Likvidlik tələsi şəraitində bankların kreditvermə davranışının empirik təhlili

Authors

  • Rauf Şaiq Səfərzadə Author
  • İlqar Zülfüqar Seyfullayev Author

Keywords:

likvidlik tələsi, kreditləşmə, bank sektoru, maliyyə sabitliyi, monetar siyasət

Abstract

baxımdan kompleks şəkildə təhlil edilmişdir. Tədqiqatın məqsədi bank sektorunda likvidlik səviyyəsi ilə kreditləşmə arasındakı qarşılıqlı əlaqəni müəyyən etmək və bu əlaqənin müasir iqtisadi şəraitdə necə dəyişdiyini qiymətləndirməkdir. Araşdırmanın empirik bazasını Azərbaycan bank sektorunun aparıcı nümayəndələri – Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank və PASHA Bank təşkil edir. Bu bankların 2021–2024-cü illər üzrə maliyyə hesabatları əsasında müqayisəli təhlil aparılmış və əsas maliyyə göstəricilərinin dinamikası öyrənilmişdir. Aparılan analiz nəticəsində müəyyən edilmişdir ki, son illərdə banklarda likvidlik səviyyəsi davamlı olaraq artmışdır. Lakin bu artım kredit portfellərinin genişlənməsi ilə eyni templə müşayiət olunmamışdır. Əksinə, kredit artım tempində tədricən zəifləmə müşahidə olunmuşdur. Bu fakt likvidlik ilə kreditləşmə arasında klassik iqtisadi nəzəriyyədə göz-lənilən güclü müsbət əlaqənin zəiflədiyini göstərir. Tədqiqat həmçinin göstərir ki, banklar yüksək lik-vidlik şəraitində belə risklərin artması, iqtisadi qeyri-müəyyənlik və gəlirlilik səviyyəsinin məhdudlaş-ması səbəbindən daha ehtiyatlı kredit siyasəti həyata keçirirlər.Nəticə etibarilə, likvidliyin real sektora ötürülməsi mexanizminin zəiflədiyi və monetar siyasətin effektivliyinin məhdudlaşdığı müəyyən edil-mişdir. Bu isə likvidlik tələsinə xas xüsusiyyətlərin Azərbaycan bank sektorunda formalaşdığını göstərir.

Downloads

Download data is not yet available.

Published

2026-03-31

Issue

Section

Articles

How to Cite

Likvidlik tələsi şəraitində bankların kreditvermə davranışının empirik təhlili. (2026). Proceedings of Azerbaijan High Technical Educational Institutions, 28(1), 331-339. https://ojs.asoiu.edu.az/teihasoiu/article/view/155

Similar Articles

11-20 of 20

You may also start an advanced similarity search for this article.