REGİONAL İNKİŞAF SİYASƏTİNİN İNSTİTUSİONAL MEXANİZMLƏRİNİN GÜCLƏNDİRİLMƏSİ

Authors

  • Rəşid Rövşən Məmmədlı Author

DOI:

https://doi.org/10.32010/UWAI2701

Keywords:

regional inkişaf, sosial-iqtisadi struktur, regional siyasət, investisiya, iqtisadi şaxələndirmə, balanslı inkişaf

Abstract

Məqalədə regional inkişaf siyasətinin institusional mexanizmlərinin gücləndirilməsi məsələsi nəzəri və prakti-ki aspektlərdə tədqiq edilmişdir. Tədqiqatın əsas məqsədi regional inkişaf siyasətinin institusional əsaslarını təhlil etmək, mövcud idarəetmə və tənzimləmə mexanizmlərinin effektivliyini qiymətləndirmək və onların təkmilləşdirilməsi istiqamətində elmi əsaslandırılmış təkliflər irəli sürməkdən ibarətdir. Tədqiqat çərçivəsində regional iqtisadiyyat nəzəriyyələri əsasında sosial-iqtisadi inkişafın məkan üzrə diferensiasiya səbəbləri araş-dırılmış, dövlətin regional siyasətinin həyata keçirilməsində institusional mexanizmlərin rolu qiymətləndiril-mişdir.Azərbaycan üzrə aparılmış statistik və struktur təhlil göstərir ki, iqtisadi fəaliyyətin və investisiya axın-larının əsasən paytaxt regionunda cəmləşməsi regionlararası sosial-iqtisadi fərqlərin hələ də aktual olaraq qalmasına səbəb olur. Bu baxımdan regional inkişaf siyasətinin institusional mexanizmlərinin gücləndirilməsi, regional idarəetmə sisteminin təkmilləşdirilməsi, investisiya təşviqi alətlərinin genişləndirilməsi və qeyri-neft sektorunun regionlarda inkişafının stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir.Tədqiqatın nəticələri göstərir ki, regional inkişaf siyasətinin səmərəliliyinin artırılması üçün institusional islahatların həyata keçi-rilməsi, regional idarəetmə strukturlarının gücləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın geniş-ləndirilməsi və innovasiya yönümlü inkişaf modelinin tətbiqi zəruridir. Bu istiqamətdə həyata keçirilən təd-birlər regional iqtisadiyyatın balanslı inkişafına və milli iqtisadiyyatın dayanıqlı və inklüziv artımının təmin edilməsinə xidmət edir.

Downloads

Download data is not yet available.

Downloads

Published

2026-03-31

Issue

Section

Articles

How to Cite

REGİONAL İNKİŞAF SİYASƏTİNİN İNSTİTUSİONAL MEXANİZMLƏRİNİN GÜCLƏNDİRİLMƏSİ. (2026). Proceedings of Azerbaijan High Technical Educational Institutions, 28(1), 194-. https://doi.org/10.32010/UWAI2701

Similar Articles

41-43 of 43

You may also start an advanced similarity search for this article.