1609-1620 (Print)
Volume 5, Issue 1 (2021)
-
MEXANİKİ LEGİRLƏMƏ ÜSULU İLƏ HAZIRLANMIŞ BİOTİBBİ Ti-Mo-Sn ƏRİNTİSİNİN MİKROQURULUŞ XÜSUSİYYƏTLƏRİ
Authors: Vüsal Hüseynov
DOI: https://doi.org/10.36962/0501202104
Year: 2021 Pages: 4-9
Show abstract
Abstract: Bu tədqiqat işində yüksək enerjili üyütmənin biotibbi tətbiqlər üçün nəzərdə tutulmuş yeni Ti-Mo-Sn ərintisinin strukturuna təsirinin nəticələri təqdim edilir. Tədqiqat zamanı ovuntular aşağıdakı xırdalama müddətləri ilə 5, 15, 30 və 45 saat üyüdülmüşdür. Mexaniki dəyirmandan alınmış ovuntular rentgen difraksiyası, transmisiya və skanedici elektron mikroskopiya üsulları ilə tədqiq olunmuşdur. Müxtəlif üyütmə mərhələlərindən sonra ovuntu morfologiyasının müşahidələrindən belə nəticəyə gəlinir ki, üyütmə müddəti artdıqca ovuntu hissəciklərinin ölçüsü və aqreqasiya dərəcəsi dəyişir. Bununla yanaşı mexaniki legirləmə prosesinin hər mərhələsində hissəciklərin azalma meyli açıq şəkildə müşahidə olunur. Rentgen difraksiyasının nəticələri α və β fazalarını və molibdenin mövcudluğunu təsdiqləyir. Sn fazında qüsurların beş saat üyütmədən sonra yoxa çıxdığını, Sn-in Ti-da həll olunmasının reallaşdığını və titan əsaslı qatı məhlulun yaranmasına səbəb olduğu aşkar edilmişdir. Son mərhələdə 46 % küt. olan β-Ti fazasının əmələ gəlməsi 30 və 45 saatdan sonra mexaniki legirləmədə müşahidə olunmuşdur. Kristallit ölçüsünün azaldılmasının maksimum səviyyəsi 45 saat üyütmədən sonra əldə edilmişdir.
Keywords: biotibbi ərinti, mexaniki legirləmə, üyütmə müddəti, ovuntu hissəciyi
-
MÜXTƏLIF XASSƏLI LAY DƏSTƏLƏRINDƏ OLAN OSMOS EFFEKTI VƏ ONDAN SƏMƏRƏLI ISTIFADƏ OLUNMASI
Authors: Сahangir Ахундов
DOI: https://doi.org/10.36962/0501202110
Year: 2021 Pages: 10-13
Show abstract
Abstract: İndiyə qədər fiziki, kimyavi, bioloji, tibb və s. sahələrdəki poseslərdə sirrili təbiyyət fenomeni olan osmos effektinin, onun yaratdığı osmos təzyiqinin mənfi və müsbət təsirlərinin öyrənilməsi, ondan səmərəli istifadə qaydaları müəyyən qədər tədqiq olunmuşdur. Çox təssüflə demək lazımdır ki, insanların iqtisadiyyatlarinin əsas mənbə olan yer qabığında və müxtəlif fiziki-kimyavi xassələri olan müxtəlif lay dəstələrində osmos fenomeni ətraflə tədqiq olunmamışdır. Osmosun yer kürəsində və onun ayrı-ayrı laylarında öyrənilməsi yaranan tektoniki proseslərin ətraflı öyrənilməsinə, neft və qaz quyularının qazılmasında yaranan mürəkkəbləşmələrin səbəblərinin düzgün öyrənilməsinə, nefin məhsuldar laylardan çıxarılması əmisalının artırılmasına müsbət təsirini göstərərdi.
Keywords: osmos, təzyiq, ion, tökülmə, qəza
-
SUYUN NEFT LAYINA VURULMASI ÜÇÜN NASOS STANSİYALARININ ENERJİ SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI BARƏDƏ
Authors: Eldar Fərhadzadə, Elnur Əliyev
DOI: https://doi.org/10.36962/0501202114
Year: 2021 Pages: 14-20
Show abstract
Abstract: Məqalədə qeyri-məhsuldar elektrik enerjisi itkilərinin azaldılması hesabına suyun neft layina vurulmasi üçün nasos stansiyalarının enerji səmərəliliyinin yüksəldilməsi məsələlərinə baxılmışdır. Bu məqsədlə, həmin nasos stansiyalarında elektrik enerjisi işlədicilərinin strukturu araşdırılmış, qeyri-məhsuldar elektrik enerjisi itkilərinin daha çox olduğu elementlər müəyyən olunmuş, həmçinin nasos stansiyalarının iş rejimlərinin mövcud idarəetmə üsulları və onların təkmilləşdirilməsi yolları təhlil edilmişdir. Araşdırmalar göstərir ki, laya su vurulması üçün elektrik enerjisi istehlakı müasir neft yatağının enerji istehlakının 60%-ni təşkil edir. Eyni zamanda, neft hasilatında baş verən qeyri-məhsuldar elektrik enerjisi itkilərinin 55-60%-i lay təzyiqinin saxlanılması sisteminin payına düşür. Elektrik itkilərinin əksər hissəsi laya su vurulması üçün nəzərdə tutulmuş nasos aqreqatlarında baş verir ki, bu da onların elektrik intiqalının idarəetmə səviyyəsinin aşağı olması və uyğun olaraq, nasos qrupunun parametrlərinin hidravlik şəbəkənin parametrlərinə və neft yataqlarının işlənmə texnologiyasının dəyişən şərаitinə uyğunsuzluğu ilə izah olunur. Belə ki, istifadə olunan tənzimlənmə üsullarının əksəriyyəti yalnız tələb olunan suvurma həcmlərinin təmin edilməsinə yönəldiyindən, burada məsələnin energetik tərəfi nəzərə alınmır. Bu isə sistemdə elektrik enerjisi itkilərinin artmasına səbəb olmaqla yanaşı, nasos aqreqatlarının iş rejimlərinə nəzarət imkanlarını genişləndirməyə də imkan vermir. Bundan əlavə, nasos aqreqatlarının elektrik mühərriklərinin optimal gücünün müəyyən olunması da nasos stansiyalarının energetik və texnoloji səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlərin vacib hissəsidir. Lay təzyiqinin saxlanılması sistemində yüksək elektrik enerjisi itkisi probleminin qənaətbəxş həlli üçün nasos aqreqatlarının iş rejimlərinə nəzarət etmək üçün mövcud və yeni yanaşmaların təhlili aparılmışdır. Müəyyən olunmuşdur ki, nasos aqreqatlarının məhsuldarlığının valın fırlanma tezliyinin dəyişdirilməsilə tənzimlənməsi üsulundan istifadə etməklə, həm nasos stansiyasının texnoloji imkanlarının genişləndirilməsinə, həm də qeyri-məhsuldar elektrik enerjisi itkilərinin minimuma endirilməsinə nail olmaq mümkündür. Tezlik tənzimləyicili elektrik intiqallarından istifadə olunması paralel işləyən nasos aqreqatları arasında yükün optimal paylanmasına imkan verir ki, bu da hidravlik və energetik xarakteristikaları fərqli olan nasosların birgə işi zamanı xüsusilə vacibdir. Beləliklə, mövcud nasos stansiyalarının modernləşdirilməsi və ya yenilərinin layihələndirilməsi zamanı, tezlik tənzimləyicili intiqallarda asinxron mühərriklərin rasional qidalanma sxemini müəyyən etməklə sistemin işləkliyini və etibarlılığını təmin etmək mümkündür.
Keywords: enerji səmərəliliyi, nasos stansiyası, lay təzyiqi, elektrik enerjisi, məhsuldarlıq, elektrik mühərriki
-
AZƏRBAYCAN NEFT SƏNAYESINDƏ “INTELEKTUAL” NEFT YATAQLARINI QURULMASI YOLLARI
Authors: Sənan Cəfərov, Oqtay Mirzəyev, İcabikə Sərdarova
DOI: https://doi.org/10.36962/0501202121
Year: 2021 Pages: 21-25
Show abstract
Abstract: Məqalədə “Birstol Babcock” kompaniyasının həlli əsaında müasir “intelektual” neft yataqlarını müasir qurulma prinsipləri araşdırılmışdır. İlk olaraq neft sənayesində yaranmış problemlər araşdırılmışdır. Problemdən çıxış yolu kimi müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məqsədəuyğun hesab edilmişdir. DPC3330 və DPC3335 kontrollerlərinin tətbiqi ilə “intellektual” neft yataqlarının qurulması və idarə edilməsi prinsipləri araşdırılmışdır. Nəzarət və idarə olunan parametrlərin sayı çox olduqda (>1000) RİO3331 və RTU3310 modullarından istifadfə edtmək lazımdır.
Keywords: Avtomatlaşdırılmış işçi yeri, proqramlaşdırılan məntiqi kontroller, sənaye şinləri, verici, icra mexanizmi
-
GÜNƏŞ ENERJİSİ POTENSİALINDAN İSTİFADƏNİN EKOLOJİ FAYDALARI
Authors: Dürdanə Rüstəmova
DOI: https://doi.org/10.36962/0501202126
Year: 2021 Pages: 26-31
Show abstract
Abstract: Təqdim olunmuş materialda işğaldan azad olunmuş regionlarda günəş enerjisi potensialından istifadənin ekoloji faydalarına baxılmışdır. Məlumdur ki, günəş enerjisi potensialının istifadəsi heç bir tullantılara yol verməyən, ekoloji çirklənmələr yaratmayan vasitələr olduğundan böyük üstünlüyə malikdir. İşdə bu üstünlüklər əsaslandırılmış və müqayisəli təhlilinə baxılmışdır. İşğaldan azad olunmuş regionlarda günəş enerji stansiyalarının yaradılmasının mümkünlüyü əsaslandırılmış, səmərəlilik effektliyi tədqiq olunmuş və müsbət nəticələrin alınması təsdiq olunmuşdur.
Keywords: yarımstansiya, alternativ energetika, radiasiya, monokristal silisium, kollektor, fotoelektrik çeviriciləri, günəş elementləri, parabolik güzgülər, fotoelementlər, metalhidrid akkumulyatorları
-
POLİETİLENİN ALINMASI PROSESİNİN OPTİMALLAŞDIRILMASI
Authors: Rəfail Əsədov, Tamella Məhərrəmova, Elçin Məlikov
DOI: https://doi.org/10.36962/0501202132
Year: 2021 Pages: 32-37
Show abstract
Abstract: Polietilen ilk yüksək tutumlu və ən geniş yayılmış polimer materialdır. Polietilen etilenin sərbəst radikal mexanizmi ilə polimerləşməsi nəticəsində istehsal olunan sintetik polimerdir. Xüsusi plyonkalar, çantalar, plastik qablar, bidonlar istehsalı üçün ən əvəz olunmaz və vacib olan ən qədim polimerlərdən biri polietilendir. Yeni texnologiyaların sürətli inkişafına və müasir materialların tətbiqinə baxmayaraq, polietilenə tələbat daim artır. Bu nöqteyi-nəzərdən, effektiv müasir kompleks texniki vasitələrindən, effektiv riyazi modellər, metodlar və idarəetmə alqoritmlərdən istifadə edərək, yüksək təzyiqli polietilen əldə etmək üçün baxılan texnoloji prosesin optimal idarə edilməsi məsələsini həll etmək aktual və vacibdir.
Keywords: yüksək təzyiqli polietilen, polimerləşmə prosesi, borulu reaktor, texnoloji parametrlər, optimallaşdırma məsələsi, termal parçalanma, Laqranj metodu, qeyri-xətti proqramlaşdırma, optimal iş rejimləri
-
KORPORATİV RABİTƏ ŞƏBƏKƏLƏRİNİN STRUKTUR VƏ FUNKSİONAL DÖZÜMLÜLÜYÜNÜN EHTİMAL GÖSTƏRİCİLƏRİNİN TƏDQİQİ
Authors: İsrafil Bəxtiyarov
DOI: https://doi.org/10.36962/0501202138
Year: 2021 Pages: 38-44
Show abstract
Abstract: Tədqiqatlar əsasında müəyyən olunmuşdur ki, M-PSK tipli modulyasiya sxeminin və Rid-Solomon kodunun istifadə edilməsi paket xəbərlərinin ötürülmə prosesini optimallaşdırır, verilən siqnal-əngəl nisbəti üçün bit səhv əmsalını minimuma endirir və itirilən paketləri kodun uzunluğu və informasiya ardıcıllığı vasitəsilə əlavə təkrar sorğular olmadan bərpa edilməsini təmin edir. Modelin tədqiqi əsasında əldə edilmiş nəticələr, qəbulun əngələdavamlılıq xarakteristikalarının qiymətləndirilməsi dəqiqliyini yaxşılaşdırmağa və qeyri-koherent qəbul zamanı qəbuledicinin iş keyfiyyətini yüksəltməyə imkan verir. Multimediya xidmətləri göstərilərkən SDN, IMS və NFV kimi innovativ texnologiyalar əsasında korporativ multiservis şəbəkələrin iş etibarlılığını, imtinaya davamlılığını və dözümlülüyünün yüksəldilməsi üsulları və vasitələri araşdırılmış, aparat-proqram komplekslərinin fəaliyyətinin etibarlılığının fərdi və kompleks göstəricilərini qiymətləndirmək üçün sistemin informasiya və şəbəkə resurslarını nəzərə alan RM-in qurulmasına yeni yanaşma təklif edilmiş və rabitə şəbəkələrinin keyfiyyətinin ehtimal xarakteristikalarını qiymətləndirməyə imkan verən analitik ifadələr alınmışdır. Açar sözlər. Korporativ rabitə şəbəkələri, etibarlılıq göstəriciləri, imtinalara davamlılıq göstəriciləri, kommutasiya elementi, rabitə xətti, rabitə şəbəkəsi.
-
KARBOHİDROGENLƏRİN HİDROGENLƏ TƏMİZLƏNMƏSINİN TEXNOLOJİ PROSESİNIN ARAŞDIRILMASI
Authors: Əbdülağa Qurbanov
DOI: https://doi.org/10.36962/0501202145
Year: 2021 Pages: 45-49
Show abstract
Abstract: Karbohidrogenlərin hidrotəmizlənməsi onun tərkibinin zərərli və metal üzvi birləşmələrdən təmizlənməsi, ikiqat rabitəli karbohidrogen birləşmələrinin hidrogenlə doydurulması vasitəsiylə aparılır. Bu proseslərin aparıldığı blokların iş rejimləri araşdırılmışdır. Təzyiq altında hidrogenləşmə zamanı hidrogensulfid ayrılmaqla, kükürdlü birləşmələr karbohidrogen zəncirinin quruluşundan asılı olaraq parafin, naften və aromatik karbohidrogenlərə çevrilirlməsi prosesləri nəzərdən kecirilmişdir. Hidrotəmizlənmə bölməsində katalizator tətbiq olunur və alınan quru qazın nəqli prosesi asanlaşır və qaz itkilərinin qarşısı alınır. Qazın qurudulma prosesi izah olunmuşdur. Quru qazın nəqli zamanı nəqlin keyfiyyəti artaraq borunun tıxaclarla tutulması, qaz itkilərinin azalmasına səbəb olub, nəql və emal səmərəliliyi dəfələrlə artmış olur.
Keywords: katalitik krekinq, kokslaşma, reaktor bloku, hidrogenləşmə, proses, qazın nəqli
-
NAFTEN ƏSASLI KORROZIYA INHIBITORUNUN NEFT VƏ QAZ QUYULARINA VƏ YIĞIM SISTEMLƏRI BORU XƏTLƏRINƏ VURULMA TEXNOLOGIYASI
Authors: Rövşən Sadıqov
DOI: https://doi.org/10.36962/0501202150
Year: 2021 Pages: 50-57
Show abstract
Abstract: Giriş: Xaricdə istehsal olunan korroziya inhibitorlarının satış qiymətləri xeyli baha olduğundan yerli xammallar əsasında çoxfunksiyalı, kompleks təsirli, bakterisid tipli və termiki davamlı yeni tərkibli korroziya inhibitoru tədqiq edilmiş, laboratoriya və mədən şəraitində sınaqdan keçirilmişdir. İngibitor quyu – yığım sistemlərinə və nəql xətlərinə fasiləsiz və fasiləli üsulla vurulur. Qoruyucu kəmər, nasos, kompressor boruları və nəql xətləri borularının xarici səthinin korroziyadan mühafizəsində korroziyaya uğramayan, zərbəyə, yeyilməyə, sürtünməyə davamlı bazaltplastik və şüşə plastik materialla yeni izolyasiya texnologiyası işlənmişdir. İzolyasiya texnologiyasını zavod və mədən şəraitində aparmaq mümkündür.
Keywords: Korroziya inhibitoru, innovativ üsul, izolyasiya texnologiyası, quyu-yığım sistemi, korroziya, plastik material
-
PİROLİZ PROSESİNİN ÇİRKAB SULARININ EKSTRAKSİYA ÜSULU İLƏ TƏMİZLƏNMƏSİ
Authors: Nərgiz Bağırova, Gülnarə Sultanova
DOI: https://doi.org/10.36962/0501202158
Year: 2021 Pages: 58-64
Show abstract
Abstract: Bu işdə başlıca vəzifə neftin emal prosesində yaranan çirkab sularının ətraf mühitə vurduğu zərəri azaltmaq məqsədi ilə tədqiqat işləri aparmaq, elmi cəhətdən əsaslandırılmış təkliflər işləyib hazırlamaqdır. Bu işdə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı məsələlərin həll edilməsi nəzərdə tutulmuşdur: Azərbaycan neftinin tərkibini onun fiziki və kimyəvi xassələrinin araşdırmaq; xam neftin müxtəlif metodlarla emalı zamanı yaranan işlənmiş çirkab sularının ətraf mühitə təsirini araşdırmaq; neftin emalı zamanı yaranan çirkab sularının ətraf mühitə təsirini azaltmaq məqsədi ilə təmizləmə qurğularının işlərinin təkmilləşdirilməsi. Tədqiqat obyekti kimi ətraf mühitə çirkab suları atan neft emalı zavodlarının göstəricilərinə istinad edilmişdir. Çirkab sularının aromatik karbohidrogenlərdən təmizlənməsində ekstraksiya üsulu işlənib hazırlanmışdır. Tullantı sularında çirkləndirici maddələrin buraxıla bilən qatılığına və çirkab sularının fiziki-kimyəvi üsullarla təmizlənməsinə baxılmışdır. Çirkab sularının aromatik karbohidrogenlərdən təmizlənməsinin müasir vəziyyəti təhlil edilmişdir. Piroliz prosesində yaranan çirkab sularının təmizlənmə texnologiyası işlənmişdir. Çirkab sularının ekstraksiya üsulu ilə təmizlənməsi, çirkab sularının üzvi həlledicilər vasitəsilə ekstraksiya ilə resirkulyasiya təmizlənməsi və ayrılması, üzvi birləşmələrin izopropil efiri vasitəsilə maye fazada ekstraksiyası öyrənilmişdir.
Keywords: ekstraksiya, çirkab suları, aromatik karbohidrogenlər, piroliz prosesi, izopropil efiri, resurkulyasiya
-
YUMŞAQ PNEVMATIK ÖRTÜYÜN QÜVVƏ KOMPONENTLƏRİNİN ARAŞDIRILMASI
Authors: Xasay Musayev, Fuad Hüseynov
DOI: https://doi.org/10.36962/0501202165
Year: 2021 Pages: 65-70
Show abstract
Abstract: Bu məqalədə məqsəd yumşaq pnevmatik örtüklərdə qüvvə komponentlərinin qiymətini araşdırmaqdan ibarətdir. Yumşaq pnevmatik örtüklərə o örtüklər deyilir ki, örtüyün qalınlığı konstruksiyanın ən kiçik hissəsindən 10 dəfələrlə kiçik olsun. Oxa simmetrik yüklənmiş nazik divarlı fırlanan yumşaq pnevmatik örtüyün hesabatı, ancaq 3 örtüyün xüsusi çəkisinə görə hesablanıb. Məqalədə buna dair iki misal yumşaq pnevmatik örtüklərə uyğun örtüklər üzərində aparılmışdır.
Keywords: pnevmatik, örtüklər, yumşaq, tənliklər, komponentlər, xüsusi çəki, konstruksiya
-
AKUSTİK DALĞALARIN QEYRİ XƏTTİ PARAMETRLƏRİNİN ANALİZİ
Authors: Elçin Sadəddinli
DOI: https://doi.org/10.36962/0501202171
Year: 2021 Pages: 71-76
Show abstract
Abstract: Akustik dalğaların qeyrixətlilik xassələrinin yaranmasına aid tədqiqatlar göstərir ki, elastik dalğaların yayılması prosesi həmişə qeyrixətli baş verir. Belə prosesin yaranmasının əsas səbəbi dalğaların yayılması baş verən mühitdir. Xətti asılılığın meyletmə səviyyəsinin qeyrixətti parametrlə xarakterizə olunması qəbul edilmişdir. Beləliklə, qeyrixətlilik rolunun açılması ilə akustik qeyrixətti parametrin qiyməti maddənin elastiklik xüsusiyyətlərini xarakterizə edən əlavə parametr olur. Elastiklik xüsusiyyətləri tətbiq olunan gücün qiymətindən qeyrixətti asılıdır. Bu o deməkdir ki, akustik dalğanın bu defektlərdən keçməsi zamanı o güclü qeyrixətti təhriflərə məruz qalır. Yüksək qeyrixətti xarakteristikalara malik sahələrin lokallaşdırılması defektin yerini, hətta mümkündürsə, onun tipini də müəyyən etməyə imkan verir.
Keywords: akustik dalğalar, qeyri xətti parametr, qeyrixətlilik, effekt, akustik üsul
-
СЕЛЕКТИВНОЕ ОКИСЛИТЕЛЬНОЕ ДЕГИДРИРОВАНИЕ НАФТЕНОВЫХ УГЛЕВОДОРОДОВ НА МОДИФИЦИРОВАННЫХ ЦЕОЛИТНЫХ КАТАЛИЗАТОРАХ
Authors: Зумруд Шабанова
DOI: https://doi.org/10.36962/0501202176
Year: 2021 Pages: 76-84
Show abstract
Abstract: Предложена общая кинетическая схема механизма и разработана теоретически обоснованная кинетическая модель окислительного дегидрирования нафтеновых углеводородов с участием молекулярного кислорода на модифицированных цеолитных катализаторах, описывающая скорость образования основных и побочных продуктов реакций. Выявлено влияние отдельных компонентов катализаторов на их активность. Экспериментально установлено, что направление реакции в зависимости от дисперсности металлических частиц на поверхности катализатора меняется в широком интервале. Рассчитаны численные значения констант кинетической модели.
Keywords: механизм; модель; окислительное дегидрирование, цеолит, нафтены
