. Təbii biopolimer olan xitozan əsaslı gel klassik formada doksorubisini 33.5% absorbsiya etdiyi və 67 mq/qr tutuma malik olduğu halda, yaddaşa tanıtdıqdan sonra immobilizə dərəcəsi 49%-ə, gelin antibiotikə görə tutumu isə 97 mq/qr-a qədər artmış olur. Həmçinin göstərilmişdir ki, metal ionlarının iştirakı ilə yaddaşa malik sistem yaratdıqda metal-gel komplekslərinin antibiotikə görə immobilizə dərəcəsi və tutumu isə əksinə olaraq azalır. Metal-gel komplekslərə immobilizə olunan antibiotikin mühitə ayrılması qısa vaxt ərzində daha böyük miqdarlarla baş verdiyi müşahidə olunmuşdur.

    Keywords: hidrogel; immobilizə; doksorubisin; yaddaşa köklənmiş; metal-gel kompleks

  11. EFFECT OF PHASE PROPERTIES OF W-V-O CATALYSTS ON THEIR ACTIVITY IN THE ETHANOL OXIDATION REACTION

    Authors: Rasif Novruzov, Tunzala Ibrahimova, Vagif Baghiyev

    DOI: https://doi.org/10.36962/pahtei24012023-92

    Year: 2023 Pages: 92-99

    Show abstract

    Abstract: The activity of binary tungsten-vanadium oxide catalysts in the reaction of ethanol oxidation was studied in this work. Ethylene and acetic acid have been found to be the main products of the vapor-phase oxidation of ethanol on tungsten-vanadium oxide catalysts. Depending on the reaction temperature, acetaldehyde and carbon dioxide are also formed in significant quantities. It is shown that acetic acid is the main product of ethanol oxidation at low reaction temperatures, while ethylene is the main product at high temperatures. The influence of the composition of binary tungsten-vanadium oxide catalysts on their activity in the ethanol oxidation reaction has been studied. The studies performed have shown that with an increase in the atomic ratio of tungsten to vanadium, the yield of acetic acid decreases, while the yields of acetaldehyde and ethylene increase. X-ray diffraction studies of binary vanadium-containing catalysts have been carried out. It has been established that three phases are formed in the W-V-O system: two modifications of WO3 and one V2O5. The degrees of crystallinity of the studied catalysts were also calculated. The degrees of crystallinity and activity of binary tungsten-vanadium oxide catalysts in the ethanol oxidation reaction are compared. It has been established that an increase in the degree of crystallinity of the catalyst contributes to a change in the direction of the ethanol oxidation reaction towards the formation of ethylene and acetaldehyde.

    Keywords: ethanol, acetic acid, ethylene, binary catalysts, vanadium oxide, tungsten oxide

  12. EFFECT OF CRITICAL HEAT FLUX ON THE EFFICIENCY OF EVAPORATORS

    Authors: Gunduz Naghiyev

    DOI: https://doi.org/10.36962/pahtei24012023-100

    Year: 2023 Pages: 100-109

    Show abstract

    Abstract: The problems covered by the theory of heat are examined either from a phenomenological or statistical point of view. The aim of the study is to investigate the effect of critical heat flux on the efficiency of evaporators. The study will be examined with reference to the theories of scientists. Therefore, the theory of heat is divided into two parts under the name of thermodynamics and statistical physics. The internal molecular-atomic structure of the object or system investigated in thermodynamics and the mechanism of the occurring micro-processes are not considered at an obvious rate. In solving the researched problems, the principles determined as a result of previous experiments, as well as the known properties of objects or systems, are used. In statistical physics, on the other hand, the molecular atomic structure of the investigated system and the mechanism of microprocessors are based on apparent speed, and probability theory is widely used. As in other fields of science, thermodynamics has historically been formed and developed as a result of the demands of life, and practice, especially hydromechanics (heat engineering). In the practice of designing boiling-type devices for nuclear power plants and several other power plants, there are cases when heat-stressed surfaces are made in the form of horizontal tube panels. During the flow of a vapor-liquid flow under the influence of gravity, there is often no phase separation, which affects the laws of exchange processes and, in particular, the occurrence of a heat transfer crisis. As a rule, the values of the critical heat flow in horizontal pipes are lower than those in vertical pipes. To increase the critical power of the channel, various types of intensifiers are used. The subject is the study of critical heat fluxes and hydraulic resistance in horizontal pipes with a capillary-porous wall coating. The presence of a network structure near the heating surface significantly changes the physical picture of the flow and heat transfer in the near-wall boundary layer. This can lead to a significant change in both the critical steam content and hydraulic resistance.

    Keywords: thermodynamic, critical heat flux, evaporators, method