Volume 27, Issue 4 (2023)

  1. KORONAVİRUS PANDEMİYASININ TURİZMƏ TƏSİRİ VƏ POSTPANDEMİYA DÖVRÜNDƏ TURİZM SEKTORUNUN ƏSAS PROBLEMLƏRİ

    Authors: Samirə Rüstəmova, Almurad Eyyubov

    DOI: https://doi.org/10.36962/pahtei27042023-06

    Year: 2023 Pages: 6-17

    Show abstract

    Abstract: İkinci Dünya Müharibəsindən sonra turizm mühüm qlobal iqtisadi fəaliyyətə çevrilmişdir. Bu gün 4-5% artım tempi ilə dünya istehsalının 8%-ni və məşğulluğun 10%-ni yalnız turizm təşkil edir. Yüksək multiplikator effekti ilə 135-dən çox sektora təsir edən turim tədiyyə balansına töhfə verir, valyuta gəlirləri yaradır, nəqliyyat, ticarət, tikinti, səhiyyə və maliyyə kimi bir çox aparıcı sənaye sahələrini aktivləşdirir. Turizm dünya iqtisadiyyatının mühüm sektoru olsa da, dünyanın istənilən ölkəsində və ya regionunda böhranlara çox həssasdır. Turizmə olan tələbin təxirə salına bilinmədiyi üçün o, təhlükəsizlik problemlərinə, iqtisadi böhranlara və sağlamlıqla bağlı problemlərə qarşı çox həssas bir mənzərə yaradır. Turist məhsulları və xidmətləri saxlanmağa tabe deyil, ona görə də fiziki mallar kimi gələcəkdə satış üçün saxlanıla bilməz. Bu gün sifariş olunmayan otaqlar və masalar sonradan satıla bilməz. Keçmişdəki bir neçə misal istisna olmaqla (məsələn, 2008-ci ilin iqtisadi böhranı) böhranların regional nəticələri olub və o həddə çatıb ki, qlobal turist axınına məhdud təsir göstərib. Təsiri və sürəti nəzərə alsaq, qlobal turizm sənayesinin artıq COVID-19 kimi böhranla üzləşdiyini söyləmək çətindir. Covid 19 pandemiyasının ölkələrin iqtisadiyyatlarına dərindən təsir etməsi, istehsal, məşğulluq və gəlir itkilərinə səbəb olacağı qaçınılmaz idi. Epidemiyanın yayıldığı bütün iqtisadiyyatlarda mühüm xidmət sektorlarında, xüsusilə nəqliyyat, turizm və ticarətdə baş verən xərc çöküşü (tələb şoku) getdikcə dərinləşməkdə və bütün iqtisadiyyatlara sürətlə yayılmaqda idi. Bütün bunların üzərinə, maliyyə şokları ilə birlikdə, real iqtisadiyyatların tələb və təklif şokları ilə daralmağa başlamışdı. Məqalə Azərbaycanda turizm sektorunun mövcud vəziyyətinin qiymətləndirilməsinə həsr olunmuşdur. Bu hissədə koronavirus pandemiyasının respublikamızda turizm müəssisələrinin fəaliyyətinə göstərdiyi təsirin təhlili aparılmış, postpandemiya dövründə turizm sektorunun əsas problemləri tədqiq edilmişdir.

    Keywords: turizm sektoru, postpandemiya, qlobal iqtisadi fəaliyyət, böhran

  2. IMPROVEMENT OF INVENTORY ACCOUNTING IN SMALL AND MEDIUM-SIZED ENTERPRISES IN THE CONTEXT OF THE TRANSITION TO INTERNATIONAL FINANCIAL REPORTING STANDARDS FOR SMALL AND MEDIUM-SIZED ENTERPRISES

    Authors: Aqil Eyvazov, Amil Zamanov

    DOI: https://doi.org/10.36962/pahtei27042023-18

    Year: 2023 Pages: 18-28

    Show abstract

    Abstract: The research work is devoted to international practice of organization and maintenance of accounting in small and medium-sized enterprises. In this part, Development of fixed asset accounting: under the requirements of International Financial Reporting Standards, Improvement of inventory accounting in small and medium-sized enterprises in the context of the transition to International Financial Reporting Standards for Small and Medium-Sized Enterprises and Components of accounting policy and the mechanism of their implementation in Small and Medium-Sized Businesses were analyzed. Accounting is greatly simplified when using computer equipment in warehouse accounting. Analytical accounts are grouped by material groups, storage locations, financially responsible persons, by synthetic accounting accounts and subaccounts. They use accounts of analytical accounting to control the storage and movement of inventories, their evaluation, comparison with warehouse accounting data. The importance and laboriousness of conducting quantitative analytical accounting of inventories has necessitated the search for more rational methods of accounting for inventories. The warehousing of most enterprises is quite complex and consists of a network of warehouses with special devices and equipment for moving, handling, weighing, measuring, etc. The introduction of computer accounting in the process of processing primary documents may be one of the most effective ways to improve primary accounting. To ensure the safety of inventories, proper acceptance, storage, and distribution of valuables, it is important that the enterprise has a sufficient number of warehouses equipped with weights and measuring instruments. The methodology for organizing the accounting of material resources involves the choice of several methods. To choose a method, it is necessary to analyze the consumption of materials. The classifier should fully systematize the various materials available in warehouses. It should ensure the efficiency and reliability of quantitative accounting in the warehouse. Accounting principles are observed or not observed, which should be reported in the financial statements. For example, in the reporting year, the enterprise ceased or plans to cease its activities in the future (deviation from the going concern principle) That is, the continuity principle relates to past and/or future events and does not affect accounting in any way. The concept of "accounting procedures" is not disclosed in regulatory documents. Most researchers understand accounting procedures as a set of works and methods for their implementation. In practice, many procedures are used in accounting and reporting, but their disclosure is unlikely to be of interest to qualified users of financial statements. Accounting practice is a set of accounting procedures at a particular enterprise, institution, organization that provides accounting, as well as the preparation of financial and management reporting. The inclusion in the definition of accounting policy and accounting rules, which generally relate to the organization of accounting, is not justified. Small and medium-sized enterprises (SMEs) are often under-represented in the accounting standards developed for larger companies. The UN and OECD have recognized the need to develop special accounting standards for SMEs, rather than requiring them to comply with IFRs that are primarily intended for large firms.

    Keywords: small and medium enterprises, international financial standards, inventory accounting, accounting

  3. YERLİ VƏ XARİCİ TƏCRÜBƏDƏ PLASTİK KARTLARIN ÖDƏNİŞ VASİTƏSİ KİMİ İSTİFADƏSİ

    Authors: Emin Aslanov, Cahid Haxverdiyev

    DOI: https://doi.org/10.36962/pahtei27042023-29

    Year: 2023 Pages: 29-40

    Show abstract

    Abstract: Azərbaycan Mərkəzi Bankının ödəniş sistemi ilə bağlı fəaliyyəti Ödəniş sistemləri və mühasibat uçotu departamenti həyata keçirir. Ödəniş sistemləri və mühasibat uçotu departamentinin missiyası müasir standartlara cavab verən ödəniş sistemlərinin yaradılmasından və bu sistemlərdən davamlı istifadənin təmin edilməsindən, həmçinin sistemin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsindən ibarətdir. Azərbaycanda plastik kartlar bazarı, o cümlədən nağdsız ödənişlər sahəsi daim inkişaf edir: kartların sayında artım, dövriyyədə və bank kartı hesablarında qalıqlarda artım var. Bu prosesin səbəbi nağdsız ödənişlər sisteminin genişlənməsinin qlobal tendensiyasıdır. Plastik kartları yaradan vahid universal hesablaşma şəbəkəsinin təşkili əhalinin gündəlik ödənişlərinə xidmət göstərməyə imkan verir. Bu, nağd əməliyyatların payının əhəmiyyətli dərəcədə azalmasına və Azərbaycanda maliyyə axınlarının strukturunda keyfiyyət dəyişikliyinə səbəb olur. Elektron ödənişlər maliyyə resurslarının dövriyyəsinin artırılmasında, kağız pulların çapı, daşınması, saxlanması ilə bağlı xərclərin azaldılmasında, iqtisadiyyatın ümumi inkişafında mühüm rol oynayır. Elektron ödəniş vasitələrindən biri olan POS-terminallar kart sahibləri və müəssisələr üçün üstünlüklər yaradır. POS-terminallardan istifadə məbləğlərin dəqiqliyi, ödənişlərin aparılmasının asanlığı, müştərilərin sayının artırılması, nağd ödəniş prosedurunun sadələşdirilməsi, etibarlılıq səviyyəsinin yüksəldilməsi və ödənişin artırılması baxımından məqsədəuyğun və sərfəlidir. Məqalədə Azərbaycan Respublikasında və dünya təcrübəsində ödəniş karlarından istifadənin tarixinə və müasir vəziyyətinə nəzər salınmış, elektron ödəniş vasitələrinin istifadə göstəricisinin təhlili və qiymətləndirilməsi aparılmış, kredit ödəniş sistemi və avtomatik ödəniş sistemlərinin xüsusiyyətləri nəzərə çatdırılmış, elektron ödənişlərin həyata keçirilməsində kerdit kartalarının rolundan bəhs edilmiş, elektron məlumat mübadiləsi tətbiqinə, müştəriyə kredit kartı hesabına çıxışı təmin edən telekommunikasiya qurğusu kimi POS terminalların funksiyaları haqqında məlumat verilmişdir.

    Keywords: elektron ödəniş, kredit kartı, elektron pul, POS terminal, dünya təcrübəsi

  4. AZƏRBAYCAN RESPUBLİKASINDA İŞĞALDAN AZAD OLMUŞ ƏRAZİLƏRİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ BƏLƏDİYYƏLƏRİN ROLUNUN QİYMƏTLƏNDİRİLMƏSİ

    Authors: Bayraməli Qurbanov, Elçin Salmanov

    DOI: https://doi.org/10.36962/pahtei27042023-41

    Year: 2023 Pages: 41-54

    Show abstract

    Abstract: İşğaldan azad edilmiş ərazilərin bərpası, məskunlaşması və milli iqtisadiyyata inteqrasiyasını təmin etmək hazırda ölkənin qarşısında duran başlıca vəzifələrdən biridir. Bunun üçün həmin ərazilərdə istehsal, sosial, sosial-mədəni və idarəetmə infrastrukturunun tamamilə yenidən qurulması, məskunlaşacaq əhalinin məşğulluğu üçün iş yerlərinin yaradılması tələb olunur. Respublikanın ərazilərinin sosial-iqtisadi inkişafında yerli özünüidarəetmə orqanlarının mühüm rol oynamasına baxmayaraq, ona xas olan potensialı hələ də reallaşdırmaq mümkün olmayıb. Buna bir sıra həll olunmamış problemlər mane olur. Hakimiyyət, əhali və biznes arasında qarşılıqlı əlaqənin səviyyəsini artırmaqla vəziyyəti dəyişmək mümkündür. Onların birgə işi ərazilərin hərtərəfli inkişafına, daha səmərəli sosial-iqtisadi siyasətin formalaşdırılmasına töhfə verəcək, iqtisadiyyatın bir çox mühüm sahələrində göstəricilərin artımına mane olan amillərin rolunu minimuma endirəcək və nəticədə iqtisadi artıma gətirib çıxaracaq, yerli özünüidarənin əsas məqsədinə - əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq mümkün olacaqdır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görüləcək mühüm işlərdən biri də bələdiyyələrin yaradılması və bələdiyyə seçkilərinin keçirilməsidir. Respublikamızın bu ərazilərində optimal idarəetmənin təşkili, həmin ərazilərə köçəcək vətəndaşların yerli ictimai həyatda iştirak imkanlarının təşviq edilməsi baxımından bələdiyyələrin yaradılması zəruri addımdır və dövlət quruculuğunun tərkib hissəsidir. Bildiyimiz kimi yerlərdə özünüidarənin təşkili məsələləri qanunla tənzimlənir və bunun mexanizmi də bələdiyyələrin əraziləri və torpaqları haqqında qanunla müəyyən edilir. Qanuna əsasən, bələdiyyələrin yaradılması üçün ilk növbədə işğalan azad olunmuş ərazilərdə inzibati ərazi dairələrinin, yaşayış məntəqələrinin müəyyən olunması və qeydiyyatı və s. işlər görülməlidir. Məqalə Azərbaycan Respublikasının işğaldan azad olmuş ərazilərində bələdiyyələrin təşkili, onların maliyyə təminatı məsələlərinin təhlilinə həsr edilmişdir. Tədqiqatda ölkəmizdə bələdiyyələrin işğaldan azad olmuş ərazilərin sosial-iqtisadi inkişafında rolu qiymətləndirilir, həmçinin bu ərazilərdə ərazilərdə bələdiyyə maliyyəsinin təşkili xüsusiyyətləri tədqiqata cəlb edilir.

    Keywords: bələdiyyə, sosial-iqtisadi inkişaf, işğaldan azad olmuş ərazilər, itisadi inkişaf

  5. QLOBALLAŞMA ŞƏRAİTİNDƏ RƏQƏMSAL İQTİSADİYYATDA DAXİLİ BAZARIN QORUNMASININ VACİBLİYİ MƏSƏLƏSİNİN TƏHLİLİ

    Authors: Zakir Mirzəyev, Eldar Salmanov

    DOI: https://doi.org/10.36962/pahtei27042023-55

    Year: 2023 Pages: 55-69

    Show abstract

    Abstract: Son onillikdə müxtəlif bazarların, xüsusən də kapitalın, texnologiyanın və əmtəələrin, müəyyən dərəcədə əmək bazarlarının getdikcə daha çox qarşılıqlı əlaqədə olması və çoxsəviyyəli TMK şəbəkəsinə inteqrasiyası zamanı iqtisadiyyatın qloballaşması prosesi sürətlənib. Bu birləşmələr çox təsirli və yaxşı təşkil olunmuş, daim istehsal, məhsulun inkişafı, dizayn və marketinqdə yeni əlaqələr yaratmağa çalışırlar. TMK-lar daim genişlənməyə diqqət yetirir, yeni bazarlara tələsir, biznes oyununun vahid liberal qaydalarını müdafiə edir, həmçinin əməliyyatları sürətləndirən və onların xərclərini azaldan informasiya infrastrukturunu genişləndirməklə bazarların qloballaşması üçün mühüm alət rolunu oynayır. Bu qəbildən olan struktur dəyişiklikləri belə şirkətlərin mövqelərini möhkəmləndirir, mənfəətlərini və məhsuldarlığı artırır ki, bu da onlara istehsalın açılmasına, xammal mənbələrinin seçilməsinə və dəyişən şəraitə tez uyğunlaşmasına imkan verir. Demək olar ki, bütün iri müəssisələrin onlara lazımi təsiri, ən əsası isə bazarda çevikliyi təmin edən törəmə şirkətlər və ya strateji ittifaqlar şəbəkəsi var. Belə transmilli korporasiyalar hazırda dünya ticarətinin üçdə birini həyata keçirirlər. Xüsusilə yüksək inkişaf etmiş iqtisadiyyata malik ölkələrin digər inkişaf etməkdə olan ölkələr qarşısında böyük iqtisadi, bir çox hallarda həm də siyasi üstünlüklərə malik olmaları onlara qloballaşmadan daha məharətlə istifadə etməyə imkan verir. Qloballaşma şəraitində dünya bazarına daha keyfiyyətli məhsul və xidmətlər çıxaran belə ölkələr üstün rəqabətə sahib olmaqla bərabər, digər ölkələri bir çox sahələrdə sıxışdırırlar. Belə ki, TMK vasitəsiylə üstün rəqabət qabiliyyətlərindən istifadə edərək yerli bazarlara nüfuz edir, daxili bazarda milli istehsalı oyundan kənarlaşdırırlar. Beləliklə, qloballaşma ölkələri bir-birindən eyni səviyyədə iqtisadi asılılığa salmır, bəzi ölkələr bu prosesdə daha çox asılı tərəf olur. Məhz buna görə də qloballaşma posesi daxili bazarın əhəmiyyətini və onun qorunması zəruriliyini bir daha aşılayır. Məqalə milli iqtisadiyyatın rəqəmsallaşması şəraitində daxili bazarın qorunması məsələlərinin təhlilinə həsr olunmuşdur. Tədqiqatda qloballaşma şəritində daxili bazarın qorunmasının zəruriliyi məsələsi aydınlaşdırılmış, rəqəmsal iqtisadiyyatda daxili bazarın qorunmasının dövlət nəzarət mexanizmləri öyrənilmişdir.

    Keywords: qlobal şərait, daxili bazar, rəqəmsal texnologiya, antidempinq tədbirləri, kompensasiya

  6. MÜƏSSİSƏNİN İDARƏ EDİLMƏSİNDƏ MARKETİNQ STRATEGİYASININ TƏHLİLİ

    Authors: Tərlan Növrəsli, Elgün Rzazadə

    DOI: https://doi.org/10.36962/pahtei27042023-70

    Year: 2023 Pages: 70-84

    Show abstract

    Abstract: Strateji marketinq, müəssisənin strateji fəaliyyətinin prioritetlərinin onun biznes növləri, məhsul və bazarla bağlı strateji qərarlar, habelə seqmentləşdirmə, hədəf seqmentlərin seçilməsi və yerləşdirmə prinsipləri olması ilə xarakterizə olunan bir proses kimi müəyyən edilir. Şirkətlərdə əksər strategiyaların məqsədi böyümədir. Konsentrasiya edilmiş böyümə strategiyaları, bazarın tələblərinə daha yaxşı cavab vermək üçün müəssisənin hansı istiqamətdə inkişaf etməli olduğu, habelə bunun üçün kifayət qədər şəxsi resursların olub-olmaması və ya xarici satınalmalara getməyin zəruri olub-olmaması suallarına cavab vermək imkanı verir. Strategiyaların həyata keçirilməsi şirkətin strateji planının konkret hərəkətlərə, sonra isə nəticələrə çevrilməsini nəzərdə tutur. Strateji marketinq təhlilinə əsaslanma prinsipinin həyata keçirilməsi müvafiq strateji təhlil sisteminin yaradılmasını tələb edir. Eyni zamanda, marketinq strategiyası konsepsiyası sərt illik planlaşdırma qaydalarından imtina edir və məlumatların toplanması, təhlili və strateji qərarların qəbulu üçün daha mobil dövri sistemin yaradılmasını tələb edir. Strateji təhlilin konsepsiyaları, modelləri və metodologiyası strateji problemləri həll etmək üçün məlumat əldə etməyə və təhlil etməyə kömək edir, bazar imkanları və təhdidlərinin öyrənilməsi əsasında müəssisə üçün müvafiq alternativ marketinq strategiyalarının işlənib hazırlanmasını təklif edir. Marketinq strategiyası müəssisənin daxili resurslarından və xarici imkanlarından istifadə etməklə onun mövcud və potensial müştərilərinin ehtiyaclarının necə ödənilməsinə dair uzunmüddətli qərarlar məcmusudur. Marketinq strategiyalarını formalaşdırarkən əsas bazar və iqtisadi amillərin qiymətləndirilməsindən və mövcud strateji potensialın təhlilindən çıxış etmək məqsədəuyğundur. Azərbaycanda marketinqin inkişaf etməsində vacib amillərdən biri də dövlət dəstəyidir. Dövlətin bu sahəyə bir sıra qanun və fərmanları var. Bu davamlı şəkildə olarsa Azərbaycanda marketinqin inkişafına güclü təkan verəcək. Azərbaycanda marketinqi araşdırarkən birbaşa olaraq inkişaf etmiş ölkələrlə müqayisə etmək düzgün deyil. İlk öncə müqayisəni ölkəmizlə oxşar özəlliklərə sahib ölkələrlə müqayisə etmək lazımdır. Bunlara da ən bariz nümunə postsovet ölkələridir. Belə ki, bu ölkələrlə müqayisə etdikdə Azərbaycanın postsovet ölkələri arasında özünə önəmli yer tutduğunu görmək olar. Məqalə müəssisələrinin idarə olunmasında marketinqin tədbiqi xüsusiyyətlərinin təhlili məsələlərinə həsr olunmuşdur. Bu zaman müəssisənin marketinq strategiyası marketinqin biznes idarəetməyə inteqrasiyasının əsas elementi kimi nəzərdən keçirilmiş, habelə Azərbaycan müəssisələrində marketinq fəaliyyətinin müasir vəziyyətinin PEST və SWOT təhlili aparılmışdır.

    Keywords: strateji marketinq, şirkət, iqtisadi mühit, bazar, rəqabət

  7. DAYANIQLI SOSIAL-IQTISADI INKIŞAF VƏ YAŞIL IQTISADIYYAT

    Authors: Şəfa Quliyeva, Əliəf Cabbarov

    DOI: https://doi.org/10.36962/pahtei27042023-85

    Year: 2023 Pages: 85-99

    Show abstract

    Abstract: “Dayanıqlı inkişaf” anlayışı 1987-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Komissiyasının hesabatının dərcindən sonra istifadəyə verilmişdir. Bu, ətraf mühitə zərər vermədən insanların ehtiyaclarını ödəməyə yönəlmiş tədbirlər kompleksidir. Davamlı inkişaf iqtisadi, ekoloji və sosial komponentlər arasında tarazlığın qorunması ilə məşğuldur.Yaşıl iqtisadiyyatın vəzifəsi onları bir-birinə inteqrasiya etmək və mövcud ziddiyyətləri düzəltməkdir. Dünya Davamlı İnkişafın hər üç ölçüsündə – İqtisadi, Sosial və Ekoloji sahədə problemlərlə üzləşib. Minilliyin İnkişaf Məqsədləri diqqəti seçilmiş sosial və insan inkişafı prioritetlərinə yönəltsə də, bu gün dünya yeni yaranan problemlərin şahidi olur. Yaşıl iqtisadiyyat iqtisadiyyatın şaxələndirilməsini və ÜDM-in kəmiyyət əvəzinə keyfiyyətcə artımını nəzərdə tutur. Yaşıl İqtisadiyyatın qəbul edilmiş xüsusiyyətlərindən biri də ədalətli və davamlı, planetin ekoloji sərhədləri daxilində hamı üçün daha yaxşı həyat keyfiyyətini təmin etməkdir. Yaşıl iqtisadiyyat daha yaxşı həyat keyfiyyəti üçün yaşıl texnologiyalar, yaşıl ÜDM və yaşıl iş yerləri deməkdir. Tədqiqatda ekoloji cəhətdən davamlı inkişafın və "yaşıl" iqtisadiyyatın amilləri, yaşıllaşdırma prosesini ləngidən maneələr, Yaşıl iqtisadiyyatın inkişafının əsas istiqamətləri, “Yaşıl iqtisadiyyat” modelinin effektivliyinin nəticələri, Yaşıl iqtisadiyyata keçidin şərtləri, davamlı inkişaf strategiyalarının güclü və zəif tərəflərinin, imkan və təhlükələrinin analizi araşdırmaya cəlb edilmişdir.

    Keywords: davamlı inkişaf, yaşıl iqtisadiyyat, yaşıl biznes, ekologiya, SWOT təhlil

  8. BÖHRAN VƏZİYYƏTİNDƏ MÜƏSSİSƏNİN STRATEGİYANIN HAZIRLANMASI

    Authors: Adil Əhmədov, Elnur Şərifov

    DOI: https://doi.org/10.36962/pahtei27042023-100

    Year: 2023 Pages: 100-115

    Show abstract

    Abstract: Məqalə böhran şərtlərində şirkətin vəziyyətinin qiymətləndirilməsi və onun strategiyasının formalaşdırılması metodologiyasına həsr olunmuşdur. Tədqiqatda böhran vəziyyətində müəssisə tərəfindən strategiyanın formalaşdırılması yolları qeyd edilmiş, o cümlədən, müəssisəni böhrandan çıxarmaq üçün alternativ strategiyalar barədə məlumat əks olunmuşdur. Şirkətin vəziyyətinin diaqnostikası, strategiyanın formalaşması mexanizmini müəyyənləşdirərkən strateji təhlil, xarici mühitdəki dəyişikliklərin proqnozu, strateji alternativlərin işlənib hazırlanması, strategiya seçimi, onun həyata keçirilməsi, effektivliyinin qiymətləndirilməsi və strateji alternativlərin işlənib hazırlanması mərhələsində lazımi dəyişikliklərin edilməsi məsələləri tədqiqatın əsas predmeti seçilmişdir. Bütün şirkətlər üçün böhranın səbəbləri fərdi xarakter daşımasına baxmayaraq, onu aradan qaldırılması məqsədilə xərcin azaldılması, satış təşviqi, pul vəsaitlərinin hərəkətinin optimallaşdırılması, şirkətin debitorları ilə işləmək və kommersiya kreditləşməsi sahəsində siyasətdə islahatların aparılması, kredit borclarının restrukturizasiyası, kadrların idarə edilməsi kimi universal idarəetmə vasitəsiləri vardır. Böhran vəziyyətində olan şirkət tərəfindən strategiyanın formalaşdırılması sxemi şirkətin vəziyyətinin diaqnostikası, mənfi tendensiyaların səbəblərinin müəyyən edilməsi, daxili səbəblər, likvidliyin və ödəmə qabiliyyətinin bərpasının ümumi üsulları, fəaliyyətlərin səmərəliliyi, xərcləri azaltmağın yollarının tapılması, istehsalda itkilərin sabitliyinin mövcudluğu, zərərli fəaliyyətin azaldılması, xərclərin azaldılması, hadisələrdən sonra qiymətləndirilmə, xarici səbəblər, bazar araşdırmasının aparılması, bazarda mallara (işlərə, xidmətlərə) tələbat, konsentrasiya strategiyasının nəzərdən keçirilməsi, diversifikasiya strategiyası, hadisələrdən sonra şirkətin vəziyyətinin qiymətləndirilməsi və xarici nəzarətdən ibarətir.

    Keywords: strateji təhlil, strategiyanın formalaşdırılması sxemi, idarəetmə vasitəsi, diversifikasiya strategiyası

  9. İŞĞALDAN AZAD OLMUŞ ƏRAZİLƏRDƏ QİDA SƏNAYESİNİN XAMMAL MƏNBƏLƏRİNİN BƏRPASI MƏSƏLƏSİNİN MÜƏYYƏN EDİLMƏSİ

    Authors: Sahib Məmmədov, Elxan Abdullazadə

    DOI: https://doi.org/10.36962/pahtei27042023-116

    Year: 2023 Pages: 116-126

    Show abstract

    Abstract: Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, onların gələcək inkişafını təmin etmək, lazımi infrastrukturun yaradılması, əhalinin öz doğma yurd-yuvalarına qaytarılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafını təmin etmək üçün bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəuyğunluğu işğaldan azad edilmiş rayonların iqtisadi rayonlara bölünməsinə yenidən baxılmasını tələb edir. Qida sənayesi iqtisadiyyatın bir sahəsi kimi ölkə əhalisini əsas ərzaq məhsulları ilə təmin edən qida istehsalı sahələrinin məhsuldar qüvvələrinin və istehsal münasibətlərinin inkişaf xüsusiyyətlərini xarakterizə edir. Qida sənayesi iqtisadiyyatın bütün sahələri ilə sıx bağlıdır. Azərbaycan ərazisindən müxtəlif nəqliyyat növləri ilə daşınan malların əhəmiyyətli bir hissəsi ərzaq məhsullarının payına düşür. Ənənəvi olaraq qida sənayesinin kənd təsərrüfatı ilə əlaqəsi möhkəmdir. Qida sənayesi Azərbaycan iqtisadiyyatının strateji əhəmiyyətli sahəsidir. Bunun əhəmiyyəti onunla müəyyən edilir ki, bu sənayenin məhsullarının istehlakçıları ölkə sakinləridir, yeyinti sənayesi onları idxaldan asılı olmayaraq həyati əhəmiyyətli məhsullarla təmin edir. Buna görə də sənayenin hazırkı inkişaf səviyyəsi, tendensiyaları, problemləri və perspektivləri elmi və praktiki baxımdan maraq doğurur. Məqalə işğaldan azad olunmuş ərazilərin qida sənaye potensialının müəyyən edilməsinə həsr edilmişdir. Tədqiqatda işğaldan azad olmuş ərazilərdə qida sənaye xammal bazasının bərpasının əhəmiyyəti və imkanları təhlil edilmiş, qida sənayesini ərzaqla təmin edən kənd təssərüfatının potensialı müəyyən edilmiş, yeyinti sənayenin dövlət tənzimlənməsi məsələsinə aydınlıq gətirilmişdir.

    Keywords: kənd təsərrrüfatı, yeyinti sənayesi, dövlət proqramı, işğaldan azad olunmuş ərazilər, yenidənqurma

  10. İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN SƏNAYE POTENSİALINA DƏYMİŞ ZƏRƏRİN TƏHLİLİ VƏ SWOT ANALİZİ

    Authors: Asiman Quliyev, Gülay Cəfərova

    DOI: https://doi.org/10.36962/pahtei27042023-127

    Year: 2023 Pages: 127-138

    Show abstract

    Abstract: Ermənistanın sərhəddə sabitliyi pozmaq üçün bütün uğursuz cəhdlərinə baxmayaraq, işğaldan azad edilmiş ərazilərin bərpası və onların iqtisadi potensialından istifadə etmək üçün Azərbaycanın başlatdığı işlər tam sürətlə davam edir. İki iqtisadi rayonda - Qarabağ və Şərqi Zəngəzurda minalar təmizləndikcə əsas infrastruktur yaradılır - enerji, qaz və su xətləri çəkilir, yollar çəkilir. İşğaldan azad edilmiş ərazilərin bərpası, məskunlaşdırılması və dirçəldilməsi çox yaxın gələcəkdə Azərbaycanda iqtisadi artımın və sosial-iqtisadi inkişafın mühüm “təkan nöqtəsi” olacaqdır. Müxtəlif təbiət abidələrinə, heyranedici relyef quruluşuna və iqlim şərtlərinə, nadir bitki və heyvan növlərinə, geniş münbit torpaqlara və meşə sahələrinə, zəngin təbii ehtiyatlara və kifayət qədər su ehtiyatlarına (o cümlədən mineral sulara) malik bu ərazidə iqtisadiyyata ən müxtəlif sahələrinin inkişafı üçün potensial imkanlar mövcuddur. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin edilməsi, zəruri infrastrukturun yaradılması və əhalinin öz doğma yurd-yuvalarına qaytarılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bu regionlarda iqtisadiyyat dövlət-özəl sektor tərəfdaşlığı əsasında aşağıdakı altı əsas istiqamət üzrə inkişaf edəcək: - Mədən sənayesi; - Yüngül və qida sənayesi; - Kənd təsərrüfatı biznesi; - "Yaşıl Enerji"; - Nəqliyyat və anbar logistikası; - Turizm. Məqalə işğaldan azad edilmiş ərazilərin sənaye potensiyalının təhlili və qiymətləndirilməsinə həsr edilmişdir. Araşdırmada işğal nəticəsində regionun sənaye potensialına dəymiş zərər təhlil edilmiş, işğaldan azad edilmiş ərazilərin sənaye potensialının güclü və zəif tərəflərinin, mövcud imkan və təhlükələrin SWOT analizi aparılmışdır.

    Keywords: sənaye potensialı, dəymiş ziyan, faydalı qazıntılar, sənayeləşmə siyasəti

  11. İNKİŞAF EMƏKDƏ OLAN ÖLKƏLƏRDƏ REGİОNAL İNKİŞAF BANKLARININ İNKİŞAF STRATEGİYASI

    Authors: Müşfiq Quliyev, Gülənbər Abbasova

    DOI: https://doi.org/10.36962/pahtei27042023-139

    Year: 2023 Pages: 139-153

    Show abstract

    Abstract: Regional İnkişaf Banklarının ümumi xüsusiyyətləri var. Birincisi, bu banklar inkişaf etməkdə olan ölkələrin ehtiyaclarından irəli gələn ümumi məqsədləri güdürlər. Onlar regional inkişaf layihələri üçün uzunmüddətli kreditləşməni həyata keçirməyə çağırılır; regional əməkdaşlığa və regional assosiasiyaların kreditləşdirilməsinə xüsusi diqqət yetirmək; regional xüsusiyyətləri nəzərə alaraq inkişaf strategiyasını hazırlamaq. İkincisi, inkişaf banklarının üzvlərinin təxminən 1/3-i inkişaf etmiş ölkələrdir. Bankların kapitalının əhəmiyyətli hissəsinə sahib olduqları üçün onların fəaliyyətinə ciddi təsir göstərirlər. Mərkəzi Amerika İnkişaf Bankının istənilən qərarını ABŞ, Asiya İnkişaf Bankını isə birlikdə səslərin 1/3-nə malik olan Yaponiya və ABŞ bloklaya bilər. Səslərin nizamnamə kapitalından asılı olaraq bölüşdürülməsi prinsipi sayəsində inkişaf etmiş ölkələrin Regional İnkişaf Banklarına təsiri saxlanılır. Üçüncüsü, Regional İnkişaf Bankları öhdəliklərin formalaşması, resursların xüsusi fondlara səfərbər edilməsi, kredit siyasəti ilə bağlı eyni tipli prosedurlar, bir çox cəhətdən Dünya Bankı Qrupuna bənzəyir, lakin eyni zamanda öz fərqlərinə malikdir. RİB-nin əsas funksiyalarının formalaşması müvafiq regionlardakı sosial-iqtisadi dəyişikliklərin ümumi tendensiyalarının təsiri altında baş verdi və eyni zamanda inkişaf banklarına xas olan funksional xüsusiyyətlərə əsaslandı. Funksiyaların icrası prioritetlərə uyğundur, bu da öz növbəsində sərt statik deyil, müvafiq regionun ehtiyaclarına uyğun olaraq inkişaf edir. Məqalə regional inkişaf banklarının inkişaf etməkdə olan ölkələrdə fəaliyyətinin müasir vəziyyətinə həsr olunmuşdur.

    Keywords: bank, inkişaf, iqtisadiyyat, səhmdarlar, investisiya

  12. QEYRİ-MÜƏYYƏNLİK ŞƏRAİTİNDƏ İDARƏETMƏ QƏRARLARINA BİRBAŞA VƏ DOLAYI TƏSİR GÖSTƏRƏN ƏTRAF MÜHİT AMİLLƏRİ

    Authors: Adil Əhmədov, Günay Cəfərova

    DOI: https://doi.org/10.36962/pahtei27042023-154

    Year: 2023 Pages: 154-168

    Show abstract

    Abstract: Risk şəraitində qəbul edilən qərarlara nəticələri müəyyən olmayan, yalnız hər bir nəticənin ehtimalı məlum olan qərarlar daxildir. Ümumiyyətlə, risk şəraitində qərar qəbulu, hadisələrin inkişafının hər bir mümkün vəziyyətinə onun həyata keçirilməsinin müəyyən bir ehtimalının verilə biləcəyinə əsaslanır. Potensial nəticələrin ehtimalını qiymətləndirmək mümkün olmadıqda, qərar qeyri-müəyyənlik şəraitində qəbul edilir. Qeyri-müəyyənlik həm də məlumatın tamlığı ilə bağlıdır. Müasir istehsalatda maddi və informasiya əlaqələrinin məcmusu o qədər mürəkkəbdir ki, idarəetmə prosesləri mütləq natamam informasiya şəraitində həyata keçirilir. Maddi və informasiya qeyri-müəyyənliyi, informasiyanın natamamlığı istehsal prosesinin əsas xüsusiyyətlərinin, o cümlədən istehsalın fəaliyyət göstəricilərinin qeyri-determinizm mənbəyidir. Qeyri-müəyyənlik amillərindən biri iqtisadi inkişafın məqsədinin müəyyən edilməsidir. İqtisadi sistemin davranışı məqsədyönlüdürsə, hədəfin müəyyənləşdirilməsi hansısa şərti formada ola bilər. Bu, bir qayda olaraq, menecer və ya liderin bir məqsəd deyil, bir neçə iyerarxik əlaqəli məqsəd qoyması ilə əlaqədardır. Dəyişən vəziyyətdə bir məqsədə nail olmaq mümkün deyilsə, əvvəlkini əvəz edən növbəti (digər) məqsədi bilmək lazımdır. Sabit bir məqsədə çatmağın bir neçə yolunun olması, məqsəd və ona çatmağın yolları kifayət qədər aydın təsvir olunsa belə, qeyri-müəyyənliyə səbəb olur. Bu qeyri-müəyyənliyi aradan qaldırmağın yolu alternativ müqayisə meyarının tətbiqi həm ilkin məlumatlardan, həm də hədəfdən asılı ola bilər. Məqalə qeyri-müəyyənlik şəraitində qərarların qəbulu prosesinə təsir edən amillərin təhlilinə həsr olunmuşdur. Bu tədqiqatda qeyri-müəyyənlik şəraitində şirkətin sağlam fəaliyyətinin təmin olunmasında idarəetmə qərarlarının rolunun və əhəmiyyətinin təhlili aparılmış, habelə birbaşa və dolayı təsir göstərən ətraf mühit amillərinin təhlili və onların idarəetmə qərarlarına təsiri məsələlərinə baxılmışdır.

    Keywords: ətraf mühit, "Qərar ağacı" metodu, SWOT təhlil, SNW təhlil, qeyri-səlis nəticə

  13. AZƏRBAYCANDA AQRAR SEKTORUN RƏQABƏT QABILIYYƏTININ TƏHLILI

    Authors: Qabil Manafov Qabil Manafo, Günel Bayramova

    DOI: https://doi.org/10.36962/pahtei27042023-169

    Year: 2023 Pages: 169-183

    Show abstract

    Abstract: Azərbaycan hökuməti uzun müddətdir ki, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş siyasət aparır. Bu strategiyanın həyata keçirilməsi üçün ən mühüm vektorlardan biri respublikada kənd təsərrüfatının inkişafıdır. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun stimullaşdırılması üzrə dövlət siyasəti kənd təsərrüfatında sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına və kənd yerlərində yoxsulluğun azaldılmasına yönəlmiş genişmiqyaslı kompleks proqramların həyata keçirilməsi yolu ilə həyata keçirilir. Fermer və kəndli təsərrüfatlarını dəstəkləmək üçün əhəmiyyətli dövlət subsidiyaları ayrılır, güzəştli kreditlər verilir, sahibkarlığı dəstəkləyən qurumlar yaradılır. Aqrar sektorda modernləşmə bir proses kimi genişləndirilmiş təkrar istehsalın həm ekstensiv, həm də intensiv şəkildə inkişafını əhatə edir. Əgər kənd təsərrüfatında inkişaf əsas fondların (bina, tikili, avadanlıq və s.) istifadəsini artırmaqla əldə edilirsə, bu, ekstensiv yol hesab olunur, əgər məhsuldarlığı artırmaqla, onda belə artım intensiv yolla əldə edilmiş hesab olunur. Modernləşmə kənd təsərrüfatının inkişafını intensivləşdirir, daha müasir texnikaya və daha ixtisaslı işçi qüvvəsinə sərmayələri daim artırır, kənd təsərrüfatı istehsalının davamlı artmasına səbəb olur. Modernləşdirmə siyasəti kompleksliyə, alternativliyə və mümkün risklərdən sığortaya əsaslanır və bu, kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasına və istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılmasına öz töhfəsini verir. Məqalə Azərbaycanda aqrar sahənin müasir vəziyyəti və onun rəqabət qabiliyyətinin yüksəldilməsinin zəruriliyi məsələsinə həsr olunmuşdur. Tədqiqatda ölkənin aqrar sektorunun sahə strukturunun müasir vəziyyəti təhlil olunur, Azərbaycanın aqrar sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsinin zəruriliyi, problemləri və onların aradan qaldırılmasının mexanizmləri araşdırılır.

    Keywords: aqrar sənaye, modernləşdirmə, kənd təsərrüfatı, yol xəritəsi, dövlət proqramları

  14. ELEKTRON TİCARƏTİN İNKİŞAFINDA KARQO ŞİRKƏTLƏRİNİN FƏALİYYƏTİ VƏ FİRMALARIN SEÇİMİ

    Authors: Məzahir Abdullayev, İbrahim Rufullazadə

    DOI: https://doi.org/10.36962/pahtei27042023-184

    Year: 2023 Pages: 184-197

    Show abstract

    Abstract: Logistika sektorunda baş verən sürətli dəyişikliklər və inkişaf edən texnologiya logistika fəaliyyətinin əhəmiyyətini və inkişafını artırır. Xüsusilə xidmət sektoru istehlakçıların tələb və gözləntilərinə uyğun keyfiyyət və vaxta qənaət təmin edən müştəri məmnuniyyəti yönümlü bir yanaşma izləyir. Bu yanaşma rəqabət mühitinə təsir göstərir. Dünyada və ölkəmizdə texnologiyanın inkişafı ilə böyüyən e-ticarət yük sektoruna böyük təsir göstərir. Elektron ticarətin təsiri ilə iqtisadi strukturun inkişafı və böyüməsi insanların sosial həyatına təsir göstərmiş və dəyişdirmişdir. Bu qarşılıqlı əlaqə və dəyişiklik nəticəsində yaranan ehtiyaclar yük xidməti sektorunu canlandırdı. Gənclərdə texnologiyadan istifadə böyüklərə nisbətən daha yüksəkdir. Ona görə də gənc əhali sıxlığının yüksək olduğu ölkəmizdə yük sektoru ilə bağlı araşdırmalar vacibdir. Karqo şirkətləri digər daşıma şirkətlərindən fərqli olaraq müxtəlif sahələrdə istehsal edən təşkilatlara və ya insanlara ehtiyaclarını lazımi yerlərə çatdırmaqda köməklik edir. Karqo şirkətlərinin xidmət keyfiyyətinin müəyyən edilməsi, inkişaf etdirilməsi və həyata keçirilməsi müştəri məmnuniyyətinin əldə olunmasında faydalı olacaq. Bu yüksək rəqabətli sənayedə müştəri məmnuniyyətinin təmin edilməsi şirkətlərin gələcəyini müəyyən edir. Maraqlı tərəflərin şirkətlə bağlı qiymətləndirmələri kimi də ifadə edilən şirkətin nüfuzu, gərgin rəqabət şəraitində yük sənayesində araşdırılması lazım olan anlayışlardan biridir. Məqalə elektron ticarətdə karqo şirkətinin rolu, karqo şirkəti seçiminə təsir edən amillərə həsr olunmuşdur. Tədqiqatda karqo fəaliyyətinin tarixi, mahiyyəti və karqo xidmətləri, firmaların elektron ticarətdə karqo şirkəti seçimi, karqo şirkətlərinin seçilməsində rol oynayan əsas faktorların analizi verilmişdir.

    Keywords: elektron ticarət saytı, yük daşımaları, karqo şirkəti, müştəri, sorğu

  15. ƏRAZİ MARKETİNQİNİN TURİZMİN İNKİŞAFINA TƏSİRİ VƏ TURİZM DESTİNASİYALARININ YARADILMASI

    Authors: Elşən Məmmədov, İlqarə Məhərrəmova

    DOI: https://doi.org/10.36962/pahtei27042023-198

    Year: 2023 Pages: 198-212

    Show abstract

    Abstract: Turizm bir tərəfin kommersiya məqsədləri ilə gəlir əldə etmək üçün etdiyi bir fəaliyyət olduğu halda, digər tərəfin əylənmək, dincəlmək, yeni yerlər görmək, səyahət kimi insan ruhunun ehtiyac duyduğu fəaliyyətlərdən istifadə və istehlak etməsini əhatə edir. Turizm destinasiyasının marketinq prosesində iştirak edən bütün qurumların bəzi ümumi öhdəlikləri var. İlk növbədə bu qurumların təyinat yeri olaraq təyin olunan bölgənin marketinq fəaliyyətində iştirak etməsi zəruridir. Bundan əlavə, xidmət və keyfiyyət standartlarına riayət etmək və onlara nəzarət etmək, bütün turizm sənayesinin koordinasiyalı işinə töhfə vermək, yerli əhali ilə münasibətləri canlı saxlamaq və yaxşılaşdırmaq, yerli əhalinin iştirakını təmin etmək kimi ümumi məsuliyyət sahələri var. Bütün bunları edərkən, destinasiyanın brend kimliyini və fərqləndirici xüsusiyyətlərini vurğulamaq lazımdır. Hər hansı bir ölkənin, həmin ölkənin hər hansı bir regionunun və ya müəyyən bir ərazisinin turizm destinasiyası kimi formalaşdırılmasında marketinqin əvəzsiz bir rolu vardır. Regional turizm bazarının da formalaşmasında marketinq alətləri vacib bir element kimi qəbul edilir. Turizmdə marketinq prosesi müştərilərin ehtiyac və gözləntilərinin müəyyən edilməsi ilə başlayır. Xüsusilə bu prosesdə müştərilərin demoqrafik xüsusiyyətləri, hansı fəaliyyətlərdən məmnun ola biləcəkləri, xidmətin təxmini maliyyə dəyəri, nə qədər ödəyə biləcəkləri, mədəni strukturları turistlərin marketinq kompleksini yaratmaq üçün çox vacibdir. İkinci mərhələ mal və xidmətlərin inkişafıdır. Burada mühüm məqam ilk addımda səhv etməməkdir. Müştəri profili düzgün araşdırılarsa, ona uyğun xidmət göstərilə bilər və onun inkişafında heç bir qüsur yaranmayacaqdır. Üçüncü mərhələ mal və xidmətlərin təşviqidir. Doğru məhsul düzgün qiymətə, düzgün paylama kanallarında, düzgün tanıtım vasitələri ilə təqdim edilməlidir. Marketinq prosesinin son mərhələsi monitorinq, nəzərdən keçirmə və qiymətləndirmə prosesidir. Məqalə turizmdə ərazi marketinqinin formalaşmasına həsr olunmuşdur. Tədqiqatda regional turizm bazarının formalaşdırılmasında marketinqin rolu və əhəmiyyəti qeyd olunmuş, turizm destinasiyalarının yaradılmasında marketinq tədqiqatlarının aparılması istiqamətləri vurğulanmışdır.

    Keywords: turizm bazarı, destinasiya imici, ərazi marketinqi, regional turizm, destinasiya elementləri

  16. AZƏRBAYCANDA SIĞORTA İŞİNİN TƏŞKİLİNİN HÜQUQİ ƏSASLARI VƏ TƏHLİLİ

    Authors: Mustafa Abbasbəyli, Kamran Hüseynzadə

    DOI: https://doi.org/10.36962/pahtei27042023-213

    Year: 2023 Pages: 213-225

    Show abstract

    Abstract: Sığorta - müxtəlif növ təhlükələr nəticəsində sığorta müdafiəsi əldə etməyə yönəlmiş iqtisadi münasibətlərin xüsusi növüdür. Bu münasibətlər iki fəaliyyət subyekti - sığortaçı və sığortalı arasında yaranır. Birincisi sığorta mühafizəsinin təminatçısı kimi çıxış edir. İkincisi isə sığorta haqlarını ödəyir və bununla da sığortaçı üçün sığorta fondu yaradır, ondan kompensasiya ödənişləri həyata keçirir. Biznesin, texnologiyanın sürətli inkişafı, sosial dəyişikliklər, maliyyə münasibətlərinin mürəkkəbləşdiyi müasir şəraitdə mülkiyyətin qorunması məsələləri həm fiziki, həm də hüquqi şəxslər üçün xüsusi aktuallıq kəsb edir. Sığorta institutunun əhəmiyyəti artır, sığortaçıların təklif etdiyi məhsul və xidmətlər bazarı genişlənir, sığortanın iqtisadi mahiyyəti dərinləşir. Elmi-texniki tərəqqinin inkişafı ilə bağlı müxtəlif mənfi amillərin zərərli nəticələrinin təhlükəsinin sürətlə artması və biznesin aparılması ilə bağlı itki riskinin artması müasir şəraitdə sığorta kimi maliyyə münasibətləri sferasının rolu nəzərdə tutulmuşdur. Biznes nümayəndələrinin maraqlarını qorumaq, əhəmiyyətli dərəcədə artır. Bazar münasibətlərinin müasir inkişafı mərhələsində sığortanın ənənəvi məqsədi ilə yanaşı, sığortalıların təbii fəlakətlərdən, təsadüfi texnoloji və ekoloji hadisələrdən, sığortalının şəxsi və ya əmlakına vurduğu zərərin ödənilməsi ilə bağlı əmlak maraqlarının qorunmasını təmin etmək üçün şəxslər getdikcə daha çox sığorta obyektinə çevrilirlər. Bazar iqtisadiyyatı olan bütün ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da sığorta dövlət nəzarətindədir. Bazar əsaslı sığorta sisteminin əsas elementləri sığorta fəaliyyəti üçün qanunvericilik bazası, sığorta şirkətlərinin və sığorta vasitəçilərinin fəaliyyətinə dövlət nəzarəti və daxili bazarda xarici sığortaçılara münasibətdə tənzimləyici tədbirlərdir. Məqalə Azərbaycanda sığorta bazarının mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Tədqiqatda sığorta işinin təşkili və tənzimlənməsinin qanunvericilik bazası barədə məlumat verilmiş, Azərbaycanda sığorta bazarının müasir vəziyyəti təhlil edilmişdir. Aparılan təhlillərdə sığorta məhsullarının inkişafının əsas istiqamətləri və xüsusiyyətləri müəyyən olunmuş, xaricdə və ölkədə sığorta işi ilə bağlı strategiyaların səmərəliliyi qiymətləndirilmiş və prinsipləri öyrənilmişdir.

    Keywords: sığorta, sığortaçı, lisenziya, təkrarsığorta, sığorta şirkətləri

  17. ŞİRKƏTİN RƏQABƏT QABİLİYYƏTLİLİK SƏVİYYƏSİNİN YÜKSƏLDİLMƏSİNDƏ SƏMƏRƏLİ TƏCHİZAT SİSTEMİNİN TƏŞKİLİNİN ƏHƏMİYYƏTİ

    Authors: Adil Əhmədov, Leyla Əliyeva

    DOI: https://doi.org/10.36962/pahtei27042023-226

    Year: 2023 Pages: 226-238

    Show abstract

    Abstract: Dünyanın və milli iqtisadiyyatın innovativ inkişafının artması, qloballaşma və inteqrasiya proseslərinin təsiri, sahibkarlıq subyektləri arasında rəqabətin artması şəraitində pərakəndə ticarət müəssisələrinin rəqabət qabiliyyətinə təsir edən amillərə yenidən baxılması zərurəti yaranır. Bu hallar pərakəndə ticarət müəssisələrinin səmərəli fəaliyyətinin təmin edilməsi, onların istehlak bazarında sabit mövqeyini təmin etməyə imkan verən rəqabət üstünlüklərinin formalaşdırılması və həyata keçirilməsi problemini həll etmək üçün onların rəqabət qabiliyyətinin idarə edilməsinin metodoloji əsaslarının öyrənilməsini zəruri edir. Müxtəlif amillərin təsiri altında və ehtiyatlardan asılı olaraq, rəqabət qabiliyyəti arta və ya azala bilər. Rəqabətqabiliyyətlilik ehtiyatları dedikdə, xərcləri optimallaşdırmaq və mənfəəti artırmaq üçün müəssisənin istifadə olunmamış imkanları başa düşülür. Bu amillərə aşağıdakılar daxildir: insan resursları; fiziki ehtiyatlar; bilik resursu; pul resursları; infrastruktur. Xarici amillər istehlak bazarında pərakəndə ticarət müəssisələrinin fəaliyyət göstərməsi şərtlərini müəyyən edən amillər məcmusu kimi qəbul edilir. Daxili amillərə marketinq, elmi-texniki, istehsal-texnoloji, maliyyə-iqtisadi, iqtisadi potensial, reklamın effektivliyi, maddi-texniki bazanın vəziyyəti, satışdan sonrakı xidmət daxildir. İndiki dövr üçün logistik satınalma prosesləri şirkətlərin rəqabət qabiliyyətinin gücləndirilməsinə mühüm təsir göstərir. Satınalma logistikası problemlərinin həlli yollarının axtarışı həm əməliyyat, həm də strateji idarəetmə baxımından bir təşkilatın idarə edilməsində, həm də satınalmanın iqtisadi və təşkilati aspektlərində islahatların aparılması üçün yeni istiqamətlərin tapılmasında əsas parametrdir. Şirkətin təchizat zəncirinin idarə edilməsinin ən mühüm məqsədlərindən biri müəssisənin rəqabət qabiliyyətini artırmaqdır. Məqalə şirkətin səmərəli təchizat sisteminin və rəqabət qabiliyyətinin mövcud vəziyyətinin qiymətləndirilməsinə həsr olunmuşdur. Bu zaman şirkətin rəqabət qabiliyyətlilik səviyyəsinin yüksəldilməsində səmərəli təchizat sisteminin rolunun təhlili aparılmışdır.

    Keywords: rəqabət, satınalma, logistika, təchizat şöbəsi, tədarük zənciri

  18. AZƏRBAYCAN RESPUBLİKASINDA KOB-LARIN MİLLİ İQTİSADİYYATIN İNKİŞAFI BAXIMINDAN ƏHƏMİYYƏTİNİN STATİSTİK TƏHLİLİ

    Authors: Aynur Cabbarova, Mahal Yolçuyev

    DOI: https://doi.org/10.36962/pahtei27042023-239

    Year: 2023 Pages: 239-253

    Show abstract

    Abstract: Kiçik və orta biznes milli iqtisadiyyatın inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Birincisi, KOB-ları vergi gəlirlərinin əsas mənbələrindən biri kimi görmək olar. Buna görə də, KOB-lar müxtəlif təşkilatların mənfəətini çıxmaqla büdcənin formalaşmasında iştirak edirlər. Bundan əlavə, KOB-ların inkişafı yeni iş yerlərinin yaradılmasına şərait yaradır, yəni əhalinin gəlir mənbəyidir. İkincisi, KOB-lar iqtisadiyyatın mühüm hissəsidir. KOB-lar kiçik və orta müəssisələrin çevikliyini və mobilliyini əks etdirən bazar dəyişikliklərinə uyğunlaşaraq, ekoloji dəyişikliklərə iri müəssisələrə nisbətən daha rəvan cavab verə bilirlər. Üçüncüsü, KOB-lar sosial və iqtisadi sahədə mühüm rol oynayır. KOB-ların iqtisadi fəaliyyəti əhalinin böyük hissəsini əhatə etdiyi üçün onlar məşğulluq səviyyəsinə təsir göstərə və əhalinin yeni iş yerləri açması nəticəsində işsizliyi azalda bilər. KOB-lar daha peşəkar olduqları üçün hər bir alıcının fərdi xüsusiyyətlərini nəzərə ala bilərlər. Dördüncüsü, kiçik və orta müəssisələrin köməyi ilə elm və texnologiyanın inkişafına töhfə verən yeni məhsul və xidmətlər yaradılır. Buna görə də məqalə Azərbaycan Respublikasında kiçik və orta biznesin müasir vəziyyətinin statistik təhlilinə həsr edilmişdir. Regionlarda iqtisadi inkişafın təmin olunması, həmçinin regionlarda kiçik və orta sahibkarlığın (KOB) çəkisinin artırılması, bununla əlaqədar maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsi, onlara dəstək mexanizminin təkmilləşdirilməsi, KOB-lara əlverişli şərait yaradılması kimi problemlər məqalənin əsas tədqiqat predmetlərindəndir.

    Keywords: mikro, kiçik və orta sahibkarlıq, iqtisadi siyasət, biznes, investisiya

  19. PUBLİK-HÜQUQİ ŞƏXSLƏRDƏ MÜHASİBAT UÇOTUNUN TƏŞKİLİNİN TƏHLİLİ

    Authors: Ənvər Salahov, Nigar İsmayılova

    DOI: https://doi.org/10.36962/pahtei27042023-254

    Year: 2023 Pages: 254-268

    Show abstract

    Abstract: Mühasibat uçotu təşkilatların fəaliyyəti üçün hüquqi, təşkilati, informasiya əsası kimi çıxış edir. Pul vəsaitlərinin hərəkətinə idarəetmə və təşkilati təsir göstərən maliyyə uçotu, mühasibat uçotu olmadan onların fəaliyyəti qeyri-mümkündür. Mühasibat uçotunun mahiyyəti, onların təsərrüfat və digər əlaqəli fəaliyyətləri haqqında məlumatların toplanması və sənədləşdirilməsi ilə bağlı nəzəri və tənzimləyici müddəaların təhlili əsasında iddia etmək olar ki, bu kateqoriya, bir tərəfdən, mühasibat uçotunun sistemləşdirilməsinin təşkilindən ibarət olan müxtəlif təşkilati-hüquqi formada olan özəl qurumların maraqları ilə bağlıdır. Bu, onlara öz fəaliyyətlərinin konkret sahələrinin özünə nəzarəti və idarə edilməsini təmin etməyə imkan verir. Digər tərəfdən, mühasibat uçotu bilavasitə dövlətin ictimai maraqları ilə bağlıdır, mühasibat uçotu və maliyyə hesabatı standartlarını müəyyən edən səlahiyyətli orqanlar tərəfindən təmsil olunur, onlara riayət edilməsi xüsusi sənədlərdə təcəssüm olunmaqla müəyyən edilmiş hallarda dövlət maliyyə nəzarətinin predmeti kimi çıxış edir. Publik hüquqi şəxs – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Publik hüquqi şəxslərin hüquqi əsasları və nizamnamə kapitalının formalaşmasının, uzunmüddətli və qısmüddətli aktivlərin, qeyri-maddi aktivlərin, kassa əməliyyatlarının (əgər varsa), bank əməliyyatlarının, xarici valyutada aparılan bank əməliyyatları, bankda olan xüsusi hesablarının, digər pul vəsaitlərinin, pul sənədlərinin, hesablaşma və kredit əməliyyatlarının, malsatan və podratçı təşkilatlarla, alıcı və sifarişçilərlə, təhtəlhesab şəxslərlə, təsisçilərlə hesablaşmalarının, vergilər və digər ödənişlər üzrə hesablaşmaların, kreditlər və borclar üzrə əməliyyatların, öhdəliklərin auditi Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının müvafiq qərarları ilə təsdiq edilmiş auditin aparılmasına dair sahəvi proqramlara və digər normativ sənədlərə müvafiq olaraq aparılmalıdır. Məqalədə Publik-hüquqi şəxslərdə mühasibat uçotunun təşkilinin nəzəri məsələləri tədqiq edilmiş, Publik-hüquqi şəxslərdə mühasibat uçotunun təşkilinin normativ-hüquqi əsasları müəyyənləşdirilmiş, Publik-hüquqi şəxslərdə mühasibat uçotunun aparılması qaydaları öyrənilmiş, Publik-hüquqi şəxslərdə mühasibat uçotunun təkmilləşdirilməsi istiqamətləri araşdırılmışdır.

    Keywords: Publik-hüquqi şəxs, Nizamnamə, audit, uçot siyasəti, maliyyə hesabatları

  20. TƏŞKİLATIN MALİYYƏ NƏTİCƏLƏRİNƏ TƏSİR EDƏN VERGİ ÖDƏNİŞLƏRİNİN TƏHLİLİ VƏ VERGİ YÜKÜNÜN İDARƏ EDİLMƏSİ

    Authors: Cəmaləddin Zərbalıyev, Nihat Xəlilov

    DOI: https://doi.org/10.36962/pahtei27042023-269

    Year: 2023 Pages: 269-283

    Show abstract

    Abstract: Vergi ödənişləri məhsulların rəqabət qabiliyyətinə, satış qiymətlərinə və tariflərinə, istehsal xərclərinə, satışın həcminə və son nəticədə maliyyə nəticələrinə və xalis mənfəətə təsir göstərir. Vergi sistemi kommersiya təşkilatının fəaliyyətinin səmərəliliyi ilə mikro səviyyədə sosial proseslərə də təsir göstərir. Vergi sistemi kommersiya təşkilatının səmərəli fəaliyyət göstərməsinə imkan verirsə, onun əmək haqqını artırmaq imkanları var ki, bu da təkcə işçilərinin maddi vəziyyətinin artmasına deyil, həm də sığorta haqları və fərdi gəlir vergisi üçün ayırmaların artmasına səbəb olur.Vergi yükünün səviyyəsinin müəyyən edilməsi kifayət qədər mühüm vəzifədir. Təşkilat öz fəaliyyəti zamanı fəaliyyətinin xüsusiyyətlərini və digər amilləri nəzərə almaqla ən optimal hesab etdiyi bir sıra göstəriciləri özü üçün müəyyən edir və vergi yükünün səviyyəsini müəyyən etmək üçün onlardan istifadə edir. Təşkilat bir neçə dövr ərzində alınan məlumatları öyrənir və nəinki qeyd edir, həm də vergilərin optimallaşdırılması tədbirlərinin həyata keçirilməsinin zəruriliyi məsələsini özü üçün həll edir. Təşkilatların iqtisadi artımı onların pul vəsaitlərinin hərəkətini, maliyyə resurslarını və onların formalaşmasının mümkün mənbələrini idarə etmək üçün yaxşı qurulmuş sistem olmadan mümkün deyil. Vergilər təsərrüfat subyektlərinin maliyyə resurslarına və kapitalın gəlirliliyinə əsas xarici məhdudiyyətlərdən biri kimi çıxış edir. Vergilərin optimallaşdırılması praktikasında əsas problemlərdən biri vergi yükünün xarakteri və hesablanması problemidir, onun optimallaşdırma modelləri çoxlu müxtəlif təyinetmə üsullarına malikdir. Məqalə vergi sisteminin təşkilatın maliyyə vəziyyətə təsirinin təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Tədqiqatda birbaşa və dolayı vergi ödənişlərinin təşkilatın maliyyə nəticələrinə təsiri araşdırılmış, habelə təşkilatın vergi yükünün idarə edilməsi istiqamətləri təhlilə cəlb edilmişdir.

    Keywords: kommersiya təşkilatı, dolayı vergilər, birbaşa vergilər, vergi yükü, vergilərin optimallaşdırılması

  21. STARTAP ŞİRKƏTLƏRİNİN BEYNƏLXALQ BAZARA ÇIXIŞI ZAMANI SEÇDİYİ STRATEGİYALARIN TƏHLİLİ

    Authors: Cəbrayıl Vəliyev, Ömər Hüseynli

    DOI: https://doi.org/10.36962/pahtei27042023-284

    Year: 2023 Pages: 284-295

    Show abstract

    Abstract: Startapların beynəlxalq bazarlara daxil olmaqlarının əsasını təşkil edən ən mühüm amillər mənfəət və sabitlikdir. Rəqabətin güclənməsi müəssisələri yaşamaq və mövcudluğunu davam etdirmək üçün beynəlmiləlləşməyə, eləcə də daha çox qazanc əldə etmək və ya böyümək motivasiyasına səbəb olur. Texnologiyalarının sürətli dəyişməsi bütün dünyanı qlobal bazara çevirdi, nəticədə insanlar dünyanın istənilən yerində insanların həyat tərzini və istehlak vərdişlərini görür və orada istehsal olunan məhsul və xidmətləri özləri üçün tələb edirlər. Startapların yaradılması məqsədləri mənfəət əldə etmək, sosial məsuliyyət vəzifələrini yerinə yetirmək və fasiləsizliyi təmin etməkdir. Startaplar beynəlxalq bazarlara çıxmaqla öz mənfəətlərini artırır və davamlılığı təmin edirlər. Bundan əlavə, öz sektorunda mənfəət və davamlılığı təmin edən Startaplar sosial məsuliyyət vəzifələrini yerinə yetirirlər. Beynəlxalq bazarlarda fəaliyyət göstərmək startapların məqsədləri ilə üst-üstə düşür. Biznesin uğuru məqsədlərinə çatmaqla qiymətləndirilir. Bu baxımdan beynəlxalq bazarlar startaplar üçün həmişə sərfəli olur. Məqalə startap şirkətlərinin beynəlxalq bazarlara çıxış strategiyaları və qarşılaşdıqları problemlərin təhlili məsələlərinə həsr olunmuşdur. Tədqiqatda startap şirkətlərinin beynəlxalq bazarlara çıxışının startapların inkişafında əhəmiyyəti təhlil edilmiş, startap şirkətlərinin beynəlxalq bazara çıxış strategiyalarının müxtəlif ölkə startapları nümunəsində təhlili aparılmış, o cümlədən startap şirkətlərinin beynəlxalq bazara çıxışı zamanı qarşılaşdıqları problemlərin klassifikasiyası təhlilə cəlb edilmişdir.

    Keywords: startap, strategiya, xarici bazar, rəqabət, qloballaşma

  22. AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT İDARƏETMƏSİNDƏ TƏTBİQ EDİLƏN ELEKTRON XİDMƏTLƏR VƏ ONLARIN ÜSTÜNLÜKLƏRİ

    Authors: Elşən Məmmədli, Ramil Zeynallı

    DOI: https://doi.org/10.36962/pahtei27042023-296

    Year: 2023 Pages: 296-308

    Show abstract

    Abstract: Elektron hökumət deyildikdə elektron rabitə və əməliyyat mühitlərində dövlətin öz vətəndaşlarına qarşı vəzifə və xidmətlərinin, vətəndaşların isə dövlət qarşısındakı vəzifə və xidmətlərinin fasiləsiz və təhlükəsiz şəkildə yerinə yetirilməsi olaraq başa düşülür. Xüsusilə idarəetmənin yenidən qurulması səyləri ilə əhəmiyyət qazanmağa başlayan elektron dövlət anlayışı inteqrasiya olunmuş strategiya, proses, təşkilat və texnologiyanı ifadə edən bir anlayışdır. E-hökumət, e-vətəndaş və e-hökumət arasındakı münasibətlərin qarşılıqlı xidmət anlayışı üzərində qurulduğu texnologiya araşdırmasıdır. Günümüz etibarı ilə informasiya texnologiyalarının inkişaf səviyyəsi o qədər yüksək həddədir ki, əksər dövlət orqanlarında ölkə əhalisinin rifahına xidmət edən elektron hökumət sistemindən geniş şəkildə istifadə edilir. Elektron hökumət tətbiqinin tətbiq edilməsinin əsas məqsədi dövlət səviyyəsində bürokratizmin aradan götürülməsidir. Yəni burada iyerarxiya prinisipi ortadan qaldırılaraq cəmiyyət daha rahat şəkildə hökumət orqanlarına müraciət edə bilər. Burada başqa bir əsas məqsəd isə səmərəliliyin artırılmasıdır. Həmin səmərəliliyin artırılması deyildikdə vətəndaşların hökumət qurumlarına elektron şəkildə müraciət etdiyi təqdirdə həmin orqanlar daha səmərəli və adekvat qərarlar qəbul edə bilmələri nəzərdə tutulur. Yəni xidmətin keyfiyyəti artırılaraq internet mühitində həyata keçirilməyə başlanacaq xidmətlər, xidmət anlayışının vətəndaşlara müəyyən keyfiyyət səviyyəsində və standartlaşdırılmış şəkildə çatdırılmasını təmin edəcəkdir. Bundan əlavə elektron hökumət sisteminin tətbiq edilməsində bir digər məqsəd isə korrupsiya hallarının minimum səviyyəyə endirilməsidir. Nəticə etibarı ilə elektron hökumət sistemi tətbiq edildikdə cəmiyyətin dövlət orqanlarına gediş-gəlişinin, eləcə də həmin şəxslərlə birbaşa təmasının qarşısı alınmış olur. Bununla birlikdə kiçik qurumların səlahiyyətinin genişləndirmək, xidmət səviyyəsini yüksəltmək və nəticədə dövlət orqanlarının vətəndaşa xüsusi diqqətin göstərilməsi kimi ünsürlər ön plana çıxır. Məqalə Azərbaycanda dövlət idarəetmə sistemində elektron xidmətlərin tətbiq vəziyyətinin təhlilinə həsr olunmuşdur. Tədqiqatda Azərbaycan Respublikasında tətbiq edilən elektron xidmətlərin tətbiq edildiyi tarix və həmin sistemin tətbiq edilməsində təkan verən qərar və fərmanlar ələ alınmışdır. Bundan əlavə Azərbaycan Respublikasında elektron hökumət xidmətindən yararlanan bir sıra dövlət qurumların fəaliyyəti nümunə olaraq göstərilmişdir. Burada xüsusilə elektron xidməti yüksək səviyyədə təqdim edən Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Ali Məhkəmə kimi dövlət qurumlarının fəaliyyəti ətraflı şəkildə göstərilmişdir. Məhz bu və digər qurumların fəaliyyəti əsasında Azərbaycan Respublikasında elektron xidmətlərin göstərilməsi səviyyəsinin 2001-ci ildən etibarən günümüzə qədər yüksək səviyyədə inkişafı qeyd edilmiş və həmin göstəricilər şəkillərlə təsvir edilmişdir.

    Keywords: elektron hökumət, dövlət idarəçiliyi, vətəndaş, elektron xidmət, informasiya texnologiyaları

  23. VERGİ SFERASINDA QANUN POZUNTULARININ AŞKAR EDİLMƏSİ VƏ BU PROSESLƏ MÜBARİZƏ APARMAQ ÜÇÜN TƏDBİRLƏRİN GÖRÜLMƏSİ

    Authors: Rəşad Məhərrəmov, Şahin Məmmədov

    DOI: https://doi.org/10.36962/pahtei27042023-309

    Year: 2023 Pages: 309-320

    Show abstract

    Abstract: Müasir şəraitdə vergi hüquqpozmalarının aşkar edilməsi üçün adekvat təşkilat yalnız Vergi Məcəlləsində nəzərdə tutulmuş vergi nəzarətinin forma və üsullarının və əməliyyat-axtarış fəaliyyətinin birləşməsi ilə mümkündür. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, bir çox beynəlxalq sənədlərin, o cümlədən beynəlxalq cinayətlərə qarşı mübarizəyə dair sənədlərin ratifikasiyası ilə əlaqədar vergi hüquqpozmalarına qarşı mübarizədə digər ölkələrin təcrübəsinin tətbiqi aktualdır. Azərbaycan cəmiyyətinin formalaşmasının hər bir mərhələsində vergi hüquqpozmalarının və cinayətlərinin törədilməsinə şərait yaradan halların öyrənilməsi onların sayının nəzarətli şəkildə azalması üçün böyük əhəmiyyət kəsb edir. Bütün dünyada vergidən yayınma geniş vüsət alıb və vergilərin büdcəyə ödənilməməsinin əsas səbəbidir. Vergi cinayətlərinin artımı yüksək dinamikaya malikdir, buna görə də bəzi hesablamalara görə, o, fəlakətli kimi səciyyələndirilir. Qlobal və milli iqtisadiyyatlardakı böhran hadisələri fonunda Azərbaycan dövlətinin hazırkı inkişaf mərhələsi, vergi tutulan şəxslərin deviant davranışına səbəb olan hallara dövlətin lazımi diqqəti olmadan maliyyə nöqteyi-nəzərindən uğurla keçə bilməz. Bununla belə, qeyd etmək lazımdır ki, vergi hüquq normalarını pozanlara qarşı mübarizənin səmərəliliyini onların vergi hüquq münasibətlərində davranışını şərtləndirən səbəb və şərtləri keyfiyyətcə dərk etmədən təsəvvür etmək mümkün deyil. Bu halların tədqiqi onların mahiyyətini dərindən dərk etməyə və elmi cəhətdən işlənmiş qabaqlayıcı tədbirlərlə onlara qarşı durmağa imkan verir. Buna əsaslanaraq, hüquqpozmalara, o cümlədən vergi sahəsində cinayətlərə qarşı mübarizənin ən mühüm istiqaməti onların qarşısının alınmasıdır.

    Keywords: vergi, qanun pozuntusu, böhran şəraiti, vergilərin optimallaşdırılması, vergi inzibatçılığı

  24. REKLAM STİMULLAŞMA KOMPLEKSİNİN ELEMENTİ KİMİ

    Authors: Müslumat Allahverdiyeva, Samirə Mustafayeva

    DOI: https://doi.org/10.36962/pahtei27042023-321

    Year: 2023 Pages: 321-331

    Show abstract

    Abstract: Reklam bazarı reklam xidmətləri və reklam materillarının əmtəə kimi çıxış etdiyi əmtəə mübadiləsi sferasını özündə əks etdirir. Bu bazarda digər bazarlar kimi tələb və təklifdən aslı olaraq iqtisadi qanunauyğun olaraq inkişaf edir. Müasir reklam bazarı gərək daha aktiv reklam xidməti fəaliyyətinin obyekti olsun. Reklam bazarı çox spesfik infrastruktura malikdir ki, bura müxtəlif reklam növləri, reklam yayım vasitələri, reklam vericilər, reklam obyektləri, həm də reklam fəaliyyətini stimullaşdıran və tənzimləyən strukturlar, idarələr daxildir. Reklam bazarının strukturu daim ölkənin təsərrüfat daxili bazarının ümumi konyukturasının meyillərinin təsiri altında dəyişir. Bunun nəticəsində struktur və miqdar dəyişmələri ayrı-ayrı reklam bazarı elementlərinin, reklam fəaliyyətinin tənzimlənməsi və təşkili sistemi, həm də reklam informasiyasının genişlənməsi vasitəsi və növləri üzrə genişlənə bilər. Reklam bazarının strukturu payların kəsişməsində, müxtəlif reklam vasitələri və növlərinin prespektiv istifadəsində müxtəlif ölkələrdə fərqlidir. Məqalədə Azərbaycan reklam bazarında bu strukturun inkişafının əsas tendesiyalarını təhlil ediləcəkdir. Azərbaycanda reklam növləri beynəlxalq standartlara bu gün yaxınlaşır. Dövrü mətbuatda, firma bülletenlərində, rublika elanlarından, illüstrasiyalaradək reklam elanları mövcuddur. Həmişə olduğu kimi kütləvi cap reklamı prospektlər,kataloqlar, bukletlər, afişalar, plakatlar, vərəqlər, kolendarlar çox məşhurdur. İri formatlı çox vərəqli plakatlar dayanıqlı boyalar, multivizyonlu sinxron plakatlar, videodivarlar, pannolar qaz işiqlı cardak qurğuları olan bilbordların sayı artır. Şəhərlərdə tranzit reklam vasitələri aeroportlarda, vağzallarda, metrolarda onların daxili salonlarında reklamlar çox məşhurdur.Yeni ticarət şirkətləri və mağazalar taro firma qablaşdırılması, xüsusi konstruksiyalar, poliekrular, asılqanlar müasir vitrinlərin ortaya çıxması satış yerində reklamın artımını stimullaşdırırlar. Televizya və radio reklamında əhəmiyyətli dəyişikliklər baş verdi. Efir reklamında kompüter qrafikası, animasiya texnologiyalarının istifadəsi populyar aktyorların cəlb olunması ilə spotları rolikləri müxtəlif dayaqlar iştirak edir. Reklam yayım vasitələrindən liderlik edən gənc Azərbaycan reklamı özünəməxsus poliqonunda televizya reklamıdır. Praktiki olaraq Azərbaycan bazarında bütün reklam liderləri öz uğurlarına görə televiziyaya borcludurlar.

    Keywords: reklam, stimullaşma kompleksi, reklam bazarı, televiziya reklamları, küçə reklamları

  25. QEYRİ-SƏLİS ƏDƏD ƏSASINDA ÜMUMİLƏŞDİRİLMİŞ EKSPERT RƏYİ

    Authors: Axirə Sultanova, Şəbnəm Quliyeva

    DOI: https://doi.org/10.36962/pahtei27042023-332

    Year: 2023 Pages: 332-341

    Show abstract

    Abstract: Qeyri-səlis məntiq gündəlik həyatımızda istifadə etdiyimiz və davranışlarımızı şərh etdiyimiz struktura gətirən riyazi bir fəndir. Qeyri-səlis məntiq anlayışlarını həyatımızın bir çox yerində görürük . Qeyri-səlis məntiq xüsusilə çətin başa düşülən və şərhə əsaslanan çox mürəkkəb sistemlərdə və insan düşüncəsi, qavrayışı və ya qərar qəbul etməsinə əsaslanan proseslərdə faydalıdır. Qeyri-səlis məntiqin əsasını təşkil edən qeyri-səlis nəzəriyyə qeyri-müəyyən anlayışların riyazi ifadəsidir. Qeyri-səlis nəzəriyyədə başqa bir yenilik istifadə olunan məlumatın təbiətidir. Qeyri-səlis nəzəriyyə ölçmə əsaslı bilikdən daha çox qavrayış biliklərindən istifadə edir. Lakin ehtimal nəzəriyyəsi qavrayışa əsaslanan məlumatları emal edə bilməz. Çünki ehtimal nəzəriyyəsində qavrayışların mənasını göstərmək və nəzərə almaq mexanizmi yoxdur. Digər tərəfdən, qeyri-səlis nəzəriyyədə rəqəmlər əvəzinə sözlərlə hesablamaq mümkündür. Qeyri-səlis nəzəriyyə ilə hadisələri daha reallaşdırmaq və şifahi dəyişənlərlə izah etmək olar. Qeyri-səlis məntiqin bir çox metodlarının geniş tətbiqinə baxmayaraq, xüsusilə qeyri-səlis qərar qəbulu sahəsində təhlil edilən məlumatın etibarlılığı və etibarlılığı ilə əlaqəsi olmadan qərar qəbuletmə texnikası haqqında danışmaq çox vacib görünür.Məsələn, etibarlılığı aşağı olan məlumatlara əsaslanaraq qəbul edilən qərar, praktikada istifadə üçün faydasız və ya hətta zərərli olmağa meyllidir.Bu halda, Z rəqəmləri insan biliklərinin qeyri-müəyyənliyini təsvir etmək üçün əhəmiyyətli potensiala malikdir, çünki həm ekspert qiymətləndirməsi, həm də Z rəqəmi ölçülən dəyərin məhdudlaşdırılması və etibarlılığından ibarətdir. Buna görə də məqalədə ekspert rəyinin Z rəqəminə çevrilməsi üsulu təklif edilir və yeni aqreqasiya yanaşması təqdim edilir.

    Keywords: qeyri-səlis məntiq, Z ədədi, üçbucaqlı qeyri-səlis ədədlər, trapezoidal qeyri-səlis ədədlər, ekspert rəyi

  26. MÜASİR REKLAM BAZARININ QİYMƏTLƏNDİRİLMƏSİ

    Authors: Müslümat Allahverdiyeva, Şəhriyar İsayev

    DOI: https://doi.org/10.36962/pahtei27042023-342

    Year: 2023 Pages: 342-353

    Show abstract

    Abstract: Reklam bazarı bu gün milli iqtisadiyyatın mühüm sahəsidir və cəmiyyətin informasiya sisteminin bir hissəsidir və kütləvi şüura təsir edən informasiya və texnologiyalar bu gün sosial sistemin inkişafında əsas amillərdir. Reklamın yayılması üçün KİV-dən istifadə insanların geniş kütlələrinə nəzarətsiz təsir göstərməyə imkan verir. Məhz reklamın bu aspekti ictimai münasibətlərin bu sferasının dövlət tərəfindən tənzimlənməsini zəruri edir. Reklam bazarının dövlət tənzimlənməsi, səlahiyyətli dövlət orqanlarının reklam bazarı ilə bağlı dövlət siyasətini həyata keçirmək məqsədi ilə onlara verilmiş səlahiyyətlərin həyata keçirilməsi çərçivəsində reklam bazarı münasibətlərinə təsiri kimi müəyyən edilə bilər. Müasir bazar şəraitində reklam biznesinin fəaliyyətinə reklam xidmətləri sahəsində sahibkarlıq fəaliyyətinə təsir edən və effektiv, qeyri-standart kommersiya və yaradıcı qərarların operativ qəbulunu tələb edən xarici və daxili şərait və amillərin məcmusundan təsirlənir. Bu baxımdan reklam biznesinin xarici və daxili bazar mühitindən danışmalıyıq. Bu gün reklam bazarına vahid elementin, bazar iqtisadiyyatının fəaliyyət mexanizminin əsas rollarından biri verilir. Xalq təsərrüfatının inkişaf səviyyəsi, onun bütün əmtəə kütləsini istehsal və satmaq qabiliyyəti təşkilatlanma dərəcəsini, yaxşı qurulmuş obyekt-subyektiv strukturun mövcudluğunu əks etdirir. Beləliklə, müasirreklam bazarının tərkibi reklam məhsullarının alqı-satqısı ilə bağlı müxtəlif bazar agentləri arasında qarşılıqlı əlaqə sistemidir. Təsərrüfatdaxili və kommersiya əlaqələrinin təşkilində həlledici rol oynayan reklam xidmətləri sistemi dövlətin təsərrüfatdaxili və kommersiya əlaqələrini təşkil edən əsas yer tutur. Reklam bazarı cəmiyyətdə çoxsaylı kommunikasiyaları təşkil edən səviyyələrin, elementlərin, sektorların mürəkkəb sistemidir. Belə dinamik inkişaf edən sistem, ilk növbədə, daxili amillərin təsirinin hərtərəfli qiymətləndirilməsi və nəzərə alınması əsasında müəyyən imic, reputasiya əldə etmək, satışları artırmaq, istehlakçı tələbatını formalaşdırmaq üçün cəmiyyətdə səmərəli kommunikasiyaların yaradılmasından asılıdır. Məqalə internet marketinqinin inkişafının reklam sahələrinə təsirinin təhlili və qiymətləndirilməsinin təhlili məsələlərinə həsr olunmuşdur. Bu tədqiqatda müasir reklam bazarının komponentlərinin təhlil edilmiş, müasir reklam bazarının inkişaf xüsusiyyətləri aparılmışdır.

    Keywords: reklam, reklamçı, reklam bazarı, reklam bazarının tendensiyaları

  27. DÖVLƏT BÜDCƏSİNİN İCRASİNDA MALİYYƏ NƏZARƏTİNİN TƏŞKİLİNİN MAHİYYƏTİ VƏ BU PROSESİ HƏYATA KEÇİRƏN ORQANLAR

    Authors: Ramiz Məhərrəmov, Seyfəli Nuriyev

    DOI: https://doi.org/10.36962//pahtei27042023-354

    Year: 2023 Pages: 354-367

    Show abstract

    Abstract: Dövlət büdcəsi iqtisadiyyatın tənzimləyicisidir, dövlətə lazım olan maliyyə resurslarının həcmini əks etdirir, vəsaitlərdən istifadənin konkret sahələrini müəyyən edir, dövlətin maliyyə fəaliyyətinə istiqamət verir. Büdcə siyasətini işləyib hazırlamaqla və büdcə mexanizmindən istifadə etməklə sosial-iqtisadi proseslərə təsir göstərir. İqtisadi və sosial inkişafın əsas problemləri əhalinin gəlir strukturunun optimallaşdırılması, sosial sferanın islahatı, yoxsulluğun aradan qaldırılması, təsərrüfat kompleksinin qeyri-rasional strukturu və yerli müəssisələrin rəqabət qabiliyyətinin aşağı səviyyəsi, habelə büdcə və dövlət məqsədli fondları, sosial proqramların maliyyələşdirilməsi üzrə əhəmiyyətli yükdür. Bu baxımdan, milli büdcə siyasətinin məqsədi sosial-iqtisadi inkişafın yeni modelini formalaşdırmaqdır. Maliyyə nəzarəti tənzimləyici və hesabat məlumatlarının istifadəsinə əsaslanır. Azərbaycanda maliyyə nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Dövlət Vergilər Xidməti, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Auditorlar Palatası dövlət orqanları tərəfindən həyata keçirilir. Məqalə dövlət büdcəsinin icrasında maliyyə nəzarətinin təşkilinin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Bu hissədə dövlət büdcəsinin icrasında maliyyə nəzarətinin təşkilinin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi barədə məlumat verilmiş, dövlət büdcəsinin sosial-iqtisadi mahiyyəti və əsas funksiyaları müəyyən edilmiş, maliyyə nəzarətini həyata keçirən orqanlar qeyd olunmuşdur.

    Keywords: dövlət büdcəsi, maliyyə nəzarəti, hesablama palatası, auditor xidməti, vergi

  28. İŞĞAL NƏTİCƏSİNDƏ QARABAĞ İQTİSADİ RAYONUNA DƏYMİŞ ZƏRƏRİN VƏ İQTİSADİ POTENSİALIN TƏHLİLİ

    Authors: Ümüdvar Əliyev, Şükrüyə Zakirli

    DOI: https://doi.org/10.36962/pahtei27042023-368

    Year: 2023 Pages: 368-381

    Show abstract

    Abstract: Qarabağ iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonundan biridir. Onun tərkibinə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər inzibati rayonları və Xankəndi şəhəri daxildir. Şərqi Zəngəzur iqtisadi rayonuna Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan inzibati rayonları daxildir. Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü iqtisadi tərəqqiyə, daha səmərəli investisiya siyasətinə və çevik regional idarəetməyə töhfə verir. Onların yaradılması 44 günlük müharibə zamanı işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı üçün təkan olacaq. Bu addımı işğaldan azad edilmiş ərazilərin çiçəklənməsi üçün vahid plan kimi qiymətləndirmək olar. Bu, işğaldan azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası baxımından da vacibdir, çünki iqtisadi rayonların inkişafının planlaşdırılması, idarəetmənin səmərəliliyinin təmin edilməsi və bu rayonların iqtisadiyyatının strukturuna yenidən baxılması istiqamətində daha səmərəli iş aparılmasını tələb edir. İşğaldan azad edilmiş torpaqlar nəhəng turizmə, sənaye potensialına, zəngin su və enerji ehtiyatlarına, rekreasiya və qida sənayesi imkanlarına malik olmaqla yanaşı, böyük mineral-xammal potensialına malikdir. İşğaldan azad edilmiş torpaqlar nəhəng turizmə, sənaye potensialına, zəngin su və enerji ehtiyatlarına, rekreasiya və qida sənayesi imkanlarına malik olmaqla yanaşı, böyük mineral-xammal potensialına malikdir. Azərbaycan hökumətinin Qarabağ bölgəsinin yenidən qurulması planlarının mərkəzində onun bərpa olunan mənbələrdən enerji istehsal edən mərkəzə çevrilməsi dayanır. Məqalə Qarabağ iqtisadi rayonunun sosial-iqtisadi inkişafının və mövcud potensialının qiymətləndirilməsinə həsr olunmuşdur. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin ölkə iqtisadiyyatına töhfəsi öyrənilmiş, işğal nəticəsində Qarabağ iqtisadi rayonuna dəymiş ziyanın qiymətləndirilmiş, o cümlədən Qarabağ iqtisadi rayonunun iqtisadi potensialının təhlili və qiymətləndirilməsi aparılmışdır.

    Keywords: iqtisadi ziyan, aqrar sektor, iqlim şəraiti, kompakt şəhər, SWOT təhlil

  29. AZƏRBAYCAN VƏ AVROPA İTTİFAQI ÖLKƏLƏRİ ARASINDA TİCARƏT ƏLAQƏLƏRİNİN MÜASİR MƏRHƏLƏDƏ SƏCİYYƏSİ

    Authors: Müşfiq Quliyev, Yusif Yusibov

    DOI: https://doi.org/10.36962/pahtei27042023-382

    Year: 2023 Pages: 382-395

    Show abstract

    Abstract: Məqalə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələrinin müasir vəziyyəti və meyllərinə həsr olunmuşdur. Azərbaycan Cənubi Qafqazda Almaniyanın əsas iqtisadi-ticarət tərəfdaşıdır və Almaniya Azərbaycanın məhsul ixrac etdiyi Qərbi Avropa ölkələri arasında ilk sıralardadır. Azərbaycanın Avropa İtifaqı ölkərindən əsas ticarət partnyoru, ixrac əlaqələrinin daha çox olduğu ölkə İtaliyadır. Azərbaycanla Fransa arasında ticarət əlaqələrinin daha da inkişafı üçün Fransa-Azərbaycan Ticarət Palatası (CCFAz) yaradılmışdır. Avstriya və Azərbaycan arasında ticarət əlaqələri əsasən iqtisadiyyatın kənd təsərrüfatı, texnologiya, texnika sahələrində özünü göstərir. Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında siyasi, sosial-iqtisadi, mədəni və digər sferalarda ikitərəfli münasibətlər mövcuddur. Azərbaycandan Çexiyaya əsas ixrac neft və neft məhsulları, Çexiyadan Azərbaycana əsas idxal malları isə maşın və avadanlıqlar, elektron avadanlıqlar, şüşə və kimyəvi məhsullardır. Avropa İttifaqı ilə Azərbaycan arasında olan ticarət əlaqərini daha da aydın başa düşmək üçün Avropa İtiifaqına daxil olan hər bir ölkə Azərbaycan arasında olan idxal, ixrac əlaqələrinə və ticarət balansına nəzər salmaq lazımdır. Aİ bazarlarından Azərbaycana ixrac olunan əsas məhsullarda: kimyəvi maddələr və onunla əlaqədar məhsullar, sənaye malları və məmulatları, qida məhsulları və diri heyvanlar, maşın və nəqliyyat vasitələri, elektronik avadanlıqlar üstünlük təşkil edir. Azərbaycandan Avropa bazarlarına ixrac olunan məhsullarda isə mineral yanacaqlar, sürtkü yağları, qaz və neft məhsulları, kimyəvi məhsullar üstünlük təşkil edir.

    Keywords: ticarət dövriyyəsi, ixrac, idxal, statistika, enerji

  30. УКЛОНЕНИЕ ОТ УПЛАТЫ ПОДОХОДНОГО НАЛОГА ФИЗИЧЕСКИХ ЛИЦ В АЗЕРБАЙДЖАНЕ И СПОСОБЫ ИХ ПРЕДОТВРАЩЕНИЯ

    Authors: Салаев Рауф, Зейналлы Айсель

    DOI: https://doi.org/10.36962/pahtei27042023-396

    Year: 2023 Pages: 396-403

    Show abstract

    Abstract: В целях выявления случаев уклонения от уплаты налогов, поиска эффективных способов борьбы с уклонением от уплаты налогов, в статье прежде всего, выявлены причины уклонения от уплаты налогов и обстоятельства, приводящие к этому процессу. Указаны моральные, политические, экономические и технико-правовые причины уклонения от уплаты налогов. Отмечено, что экономические причины уклонения от уплаты налогов делятся на две группы: связанные с финансовым положением предприятия и вызванные общеэкономической ситуацией. На основе статистических показателей указано количество случаев уклонения от уплаты налогов в нашей стране. Доведено до сведения, что сферами, где в нашей стране наблюдается наибольшее количество случаев уклонения от уплаты подоходного налога физических лиц, являются крупные объекты розничной торговли. Одной из основных причин увеличения числа случаев уклонения от уплаты подоходного налога физических лиц является прием работников на работу работодателями без заключения трудового договора. Подчеркнуто, что одним из наиболее удобных способов ликвидации уклонения физических лиц от уплаты налогов в сфере подоходного налога является переход на общую систему декларирования. Принимая во внимание ряд вопросов, которые важно решить при переходе на систему общего декларирования, было отражено, что создание института сертифицированных налоговых консультантов в нашей республике, как и в мировом опыте, весьма целесообразно.

    Keywords: налог, физическое лицо, уклонение от уплаты налогов, подоходный налог, налогоплательщики

  31. STUDY OF WATER ABSORPTION OF GEOPOLYMER MATERIALS BASED ON IRON ORE ENRICHMENT TAILINGS

    Authors: Yunis Gahramanli, Mahira Aliyeva, Mehriban Mikailova, Laman Tahirova

    DOI: https://doi.org/10.36962/pahtei27042023-404

    Year: 2023 Pages: 404-420

    Show abstract

    Abstract: As you know, the problem of environmental safety is important in the process of mining and processing of ore and non-metallic minerals. In the process of primary processing of ore minerals, the so-called enrichment tailings or production wastes are formed. The resulting waste accumulates in huge quantities, contributing to changes in the landscape and worsening the hydrogeological and sanitary conditions of the environment. In addition, rainfall and meltwater contribute to the constant leaching of heavy metals from waste dumps, which eventually leads to the pollution of groundwater, rivers and lakes. Therefore, the important ecological task of rational disposal of mining tailings is very relevant around the world. Research aimed at developing and obtaining new materials on the basis of this waste is of the greatest interest. One of such directions is the utilization (immobilization) of mining tailings when obtaining of geopolymer materials, which eliminates the leaching of heavy metals from the volume of the obtained material. Over the past 60 years, millions of tons of enrichment tailings have accumulated at the Dashkesan iron ore deposit, which are waiting to be disposed of. For this reason, the tailings of Dashkesan iron ore enrichment were used as a mineral filler for producing geopolymer material. Mineralogical and chemical compositions of enrichment tailings were studied using X-ray phase and X-ray fluorescence methods. Water absorption of the obtained specimens of geopolymer material was researched in accordance with the known methodology. It was revealed that with the increase of mineral filler content from 60 to 90%wt. the value of water absorption of geopolymer material specimens in the first five minutes of exposure increased from 1 to 10,2%, respectively. With the increase of mineral filler content from 60 to 90%wt. the maximum value of water absorption increases from 2,6 to 10,2%, respectively.

    Keywords: geopolymer, water absorption, enrichment tailings, iron ore

  32. THE RESULTS OF A COMPARATİVE ANALYSİS OF OPERATİONAL FACİLİTİES OF THE BALAKHANİ SUITE (THE CASE OF THE BİBİEIBAT FİELD)

    Authors: Fuad Maharramov, Shura Ganbarova, Rustam Mammadov

    DOI: https://doi.org/10.36962/pahtei27042023-421

    Year: 2023 Pages: 421-429

    Show abstract

    Abstract: The article is devoted to ways of efficient development of the formations of the long-exploited Bibiheybat deposit located on the Absheron Peninsula. At the same time, the issues of oil and gas content, lithology, and collector properties were also investigated according to the development plan of the exploitation facilities. Despite the fact that this field has been exploited for a long time, there are still enough residual reserves. The amount of residual resources in these deposits creates the basis for obtaining a high level of production from them in the future. Here, the issues of applying new methods to increase the oil yield of the formations are reflected. Development curves were drawn up to systematize the actual data obtained for a fundamental analysis of development. To identify the relationship between production wells and annual oil production for given horizons the graphs were built up. The possibility of increasing the final oil recovery factor through the use of new methods of enhanced oil recovery was studied and it was found that when using the water-gas mixture method for the horizon “XIV suite”, the final oil recovery can be increased by 5-6% and an additional 201-241 thousand tons of oil, while using the micellar method we get 8-15% of the effect from additional production. As for the technological reasons for the difference in current oil recovery factors for reservoir objects, this is primarily due to the number of drilled production wells, which is 3 times more in the first horizon than in the second. Due to geological reasons, the reservoir properties of the first horizon are better than those of the second horizon, as well as the energy of the gas dissolved in oil during the development of the “XIV suite” horizon, the movement of the waters of the outer contour (elastic-water-pressure mode) was stronger compared to the “XV layer” horizon ". In general, the difference between current oil production rates is a factor due to geological reasons, as well as technological reasons during development.

    Keywords: development, suite, horizon, residual reserves, development curves, oil and gas field

  33. AZƏRBAYCANDA İSTEHSAL OLUNAN ÇAY MƏHSULLARININ STRUKTUR VƏ MEXANİKİ XÜSUSİYYƏTLƏRİNİN STANDARTLARLA MÜQAYİSƏLİ TƏDQİQİ

    Authors: Oqtay Novruzlu, Gülnarə Məmmədova

    DOI: https://doi.org/10.36962/pahtei27042023-430

    Year: 2023 Pages: 430-438

    Show abstract

    Abstract: Hazırki dövrdə ən çox istehlak edilən içki növü olmaqla çayın struktur və mexaniki xarakteristikalarının tədqiqi böyük əhəmiyyət kəsb edir. Burada yüksək temperaturda su ilə təsirə məruz qaldıqda ekstraktiv maddələrin dəyişmə intensivliyi və müxtəlifliyi orqanoleptik və fiziki-kimyəvi analiz və ekspertiza üsulları nöqteyi-nəzərdən öyrənilməsi işin məqsədini təşkil etmişdir. Seçilmiş dörd fərqli tipdə çay yarpağı və məhsulunun əvvəlcə tərkibində olan ekstraktiv maddələr, hissəciklərin orta ölçüləri, sıxlıq və orqanoleptik qiymətləndirmələrinin nəticələri qeyd edilmişdir. Tədqiqat prosesində Rastr Elektron Mikroskopik (REM) təsvirlər əsas götürülmüşdür. Mövzunun aktuallığı ondan ibarətdir ki, sudan sonra ən çox müraciət edilən içki çeşidi olan çayın bəzi hallarda yanlış dəmlənməsi ilə insanın sağlamlığına və qidalanma rejiminə ciddi forma təsir göstərə biləcək hallarla rastlaşılır. Çay yarpağının xarakteristikalarına görə izotropik olmaması qeydə alınmışdır. Eyni zamanda müşahidə edilmişdir ki, çay yarpağının texnoloji emal prosesində bir çox ekstraktiv maddələr yarpağın daxilinə ən az müqavimətlə qarşılaşdıqları istiqamətlərdən daxil olmağa meyil göstərirlər ki, bu hissələr stoma adlanır. Stomanın açılması və bağlanması fiziki prinsiplərə istinadən izah edilir. Açılıb və bağlanma təzyiq differensasiyası nəticəsində baş verir. Stomaların açılması üçün su girişinə və onların qapanması üçün su çıxışına ehtiyac duyulur. Buna görə də stomaları açan reaksiyalarda su əmələ gəlir və ya qonşu hüceyrələrdən su daxil olur. Bənzər formada, qapalı vəziyyətdə, su sərf edən reaksiyalar da baş verir. Çay bitkisi fotosintez nəticəsində qlükoza istehsal edir və bu, hüceyrənin daxili təzyiqini artırır. Bunun hesabına su qonşu hüceyrələrdən stomata keçir. Stomanın xarici təzyiqi artır. Nəticədə nazik xarici divar şişir və beləliklə stoma açılır. Açılmanın başqa bir səbəbi isə CO2-nin sıxlığı ilə əlaqədardır. CO2 turşuluq xüsusiyyətlər göstərir, yəni azaldıqca artır. Bu vəziyyət nişastanı qlükozaya çevirən fermentlərin aktivləşməsinə səbəb olur. Nəticədə yuxarıda qeyd edilən tsikllər yenidən ardıcıl olaraq baş verir.Temperaturun və küləyin də rolu xüsusi önəm kəsb edən faktorlardandır. Onların müəyyən bir səviyyəyə qədər artması stomatanın açılmasına və tərləmənin artmasına səbəb olur. Buna baaxmayaraq əksi proses də baş verə bilir: temperaturun və küləyin həddindən artıq artması stomanın bağlanmasına səbəb olur. Tədqiqat işində məsaməli kapilyar quruluş ətraflı öyrənilmişdir. Məlum olmuşdur ki, suyun udulması və nəticədə sonrakı çıxarılması (ekstraksiyası) məsaməli cismin kapilyarlarının ölçüsündən asılıdır. Keçid məsamələrinin radiusu ilə ekstraksiya edən maddələrin buraxılması və suyun udulması arasında arifmetik asılılığın olduğu aşkar edilmişdir. Digər tərəfdən, alınmış REM təsvirlərinin analizi üçün C# proqramlaşdırma dilinin interfeysi əsasında sınaq məqsədilə işlənib hazırlanmış müasir kompüter- proqram təminatından istifadə edilmişdir. Alınan piklərin araşdırılması ilə müvafiq reqressiya və korrelyasiya asılılıqların tərtibi mümkün olmuşdur. Çay məhsullarının hissəcik ölçüsünün dəyişməsi ilə diffuziya əmsalları azalması mütənasiblik təşkil etmişdir və nəticədə hopdurulma müddəti qısalmışdır. Çay hissəciklərinin nisbi səthinin artması tendensiyası ilə məsamələrin uzunluğu və bununla birbaşa əlaqəli olaraq çıxıntılı məsamələrin olma ehtimalı azalmışdır və yekun nəticə olaraq ekstraktiv maddələrin sərbəst buraxılması asanlaşdırmışdır.

    Keywords: çay yarpağı, ekstraktiv maddələr, orqanoleptik qiymətləndirmə

  34. XİDMƏT OBYEKTLƏRİNİN AKKREDİTLƏŞDİRİLMƏSİ PROSESİNİN KEYFİYYƏTİNİN TƏDQİQİ

    Authors: Məleykə Sehranova, Kəmalə Dadaşova

    DOI: https://doi.org/10.36962/pahtei27042023-439

    Year: 2023 Pages: 439-446

    Show abstract

    Abstract: Hazırki dövrdə akkreditləşdirmə səlahiyyətlərin təsdiqi prosedurudur. Beynəlxalq standartlarda akkreditləşdirmə prosesi və akkreditləşdirilmiş mütəxəssislər üçün vahid tələblər nəzərdə tutulmuşdur. Akkreditləşdirmə üzrə olan meyarlar xidmət obyektlərinin səlahiyyətlərinin uyğunluğa qiymətləndirilməsi işinlərini yerinə yetirməyə hazır olduğunu təsdiqləyir. Sınaq laboratoriyalarının akkreditasiya meyarları tədqiqat metodu kimi ISO/IEC 17025-2019 standartı ilə tənzimlənir. Bu meyarlar ISO 9001-ə uyğundur. Burada əsas tələblər təyin olunur ki, onlar da üç qrupa bölünür: 1.Texniki avadanlığa və ekoloji tələblərə uyğunluq; 2. Sınaq laboratoriyasının işçi heyətinə və strukturuna tələblər; 3. Keyfiyyət idarəetmə sisteminin mövcudluğuna dair tələblər. Tədqiqatın gedişində müəyyən edilmişdir ki, sınaq laboratoriyası bir sıra akkreditasiya meyarlarına cavab verməlidir: 1. Keyfiyyət idarəetmə sisteminin mövcudluğu və sınaq laboratoriyasının keyfiyyət idarəetmə sisteminin tələblərinə uyğunluğu; 2. Akkreditasiya haqqında ərizədə və ya standartlaşdırma sahəsində normativ hüquqi aktların, sənədlərin, o cümlədən akkreditasiya sahəsində göstərilən digər sənədlərin mövcudluğu; 3. Akkreditasiya sahəsində uyğunluğun təsdiqi üzrə işləri bilavasitə yerinə yetirən laboratoriya işçilərinin olması. Ümumi halda, sınaq laboratoriyalarının işçilərinə bəzi tələblər qoyulur. Bu kimi tələblərə akkreditasiya sahəsi üzrə ali, orta ixtisas və ya əlavə peşə təhsili, akkreditasiya sahəsində uyğunluğun təsdiqi üzrə ən azı üç il iş təcrübəsi aiddir. Sınaq laboratoriyalarında keyfiyyət idarəetmə sistemlərinin tətbiqinin əsas məqsədi məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin dəyərləri haqqında etibarlı məlumat əldə etmək və bu göstəricilərin müəyyən edilmiş standartlara uyğunluğunu qiymətləndirmək üçün lazımi şəraitin yaradılmasından ibarətdir. Ümumiyyətlə, milli akkreditləşdirmə sistemində akkreditləşdirmə uyğunluğun qiymətləndirilməsinin nəticələrinə inamı təmin etmək və bu inamın ölkəmizin ticarət əməkdaşları olan ölkələr tərəfindən qarşılıqlı tanınması üçün şərait yaratmaq məqsədilə həyata keçirilir. Digər tərəfdən, akkreditləşdirmə bəzi prinsiplər əsasında həyata keçirilir. Bunlara aiddir: milli akkreditasiya orqanı tərəfindən akkreditləşdirmə səlahiyyətlərinin həyata keçirilməsi; milli akkreditasiya orqanının səlahiyyətləri; milli akkreditasiya orqanının müstəqilliyi; akkreditləşdirmə prosesində əldə olunmuş məlumatların məxfiliyinin təmin edilməsi və belə məlumatların müəyyən məqsədlər üçün istifadə edilməsi; akkreditə olunmuş mütəxəssislərin fəaliyyətlərinə maneələrin yaradılmasının yolverilməzliyi; akkreditləşdirmə qaydalarının vəhdətinin və xidmət obyektləri üçün bərabər şəraitin təmin edilməsi; könüllülük; qərəzsizlik; Azərbaycan Respublikasının ərazisində akkreditasiyanın etibarlığına məhdudiyyətlərin qoyulmasının yolverilməzliyi. Həmçinin, sınaq laboratoriyası keyfiyyətin qiymətləndirilməsi meyarlarına cavab vermədikdə, bu, akkreditasiyadan imtinaya və ya laboratoriyanın fəaliyyətinin dayandırılmasına səbəb ola bilər. Bəzi hallarda uyğunsuzluqlar aradan qaldırılana qədər inzibati cərimə tətbiq edilə bilər. Alınan nəticələrin tədqiqi əsasında müəyyən edilmişdir ki, akkreditləşdirmə proseduru bir növ etibarlılığın və səlahiyyətlərin təminatıdır. Nəticə etibarilə, akkreditə olunmuş sınaq laboratoriyaları müştərilərin gözündə daha böyük etibara malikdir. Bu da laboratoriyanın rəqabət qabiliyyətini və cəlbediciliyini artırır.

    Keywords: milli akkreditləşdirmə sistemi, akkreditləşdirmə, akkreditləşdirmə meyarları, akkreditləşdirmə proseduru

  35. STATISTICAL DATA ON GROUNDING DEVICES AND WAYS TO IMPROVE THEIR DURABILITY

    Authors: Gulgaz Ismayilova, Nahid Mufidzade

    DOI: https://doi.org/10.36962/pahtei27042023-447

    Year: 2023 Pages: 447-455

    Show abstract

    Abstract: Grounding devices of switchgears of substations differ in design, dimensions, operating conditions. Obviously, the damageability of grounding device elements should depend on the length of horizontal and the number of vertical ground electrodes, soil structure, the content of water-soluble salts in the soil, the type of element, etc. Estimates of the frequency of damage to an element of grounding devices reflect the effectiveness of existing methods for monitoring the technical condition of grounding devices. The article examines the presence of a connection between electrical equipment and metal structures of substations with grounding devices and non-exceeding of the ground resistance of standard values when measured by low-current devices, cannot serve as a sufficient sign of a satisfactory state of the elements of grounding devices.

    Keywords: corrosion failures, soil electrical resistivity, electrical protection of oil and gas pipelines, environment settings

  36. CƏNUBI XƏZƏR HÖVZƏSININ TEKTONIK QURULUŞUNUN DƏQIQLƏŞDIRILMƏSI

    Authors: Fərid İsmayılov, Yusif Məmmədzadə

    DOI: https://doi.org/10.36962/pahtei27042023-456

    Year: 2023 Pages: 456-464

    Show abstract

    Abstract: Çöküntü hövzələrinin təkamülü prosesində karbohidrogenlərin əmələ gəlməsi, miqrasiya və akkumiliyasiyası mövzuları daim alimlərin diqqət mərkəzində olmuşdur. Hövzələr haqqında geoloji biliklər inkişaf etdikcə neft geologiyası və geokimyası da uyğun olaraq təkmilləşmiş, süxurların, neftlərin və lay sularının öyrənilməsinin laborator üsulları formalaşmışdır. Məlumatlar bazası genişləndikcə onların ümumiləşdirilməsi və ümumi qanunauyğunların tapılmasına cəhd göstərilmişdir. Geologiya bir təbiət elmi kimi bilavasitə müşahidələrə əsaslansada, proseslərin başa düşülməsi, onların kəmiyyət səviyyəsinin verilməsi və ədədi qiymətləndirilməsi üçün nəzəri və təcrübi modellərin qurulması zərurəti elmin inkişafının bütün mərhələlərində mövcud olmuşdur.

    Keywords: CXÇ, neft və qaz yataqları, geoloji potensial, Şahdəniz yatağı

  37. QAZLARIN SAXLANILMASINDA YERALTI QAZ ANBARLARININ TƏSNİFATI VƏ İSTİSMAR SƏMƏRƏLİLİYİNİN ARTIRILMASI ÜÇÜN HİDRAT ƏMƏLƏGƏLMƏYƏ QARŞI MÜBARİZƏ ÜSULLARI

    Authors: Elvin Seyfullayev

    DOI: https://doi.org/10.36962/pahtei27042023-465

    Year: 2023 Pages: 465-476

    Show abstract

    Abstract: Təbii qazın neft və kömürdən fərqli olaraq daha az Karbon dioksid emmissiya etməsi ilə əlaqəli olaraq, qaz ən təmiz yanacaq növü kimi qiymətlədirilir. Buna görə də, bəzi ölkələrin öz sənaye işlərində qaz enerjisinə keçid etməsi təsadüfi faktor deyil. Həmin ölkələr daha çox iqtisadi səmərə əldə etmək üçün, eləcə də, baş verə biləcək fasilələrdən sığortalanmaq məqsədilə qazların yığılmasına böyük maraq göstərir. Belə ki, qazların yer üzərində saxlanılmasının səmərəsiz olması nəzərə alınaraq, yer altı qaz anbarları araşdırılmışdır. Bu anbarların, tükənmiş neft qaz yataqlarında, duz və su təbəqələrində və lazım gəldikdə, suni şəkildə, partlayış üsulu ilə qaya boşluqlarında da yaradılması mümkündür. Bütün sadalanan yeraltı qaz anbarları növlərindən ən səmərəlisi olaraq, duz mağaraları qəbul edilmişdir. Buna səbəb, duzun qazı keçirməzlik xüsusiyyətidir. Duz təbəqələrinin, yeraltı qaz anbarı olaraq, hazırlanması, digər üsullarla müqayisədə daha baha olsa da, bu anbarlardan qazın istehlak üçün çıxarılması debitinin daha yüksək olması qeyd edilmişdir. Yeraltı qaz anbarlarından istifadə payına, yəni qaz saxlama həcminə görə, dünya ölkələri arasında statistik nəticələr araşdırılaraq, əlavə edilmişdir. Digər tərəfdən, təbii qaz anbarlarının operatorlarının rastlaşdığı problemlərdən biri də, anbarlarda eləcə də, qaz nəql xətlərində qaz hidratının əmələ gəlməsi məsələsidir. Hidratların həm boru daxilində, həm də qaz anbarlarında əmələ gəlmə səbəbləri araşdırılmış və ona qarşı mübarizə metodları öyrənilmişdir. Hidrat əmələ gəlməsinin nəql prosesinə, eləcə də, qaz anbarlarının fəaliyyətinə təsiri, yəni yaratdığı problemlər araşdırılmışdır. Hidratlarla mübarizə üçün 5 effektiv üsul qeyd edilmişdir. İhibitorlar, xüsusən də, kinetik inhibitorlar hidrat əmələ gəlməsinə qarşı mübarizədə ən effektiv metod kimi qiymətləndirilmişdir. Belə ki, kinetik inhibitorların həm hidrat əmələ gəlməsi zamanı, həm də artıq formalaşmış hidrat yığının ləğvində kompleks üsul kimi tətbiqi tövsiyyə edilmişdir. Mexaniki qurğuların, yəni vibratorun formalaşmış hidratın ləğvində tətbiqinin təhlükəli olduğu müəyyən edilmişdir. Belə ki, bu mexaniki qurğular, yaratdığı titrəmə ilə kəmər və ya quyu ağzı hissələrdə olan qaynaq tikişlərinin çatlamasına səbəb ola bilər. Sonda səmərəli hesab olunan bəzi təkliflər və nəticələr irəli sürülmüşdür.

    Keywords: Yeraltı qaz anbarı, hidrat, lay, inhibitorlar, duz mağarası anbarı, antiaqlomerat

  38. TƏBII QAZIN NƏQLƏ HAZIRLANMASI PROSESINDƏ DUZ ÇÖKMƏLƏRI

    Authors: Fidan İsmayılova, Asiman Camalov

    DOI: https://doi.org/10.36962/pahtei27042023-477

    Year: 2023 Pages: 477-482

    Show abstract

    Abstract: Təbii qazın nəqlə hazırlanması prosesində duzun çökməsi boru kəmərinin istismarının təhlükəsizliyinə son dərəcə mənfi təsir göstərir. Boru metalının yerli korroziyasının artmasına səbəb olur ki, bu da təbii qazda bir çox problemlərə gətirib çıxarır. Neft və qaz kəmərlərinin yerli korroziyanın inkişafı nəticəsində duz çökməsi nəticəsində yaranan nasazlıqların sayı onların ümumi sıradan çıxmasının 40%-ə qədərini təşkil edir. Vəziyyət onunla daha da ağırlaşır ki, praktikada boru kəmərlərinin lokal korroziyasına məruz qalan əraziləri müəyyən etmək çox çətindir. Neft-qaz sənayesi müəssisələrində üç ay ərzində miqyasda işlənmə ilə əlaqədar texnoloji boru kəmərlərində işçi təzyiqinin 3,5 dəfə artdığı hallar var. Belə şəraitdə boru kəmərinin metalı aşağı dövrəli korroziya yorğunluğuna məruz qalır ki, bu da boruların sürətlənmiş sıradan çıxmasına gətirib çıxarır. Diametri 150 mm və qalınlığı 1,5 mm olan borularda duz çöküntüləri qazın nəqli zamanı enerji sərfiyyatını 15%, 13 mm qalınlığında isə 60% artırır ki, bu da qazın nəqli zamanı yaranan fəsadlardan iqtisadi itkilərin səviyyəsini aydın şəkildə göstərir.

    Keywords: təbii qaz, duz yataqları, xlorid, karbonat

  39. TURIZM MÜƏSSISƏLƏRININ MARKETINQ IDARƏEDILMƏSININ TƏKMILLƏŞDIRILMƏSI

    Authors: İsmayıl Xeyirxəbərov, Aydan İsrafilova

    DOI: https://doi.org/10.36962/pahtei27042023-483

    Year: 2023 Pages: 483-491

    Show abstract

    Abstract: Müasir dünyada sahibkarlıq fəaliyyətinin inkişaf dinamikası və genişləndirilməsi baxımından əsas həlledici faktorlardan biri marketinqdir. Son təcrübələrə əsaslanaraq deyə bilərik ki, uğurlu biznes əsaslandırılmış marketinq strategiyasının qəbulunu şərtləndirərək onun tətbiqini zəruri edir. Bu nöqteyi-nəzərdən çıxış edərək vurğulamaq lazımdır ki, marketinq fəaliyyəti həm də müəssisənin yerli və qlobal bazardakı mövqeyini gücləndirmək, onun rentabelliyini qorumaq və istehlakçı davranışlarını təxmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Marketinq strategiyasını düzgün bir şəkildə qurmaq və hədəf auditoriya ilə əlaqə yaratmağa fokuslanmaq şirkətlərin irəliləyiş və arzuladığı məqsədlərə çatmaq üçün qarşısına məqsəd kimi qoymalı olduğu ən vacib addımlar arasındadır. Həm qlobal aləmdə, həm də Azərbaycanda ən mühüm iqtisadi sektorlardan biri olan turizm sənayesi son zamanlar qlobal iqtisadiyyatın əsas mühərriki olmaq istiqamətində formalaşmışdır. Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, özünəməxsus xüsusiyyətlərinə görə turizm sənayesi digər sənayelərdən mahiyyətcə fərqlənir. Müvafiq sahədə marketinq komponentlərinin işə salınması turizmin inkişafının dövlət səviyyəsində dəstəklənməsi ilə bağlı layihələrin və strateji yol planının mərhələli olaraq həyata keçirilməsi üçün vacibliyi danılmaz bir məsələdir. Turizm sənayesindəki müəssisələrin əsas məqsədi müştərilərin tələblərini ödəyərək onların məmnuniyyətinə nail olmaq və mənfəət əldə edərkən müştərilərin sədaqətini formalaşdırmaqdır. Turizm müəssisələri bu məqsədlərə çatmaq üçün müvafiq marketinq strategiyalarını seçməli və tətbiq etməlidirlər. Qeyd etmək lazımdır ki, rəqabət olan bir mühitdə bütün marketinq komponentlərinin istifadəsi tələb olunur. Bu məqalədə turizm müəssisələrində marketinqin idarə edilməsinin səviyyələri araşdırılaraq turizm müəssisələri tərəfindən istifadə edilən marketinq strategiyaları kontekstində biznes sahibkarları və işçilərinin yaratdıqları davranışlar təsvir edilmişdir.

    Keywords: marketinqin idarə edilməsi, marketinq strategiyaları, turizm sənayesi, turizm marketinqi, turizm müəssisələri

  40. PANDEMIYA ŞƏRAITINDƏ BIZNES STRUKTURLARININ BAZAR STRATEGIYALARI VƏ ONLARIN MARKETINQ TƏHLILI

    Authors: Eldar Quliyev, Nuray Dadaşova

    DOI: https://doi.org/10.36962/pahtei27042023-492

    Year: 2023 Pages: 492-501

    Show abstract

    Abstract: Ümumilikdə pandemiya bütün dünyada, o cümlədən Azərbaycanda biznesə ciddi təsir göstərib. Bir çox şirkət pandemiya zamanı ayaqda qalmaq üçün biznes strukturlarını və strategiyalarını uyğunlaşdırmalı oldu. Məsələn, bəzi müəssisələr fiziki mağazalara baş çəkə bilməyən və ya ziyarət etmək istəməyən müştərilərə çatmaq üçün əməliyyatlarını onlayn rejimə keçiriblər, digərləri isə işçiləri və müştəriləri qorumaq üçün yeni təhlükəsizlik protokolları tətbiq ediblər. Azərbaycan hökuməti pandemiya dövründə biznesə dəstək üçün maliyyə yardımı və vergi güzəştləri kimi bir sıra tədbirlər həyata keçirib. Bununla belə, pandemiya bəzi müəssisələrə, xüsusən də turizm və otelçilik sənayesinə mənfi təsir göstərib. Bütövlükdə pandemiya dövründə Azərbaycan Respublikasında biznes strukturlarının vəziyyəti mürəkkəb və çoxşaxəlidir. Bizneslərin inkişafı yaxından izləməsi və lazım gəldikdə müvafiq orqanlardan və ya peşəkar təşkilatlardan rəhbərlik istəməsi vacibdir. Pandemiya şərtlərində iş strukturlarının bazar strategiyalarını və onların bazar analizini təhlil etməyə çalışır. İlk olaraq, şirkətlərin pandemi dövriyyəsində istifadə etdiyi fərqli növ bazar strategiyalarını, habelə təcrübələrin artırılması, rəqabətçilik, dijitalizasiya və xərc-qırğın tədbirlərini müzakirə edəcəyik. Biz dəyişən müştəri tələblərinə cavab vermək üçün marketinq strategiyalarını necə uyğunlaşdırdıqlarını araşdıracağıq, belə ki, artan onlayn iştirak və məqsədli mesajlaşma kimi. Ardından, müştəri iştirakı, satış gəliri və marka tanınmışlığı kimi faktorları əhatə edərək bu strategiyaların effektivliyinin marketinq analizini aparacağıq. Bu strategiyaların uzaqgörən təsirlərini, bazar əməliyyatlarının gələcəyini şekilləndirmə potensialını da nəzərə alacağıq. Ümumiyyətlə, bu məqalə pandemi şərtlərində iş strukturlarının bazar strategiyalarının və onların bazar analizinin ətraflı bir təhlilini təqdim edəcək, kriz zamanlarında uyğunlaşmaq və uğurlu olmaq istəyən işlər üçün məsləhətlər verəcəkdir.

    Keywords: pandemiya, biznes, müəssisə, idarəetmə