Neft-qaz sənaye müəssisələrinin dövriyyə kapitalının idarə edilməsinin təkmilləşdirilməsi yolları

Authors

  • İlham Şamil Rüstəmov Author
  • Nərmin Şamil Uruxova Author

DOI:

https://doi.org/10.32010/QVSW8785

Keywords:

dövriyyə kapitalı, neft-qaz sənayesi, maliyyə idarəetməsi, debitor borcları, likvidlik, ehtiyatların idarə olunması

Abstract

Müasir iqtisadi şəraitdə neft-qaz sənaye müəssisələrinin maliyyə dayanıqlığının təmin olunması və rəqabət qabiliyyətinin artırılması üçün dövriyyə kapitalının səmərəli idarə edilməsi mühüm əhəmiyyət kəsb edir. Dövriyyə kapitalı müəssisənin gündəlik fəaliyyətinin fasiləsiz həyata keçirilməsini təmin edən əsas maliyyə resurslarından biri hesab olunur. Xüsusilə enerji sektorunda fəaliyyət göstərən müəssisələrdə istehsal dövrünün mürəkkəbliyi, yüksək maliyyə tutumluluğu, dünya enerji bazarlarında qiymət dəyişkənliyi və logistika riskləri dövriyyə kapitalının idarə edilməsinə xüsusi yanaşmanın tətbiqini zəruri edir. Məqalədə neft-qaz sənaye müəssisələrində dövriyyə kapitalının iqtisadi mahiyyəti, onun əsas elementləri, idarəetmə mexanizmləri və səmərəlilik göstəriciləri tədqiq edilmişdir. Eyni zamanda müəssisələrdə likvidlik səviyyəsinin qorunması, debitor borclarının optimallaşdırılması, ehtiyatların idarə olunmasının təkmilləşdirilməsi və pul vəsaitlərinin effektiv bölgüsü istiqamətində mövcud problemlər araşdırılmışdır. Tədqiqat zamanı müqayisəli təhlil, sistemli yanaşma və iqtisadi-statistik metodlardan istifadə olunmuşdur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, rəqəmsal idarəetmə texnologiyalarının tətbiqi, risklərin çevik idarə olunması və maliyyə planlaşdırılmasının optimallaşdırılması neft-qaz sənaye müəssisələrinin dövriyyə kapitalından istifadənin səmərəliliyini artırır. Məqalədə həmçinin beynəlxalq təcrübə əsasında dövriyyə kapitalının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində praktiki tövsiyələr verilmişdir.

Downloads

Download data is not yet available.

Downloads

Published

2026-03-31

Issue

Section

Articles

How to Cite

Neft-qaz sənaye müəssisələrinin dövriyyə kapitalının idarə edilməsinin təkmilləşdirilməsi yolları. (2026). Proceedings of Azerbaijan High Technical Educational Institutions, 28(1), 324-331. https://doi.org/10.32010/QVSW8785

Similar Articles

21-30 of 34

You may also start an advanced similarity search for this article.