Volume 6, Issue 2 (2021)

  1. SINTEZ OLUNMUŞ AMIDOAMINLƏR VƏ TƏBII NEFT TURŞUSUNUN METAL DUZLARI KOMPOZISIYASININ MINERAL YAĞLAR ILƏ KONSERVASIYA MAYELƏRI KIMI TƏDQIQI

    Authors: Elgün Həsənov

    DOI: https://doi.org/10.36962/pahtei0602202104

    Year: 2021 Pages: 4-9

    Show abstract

    Abstract: Texniki neft turşularının (TNT) berolamin-20 (BA-20) ilə müxtəlif mol nisbətlərində sintez olunmuşdur. Sintez olunmuş amidoaminlərin və təbii neft turşularının müxtəlif metal duzları ilə kompozisiyaları T-46 və T-1500 mineral yağlarına müxtəlif faiz nisbətində qatılaraq konservasiya mayeləri hazırlanmışdır. Metal lövhələr, hazırlanmış konservasiya mayelərinə salınaraq“Corrosionbox” aparatında kondensasiya və atmosfer faza mühirində korroziyadan mühafizə effektinin sınaqları aparılmışdır. BA-20 əsasında 4:1 mol nisbətində sintez olunmuş amidoaminin təbii neft turşusunun Co duzu ilə kompozisiyası 10% miqdarında T-46 və T-1500 yağlarında konservasiya mayesi kimi daha yüksək nəticə göstərir.

    Keywords: texniki neft turşusu, təbii neft turşusu, berolamin-20, konservasiya mayeləri, mineral yağlar, korroziya

  2. ГЛОНАСС/GPS NAVİQASİYA SİSTEMLƏRİNDƏ SİQNALLARIN TROPOSFER GECİKMƏSİNİN HESABLANMASININ BƏZİ MƏSƏLƏLƏRİ

    Authors: Ramiz Eminov

    DOI: https://doi.org/10.36962/pahtei0602202110

    Year: 2021 Pages: 10-14

    Show abstract

    Abstract: Giriş: Məlumdur ki, mövcud ГЛОНАСС/GPS naviqasiya sistemləri obyektlərin koordinatlarını öz qəbulediciləri vasitəsilə 3 müxtəlif peyklərə qədər ölçülmüş məsafələrə görə trianqulyasiya metodu ilə təyin etməyə imkan verir. Obyektlərin koordinatları aşağıdakı 2 metodları tədbiq etməklə təyin oluna bilər: avtonom və differensial [1] . Obyektlərin koordinatları aşağıdakı 2 metodları tədbiq etməklə təyin oluna bilər: avtonom və differensial. Avtonom metod bir qəbuledicinin, differensial metod isə iki qəbuledicinin eyni zamanda istifadəsini nəzərdə tutur. Obyektlərin təyin edilməsi səhvi bütövlükdə aşağıdakı xətalar tərkibindən ibarətdir: 1. Peyk və qəbuledici saatlarının sinxronizasiyası xətasından; 2. Peykin ötürən traktının gecikməsindən; 3. İonosfer gecikməsindən; 4. Troposfer gecikməsindən; 5. Qəbuledicinin gəbuledən traktının gecikməsindən.

  3. AZOT VƏ BOR-AZOT SAXLAYAN ALKİLFENOLYAT AŞQARLARININ SÜRTKÜ YAĞLARININ XASSƏLƏRİNƏ TƏSİRİ

    Authors: Afayət Məmmədova, Əli Kazımzadə, Mziya Mirzoyeva, Miri Abbasov, Rufanə Heydərova

    DOI: https://doi.org/10.36962/pahtei0602202115

    Year: 2021 Pages: 15-21

    Show abstract

    Abstract: Dialkildihidroksidibenzilaminin dietanolamin, formaldehid və borat turşusu ilə kondensləşməsi məhsulunun kalsium hidroksidlə neytrallaşmasından bor-azot saxlayan çoxfunksiyalı alkilfenolyat aşqarı AKİ-233B modifikasiyası sintez edilmişdir. AKİ-233B aşqarı tərkibində olan bor atomunun təsirini aydınlaşdırmaq üçün dialkildihidroksidibenzilaminin formaldehid və dietanolaminlə kondensləşmə məhsulunun kalsium duzundan ibarət olan AKİ-233 aşqarı da sintez edilmiş və sınaqdan keçirilmişdir. Sintez edilmiş aşqarların quruluşu İQ-spektroskopiya ilə təsdiq edilmişdir. Individual halda aparılmış sınaqların nəticələri göstərdi ki, alınmış AKİ-233B aşqarı sənaye analoqları ilə müqayisədə yüksək səviyyədə korroziya, oksidləşmə, yeyilməyə qarşı davamlıq xassələrinə malikdir. AKİ-233B aşqarının tətbiqi ilə M-8B tipli sürtkü yağı kompozisiyası işlənmişdir ki, bu yağ fiziki-kimyəvi və funksional xassələrinə görə müasir standart norma tələblərinə tam cavab verir.

    Keywords: azot saxlayan alkilfenol, dietanolamin, borat turşusu, kalsium hidroksid, motor yağı, korroziya, oksidləşmə və yeyilməyə qarşı aşqar

  4. MÜASIR TEXNOLOGIYALARIN KÖMƏYI ILƏ QAZMA TULLANTILARIN ZƏRƏRSIZLƏŞDIRILMƏSI VƏ IDARƏ OLUNMASI PROSESSLƏRINDƏ EKOLOJI TƏDQIQATLARA ƏSASƏN MÜSBƏT NƏTICƏLƏRIN ÖYRƏNILMƏSI VƏ TƏHLILI

    Authors: Nazim Məmmədov

    DOI: https://doi.org/10.36962/pahtei0602202122

    Year: 2021 Pages: 22-28

    Show abstract

    Abstract: Abşeron yarımadası ərazisində aparılan neft-qaz əməliyyatlarında formalaşan qazma tullantılarının zərərsizləşdirilməsi məqsədilə Azərbaycanın ekoloji qanunvericiliyinə, müvafiq ekoloji standartların tələblərinə əsasən bir çox layhələr həyata keçirilmişdir. Bu layhələrin miqyasının artırılması üçün karbihidrogen tərkibli tullantıların daşınması, yerləşdirilməsi və utilizasiyası müasir dövrün ekoloji tələbləri uzlaşaraq ətraf mühitin yaxşılaşdırılması istiqamətində addımlar atılır. SOCAR ın neft qaz çıxarma müəsissələrində aparılan qazma işləri zamanı əmələ gələn tullantıların mərkəzləşdirilmiş qaydada Tullantıların İdarə Edilməsi Mərkəzinə daşınaraq emal və zərərləşdirilməsi aparılır. Qruda neft-qaz hasilatı aparılan ərazilərdə ekoloji vəziyyəti qiymətləndirmək məqsədilə aparılan monitorinq tədqiqatları zamanı nümunələrin, standartlarının tələblərinə uyğun şəkildə götürülməsi, nümunələrin siyahı üzrə yoxlanması və laboratoriyaya təhvil verilməsinin təmin edilməsindən ibarət olmuşdur. Tullantı Mərkəzində ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi, o cümlədən ekoloji göstəricilərin dəyişmə dinamikasının izlənməsi, ərazinin ekoloji və biomüxtəlifliy vəziyyətinin nəzarətdə saxlanması işin aktuallığını təşkil etmişdir. Qazma tullantıları daimi əmələ gəldiyindən müəsissələr üzrə qazma dərinliyi və qazma tullantıların həcmi üzrə hesabatlar tərtib olunur, müqayisələr aparılaraq dinamika üzrə qiymətləndirilmələr aparılmışdır. Ekoloji tədqiqalara əsasən təsirlərin kompleks qiymətləndirilməsi üçün müxtəlif parametrlər üzrə ekoloji ölçmə işləri həyata keçirilir, tədqiqat işləri seçilmiş stansiyalar üzrə yerinə yetirilmişdir. Bu parametrlər, radiasiya, atmosfer havasının tərkibi, toz, səs-küy, su və qrunt nümünələrinin analizləri olmuşdur. Aparılmış analiz nəticələrinə və ekoloji ölçmələrə əsasən bütün parametrlər üzrə nəticələr norma daxilidə olmuşdur.

    Keywords: qazma tullantısı, ekoloji təsir, ölçmələr , laboratoriya analizləri, utilizasiya, emal, SOCAR, neft-qaz

  5. РАДИАЛЬНОЕ ОБЖАТИЕ ПОРИСТЫХ ВТУЛОК ИЗ ЖЕЛЕЗO-СТЕКЛА, УПРОЧНЯЕМЫХ В ЖЕСТКОЙ ОПРАВКЕ

    Authors: Тахир Джаббаров

    DOI: https://doi.org/10.36962/pahtei0602202129

    Year: 2021 Pages: 29

    Show abstract

    Abstract: The article discusses the radial reduction of porous bushings made of powder composite material "iron-cast iron-glass", hardened in a rigid mandrel, which is an energetically more favorable process.It was found that during radial compression of porous bushings in a rigid mandrel, the density of the body being compacted is uniformly distributed along the radius. The result obtained in this case can be considered as an initial approximation to the true solution of the problem, which is found by the iteration method.

    Keywords: radial, reduction, porous, sleeve, mandrel, density, compaction, uniformly, method, iteration

  6. METHODS OF TRANSPORTATION AND NON-ISOTHERMAL MOVEMENT OF RHEOLOGICAL COMPLEX OILS

    Authors: Sabahaddin Bayramov

    DOI: https://doi.org/10.36962/pahtei0602202137

    Year: 2021 Pages: 37-42

    Show abstract

    Abstract: The article examines the non-isothermal effect of rheological compound oil and clarifies some methods of transportation of complex rheological characteristic oil and the effect of viscous liquids in pipes. The article presents several ways to improve oil transportation. These methods include the transportation of complex rheological oil with gas-saturated, thermally prepared, heated water. The most common method is to transport oil by heating with complex rheological properties. The pipeline through which heated oil is transported is called the hot pipeline. The article clarifies the movement of viscous liquids in pipes.

    Keywords: rheological oils, complex rheological properties, gas-saturated, thermally prepared, graphoanalysis, Gas-saturated transportation

  7. TƏBİİ NEFT TURŞUSU İLƏ ETİLENDİAMİN ƏSASINDA KOMPLEKSLƏRİN SİNTEZİ VƏ BAKTERİSİD XASSƏLƏRİNİN TƏYİNİ

    Authors: Teyyub İsmayılov, Sevinc Suleymanova, Fəridə Tahirova, Sevda Əsədova Sevinc Suleymanova

    DOI: https://doi.org/10.36962/pahtei0602202143

    Year: 2021 Pages: 43-47

    Show abstract

    Abstract: Təbii neft turşularinin etilen diaminlə 1:1 və 2:1 mol nisbətində kompleksləri alınmış, fiziki-kimyəvi göstəriciləri, inhibitor bakterisid xassələri öyrənilmiş və İQ- spektrləri çəkilmiş quruluşları araşdırılaraq təsdiq edilmişdir. Komplekslərin 5%-li məhlulları hazırlanmış və müəyyən edilmişdir ki, 1:1 mol nisbətində alınmış kompleks birləşmənin 250, 500 və 100 mq/l qatılıqda bakterisid effekti 23%, 33,3% və 63,3%-dir. Daha sonra, 2:1 mol nisbətində alınmış kompleks birləşmənin bakterisid xassələri təyin edlimişdir. Belə ki, 250, 500 və 1000 mq/l qatılıqda bakterisid effekti 43,3%, 46,6% və 73,3% olmuşdur. Bakteriyaların inkişafinın qarşısını almaq üçün nisbətən yüksək bakterisid effekti təbii neft turşusunun 2:1 mol nisbətində alınmış kompleks birləşmələrində müşahidə edilmişdir o biri birləşmələrlə müqayisədə.

    Keywords: təbii neft turşuları, etilendiamin, bakterisidlik, kompleks birləşmələr, sulfatreduksiyaedici bakteriyalar, korroziv-tehlükəli mikroflora

  8. ENERJİ ÇEVRİLMƏLƏRİNİN MİKROKONTROLLERLİ İDARƏETMƏ SİSTEMİ

    Authors: Ülvi Abdullayev, Mirismayıl Ağamirli, Kamran Orucov, Şahməhəmməd Balayev

    DOI: https://doi.org/10.36962/pahtei0602202148

    Year: 2021 Pages: 48

    Show abstract

    Abstract: Tədqiat işi müasir dövrün tələblərindən biri olan alternativ enerji mənbələrindən ən çox istifadə olunan külək enerjisinin elektrik enerjisinə çevrilməsi məsələsinə həsr olunmuşdur. Həmçinin külək enerjinin azərbaycanda istifadəsinə baxılmışdır. Enerjinin çevrilməsi prosesi həyata keçdikdən sonra, alınan enerjinin toplanılması və düzgün istifadəsi üçün, proqramlaşdırılan məntiqi kontrollerlərdən istifadə edərək, idarəetmə sistemi qurulmuşdur.

    Keywords: alternativ enerji, günəş enerjisi, günəş paneli, MPLAB IDE, mikrokontroller, hidroenergetika, xüsusi proqram təminatı

  9. PURPOSE AND DESCRIPTION OF THE COMPRESSOR STATION

    Authors: Rauf Huseynli

    DOI: https://doi.org/10.36962/pahtei0602202153

    Year: 2021 Pages: 53-57

    Show abstract

    Abstract: All work on the construction of pumping and compressor stations is usually divided into two groups of zero cycle work and ground cycle work. The work of the zero cycle includes the preparation of the construction site, earthworks, work on the construction of foundations for buildings, pumping units and technological equipment, work on the construction of underground pipelines and utilities. The work of the ground cycle includes work on the construction of buildings for pumping and compressor shops and auxiliary buildings, installation work on installation and fixing on the foundations in the design position of pumping units. Compressor stations (CS) have been installed along the pipeline route to maintain a certain flow rate of the transported gas and to ensure optimal pressure in the pipeline. A modern compressor station is a complex engineering structure that provides the basic technological processes for the preparation and transportation of natural gas.

    Keywords: compressor stations, gas pipeline, building structure, Booster compressor stations