ELEKTRON İDARƏETMƏ SİSTEMLƏRİNİN BEYNƏLXALQ YÜKDAŞIMALAR ÜZƏRİNDƏ TƏSİRİ: RƏQƏMSAL İNKİŞAFIN MÜSBƏT VƏ MƏNFİ TƏRƏFLƏRİNİN TƏHLİLİ

Authors

  • Azər Emin Əliyev Author

DOI:

https://doi.org/10.32010/NYXG8755

Keywords:

elektron idarəetmə, beynəlxalq yükdaşımalar, rəqəmsal transformasiya, rəqəmsal logistika, ticarətin asanlaşdı-rılması

Abstract

Son illərdə beynəlxalq yükdaşıma sahəsində baş verən sürətli dəyişikliklər rəqəmsal texnologiyaların rolunu daha da artırıb və logistika əməliyyatlarının idarə olunmasında elektron sistemlərin zəruriliyini ön plana çıxarıb. Müasir elektron idarəetmə platformaları gömrük prosedurlarının avtomatlaşdırılmasına, sənədlərin kağızdan rəqəmsal formata keçirilməsinə və yük axınının daha şəffaf şəkildə izlənməsinə imkan verərək pro-seslərin səmərəliliyini yüksəldir. Rəqəmsal həllərin tətbiqi həm də daşımaların planlaşdırılması və koordinasi-yasını sadələşdirərək müxtəlif qurumlar arasında məlumat mübadiləsinin daha operativ şəkildə həyata keçi-rilməsinə şərait yaradır. Bu məqalədə elektron idarəetmə sistemlərinin beynəlxalq yükdaşımalar üzərində ya-ratdığı ümumi təsirlər təhlil edilir və xüsusilə Azərbaycanın son illərdə rəqəmsal sahədə atdığı addımlar – “vahid pəncərə”, e-gömrük xidmətləri, eCMR və eTIR təşəbbüsləri – ümumi çərçivədə qiymətləndirilir. Apa-rılan təhlil göstərir ki, rəqəmsallaşma əməliyyatların icra müddətini azaldır, xərcləri minimuma endirir və prosesləri daha şəffaf edir. Bununla yanaşı, rəqəmsal keçidin bütün mərhələlərdə eyni sürətlə həyata keçi-rilməməsi, texnoloji infrastrukturun bəzi sahələrdə geri qalması və kibertəhlükəsizlik riskləri transformasiya prosesini çətinləşdirən məqamlar kimi qalır. Məqalə rəqəmsal həllərin mövcud vəziyyətini ümumiləşdirir, əsas tendensiyaları müəyyənləşdirir və gələcək tədqiqatlar üçün mümkün istiqamətlərə işarə edir.

Downloads

Download data is not yet available.

Downloads

Published

2026-03-31

Issue

Section

Articles

How to Cite

ELEKTRON İDARƏETMƏ SİSTEMLƏRİNİN BEYNƏLXALQ YÜKDAŞIMALAR ÜZƏRİNDƏ TƏSİRİ: RƏQƏMSAL İNKİŞAFIN MÜSBƏT VƏ MƏNFİ TƏRƏFLƏRİNİN TƏHLİLİ. (2026). Proceedings of Azerbaijan High Technical Educational Institutions, 28(1), 186-193. https://doi.org/10.32010/NYXG8755

Similar Articles

1-10 of 30

You may also start an advanced similarity search for this article.