Rəqəmsal transformasiyanın sosial-iqtisadi problemlərin azaldılmasında rolu
DOI:
https://doi.org/10.32010/LIHU1753Keywords:
rəqəmsal transformasiya, sosial-iqtisadi inkişaf, e-dövlət, rəqəmsal iqtisadiyyat, rəqəmsal bölünməAbstract
Xülasə: Bu məqalədə rəqəmsal transformasiyanın müasir sosial-iqtisadi problemlərin həllindəki rolu sistematik və analitik çərçivədə tədqiq edilir. Tədqiqatın əsas məqsədi Dördüncü Sənaye İnqilabının aparıcı texnologiyaları olan süni intellekt, böyük məlumatlar və “Əşyaların İnterneti”nin (IoT) əmək bazarına, səhiyyəyə, təhsilə və sosial idarəetməyə təsirini ölçmək və qiymətləndirməkdir. Mövcud ədəbiyyatdakı təsviri yanaşmalardan fərqli olaraq, bu işdə beynəlxalq təşkilatların statistik məlumatları əsasında müqayisəli və empirik təhlil metodologiyasından istifadə edilmişdir. Aparılmış təhlillər göstərir ki, rəqəmsallaşma prosesi düzgün siyasi və institusional mexanizmlərlə idarə edildikdə iqtisadi artımı əhəmiyyətli dərəcədə stimullaşdırmaq, əhalinin həyat keyfiyyətini yüksəltmək və dövlət xidmətlərinin səmərəliliyini artırmaq potensialına malikdir. Bununla belə, tədqiqat eyni zamanda rəqəmsal bölünmə, avtomatlaşdırmanın doğurduğu işsizlik riski və məlumat təhlükəsizliyi kimi ciddi problemləri də üzə çıxarır. Həmin risklərin minimuma endirilməsi üçün hədəfli dövlət siyasəti, rəqəm-sal savadlılığın gücləndirilməsi və beynəlxalq əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi zəruri şərt kimi müəyyən edilir.
Downloads
Downloads
Published
Issue
Section
License
Copyright (c) 2026 Azerbaijan State Oil and Industry University, Baku, Azerbaijan

This work is licensed under a Creative Commons Attribution-NonCommercial 4.0 International License.
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License .
