İQTİSADİYYATIN RƏQƏMSALLAŞMASININ XARİCİ TİCARƏT ƏLAQƏLƏRİNİN İNKİŞAFINA TƏSİRİ: AZƏRBAYCAN TƏCRÜBƏSİ VƏ QLOBAL YANAŞMALAR

Authors

  • Rəhimə Nurəli Nurəliyeva Author
  • Orxan Emin Əliyev Author

DOI:

https://doi.org/10.32010/DXRY8804

Keywords:

rəqəmsal iqtisadiyyat; rəqəmsallaşma; xarici ticarət; elektron ticarət; Azərbaycan; rəqəmsal transformasiya; ticarətin asanlaşdırılması

Abstract

: İqtisadiyyatın rəqəmsallaşması müasir dövrdə qlobal ticarətin dinamikasını dəyişdirən əsas amillərdən birinə çevrilmişdir. Bu məqalədə iqtisadiyyatın rəqəmsal transformasiyasının xarici ticarət əlaqələrinin inkişafına təsiri təhlil edilir. Tədqiqatda mövzunun aktuallığı vurğulanır, rəqəmsal iqtisadiyyat anlayışının elmi-nəzəri əsasları araşdırılır və rəqəmsallaşmanın xarici ticarətə müsbət təsirini göstərən qlobal meyllər nəzərdən keçirilir. Dünya təcrübəsi göstərir ki, rəqəmsal texnologiyaların tətbiqi ticarət əməliyyatlarının xərclərini azaldır, elektron kommersiya və onlayn platformalar vasitəsilə yeni ixrac imkanları yaradır. Bu isə qlobal bazarlarda rəqabət mühitini dəyişir və daha çevik iqtisadi strukturların formalaşmasına şərait yaradır. Məqalədə Azərbaycan təcrübəsinə xüsusi diqqət yetirilir: ölkədə elektron hökumət, rəqəmsal ticarət qovşağı və “vahid pəncərə” kimi təşəbbüslərin xarici ticarətin səmərəliliyinə təsiri qiymətləndirilir. Aparılmış təhlillər göstərir ki, Azərbaycan rəqəmsal transformasiya sahəsində əhəmiyyətli irəliləyişə nail olmuş, ticarətin asanlaşdırılması üzrə yüksək göstəricilər əldə etmişdir. Həmçinin bu proses qeyri-neft sektoru üzrə ixrac imkanlarının genişlənməsinə də müsbət təsir göstərmişdir. Rəqəmsal mühitin hüquqi və texnoloji əsaslarının təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda, nəticələr əvvəlki tədqiqatların nəticələri ilə müqayisə edilir və gələcək tədqiqatlar və siyasət üçün tövsiyələr verilir.

Downloads

Download data is not yet available.

Downloads

Published

2026-03-31

Issue

Section

Articles

How to Cite

İQTİSADİYYATIN RƏQƏMSALLAŞMASININ XARİCİ TİCARƏT ƏLAQƏLƏRİNİN İNKİŞAFINA TƏSİRİ: AZƏRBAYCAN TƏCRÜBƏSİ VƏ QLOBAL YANAŞMALAR. (2026). Proceedings of Azerbaijan High Technical Educational Institutions, 28(1). https://doi.org/10.32010/DXRY8804

Similar Articles

11-20 of 29

You may also start an advanced similarity search for this article.

Most read articles by the same author(s)